Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2877/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 noyabr 2022-ci il tarixli, № 860 saylı icarə müqaviləsiəsasında yaranmış 10192,78 manat və 1834,74 manat ƏDV borcunun, 500 manat cərimə borcunun, ümumi dəyəri 2766,5 manat olan – 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45m, 15 ədəd taxta 5x15 3mlik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 152 manat dövlət rüsumunun (138 manat iddia tələbi və 14 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 noyabr 2022- ci il tarixli, № 860 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma-sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh isə bu müddət ərzində öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda bizə müqavilə üzrə 10192,78 manat və 1834,74 manat ƏDV borcu borcu müəyyən edilmişdir. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 2766,5 manat olan – 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45m, 15 ədəd taxta 5x15 3m-lik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol bu günədək geri qaytarılmamışdır. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 500 manat tələb edirik. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 noyabr 2022-ci il tarixli, № 860 saylı icarə müqaviləsi əsasında yaranmış 10192,78 manat və 1834,74 manat ƏDV borcunun, 500 manat cərimə borcunun, ümumi dəyəri 2766,5 manat olan – 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45m, 15 ədəd taxta 5x15 3m-lik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol və ya onların dəyəri 2766,5 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 152 manat dövlət rüsumunun (138 manat iddia tələbi və 14 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 860 saylı icarə müqaviləsinə görə icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 5.3-cü bəndinə əsasən İcarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5 % miqdannda İcarəyə verənə cərimə ödəyir.
10. Müqavilənin xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
11. Müqavilənin xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
12. Müqavilənin xx.xx.2022-ci il tarixli 3 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
13. Müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə tərəflər arasında imzalanmış 01 nömrəli təhvil-təslim aktına əsasən müqavilə üzrə avadanlıqlar icarəçiyə təslim edilmiş, heç bir qüsur və çatışmazlıq müəyyən edilməmişdir.
14. Müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə tərəflər arasında imzalanmış 02 nömrəli təhvil-təslim aktına əsasən müqavilə üzrə avadanlıqlar icarəçiyə təslim edilmiş, heç bir qüsur və çatışmazlıq müəyyən edilməmişdir.
15. İş materiallarında olan xidmətlərin həyata keçirilməsinə dair işlərin qəbul aktına əsasən xx.xx.2022-ci il tarixinə kimi ədv daxil olmaqla 2764,74 manat dəyərində işlərin həyata keçirilməsi cavabdeh tərəfindən qəbul edilmişdir.
16. İş materiallarında olan xidmətlərin həyata keçirilməsinə dair işlərin qəbul aktına əsasən xx.xx.2022-ci il tarixinə kimi ədv daxil olmaqla 616,74 manat dəyərində işlərin həyata keçirilməsi cavabdeh tərəfindən qəbul edilmişdir.
17. Tərəflər arasında imzalanmış PR2844-2211 saylı hesabata əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər ədv daxil 472 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
18. Tərəflər arasında imzalanmış PR2844-2211 saylı hesabata əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər ədv daxil 673,78 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
19. Tərəflər arasında imzalanmış PR2844-2303 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 2478 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
20. Tərəflər arasında imzalanmış PR2844-2302 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 2761,2 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
21. Tərəflər arasında imzalanmış PR2844-2301 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 1663,8 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
22. Tərəflər arasında imzalanmış PR2844-2212 saylı hesabata əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər ədv daxil 2336,4 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
23. Tərəflər arasında imzalanmış PR2844-2304 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 2017,8 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
24. Tərəflər arasında imzalanmış PR2844-2305 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 2017,8 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
25. Tərəflər arasında imzalanmış PR2844-2306 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 1158,76 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
26. Tərəflər arasında imzalanmış PR2844-2307 saylı hesabata əsasən xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ədv daxil 1158,76 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
27. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 13-218/25 saylı mütəxəssis rəyinə görə Alt ayar mili (32-lik), qalas 2.45m, taxta 5x15 3m-lik, Bakı iskələ ayaq hissə, Bakı iskələ qısa qol, Bakı iskələ uzun qol adlı tikinti materiallarının hər birinin ayrı-ayrılıqda və iş materiallarında olan məlumatların hazırki vaxta olan orta bazar dəyəri ümumilikdə 2766,5 manat təşkil edir.
28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
31. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 860 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus əmlaklar cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 10192,78 manat əsas borc, 1834,74 manat ƏDV borcu ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə əsas və ədv borcunu cavabdehdən tələb etməklə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 10192,78 manat əsas borc, 1834,74 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.
34. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3cü bəndinə əsasən hesablanmış 500 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat məbləğində müəyyən edilməlidir.
39. Bundan əlavə, iddiaçı iddia ərizəsində ümumi dəyəri 2766,5 manat olan – 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45m, 15 ədəd taxta 5x15 3m-lik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol və ya onların dəyəri 2766,5 manat pulun tutulmasını xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, icarəyə verilmiş, qaytarılmayan malların əvəzi qismində 2766,5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
42. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
43. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 noyabr 2022- ci il tarixli, № 860 saylı icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 2766,5 manat olan - 15 ədəd Alt ayar mili (32-lik), 9 ədəd qalas 2.45m, 15 ədəd taxta 5x15 3m-lik, 17 ədəd Bakı iskələ ayaq hissə, 10 ədəd Bakı iskələ qısa qol, 121 ədəd Bakı iskələ uzun qol əmlaklar cavabdehin sahiblik və istifadəsinə vermiş, cavabdeh həmin əmlakları aktı imza edib möhürləməklə qəbul etmiş, lakin cavabdeh qeyd olunan avadanlıqları geri qaytarmamış, bunun nəticəsində iddiaçıya zərər dəymişdir.
46. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 13-218/25 saylı rəy ilə dəymiş zərərin məbləği 2766,5 manat müəyyən edilmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10192,78 manat əsas borc, 1834,74 manat ƏDV, 400 manat dəbbə pulu, 2766,50 manat zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Bundan başqa iddia ərizəsində 640 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 500 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçının özünə aid edilməlidir.
49. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən Vəkil hesabına ümumilikdə 600 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 135,88 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, 14 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,12 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10192,78 manat əsas borc, 1834,74 manat ƏDV, 400 manat dəbbə pulu, dəymiş zərərin əvəzi qismində 2766,50 manat, 500 manat hüquqi yardıma görə xərc, 135,88 manat dövlət rüsumu, 14 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu, ümumilikdə 15843,90 (on beş min səkkiz yüz qırx üç manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (2,12 manat dövlət rüsumu və 140 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh MMC-dən aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova