Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2876/2023 08.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, sərfiyyat borcu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə yaranmış 114868 manat, həmçinin iddiaçı tərəfindən ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 115278 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, qazdan istifadəyə görə yaranmış 114102,46 manat, həmçinin iddiaçı tərəfindən ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 114512,46 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 613 saylı sərəncamına əsasən Xəzər Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış 3,2 ha boş sahə “İcarəçi” İddiaçı icarəyə verilmişdir. Qeyd edilən torpaq sahəsində istixana inşa edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli etibarnamə ilə istixananın idarə edilməsini atası X1 həvalə etmişdir. X2 isə öz növbəsində Cavabdeh ilə xx.xx.2020-ci il tarixli 07/20 nömrəli Daşınmaz Əmlakın icarəsi müqaviləsi bağlayaraq qeyd edilən istixananı Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən “İcarəyə verən” Xəzər rayonu, Zirə qəsəbəsinin cənubunda yerləşən 3,2 ha torpaq sahəsində quraşdırılmış və ümumi sahəsi 3,2 ha təşkil edən İstixananı bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında və müddət ərzində, kənd təsərrüfatı məqsədilə icarəyə verir, “İcarəçi” isə həmin İstixananı öz istifadəsinə qəbul edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə istixana Cavabdeh təhvil verilmişdir. Müqavilənin 2.2.10-cu bəndinə əsasən “İcarəçi” sərf etdiyi qazın sayğacların göstərişinə əsasən ödənişini hər təqvim ayının birinci on günlüyündə ödəməyi öhdəsinə götürür və ödəniş tapşırığı haqqında “İcarəyə verəni” məlumatlandırmalıdır. Lakin cavabdeh tərəfində qeyd edilən tələb pozulmuşdur. Nəticə olaraq cavabdehin qazdan istifadəyə görə 114868 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən Bakı Regional Qazın Satış Departamentinə ünvanlandığı xx.xx.2022-ci il tarixli müraciət cavabdehin qazın istifadəsinə görə həqiqətən 114 868 manat borcunun olmasını qeyrişərtsiz olaraq sübut edir. Əlavə olaraq, sözügedən istixananın qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsi Maraqlı şəxs İB tərəfindən İddiaçı ilə bağlanıb. Bu səbəbdən, Cavabdeh fəaliyyəti nəticəsində qazın istifadəsinə görə yaranmış 114868 manat borc Maraqlı şəxs İB tərəfindən İddiaçı tələb olunur. Cavabdehin müqaviləyə əsasən üzərinə düşən öhdəliklərinin yerinə yetirməməyi, qeyd edilən borcun yaranmasının yeganə səbəbidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olduğu dövr ərzində təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən ümumiyyətlə ödəniş aparılmamış, nəticədə cavabdeh iddiaçıya 114102,46 manat məbləğində zərər vurmuşdur. İddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini tələb edir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdehin Maraqlı şəxs İB Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2022-ci i tarixdə daxil olmuş ərizəsindən görünür ki, icarədarı olduğu iddiaçıya məxsus istixananın fəaliyyətdə olduğu zaman Maraqlı şəxs İB-yə 114868 manat borcu yaranmışdır. Göstərilən borc tərəfindən 14868 manatı iyul ayının sonuna qədər, qalan 100.000 manat borcu 3 ay müddətinə ödəyəcəyinə zəmanət vermişdir.
9. Maraqlı şəxs İB tərəfindən iddiaçıya göndərilmiş 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, müəssisənin xx.xx.2022-ci il tarixə Birliyə 114102,46 manat debitor borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir.
10. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 613 saylı sərəncamı əsasında Zirə qəsəbəsinin cənubunda istifadəsiz qalmış 3,2 ha boş sahəni icarəçiyə təmiz sahəyə çevrilərək, orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verir. 3,2 ha üçün illik icarə haqqı 100 manat ƏDV-siz təşkil edir.
11. İddiaçı (icarəyəverən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 01 iyul 2020-ci il tarixli 07/20 nömrəli daşınmaz əmlakın icarəsi müqaviləsinə əsasən icarəyə verən Xəzər rayonu Zirə qəsəbəsinin cənubunda yerləşən ərazisində 3,2 ha torpaq sahəsində quraşdırılan və ümumi sahəsi 3,2 ha təşkil edən istixananı bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında və müddət ərzində, kənd təsərrüfatı məqsədilə 24 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək icarəyə verənə icarəyə verir, icarəçi isə həmin istixananı öz istifadəsinə qəbul edir.
12. Müqavilənin 2.2.10-cu bəndinə əsasən icarəçi sərf etdiyi elektrik enerjisini, sərf etdiyi qazın sayğacların göstərişinə əsasən ödənişini hər təqvim ayının birinci ongünlüyündə ödəməyi öhdəsinə götürür və ödəniş tapşırığı haqqında icarəyə verəni məlumatlandırır.
13. İddiaçıya məxsus abonent saldosundan görünür ki, abonentin Maraqlı şəxs İB-yə olan hazırkı borcu 114102,46 manat təşkil edir.
14. X2 ilə cavabdeh arasında bağlanmış 01 iyul 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2011-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti ilə bağlanılan 613 nömrəli sərəncamı əsasında Zirə qəsəbəsinin cənubunda yerləşən 3,2 ha “X3 Verilməsi haqqında müqavilə əsasında istifadəsində olan Xəzər rayonu Zirə qəsəbəsi ərazisində 3,2 ha torpaq sahəsində quraşdırılan və ümumi sahəsi 3,2 ha təşkil edən istixananı tam yararlı vəziyyətdə icarəyə verən tərəfindən təhvil verilir, icarəçi isə istixananı öz istifadəsinə qəbul edərək təhvil alır.
15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçıdan tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Həmin Məcəllənin 709-cu maddəsinə əsasən icarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 01 iyul 2020-ci il tarixli 07/20 nömrəli daşınmaz əmlakın icarəsi müqaviləsinin 2.2.10-cu bəndində əsasən cavabdeh sərf etdiyi qazın sayğacın göstərişinə əsasən ödənişi ödəməyi öz öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, nəticə qeyri-yaşayış sahəsinin cavabdehin sahiblik və istifadəsində olduğu dövr üzrə cavabdehin təbii qazdan istifadəyə görə ümumilikdə 114102,46 manat borcu yaranmış, cavabdeh həmin borcu ödəməyi öhdəsinə götürsə də, öz öhdəliklərini icra etməmiş, bununla da cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdə zərər vurulmuşdur, bu səbəbdən iddiaçı həmin zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır.
26. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
29. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
30. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun istifadə olunmuş təbii qaza görə iddiaçıya 114102,46 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 114102,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
34. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-6931 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 114102,46 manat məbləğində borc və ödənilmiş 410 manat məbləğində dövlət rüsumu, ümumilikdə 114512,46 (bir yüz on dörd min beş yüz on iki manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova