Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2867/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış KBSK0520565B252 saylı, 04 aprel 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 24 yanvar 2025-ci il tarixə hesablanmış 1 780.08 (min yeddi yüz səksən manat səkkiz qəpik) manat əsas, 246.88 (iki yüz qırx altı manat səksən səkkiz qəpik) manat faiz borcu, 532.01 (beş yüz otuz iki manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 2 558.97 (iki min beş yüz əlli səkkiz manat doxsan yeddi qəpik) manat kredit borcu Cavabdeh2 tutulsun. “KBMK1452095B206 saylı, 17 may 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 24 yanvar 2025-ci il tarixə 11 134.24 (on bir min yüz otuz dörd manat iyirmi dörd qəpik) manat əsas, 1 514.25 (min beş yüz on dörd manat iyirmi beş qəpik) manat faiz borcu, 1 349.98 (min üç yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 13 998.47 (on üç min doqquz yüz doxsan səkkiz manat qırx yeddi qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASCnin xeyrinə tutulsun. Borc tələbi qeyd olunan kreditin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətdə olan Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 64.7 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə KBMK1452095B206 saylı, 17 may 2023-cü il tarixli Kredit müqaviləsi üzrə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qıznıdan tutularaq İddiaçı ASC-yə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırda yaranmış zərurətlə əlaqədar olaraq işin baxılmamış saxlanılması zərurəti vardır. Bu səbəbdən məhkəmə işinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:25-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 139,67 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2867/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2867/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver