Məhkəmə qərarları › İş №e-2-2(113)-2871/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2871/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2871/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının tutulması, ziyanın ödənilməsi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İdddiaçı İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər X3 və Cavabdeh1 (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada11700,05 (on bir min yeddi yüz manat, beş qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 125,1 (bir yüz iyirmi beş manat, on qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (VÖEN: **********) ilə X3 arasında xx.xx.2021-ci il tarixli, №01 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 900 manat razılaşdırılmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 900 manat razılaşdırılmışdır. Bununla yanaşı, tərəflər arasında xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 900 (doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verənə” nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli, №01 saylı icarə müqaviləsi üzrə xx-xx-2021 tarixli, EBBO 272827 nömrəli elektron qaimə üzrə 900 manat, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrəxx-xx-2022 tarixli, EBBQ 373283 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBR 887917 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBS 842633 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx- 2022-ci il tarixli, EBBU 561832 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022ci il tarixli, EBBW 222404 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBBY 451350 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCA 271079 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814852 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2023-cü il tarixli, EBCO 746234 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2023-cü il tarixli, EBDB 137740 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2023-cü il tarixli, EBDU 147979 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2024-cü il tarixli, EBDZ 826062 nömrəli elektron qaimə üzrə 900 manat olmaqla, ümumilikdə 11700,05 (on bir min yeddi yüz manat, beş qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 7 (yeddi) ədəd məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. X3 müraciətlərimizə verdiyi izahatda qeyd etmişdir ki, yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ASC-nin keçmiş direktoru Cavabdeh1 ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, hesab edirik ki Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X1 və Cavabdeh1 müştərək qaydada 9000,05 (doqquz min manat, beş qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 125,1 (bir yüz iyirmi beş manat, on qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmi8şdir ki, cavabdeh X3 tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinin bir qismi, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli kassa mədaxil orderlərləri ilə bağlı tələb mövcud deyildir. Təqdim edilən kassa mədaxil orderlərinin bir qismi isə (xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderləri) Cavabdeh1 tərəfindən imzalanmış, lakin orada qeyd edilən məbləğlər ASC-nin hesabına mədaxil edilməmişdir. Bunu məhkəməyə təqdim etdiyimiz bank hesabından çıxarış da təsdiq edir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edirik ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır. Belə ki, Mülki Məcəllənin 49.4.5-ci maddəsinə əsasən, hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi ilə bağlı hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixli, №01 saylı icarə müqaviləsi üzrə xx-xx- 2021 tarixli, EBBO 272827 nömrəli elektron qaimə üzrə 900 manat, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2022 tarixli, EBBQ 373283 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBR 887917 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBS 842633 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBU 561832 nömrəli elektron qaimə üzrə 900,01 manat olmaqla, ümumilikdə (900+900+900+900+900,01=4500,01) 4500,01 manat məbləğində pul vəsaitinin Cavabdeh1, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBW 222404 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBBY 451350 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCA 271079 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814852 nömrəli elektron qaimə üzrə 900,01 manat və xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2023-cü il tarixli, EBDU 147979 nömrəli elektron qaimə üzrə 900 manat olmaqla, ümumilikdə (900,01+900,01+900,01+900,01+900 = 4500,04) 4500,04 manat məbləğində pul vəsaitinin (icarə haqqının) cavabdeh X1 tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsi Sizdən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı ASC (“icarəyə verən”) ilə cavabdeh X3 (“icarəçi”) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən “icarəyə verən” Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 200 kv/m hissəsini orada yerləşən və "İcarəyə verən”ə məxsus olan əşyalarla (avadanlıqlar, qurğular sair inventarla) icarəçiyə verir. - 2-ci bəndinə əsasən icarə haqqı hər ay ƏFV ilə bilrikdə 900 manat razılaşdırıldı. - 3-cü bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021ci il tarixdək bağlanılır. - 6.1-ci bəndinə əsasən icarəçi yuxarıda qeyd olunmuş tələblərin hər hansı birinə əməl etməzsə, İcarəyə etməni gecikdirdiyi hər gün üçün və İcarəyə verənin öz müstəsna və mütləq qərarına əsasən seçdiyi hər hansı digər variantdan istifadə etmək hüququna baxmayaraq, Xitam cəriməsi tətbiq etmək hüququna malik olacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

13. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

14. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

15. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

16. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 1400 manat mədaxil edilmişdir.

17. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

18. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

19. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

20. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

21. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

22. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

23. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

24. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

25. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 1400 manat mədaxil edilmişdir.

26. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

27. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 263 manat mədaxil edilmişdir.

28. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

29. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

30. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki X3 tərəfindən 900 manat mədaxil edilmişdir.

31. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsdi qedilir ki, iddiaçı tərəfindən Vəkil1 hesabına 80 manat köçürülmüşdür.

32. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, №01 saylı icarə müqaviləsi üzrə xx-xx-2021 tarixli, EBBO 272827 nömrəli elektron qaimə üzrə 900 manat, xx.xx.2022ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrəxx-xx-2022 tarixli, EBBQ 373283 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBR 887917 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBS 842633 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBU 561832 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBBW 222404 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBBY 451350 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCA 271079 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814852 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2023-cü il tarixli, EBCO 746234 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2023-cü il tarixli, EBDB 137740 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2023-cü il tarixli, EBDU 147979 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2024-cü il tarixli, EBDZ 826062 nömrəli elektron qaimə üzrə 900 manat olmaqla, ümumilikdə 11700,05 mant məbləğində elektron qaimələr göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

33. . Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

35. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyrimaddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.

38. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

42. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

43. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

44. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

45. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

48. 37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

49. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

50. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

51. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Vİ.Məhkəmənin mövqeyi:

57. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə X3 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən mülkiyyət hüququ üzrə ona məxsus icarə obyektini icarəçiyə verməyi, icarəçi isə icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh-icarəçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.

58. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə münasibətlərin olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında X3 borcu qəbul etməyərək həmin məbləği iddiaçının həmin vaxt direktoru olmuş Cavabdeh1 ödədiyini, lakin qəbzləri artıq onda olmadığını bildirmişdir. Bu səbəbdən ödəniş barədə məhkəməyə sübut təqdim edə bilmədiyini qeyd etmişdir.

59. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, icarə etməsi yəni ondan tələb olunan xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBW 222404 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBBY 451350 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCA 271079 nömrəli elektron qaimə üzrə 900,01 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814852 nömrəli elektron qaimə üzrə 900,01 manat və xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2023-cü il tarixli, EBDU 147979 nömrəli elektron qaimə üzrə 900 manat olmaqla, ümumilikdə (900,01+900,01+900,01+900,01+900 = 4500,04) 4500,04 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və cavabdeh X1 tutularaq iddiaçının xeyrinə 4500,04 manat məbləğində pul vəsaiti ödənilməlidir.

60. İddia tələbinin digər hissəsini 4500,01manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması təşkil edir.

61. İşin hallarından müəyyən olunur ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olmuşdur. Həmçinin həmin dövrdə tərtib olunmuş kassa məxaric orderləri və elektron qaimələrdən müəyyən olunur ki, 4500,01manat məbləğində pul vəsaiti X3 tərəfindən İddiaçı ASC-yə ödənilsə də (xx.xx.2021-ci il tarixli, №01 saylı icarə müqaviləsi üzrə xx-xx-2021 tarixli, EBBO 272827 nömrəli elektron qaimə üzrə 900 manat, xx.xx.2022-ci il tarixli, №10 saylı icarə müqaviləsi üzrə xx-xx-2022 tarixli, EBBQ 373283 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBR 887917 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx-2022-ci il tarixli, EBBS 842633 nömrəli elektron qaimə üzrə 900 manat, xx-xx- 2022-ci il tarixli, EBBU 561832 nömrəli elektron qaimə üzrə 900,01 manat olmaqla, ümumilikdə (900+900+900+900+900,01=4500,01) 4500,01 manat), həmin vəsait sonuncunun hesabına ödənilməmişdir. Belə ki, əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçı Cavabdeh1 tərəfindən ona həmin məbləğdə ziyanın dəydiyini iddia edərək, həmin məbləğin xeyrinə tutulmasını xahiş etmişdir.

62. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh1 4500,01manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

63. Belə ki, MM-nin 49.4.5-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. Hazırkı halda da Cavabdeh1 əksini sübuta yetirə bilmədiyinə görə 4500,01 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməməsinə görə məsuliyyət daşıyır.

64. Eləcə də, iddiaçı məhkəmə xərclərinin və 800 manat vəkil xərcinin müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

65. Məhkəmə hesab edir ki, 800 manat hüquqi yardım xərcinin müştərək qaydada tutulmasına dair tələb qismən təmin edilməli, 300 manat məbləğində vəkil xərcinin tutulması ağlabat hesab edilərək cavabdehlərdən müştərək qaydada 300 manat məbləğində vəkil xərci tutulmalıdır.

66. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin olunan hissəsinə mütöənasib olaraq 111 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməldir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 4500,01 (dörd min beş yüz manat bir qəpik) manat məbləğində pul vəsaiti, digər cavabdeh X1 4500,04 (dörd min beş yüz manat dörd qəpik) manat məbləğində pul vəsaiti (icarə haqqı), tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. 111(yüz on bir) manat dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində vəkil xərci cavabdehlər Cavabdeh1, X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar