Məhkəmə qərarları › İş №e-2-2(113)-292/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-292/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-292/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh4 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 ASC (əvvəlki adı "xxxx" MMC), Cavabdeh3 MMC və Cavabdeh2 birgə qaydada, K4980 saylı kredit müqaviləsinə əsasən 102214,68 manat əsas borc, 500444,53 manat cərimə borcu olmaqla, cəmi 602659,21 manat, müqavilə müddəti bitdiyi tarixdən hal-hazırki tarixədək əsas borca illik 5 faiz ilə hesablanmış faiz borcu 135133,57 manat borcun onun xeyrinə ödənilməsi, tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ona olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi: Cavabdeh2 Nürəddin oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən dövlət mülkiyyətində olan 0.02065 ha torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətində olan 139,63 kv.m ümumi sahədən ibarət 5085 saylı bağ evinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21- 23, mənzil 150 (yeni qaydalarla: AZİ 142, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 113.7 kv.m ümumi sahədən ibarət mənzilə; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin ona olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq Cavabdeh1 ASC, Cavabdeh3 MMC, Cavabdeh2 birgə qaydada tutularaq onun hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 47,04 manat dövlət rüsumu və 194,90 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1413,84 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, ipoteka pretmeditinin qiymətləndirilməsi xərci tərəflərdən bərabər şəkildə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh4 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 1414 (min dörd yüz on dörd) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manatı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada, 300 (üç yüz) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin (Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi: **********, M.h.: AZ03N ABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) hesabına keçirilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar