Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-290/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdehlər Cavabdeh6bdan, Cavabdeh4, X4 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə kreditə görə 956946,42 (doqquz yüz əllialtı min doqquz yüz qırx altı manat 42 qəpik) AZN, faiz borcuna görə 26442,52 (iyirmi altı min dörd yüz qırx iki manat 52 qəpik) AZN, cərimə borcuna görə 13517,72 (on üç min beş yüz on yeddi manat 72 qəpik) AZN, cəmi 996906,66 (doqquz yüz doxsan altı min doqquz yüz altı manat 66 qəpik) AZN, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 360 manat, mediasiya xərci kimi ödənilmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 486,91 manat pulun, İddiaçı ASC-nin xeyrinə tutulması; Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumisahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh6 xx.xx.2019-cu il tarixli, SKS- 0033 saylı kredit müqaviləsi üzrə cəmi 996906,66 AZN borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1646,91 manat məbləğində pulun ödənilməsi; 3. İpoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəlimənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyriyaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakışəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə tutma yönəldikdən və əmlaklar açıq hərracdam satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaqdıqda əmlakların boşaldılması, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: 4. İpoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh6 Cavabdeh4, X4 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh6arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SKS-0033saylı kredit müqaviləsinə əsasən, əsas vəsaitin tikintisi məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 84 ay müddətinə ******* manat məbləğində AR SİF-nun vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 1.1., 1.2. və 2.2., 2.3. maddələri). Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, X9və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, SKS-0033 saylızaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ iləCavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMCnin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəlimənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil, İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixdə İpoteka ilə yüklü edilmiş, İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, ipoteka qoyanların ailə üzvləri razılıqlarını vermiş və ipotekalar dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli, SKS-0033saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X9 hüquqi varisi olan Cavabdeh5 ilə əvəz edilmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdehlər Cavabdeh6bdan, Cavabdeh4, X4 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə kreditə görə 956946,42 (doqquz yüz əllialtı min doqquz yüz qırx altı manat 42 qəpik) AZN, faiz borcuna görə 60332,02 AZN, cərimə borcuna görə 75186,62 AZN, cəmi 1092465,06 AZN, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 360 manat, mediasiya xərci kimi ödənilmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 537 manat pulun, İddiaçı ASC-nin xeyrinə tutulması; Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumisahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh6 xx.xx.2019-cu il tarixli, SKS- 0033 saylı kredit müqaviləsi üzrə cəmi 1092465,06 AZN borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1697 manat məbləğində pulun ödənilməsi; 3. ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh6 Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Osmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib cavabdehlərdən faiz və cərimə borclarının tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyildir, borclar düzgün hesablanmamışdır, mütəxəssis rəyləri ilə də razı deyildir, çünki ipoteka predmetləri çox aşağı qiymətləndirilmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
8. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə cavabdeh X10 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli SKS- 0033 nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitin tikintisi məqsədilə ******* manat məbləində kredit verməyi,borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan 1 saylı Əlavəyə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 84 ay müddətinə verilir.Faizlər aylıq ödənilməklə,əsas məbləğin ödənişinə 36 ay möhlət verilir.Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir.Kreditin ilk dəfə verilənməbləği ******* manatdan çox olmamalıdır.
13. Müqavilənin 2.12.3-cü bəndinə əsasən müqavilənin müddəti ərzində borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə bəorc verən tərəfindən “Kredit ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində cərimə tətbiq olunur.
14. İddiaçı ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS-0033 daylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 Cavabdeh6 ilə kreditor arasında bağlanmış SKS-0033 saylı,xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.
15. İddiaçı ilə cavabdeh X9 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS-0033 saylı zaminlik müqaviləsinə əsasən zamin X1 Hatəm Əli oğlu ilə kreditor arasında bağlanmış SKS-0033 saylı,xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.
16. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS-0033 saylı zaminlik müqaviləsinə əsasən əsasən zamin Cavabdeh2 Cavabdeh6 ilə kreditor arasında bağlanmış SKS-0033 saylı,xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.
17. Cavabdeh X9 onun hüquq varisi olan Cavabdeh5 ilə əvəz olunmuşdur.
18. İddiaçı ilə Cavabdeh3 Yusif qızı (ipoteka qoyan) və Cavabdeh6 (borc alan) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi,ev 12,m.59 ünvanında yerləşən ümumi sahəsi 248 kvadrat metr olan mənzil ipoteka ilə yüklü edilmişdir.
19. İddiaçı ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh6 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan məxsus xüsusi mülkiyyət hüququ üzrə məxsus ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.
20. İddiaçı ilə Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil, habelə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
21. İddiaçı ilə cavabdeh X9 (ipoteka qoyan) və Cavabdeh6 (borc alan) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS- 0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq X6 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 məxsus Naftalan şəhəri,R.Zülfüqarov küçəsi,ev 64A ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus Naftalan şəhəri,R.Zülfüqarov küçəsi,ev 64A ünvanında yerləşən qeyri-yaşayış binası 0,5454 ha torpaq sahəsilə birlikdə İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 məxsus Goranboy rayonu,Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evi 0,05 ha topraq sahəsilə birlikdə İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi,ev 12,m.59 ünvanında yerləşən ümumi sahəsi 248 kvadrat metr olan mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/350, xx.xx.2024-cü il tarixli rəyinə əsasən SKS-0033 saylı kredit müqaviləsi üzrə Cavabdeh6 xx.xx.2023-cü il tarixə əsas borcu – 972101,09 manat, faiz borcu – 11379,05 manat müəyyən edilmişdir.
30. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin bazar qiyməti – 744000 manat, likvid qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə bazar qiyməti – 110000 manat, likvid qiyməti – 70000 manat, Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyriyaşayış binası – İdarəetmə mərkəzinin bazar qiyməti – 165000 manat, likvid qiyməti – 150000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 10 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin bazar qiyməti – 122000 manat, likvid qiyməti – 110000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə bazar qiyməti – 360000 manat, likvid qiyməti – 300000 manat, tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilin bazar qiyməti – 163000 manat, likvid qiyməti – 146000 manat təşkil edir.
31. 22.04.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMCyə 3000 manat vəsait ödənilmişdir.
32. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
37. Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
38. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
42. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
43. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
45. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
46. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
47. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
48. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh6 arasında xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə əsas vəsaitin tikintisi məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 84 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh4, X9və Cavabdeh2 arasında xx.xx.2019cu il tarixli, SKS-0033 saylı zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, SKS- 0033 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMCnin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəlimənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil iddiaçı qarşısında xx.xx.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
49. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
50. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməli, ekspert rəyində cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcu iddia tələbindən artıq məbləğdə müəyyən edildiyi, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi əsas borc hissədə iddia ərizəsində göstərilən məbləğdə müəyyən edilməlidir.
52. Belə ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən xx.xx.2024-cü il tarixə olan 60332,02 manat faiz borcunun tutulmasını xahiş etmişdir.
53. Materiallardan müəyyən edilir ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsi xx.xx.2023cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada göndərilmişdir. İddia ərizəsində isə kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.
54. Göründüyü kimi iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış SKS-0033 saylı kredit müqaviləsinin müddəti 84 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cəmi əsas borcun ödənilməsini tələbi irəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.
55. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış SKS- 0033 saylı kredit müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.
56. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı SKS-0033 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
57. İddia ərizəsində görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir.
58. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
59. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
60. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə borcu 45000 manat müəyyən edilməlidir.
61. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
62. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 956946,42 manat əsas, 11379,05 manat faiz borcu, 45000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəylərində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə 956946,42 manat əsas borc, faiz borcuna görə 11379,05 manat, 45000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə - ilkin satış qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi – ilkin satış qiyməti 150000 manat, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 10 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə - ilkin satış qiyməti 110.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 300.000 manat və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə - ilkin satış qiyməti 146000 manat olmaqla yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 360 manat, dövlət rüsumu kimi ödənilmiş 486,91 manat, "xxxx" MMC-yə ödənilmiş 3000 manat cavabdehlərə, 800 manat mediasiyaya dair xərc iddiaçının özünə aid edilməlidir.
66. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
67. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə 956946,42 manat əsas borc, 11379,05 manat faiz borcu, 45000 manat cərimə borcu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 360 manat, dövlət rüsumu kimi ödənilmiş 486,91 manat, "xxxx" MMC-yə ödənilmiş 3000 manat, ümumilikdə 1.017.172,38 (bir milyon on yeddi min bir yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə ilkin satış qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə – ilkin satış qiyməti 150000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 10 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə - ilkin satış qiyməti 110.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 300.000 manat və tam mülkiyyət hüququ ilə X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə - ilkin satış qiyməti 146000 manat olmaqla yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 1.017.172,38 (bir milyon on yeddi min bir yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılsın. 800 manat mediasiyaya dair xərc və ödənilmiş 50,09 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova