Məhkəmə qərarları › İş №e-2-2(113)-2870/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2870/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2870/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, dəbbə pulu, girov predmetinə tutmanın yönəldilməsi qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373723,41 ABŞ dolları əsas borc, 90274,93 ABŞ dolları faiz borcu, 18686,17 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 482 684,51 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 1112 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 manat əsas borc, 116 805,61 manat faiz borcu, 50000 manat dəbbə pulu olmaqla cəmi 1 166 805,61 manat, iddia qaldırılması üçün ödənilmiş 1374 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 manat əsas borc, 123 346,67 manat faiz borcu, 52800 manat dəbbə pulu olmaqla cəmi 1 232 146,67 manat, iddia qaldırılması üçün ödənilmiş 1407 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 1 000 000 ABŞ dolları əsas borc, 205 333,38 ABŞ dolları faiz borcu, 50000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 1 255 333,38 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 1809 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 400 000 ABŞ dolları əsas borc, 75111,21 ABŞ dolları faiz borcu, 20000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 495 111,21 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 1133 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, bütün müqavilələr üzrə ümumilikdə 2 233 129,1 ABŞ dolları və 2 398 952,28 manat, həmçinin ödənilmiş 6885 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın açıq hərracda satılması və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına kreditin ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin, həmçinin 137 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən tutulması, girov müqaviləsi əsasında mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan girov predmetinə tutmanın yönəldilməsi, avadanlığın açıq hərracda satılması və kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli SKMF-00001-00/19A saylı kredit müqaviləsi bağlanmışdır və iddiaçı 3 500 000 manat məbləğində krediti illik 16 faizlə 96 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsini həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2027-ci il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə SKMFMG-00001-00/19A saylı ipoteka müqaviləsi bağlayaraq öhdəliyin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Həmçinin kreditin təminatı qismində cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə SKMFMG-00001-00/19A/1 saylı girov müqaviləsi bağlayaraq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus olan daşınar əmlakları girov qoymuşdur. 2.2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMF- 00001-00/19A saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu ildə SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi və xx.xx.2019-cu ildə SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Cavabdehin BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 373 723,41 ABŞ dolları, faiz borcu 90274,93 ABŞ dolları, dəbbə pulu 18686,17 ABŞ dolları, cəmi 482684,51 ABŞ dolları təşkil edir. Cavabdehin SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1 056 000 manat, faiz borcu 123 346,67 manat, dəbbə pulu 52000 manat, cəmi 1 166 805,61 manat təşkil edir. Cavabdehin SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1 000 000 manat, faiz borcu 116 805,61 manat, dəbbə pulu 52800 manat, cəmi 1 232 146,67 manat təşkil edir. 2.3. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli BKX-00015-00/19U saylı kredit müqaviləsi bağlanmışdır və iddiaçı 1 000 000 ABŞ dolları məbləğində krediti illik 8 faizlə 60 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsini həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə BKXMG-00015-00/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq öhdəliyin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Eyni zamanda kreditin təminatı qismində cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə BKXMG-00015-00/19U/1 saylı girov müqaviləsi bağlayaraq öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçıya məxsus olan daşınar əmlakları girov qoymuşdur. Cavabdehin BKX-00015-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1 000 000 ABŞ dolları, faiz borcu 205 333,38 ABŞ dolları, dəbbə pulu 50000 ABŞ dolları, cəmi 1 255 333,38 ABŞ dolları təşkil edir. 2.4. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit müqaviləsi bağlanmışdır və iddiaçı 400 000 ABŞ dolları məbləğində krediti illik 8 faizlə 36 ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən investisiya layihəsini həyata keçirilməsi məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçı ilə BKMG-00009-00/21U saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq öhdəliyin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Cavabdehin BKX-00009-00/19U saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 400 000 ABŞ dolları, faiz borcu 75111,21 ABŞ dolları, dəbbə pulu 20000 ABŞ dolları, cəmi 495 111.21 ABŞ dolları təşkil edir. 2.5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-258 nömrəli və xx.xx.2019-cu il tarixli 443/BT nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 7 800 000 manat, likvid dəyəri 6 630 000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən iddiaçıya məxsus olan avadanlıqların bazar dəyəri 2 089 840,80 manat, likvid dəyəri 1 880 856,72 manat müəyyən edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirin qeydə alınması barədə ********** qeydiyyat nömrəli 28.032024-cü il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi dairəsində baxılmışdır və iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon rabitəsi və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 8.3-cü və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 317, 442, 443-cü və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 39-cu və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki: 4.1. iddiaçı olaraq iddia tələblərindəki borc məbləğləri ilə bağlı hər hansı etirazları yoxdur və həmin pul tələblərini qəbul edirlər. Bununla belə, bu borcların ödənilməsi üçün 5 il müddətin verilməsini zəruri hesab edirlər. 4.2. İddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin, həmçinin 137 manat ipoteka predmetinə tutmanın yönəldilməsi, girov müqaviləsi əsasında mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan girov predmetinə tutmanın yönəldilməsi, avadanlığın açıq hərracda satılması və həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə etiraz etmirlər. Nəzərə alaraq ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-258 nömrəli və xx.xx.2019-cu il tarixli 443/BT nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 7 800 000 manat, likvid dəyəri 6 630 000 manat müəyyən edilmişdir, iddiaçı həmin əmlak kompleksinin yuxarıda qeyd olunan məbləğdə ilkin satış qiymətinin müəyyən edilməsinə etiraz etmir və əmlakın açıq hərracdan satılmasına razıdır. 4.3. Nəzərə alaraq ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən girov qoyulmuş iddiaçıya məxsus olan avadanlıqların bazar dəyəri 2 089 840,80 manat, likvid dəyəri 1 880 856,72 manat müəyyən edilmişdir, iddiaçı həmin avadanlıqların yuxarıda qeyd olunan məbləğdə ilkin satış qiymətinin müəyyən edilməsinə etiraz etmir və həmin avadanlıqların açıq hərracdan satılmasına razıdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclaslarında iştirak edərək qeyd etdi ki, borc məbləğinə, tutmanın yönəldilməsinə, ipoteka və girov predmetlərinin müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC tərəfindən müəyyən olunan qiymətlərində etiraz etmirlər, borcun ödənilməsi üçün vaxta ehtiyac vardır.

7. Məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqavilələri üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin mübahisəsiz halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 27 fevral 2019-cu il tarixli SKMF-00001-00/19A nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17 aprel 2019-cu il tarixli SKMF- B0001-00/19A nömrəli, 06 mart 2019-cu il tarixli BKN-A0001-00/19U nömrəli və 20 iyun 2019-cu il tarixli SKMF-C0001-00/19A nömrəli əlavə kredit müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 84 ay müddətinə illik 5 faizlə 1 000 000 manat məbləğində, 06 mart 2019-cu il tarixli müqavilə üzrə 60 ay müddətinə illik 8 faizlə 590 000 ABŞ dolları, 20 iyun 2019-cu il tarixli müqavilə üzrə 82 ay müddətinə illik 5 faizlə 1 056 000 manat məbləğində pul vəsaitini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin vəsaitdən istifadə edib qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh adıçəkilən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləği iddiaçıya tam qaytarmamış, xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373723,41 ABŞ dolları əsas borc, 90274,93 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 manat əsas borc, 116 805,61 manat faiz borcu, xx.xx.2019-cu il tarixli SKMF- C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 manat əsas borc, 123 346,67 manat faiz borcu məbləğində borcu qalmışdır; – iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli BKX-00015- 00/19U nömrəli kredit xətti müqaviləsi irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 60 ay müddətinə illik 5 faizlə 1 000 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin vəsaitdən istifadə edib qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh adıçəkilən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləği iddiaçıya tam qaytarmamış, 1 000 000 ABŞ dolları əsas borc, 205 333,38 ABŞ dolları faiz borcu qalmışdır; – iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli BKX-00009- 00/21U nömrəli kredit xətti müqaviləsi irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 36 ay müddətinə illik 8 faizlə 400 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin vəsaitdən istifadə edib qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh adıçəkilən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləği iddiaçıya tam qaytarmamış, 400 000 ABŞ dolları əsas borc, 75111,21 ABŞ dolları faiz borcu qalmışdır.

12. İddiaçı xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373723,41 ABŞ dolları əsas borc, 90274,93 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 manat əsas borc, 116 805,61 manat faiz borcu, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 manat əsas borc, 123 346,67 manat faiz borcu, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 1 000 000 ABŞ dolları əsas borc, 205 333,38 ABŞ dolları faiz borcu və xx.xx.2021-ci il tarixli BKX- 00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 400 000 ABŞ dolları əsas borc, 75111,21 ABŞ dolları faiz borcunun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh borc məbləğlərinə etiraz etmədiyini, lakin 5 il müddətinə ödəyə biləcəyini bildirir.

14. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

15. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

19. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən mülki məhkəmə icraatının dispozitivlik prinsipi nəzərə alınmalı, tərəflərin etirazsız qəbul etdikləri borc məbləğləri əsas götürülməlidir. Əks yanaşma, prosesin çəkimə və dispozitivlik prinsiplərinə uyğun aparılması, mülki məhkəmə icraatının hüquqi həqiqəti müəyyən etməsi kimi konstitusion normanın pozulması nəticələnə bilər.

20. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli BKN-A0001- 00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373723,41 ABŞ dolları əsas borc, 90274,93 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 manat əsas borc, 116 805,61 manat faiz borcu, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 manat əsas borc, 123 346,67 manat faiz borcu, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 1 000 000 ABŞ dolları əsas borc, 205 333,38 ABŞ dolları faiz borcu və xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 400 000 ABŞ dolları əsas borc, 75111,21 ABŞ dolları faiz borcu Cavabdeh MMC-dən tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. b) Kredit müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı

21. İddiaçı xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 18686,17 ABŞ dolları dəbbə pulu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 50000 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli SKMF- C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 52800 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 50000 ABŞ dolları dəbbə pulu, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 20000 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

22. xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı, xx.xx.2019-cu ildə tarixli SKMF- B0001-00/19A saylı əlavə kredit müqaviləsinin, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsinin 6.4-cü, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsinin 6.7-ci bəndinə əsasən, Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

25. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

26. Məhkəmə iddiaçının həm əmlak, həm bütün diqqətəlayiq mənafelərini, o cümlədən cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini, cərimə məbləğinə cavabdehin etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq cavabdehdən tutulmalı cərimə məbləğinin xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 18686,17 ABŞ dolları dəbbə pulu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001- 00/19A saylı əlavə kredit müqaviləsi üzrə 50000 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 52800 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 50000 ABŞ dolları dəbbə pulu, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 20000 ABŞ dolları müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

27. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 18686,17 ABŞ dolları dəbbə pulu, xx.xx.2019-cu ildə tarixli SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 50000 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 52800 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli BKXMG00015-00/19U saylı kredit xətti müqaviləsi üzrə 50000 ABŞ dolları dəbbə pulu, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 20000 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

28. İddiaçı eyni zamanda tutmanın xüsusi mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın açıq hərracda satılması və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına kreditin ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin, həmçinin 137 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

31. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

32. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

33. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

34. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

35. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

36. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMFMG- 00001-00/19A nömrəli ipoteka müqaviləsinin, 28 dekabr 2019-cu il tarixli BKXMG-00015- 00/19U nömrəli sonrakı ipoteka müqaviləsinin və 13 iyul 2021-ci il tarixli BKMG-00009- 00/21U nömrəli sonrakı ipoteka müqaviləsinin şərtlərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində 4 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində **********85-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 fevral 2019-cu il tarixli SKMF-00001-00/19A saylı əsas kredit müqaviləsi, 24 dekabr 2019-cu il tarixli BKX-00015-00/19U saylı və 13 iyul 2021-ci il tarixli BKX-00009/00/21U saylı kredit müqavilələri üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

37. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, adıçəkilən kredit müqavilələri üzrə daşınmaz əmlakın iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmış, məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Ərazi İdarəsinə ünvanlanan və sonuncu tərəfindən iddiaçıya ünvanlanan məktublardan yuxarıda qeyd edilən ipoteka predmetinə münasibətdə kredit müqavilələri üzrə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatın alındığı təsdiqlənir.

38. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilmişdir.

39. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

40. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

41. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmiş, ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməli olduğu, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməli olduğu göstərilmişdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

43. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-258 nömrəli və xx.xx.2019-cu il tarixli 443/BT nömrəli qiymətləndirmə rəylərindən görünür ki, ünvan 1i ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 7 800 000 manat, likvid dəyəri 6 630 000 manat müəyyən edilmişdir.

44. Məhkəmə qiymətləndirmə rəyi ilə hər iki tərəfin razılaşdığını nəzərə alaraq hesab edir ki, adıçəkilən ipoteka predmetinin qiymətləndirmə rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

45. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

46. Həmin Qanununun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

47. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 120 manat xidmət haqqı, 15 manat dövlət rüsumu ödənilmişdir.

48. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasının qanunun tələbi olduğunu, bildirişin qeydə alınması üçün ipoteka saxlayan tərəfindən 135 manat xidmət haqqı və rüsum ödənildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

49. Göstərilənlərə əsasən və məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliklərin lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 6 630 000 manat müəyyən edilməklə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7997.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunan vəsait iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF- B0001-00/19A saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-C0001- 00/19A saylı əlavə kredit müqavilələri üzrə ümumilikdə 2 398 952,28 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış BKN-A0001-00/19U saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış BKX-00015- 00/19U saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış BKX-00009-00/21U saylı kredit müqavilələri üzrə ümumilikdə 2 233 129,10 ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 3887,33 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMF-B0001-00/19A saylı, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı, xx.xx.2019-cu il tarixli BKN-A0001-00/19U saylı, xx.xx.2019cu il tarixli BKX-00015-00/19U saylı, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı əlavə kredit müqavilələri üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.

d) Tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı

50. İddiaçı həmçinin girov müqaviləsi əsasında mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan girov predmetinə tutmanın yönəldilməsi, avadanlığın açıq hərracda satılması və kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

51. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

52. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

53. Həmin Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər.

54. Məhkəmə ilk növbədə qeyd edir ki, “Daşınar əmlakın yüklülüyü” haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Adıçəkilən Qanun öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

55. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən verilmiş kreditə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMFMG-00001-00/19A/1 saylı və xx.xx.2019-cu il tarixli BKXMG-00015-00/19U/1 saylı girov müqavilələri və müqaviləyə 1 saylı əlavə ilə daşınar əmlaklar girov ilə yüklü edilmişdir. Hazırkı iddia tələbi ilə isə iddiaçı borcun ödənilməsinin təmin edilməsi üçün tutmanın girov predmeti olan əmlaklara yönəldilməsini və hərracdan satılmasını xahiş edir.

56. Məhkəmə qeyd edir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir.

57. Qanunun yuxarıda qeyd edilmiş 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırkı halda iddiaçı) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər.

58. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə əsasən yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır.

59. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.

60. Məhkəmə qeyd edir ki, iddiaçı yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır.

61. Belə olan halda məhkəmə hesab edir ki, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissədə təmin edilə bilməz.

e) Məhkəmə xərcləri ilə bağlı

62. İddiaçı eləcə də iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

63. Məhkəməyə təqdim edilən 02 aprel 2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 1376,06 manat, 1409,11 manat, 1113,67 manat, 1134,7 manat və 1861,79 manat olmaqla ümumilikdə 6895,33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia qiymətləndirilən iddia (6 195 271,75 manat) olmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 3887,33 manat təşkil edir.

64. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2870/2024 nömrəli qərardadı ilə artıq ödənilmiş 3008 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.

65. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini (təmin edilməyən hissənin dövlət rüsumu məbləğinə təsir etmədiyini) nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3887,33 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-B0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 000 000 (bir milyon) manat əsas borc, 116 805 (bir yüz on altı min səkkiz yüz beş) manat 61 (altmış bir) qəpik faiz borcu, 50 000 (əlli min) manat cərimə olmaqla, cəmi 1 166 805 (bir milyon yüz altmış altı min səkkiz yüz beş) manat 61 (altmış bir) qəpik məbləğində, xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-C0001-00/19A saylı əlavə kredit müqaviləsi üzrə 1 056 000 (bir milyon əlli altı min) manat əsas borc, 123 346 (bir yüz iyirmi üç min üç yüz qırx altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu, 52 800 (əlli iki min səkkiz yüz) manat cərimə olmaqla, cəmi 1 232 146 (bir milyon iki yüz otuz iki min yüz qırx altı) manat 67 (altmış yeddi) qəpik, bütün müqavilələr üzrə ümumilikdə 2 398 952 (iki milyon üç yüz doxsan səkkiz min doqquz yüz əlli iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi üzrə 373 723 (üç yüz yetmiş üç min yeddi yüz iyirmi üç) ABŞ dolları 41 (qırx bir) sent əsas borc, 90 274 (doxsan min iki yüz yetmiş dörd) ABŞ dolları 93 (doxsan üç) sent faiz borcu, 18 686 (on səkkiz min altı yüz səksən altı) ABŞ dolları 17 (on yeddi) sent cərimə olmaqla, cəmi 482 684 (dörd yüz səksən iki min altı yüz səksən dörd) ABŞ dolları 51 (əlli bir) sent məbləğində pul, xx.xx.2019-cu il tarixdə bağlanmış BKX-00015- 00/19U saylı kredit xətti müqaviləsi üzrə 1 000 000 (bir milyon) ABŞ dolları əsas borc, 205 333 (iki yüz beş min üç yüz otuz üç) ABŞ dolları 38 (otuz səkkiz) sent faiz borcu, 50 000 (əlli min) ABŞ dolları cərimə olmaqla, cəmi 1 255 333 (bir milyon iki yüz əlli beş min üç yüz otuz üç) ABŞ dolları 38 (otuz səkkiz) sent, xx.xx.2021-ci il tarixdə bağlanmış BKX-00009-00/21U saylı kredit xətti müqaviləsi üzrə 400 000 (dörd yüz min) ABŞ dolları əsas borc, 75 111 (yetmiş beş min yüz on bir) ABŞ dolları 21 (iyirmi bir) sent faiz borcu, 20 000 (iyirmi min) ABŞ dolları cərimə olmaqla, cəmi 495 111 (dörd yüz doxsan beş min yüz on bir) ABŞ dolları 21 (iyirmi bir) sent, bütün müqavilələr üzrə ümumilikdə 2 233 129 (iki milyon iki yüz otuz üç min yüz iyirmi doqquz) ABŞ dolları 10 (on) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 3887 (üç min səkkiz yüz səksən yeddi) manat 33 (otuz üç) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Tutma Cavabdehnə mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 6 630 000 (altı milyon altı yüz otuz min) manat müəyyən edilməklə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7997.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunan vəsait Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-B0001-00/19A saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış SKMF-C0001- 00/19A saylı əlavə kredit müqavilələri üzrə ümumilikdə 2 398 952 (iki milyon üç yüz doxsan səkkiz min doqquz yüz əlli iki) manat 28 (iyirmi səkkiz) qəpik, xx.xx.2019-cu il tarixdə bağlanmış BKN-A0001-00/19U saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixdə bağlanmış BKX-00015-00/19U saylı, xx.xx.2021ci il tarixdə bağlanmış BKX-00009-00/21U saylı kredit xətti müqavilələri üzrə ümumilikdə 2 233 129 (iki milyon iki yüz otuz üç min yüz iyirmi doqquz) ABŞ dolları 10 (on) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 3887 (üç min səkkiz yüz səksən yeddi) manat 33 (otuz üç) qəpik məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKMF-B0001-00/19A saylı, xx.xx.2019-cu il tarixli SKMF-C0001-00/19A saylı, xx.xx.2019-cu il tarixli BKN- A0001-00/19U saylı əlavə kredit müqavilələri, xx.xx.2019-cu il tarixli BKX-00015-00/19U saylı, xx.xx.2021-ci il tarixli BKX-00009-00/21U saylı kredit xətti müqavilələri üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdehndən tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar