Məhkəmə qərarları › İş №e-2-2(113)-2888/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2888/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2888/2025 18.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 X2 Sanayi ve Diş Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasindakı filialına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin Müştəri Xidmətləri Departamentiilə X1 X2 Sanayi ve DİŞ Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialıarasında bağlanmış xx.xx.2023-cü il tarixli, №03/H-23 saylı kredit müqaviləsi üzrə banka olan ******* AZN (bir milyon manat ) əsas, 89643.34 AZN (səksən doqquz min altı yüz qırx üç manat otuz dörd qəpik) faiz, 239166.67 AZN (iki yüz otuz doqquz min yüz altmış altı manat altmış yeddi qəpik) cərimə borcu olmaqla, cəmi 1,328,810.01 AZN (bir milyon üç yüz iyirmi səkkiz min səkkiz yüz on manat bir qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 135 AZN (bir yüz otuz beş manat) məbləğində rüsumun, 1454.41 AZN (bir min dörd yüz əlli dörd manat qırx bir qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan – X1 X2 Sanayi ve DİŞ Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, ipoteka qoyan–"xxxx" MMC, zamin- Cavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi, Həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, "xxxx" MMC-ə məxsusYevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci dalan, 1 ünvanında mülkiyyətdə olan 4.18 ha torpaq sahəsi və Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci dalan, 1 ünvanında mülkiyyətdə olan 4.18 ha torpaq sahəsində yerləşən 16510.10 kv.m sahədən ibarət əmlak kompleksinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi; 3. Həmin əmlakların hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan –X1 X2 Sanayi ve DİŞ Ticaret Limited” ŞirkətininAzərbaycan Respublikasındakı filialı ipoteka qoyan– "xxxx" MMC, zaminCavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş üzrə tərəflər arasında razılıq əldə olunmuş və kredit restruktruzasiya edilmişdir. Bu səsbəbdən məhkəmə işinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 09:35-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1 X2 Sanayi ve Diş Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasindakı filialına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 1454, 41 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar