Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2903/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və icarə müqavilələri üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti ilə bağlanmış müqaviləyə əsasən təhvil verilmiş maye oksigen qazına görə 200.000 manat pulun, çənlərin icarə haqqına görə (16x20.000) 320.000 manat pulun, 400 manat mediasiya xərci və 413 manat dövlət rüsumunun, ümumilikdə 523.813 (beş yüz iyirmi üç min səkkiz yüz on üç) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə əbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 18 mart 2022-ci il tarixli, TM-002 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanmışdır. Eyni zamanda "xxxx" MMC ilə AR Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 20 dekabr 2021-ci il tarixli, TM-043 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi, 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli “Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəfimizdən müəyyən işlərin və xidmətlərin görülməsi nəzərdə tutulmuş və görülmüş. lakin bunun qarşılığında görülmüş işlərin və xidmətlərin dəyəri olan pul vəsaiti cavabdeh tərəfindən hesabımıza ödənilməmişdir. Belə ki, cavabdeh müəssisə hazırda öz öhdəliyini icra etmir. Cavabdeh tərəfə verilmiş çənlər xx.xx.2023-cü il tarixdə qaytarılmışdır. Lakin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan aylar üçün hesablanmış olan aylıq 20.000 manat icarə haqqı ödənilməmişdir.
3. Sonradan xx.xx.2023-cü il tarixdə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
5. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 20 dekabr 2021-ci il tarixli TM-043 nömrəli, 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli və 18 mart 2022-ci il tarixli TM-002 nömrəli müqavilələr bağlanmışdır. Qeyd edilmiş müqavilələrin 2.1-ci bəndindən göründüyü kimi, "xxxx" MMC Cavabdeh tərkibinə verilmiş 2300 çarpayı fpndu olan modul tipli xəstəxanaya maye oksigen qazının satılması və oksigen çənlərinin icarəsi üçün bağlanmışdır.
10. "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında bağlanmış olan sonuncu müqavilə 18 mart 2022-ci il tarixli TM-002 nömrəli müqavilə olmuşdur.
11. Qeyd edilmiş müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər maye oksigen qazının hər tonu üçün 350 manat, çənlərin icarəsi barəsində isə aylıq 20.000 manat məbləğində razılığa gəlmişlər.
12. İşin mübahisələndirilməyən digər halı da, ondan ibarətdir ki, hər iki tərəf 2022ci ilin fevral ayının 1-dək “təhvil-təslim” sənədlərində göstərilmiş həcmdə maye oksigen qazının verildiyini və verilmiş olan maye oksigen qazına görə pulun ödənildiyini qəbul etmişlər.
13. Həmçinin işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya məxsus olan çənlər işdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından da, göründüyü kimi, xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmişdir.
14. Hazırda iddiaçı tərəf 2022-ci ilin 01-19 fevral tarixlərində cəmi 580 ton maye oksigen qazının verildiyini ancaq dəyərinin ödənilmədiyini və 2022-ci ilin fevral ayından xx.xx.2023-cü il tarixədək də, çənlərin icarə haqqının ödənilmədiyini bildirərək, cəmi 523.000 manat pulun tutulmasını xahiş edir.
15. Cavabdeh tərəf isə 2022-ci ilin fevral ayının 01-dək “təhvil-təslim” sənədlərində göstərilmiş həcmdə maye oksigen qazının verildiyini və dəyərinin ödənildiyini bildirsə də, 01-19 fevral tarixlərində maye oksigen qazının verilmədiyini bildirmişdir. Həmçinin də, modul tipli xəstəxananın artıq 2022-ci ilin mart ayının 30-dan fəaliyyətini dayandırdığı üçün icarə haqqının ödənilməli olmadığını bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında bağlanmış müqavilələrin məzmununa nəzər yetirildikdə görünür ki, qeyd edilmiş müqavilə həm alqı-satqı müqaviləsinin həm də, icarə müqaviləsinin elementlərini özündə əks etdirən qarışıq müqavilədir.
17. Ona görə də, hazıkı iddianı şərti olaraq iki hissəyə bölmək olar; birinci hissə maye oksigen qazının dəyərini təşkil edən 200.000 manat pulun tələb edilməsi; ikinci hissə çənlərin icarə haqqı olaraq 320.000 manat pulun tələb edilməsi.
18. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə iddianın maye oksigen qazının dəyərini təşkil edən 200.000 manat pulun tələb edilməsi hissəsinə qiymət verilməlidir.
19. İş materiallarına əlavə edilmiş 2022-ci ilin 01-19 fevral tarixlərində cəmi 580 ton maye oksigen qazının verilməsi barədə tərtib edilmiş “təhvil-təslim” sənədlərindən görünür ki, qeyd edilmiş həcmdə maye oksigen qazını “Səfərov” soyadında olan şəxs tərəfindən qəbul edilmişdir.
20. Məhkəmə hazırlıq iclasında “Səfərov” soyadlı şəxsin kim olduğu soruşulmuş və iddiaçı tərəf Şahid maye oksigen qazının qəbul edilməsi ilə bağlı məsul şəxs olduğunu və 01 fevral 2022-ci il tarixdən qabaqkı dövrlərdə də, maye oksigen qazının onun tərəfindən qəbul edildiyini bildirmişdir. Cavabdeh tərəf də, Şahid maye oksigen qazının qəbul edilməsi ilə bağlı məsul şəxs olmuş olduğunu qəbul etsə də, mübahisələndirilən tarixlərdə yəni 2022-ci ilin 01-19 fevral tarixlərində artıq onun maye oksigen qazının qəbul etməsi səlahiyyətinin olmadığını bildirmişdir.
21. İş materiallarına əlavə edilmiş və verilmiş maye oksigen qazının həcmi və əvəzinin ödənilməsi mübahisələndirilməyən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək əhatə olunmuş “təhvil-təslim” sənədlərindən görünür ki,verilmiş maye oksigen qazı da, məhz “Səfərov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasında pandemiyanın ilk günlərindən olduğunu, oksigenin qəbul edilməsi və oksigenin xəstəxananın palata və reanimasiyaya verilməsi ilə bağlı sistemə nəzarət edən şəxs olduğunu, 2022-ci ilin mart ayınadək oksigenin qəbul edilməsi ilə bağlı məsul şəxs olduğunu və mübahisəli olan 2022-ci ilin 01- 19 fevral tarixlərində iddiaçıdan “təhvil-təslim” sənədlərində göstərilmiş həcmdə maye oksigen qazını qəbul etdiyini bildirmişdir.
23. Məhkəmə iclasında həmçinin cavabdehdən Şahid hansı əmr və yaxud qərar əsasında maye oksigen qazının qəbul etməsi səlahiyyəti verildiyi və eyni qaydada hansı əmr və yaxud qərar əsasında maye oksigen qazının qəbul etməsi səlahiyyətinin dayandırıldığı soruşulmuş, cavabdeh tərəf isə, Şahid şifahi olaraq belə bir səlahiyyətin verildiyini və belə bir səlahiyyətinin dayandırılması ilə bağlı da, hər hansı bir əmr və yaxud qərarın olmadığını bildirmişdir.
24. Cavabdeh tərəf həmçinin elektron qaimələr təqdim edərək 2022-ci il 01-21 fevral tarixlərində maye oksigen qazını hazırkı iddiaçı "xxxx" MMC-dən deyil, "xxxx" MMCdən aldığını bildirmişdir.
25. İddiaçı tərəf də, "xxxx" MMC ilə "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, “Çinar-Servis” İKF ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrini təqdim edərək, Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına verilmiş olan maye oksigen qazının qeyd edilmiş hüquqi şəxslərdən və “X1”dən aldığını bildirmişdir. Həmçinin də, iddiaçı tərəf xx.xx.2022xx.xx.2022-ci il tarixli “Çinar-Servis” İKF tərəfindən verilmiş təhvil-təslim aktları təqdim edərək, mübahisəli dövr üzrə qeyd edilən həcmdə maye oksigen qazının çox hissəsinin “Çinar-Servis” İKF-dən alınaraq Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına verildiyini bildirmişdir.
26. Məhkəmə iddianın qeyd edilən hissəsi ilə bağlı iddiaçının dəlillərini əsaslı hesab edir.
27. Belə ki, göründüyü kimi, mübahisəli olan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində və ondan öncəki mabahisəli olmayan tarixlərdə verilmiş olan maye oksigen qazı Şahid tərəfindən qəbul edilmişdir. Cavab tərəf isə mübahisəli olan dövrdə, Şahid qeyd edilən səlahiyyətinin olmadığını qeyd etsə də və Məhkəmə tərəfindən bu halı təsdiq edəcək hər hansı bir sübutun təqdim edilməsi təklif edilsə də,bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir.
28. Bundan başqa da, işdən görünür ki, “Çinar-Servis” İKF tərəfindən "xxxx" MMCyə verilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixli təhvil-təslim sənədlərindən görünür ki, sonuncuya həmin tarixlərdə cəmi 508 ton həcmində maye oksigen qazı verilmişdir. Qeyd olunan hal da, dolayısı ilə onu sübut edir ki, həqiqətən də, "xxxx" MMC, “Çinar-Servis” İKFdən maye oksigen qazını alaraq Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına vermişdir.
29. Bundan başqa da, cavabdeh tərəf xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində artıq pandemiyanın sönməsi dövrü olduğunu və qeyd edilən həcmdə maye oksigenin tələb olunmadığını bildirmişdir.
30. Cavabdehin qeyd edilən dəlili ilə bağlı, məhkəmə iclasında cavabdehdən əgər həqiqətən də, qeyd edilən həcmdə oksigenə ehtiyac yox idisə, nəyə görə mübahisəli dövrdən cəmi bir neçə gün öncə yəni, mübahisələndirilməyən xx.xx.2022-ci il tarixində 20 ton, xx.xx.2022-ci il tarixində 20 ton, xx.xx.2022-28.01.22-ci il tarixlərində 40 ton, xx.xx.2022-30.01.22-ci il tarixlərində 40 ton, xx.xx.2022-ci il tarixlərində 20 ton həcmində oksigenin alındığı soruşulsa da, cavabdeh tərəf qeyd edilən halla bağlı əsaslı izah verə bilməmişdir.
31. Yuxarıda qeyd edilmiş hallara Məhkəmə kompleks halda qiymət verərək hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən, Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 580 ton həcmində maye oksigen qazı verilmişdir. Maye oksigen qazının da hər tonunun dəyəri 350 manat müəyyən olunduğundan cavabdehin ödənilməmiş 203.000 manat məbləğində borcu qalmışdır.
32. İddiaçı tərəfindən isə iddianın dəyişdirilməsinə dair ərizənin nəticə hissəsində verilmiş maye oksigen qazına görə 200.000 manat pul tələb edildiyindən, Məhkəmə hesab edir ki,verilmiş maye oksigen qazına görə 200.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə iddianın ikinci hissəsi olan çənlərin icarə haqqı olaraq 320.000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
34. İşin qeyd edilən hissəsi ilə bağlı mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktı ilə "xxxx" MMC-yə təhvil verilmişdir.
35. İddiaçı tərəf də qeyd ediən tarixədək icarə haqqının tutulmasını xahiş edir.
36. Cavabdeh tərəf isə modul tipli xəstəxananın artıq 2022-ci ilin mart ayının 30dan fəaliyyətini dayandırdığı üçün icarə haqqının ödənilməli olmadığını bildirir.
37. Məhkəmə iclasında hər iki tərəfdən çənlərin geri qaytarılması ilə bağlı qarşı tərəfə müraciətin edilib-edilməməsi soruşulmuşdur. İddiaçı tərəf xx.xx.2022-ci il tarixli ərizəni işə əlavə edərək çənlərin yazılı formada istənildiyini, həmçinin də, dəfələrlə şifahi olaraq müraciət edildiyini, hətta ən yüksək səviyyədə görüşlərinin olduğunu qeyd etsə də, çənlərin sonradan qaytarıldığını bildirmişdir. Cavabdeh tərəf isə iş materiallarına xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubu təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin xitam verildiyini bildirmişdir.
38. Məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubla artıq tərəflər arasında bağlanmış olan müqavilə birtərəfli qaydada xitam verilmişdir. Ona görə də, məhz həmin dövrədək, çənlər cavabdehin istifadəsində olduğundan icarə haqqı hesablanmalıdır.
39. 2022-ci ilin fevral ayından da 2022-ci ilin dekabr ayınadək 10 ay 6 gün keçdiyindən çənlərin icarə haqqı borcu olaraq 204.000 (20.000x10=200.000, 20.000/30=666,66 (1 gün üçün) 666,66x6=4000 (6 gün üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə 400 manat məbləğində pul Bakı 14 saylı Mediasiya təşkilatına ödənmişdir.
41. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (iki yüz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 290 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
43. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 156 607,71 manat pulun tutulması hissəsində əsaslıdır və "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ƏDV daxil 156.607,71 manat pul tutulmalıdır.
44. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli TM-002 saylı müqavilə üzrə maye oksigenin qazının verilməsinə görə 200.000 (iki yüz min) manat, çənlərin icarəsinə görə 204.066 (iki yüz dörd min altmış altı) manat, ümumilikdə 404.066 (dörd yüz dörd min altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 290 (iki yüz doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Azərbaycan Respublikası Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov