Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2875/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər AZ.X1 Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının tutulması, ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 3096 (üç min doxsan altı) manat məbləğində pul vəsaiti, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat xərc və dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pulun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2021-ci il tarixli, 04 saylı icarə müqavilələri bağlanmışdır. Həmin icarə müqavilələrinin 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 250 manat razılaşdırılmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, 06 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 04 saylı icarə müqaviləsi üzrə xx.xx.2021 tarixli, EBBO seriyalı, 819482 nömrəli elektron qaimə üzrə 250 manat, xx.xx.2022-ci il tarixli, 06 saylı icarə müqaviləsi üzrə xx.xx.2022 tarixli, EBBQ seriyalı, 444137 nömrəli elektron qaimə üzrə 99,99 manat, xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 888449 nömrəli elektron qaimə üzrə 250 manat, xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 888672 nömrəli elektron qaimə üzrə 88 manat, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 997974 nömrəli elektron qaimə üzrə 321,01 manat, xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 562343 nömrəli elektron qaimə üzrə 346 manat, xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 221214 nömrəli elektron qaimə üzrə 375 manat, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 453423 nömrəli elektron qaimə üzrə 425 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 272883 nömrəli elektron qaimə üzrə 250 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 887704 nömrəli elektron qaimə üzrə 208 manat, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 815294 nömrəli elektron qaimə üzrə 250 manat, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 720450 nömrəli elektron qaimə üzrə 233 manat olmaqla, ümumilikdə 3096 (üç min doxsan altı) manat məbləğində borc yaranmışdır. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-yə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 7 (yeddi) ədəd məktub ünvanlanmış, lakin sonuncu tərəfindən qeyd olunanların heç birinə geri dönüş edilməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə müraciətlərə verdiyi izahatda qeyd etmişdir ki, yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də hesab edilir ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad edilmişdir.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 1105 manat məbləğində borc, Cavabdeh1 1991 manat pul vəsaiti, məhkəmə və vəkil xərclərinin isə cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri iddia ərizəsində qeyd edilmiş və hazırda iddia tələbinin əsasını təşkil edən elektron qaimələrdə nəzərdə tutulan borclar üzrə ödənişləri əks etdirmir. Belə ki, ödəniş qəbzlərinin bir qismi digər şirkətin (PESCADO) adından edilən ödənişləri əks etdirir. Bunu məhkəməyə təqdim etdiyimiz bank hesabından çıxarış da təsdiq edir və həmin ödənişlərdə əks olunan qaimə nömrələri tamamilə fərqlidir. Ödəniş qəbzlərinin digər qismi isə sonrakı dövrlərdə göndərilmiş qaimələrin ödənişləridir və bizim tələb etdiyimiz borclara aidiyyəti yoxdur. Yəni Cavabdeh2 MMC tərəfindən təqdim edilən “ödəniş qəbzləri”nin heç biri iddiaçının tələb etdiyi borcları əks etdirən qaimələr üzrə ödənişi nəzərdə tutmur. Təqdim edilən kassa mədaxil orderlərinə gəldikdə isə həmin kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalanmış, lakin orada qeyd edilən məbləğlər ASC-nin hesabına mədaxil edilməmişdir. Ümumiyyətlə, 2021-ci ilin sonlarından sonra ASC-nin fiziki olaraq kassa aparatı mövcud olmamışdır. Buna görə də hesab edirlər ki, həmin hissədə birbaşa məsuliyyəti Cavabdeh1 daşıyır. Belə ki, Mülki Məcəllənin 49.4.5ci maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi ilə bağlı hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır. Ona görə də hesab edirlər ki, xx.xx.2021-ci il tarixli, 04 saylı icarə müqaviləsi üzrə xx-xx-2021 tarixli, EBBO 819482 nömrəli elektron qaimə üzrə 250 manat və xx.xx.2022-ci il tarixli, №06 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBW 221214 nömrəli elektron qaimə üzrə 375 manat, xx-xx-2022-ci il tarixli, EBBY 453423 nömrəli elektron qaimə üzrə 425 manat, xx-xx-2022-ci il tarixli, EBCA 272883 nömrəli elektron qaimə üzrə 250 manat, 28- 07-2022-ci il tarixli, EBCA 887704 nömrəli elektron qaimə üzrə 208 manat, xx-xx-2022-ci il tarixli, EBCB 815294 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022ci il tarixli, EBCC 720450 nömrəli elektron qaimə üzrə 233 manat olmaqla, ümumilikdə (250+375+425+250+208+250+233=1991 manat) 1991 manat borc üzrə kassa mədaxil orderləri Cavabdeh1 tərəfindən imzalanmış, lakin həmin məbləğ ASC-nin hesabına daxil edilməmişdir. Buna görə də 1991 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulmalıdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 06 saylı icarə müqaviləsi üzrə xx-xx-2022 tarixli, EBBQ 444137 nömrəli elektron qaimə üzrə 99.99 manat, xx-xx-2022-ci il tarixli, EBBR 888449 nömrəli elektron qaimə üzrə 250 manat, xx-xx-2022-ci il tarixli, EBBR 888672 nömrəli elektron qaimə üzrə 88 manat, xx-xx-2022- ci il tarixli, EBBS 997974 nömrəli elektron qaimə üzrə 321.01 manat, xx-xx-2022-ci il tarixli, EBBU 562343 nömrəli elektron qaimə üzrə 346 manat olmaqla, ümumilikdə (99,99+250+88+321,01+346=1105 manat) 1105 manat məbləğində borc üzrə ödənişlə bağlı isə Cavabdeh2 MMC tərəfindən hər hansı sənəd təqdim edilmədiyi üçün hesab edirik ki, 1105 manat məbləğində borc Cavabdeh2 MMC-dən tutulub iddiaçıya ödəilməlidir. Məhkəmə və vəkil xərcləri isə cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir.
6. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək, 250,99 manat icarə haqqının Cavabdeh2 MMC-dən, 2217,01 manat icarə haqqının Cavabdeh1, həmçinin məhkəmə və vəkil xərcinin cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilməsi xahiş edilmişdir.
7. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və bildirdi ki, kommunal xərclərlə bağlı digər məhkəmədə iddia qaldırılıb, ona görə də həmin hissə tələbdən çıxılıbdır.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh1) ilə icarəçi qismində Cavabdeh2 MMC arasında 01 dekabr 2021-ci il tarixli, 04 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən sahənin 30 kv.m hissəsi icarəyə verilmişdir; 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV daxil 250 manat razılaşdırılmışdır; 5-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2022-ci il qədər bağlanılmışdır. Müqavilə tərəflərin imzası və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. İcarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh1) ilə icarəçi qismində Cavabdeh2 MMC arasında 01 dekabr 2022-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 30 kv.m hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla icarəçiyə icarəyə verir; 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən icarəçi xx.xx.2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir; 14-cü bəndinə əsasən icarə haqqının müqavilədə nəzərdə tutulan son ödəniş günündən 3 ay ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının icarəçi tərəfindən ödənilməməsi, habelə hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə icarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericilikdə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi icarəçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müqavilə üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 819482 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 04 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 888449 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 997974 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 321 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 562343 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 346 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 221214 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 375 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
16. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 453423 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 425 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
17. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 272883 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
18. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 815294 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli 06 nömrəli müqavilə qeyd edilmişdir.
19. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582559 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 447 manat icarə haqqı (250 manat icarə haqqı Xİİ-21-ci il+197 işıq pulu) ödənilmişdir.
20. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112113 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 375 manat icarə haqqı (icarə haqqı V-22-ci il) ödənilmişdir.
21. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112127 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 425 manat icarə haqqı (icarə haqqı Vİ-22-ci il) ödənilmişdir.
22. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112146 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 208 manat icarə haqqı (icarə haqqı iyul İİ hissə) ödənilmişdir.
23. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112134 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 250 manat icarə haqqı (icarə haqqı iyul, 2022-c il) ödənilmişdir.
24. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112148 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 250 manat icarə haqqı (icarə haqqı avqust-2022) ödənilmişdir.
25. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112165 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 233 manat icarə haqqı (icarə haqqı avqust İİ hissə) ödənilmişdir.
26. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582595 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən «Karkas” ASC-yə 250 manat icarə haqqı (icarə haqqı avqust İİ hissə) ödənilmişdir.
27. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan qalıq borcu 3096 manat təşkil edir.
28. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan qalıq borcu 628,99 manat təşkil edir. Qeyd edilmiş borc kommunal haqları əhatə edir.
29. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən qalıq borc 628,99 manat təşkil edir. Qeyd edilən borc kommunal borcu əhatə edir və arayışda kommunal xidmətlər üzrə yaranmış borcun ödənilməsi cəmiyyətin daxili vəsaiti hesabına təmin olunduğuna görə İddiaçı ASC-yə keçmiş direktor Cavabdeh1 fəaliyyəti nəticəsində maddi zərər dəydiyi qeyd edilmişdir.
30. "xxxx" MMC tərəfindən tərtib edilmiş sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC-nin 12 qaimə üzrə ümumi borc 3096 manat təşkil edir.
31. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan qalıq borcu 2467,01 manat təşkil edir. Qeyd edilmiş borc xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə icarə haqlarını əhatə edir.
32. İş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
33. İş materiallarna ödənişlərlə bağlı qəbzlər əlavə edilmiş, həmin ödənişlərin iş üzrə təqdim olunan elektron qaimələlə əlaqəsinin olmadığı müəyyən edilmişdir.
34. İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
35. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
38. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, izami rayonu, Babək prospekti 74 ünvanında yerləşən mülkiyyət hüququ üzrə ona məxsus icarə obyektini icarəçiyə verməyi, icarəçi isə hər ayın 5-dən gec olmayaraq aylıq 250 manat icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh-icarəçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.
39. İlkin olaraq iddiaçı cavabdehlərdən müştərək qaydada 3096 (üç min doxsan altı) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, sonradan iddia tələbini dəyişdirmişdir. Belə ki, kommunal xərclər (628,99 manat) həmin məbləğdən çıxılaraq yalnız 2467,01 manat (3096-628,99=2467,01) icarə haqları tələbi saxlanılmış, həmin məbləğin 250 manatının Cavabdeh2 MMC-dən, qalan 2217,01 manat hissəsinin (2467,01- 250=2217,01) isə digər cavabdehdən tutulması xahiş edilmişdir.
40. İddia tələbinin bir hissəsini 250,99 manat icarə haqqının Cavabdeh2 MMC-dən tutulması təşkil edir.
41. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və Cavabdeh2ndən 250 (iki yüz əlli) manat icarə haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan hissədə isə (0,99 manat) təmin edilməməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş kassa məxaric orderlərindən müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış elektron qaimələr üzrə ödənişlər edilmiş, xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 888449 nömrəli elektron qaimə üzrə ödəniş edilməsini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06 nömrəli müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə həmin hissədə hazırkı nəticəyə gəlmişdir.
42. İddia tələbinin digər hissəsini 2217,01 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması təşkil edir.
43. İşin hallarından müəyyən olunur ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olmuşdur. Həmçinin həmin dövrdə tərtib olunmuş kassa məxaric orderləri və elektron qaimələrdən müəyyən olunur ki, 2217,01 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə ödənilsə də (xx.xx.2021-ci il tarixli, 04 saylı icarə müqaviləsi üzrə xx.xx.2021 tarixli, EBBO seriyalı, 819482 nömrəli elektron qaimə üzrə məbləğ 250 manat, xx.xx.2022-ci il tarixli, 06 saylı icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 997974 nömrəli elektron qaimə üzrə 321,01 manat xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 562343 nömrəli elektron qaimə üzrə 346 manat, xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 221214 nömrəli elektron qaimə üzrə 375 manat, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 453423 nömrəli elektron qaimə üzrə 425 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 272883 nömrəli elektron qaimə üzrə 250 manat, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 815294 nömrəli elektron qaimə üzrə 250 manat olmaqla, ümumilikdə 2217,01 manat (250+321,01+346+375+425+250+250=2217,01 manat)), həmin vəsait sonuncunun hesabına ödənilməmişdir. Belə ki, əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçı Cavabdeh1 tərəfindən ona həmin məbləğdə ziyanın dəydiyini iddia edərək, həmin məbləğin xeyrinə tutulmasını xahiş etmişdir.
44. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh1 2217,01 manat (iki min iki yüz on yeddi manat bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
45. Belə ki, MM-nin 49.4.5-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. Hazırkı halda da Cavabdeh1 əksini sübuta yetirə bilmədiyinə görə 2217,01 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməməsinə görə məsuliyyət daşıyır.
46. Eləcə də, iddiaçı məhkəmə xərclərinin və 500 manat vəkil xərcinin müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
47. Məhkəmə hesab edir ki, 500 manat hüquqi yardım xərcinin müştərək qaydada tutulmasına dair tələb qismən təmin edilməli, cavabdehlərin hər birinə münasibətdə təmin edilmiş iddia tələbinə uyğun olaraq, 500 (beş yüz) manat hüquqi yardım xərcinin 100 (yüz) manat hissəsi Cavabdeh2ndən, 400 (dörd yüz) manat hissəsi isə Cavabdeh1 tutulmalıdır.
48. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,70 manat (qırx dörd manat yetmiş qəpik) pulun 8,94 manat (səkkiz manat doxsan dörd qəpik) hissəsi Cavabdeh2ndən, 35,76 manat (otuz beş manat yetmiş altı qəpik) hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən 250 (iki yüz əlli) manat icarə haqqı, Cavabdeh1 2217,01 manat (iki min iki yüz on yeddi manat bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 500 (beş yüz) manat hüquqi yardım xərcinin 100 (yüz) manat hissəsi Cavabdeh2ndən, 400 (dörd yüz) manat hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,70 manat (qırx dörd manat yetmiş qəpik) pulun 8,94 manat (səkkiz manat doxsan dörd qəpik) hissəsi Cavabdeh2ndən, 35,76 manat (otuz beş manat yetmiş altı qəpik) hissəsi isə Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova