Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2926/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Əhmədova Sevda Müzəffər qızına, Cavabdeh2 Məlikəjdər qızına və X9 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətin cavabdehlər Əhmədova Sevda Müzəffər qızına, Cavabdeh2 Məlikəjdər qızına və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədova Sevda Müzəffər qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli 005R********** saylı və xx.xx.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşmalarının, xx.xx.2019-cu il tarixli 005R********** saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlərin ləğv edilməsi, Əhmədova Sevda Müzəffər qızından, X6, Cavabdeh2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 2.685,5 manat məbləğində krеdit bоrcu, 345,95 manat məbləğində faiz bоrcu və 870,61 manat məbləğində cərimə borcu olmaqla, 005R********** saylı krеdit razılaşması üzrə 12.139,31 manat məbləğində krеdit bоrcu, 1.832,14 manat məbləğində faiz bоrcu və 4.173,54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22.047 (iyirmi iki min qırx yeddi) manat 05 (beş) qəpik məbləğində bоrcun, ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əhmədova Sevda Müzəffər qızına "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 01L000002640 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20.000 (iyirmi min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 01L000002640 saylı sazişlə kredit xəttinin müddəti 193 (yüz doxsan üç) ay müddətində, kredit xəttinin məbləği 300.000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Əhmədova Sevda Müzəffər qızı "xxxx"QSC ilə bağladığı xx.xx.2018-ci iltarixli 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əhmədova Sevda Müzəffər qızı krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Əhmədova Sevda Müzəffər qızı götürdüyü krеdit bоrcundan 7314.5 manat ödəmiş, onun 2685.5 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Əhmədova Sevda Müzəffər qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 231 gün üçün hesablanmış faiz borcu 345.95 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 231 gün üçün hеsablanmış cərimə 870.61 manat təşkiledir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Əhmədova Sevda Müzəffər qızı "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manatməbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əhmədova Sevda Müzəffər qızı krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Əhmədova Sevda Müzəffər qızı götürdüyü krеdit bоrcundan 5860.69 manat ödəmiş, onun 12139.31 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildiririk ki, Əhmədova Sevda Müzəffər qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 238 gün üçün hesablanmış faiz borcu 1832.14 manat təşkil edir. xx.xx.2022-ci il tarixə 238 gün üçün hеsablanmış cərimə 4173.54 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə Əhmədova Sevda Müzəffər qızının öhdəliklərinin icrasını təmin еtmək məqsədilə X10, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Əhmədova Sevda Müzəffər qızı ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Əhmədova Sevda Müzəffər qızı arasında xx.xx.2012-ci il tarixində kredit xətti müqaviləsi bağlanmış və sonuncuya 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2018-ci il tarixində kredit xətti müqaviləsinə dəyişiklik edilmiş və kreditin limiti 300.000 ABŞ dolları, müddəti isə xx.xx.2028-ci il tarixi müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdə X4 arasında zaminlik müqaviləsi bağlanmış və Əhmədova Sevda Müzəffər qızının öhdəlikləri üzrə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Adı çəkilən zamanlik müqaviləsinə xx.xx.2018-ci il tarixdə dəyişiklik olunmuş və ayrılacaq 300.000 ABŞ dolları kreditə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X1 arasında zaminlik müqaviləsi bağlanmış və 193 ay müddətinə, 28 faizlə ayrılacaq 300.000 ABŞ dolları kreditə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə X13 Müzəffər qızı arasında 005R********** saylı kredit razılaşması imzalanaraq 24 ay müddətinə, aylıq 2,1667 faiz dərəcəsi ilə, 10.000 manat məbləğində sonuncuya kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması və ödəniş planına xx.xx.2020-ci il tarixdə dəyişiklik edilmiş və ödəniş müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Hər iki zamin ödəniş planına imza etməklə müddətin uzadılmasına razılıq vermişlər. Sonradan xx.xx.2020-ci i tarixdə xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş və ödəniş müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Hər iki zamin ödəniş planına imza etməklə müddətin uzadılmasına razılıq vermişlər. İşin digər müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə, 005R********** saylı kredit razılaşması imzalanmış və aylıq 2 faizlə, 24 ay müddətinə, 18.000 manat kredit verilmişdir. Qeyd edilən kredit razılaşması və ödəniş planına xx.xx.2020-ci il tarixdə dəyişiklik edilmiş və ödəniş müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Hər iki zamin ödəniş planına imza etməklə müddətin uzadılmasına razılıq vermişlər. Sonradan xx.xx.2020-ci il tarixində yenidən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş və ödəniş müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Hər iki zamin ödəniş planına imza etməklə müddətin uzadılmasına razılıq vermişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X7 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə X13 Müzəffər qızı arasında 005R********** saylı kredit razılaşması imzalanaraq 24 ay müddətinə, aylıq 2,1667 faiz dərəcəsi ilə, 10.000 manat məbləğində, xx.xx.2018-ci il tarixdə X13 Müzəffər qızı arasında 005R********** saylı kredit razılaşması imzalanaraq 24 ay müddətinə, aylıq 2,1667 faiz dərəcəsi ilə, 10.000 manat məbləğində sonuncuya kredit verilmişdir. Kredit razılaşmalarının əsasında isə "xxxx" QSC ilə Əhmədova Sevda Müzəffər qızı arasında xx.xx.2012-ci il tarixində bağlanmış kredit xətti müqaviləsi və xx.xx.2018-ci il tarixində kredit xətti müqaviləsinə dəyişiklik durduğundan, hər iki zamin xx.xx.2018-ci il tarixinli kredit xətti müqaviləsinə dəyişiklikdə nəzərdə tutulmuş şərtlərlə kreditə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq və iş üzrə sübutları, maliyyə arayışını, hesabdan çıxarışı müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, Əhmədova Sevda Müzəffər qızının xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasına dair əsas borc üzrə 2.685,5 manat, faiz məbləği üzrə 345,95 manat borcu, xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasına dair əsas borc üzrə 12.139,31 manat, faiz məbləği üzrə 1.832,14 manat borcu vardır və qeyd edilən borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, dəbbə borcunun tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 2.685,5 manat əsas borcuna münasibətdə 140 manat cərimə, xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 12.139,31 əsas borcuna münasibətdə 650 manat cərimə daha ağlabatan və ədalətlidir və qeyd edilən borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın müqavilələrin ləğvi ilə hissəsin də əsaslı olmaqla həmin hissədə iddia təmin edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Məhkəmə mediasiya sessiyası üçün çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdehlər Əhmədova Sevda və Cavabdeh2 mediasiya sesiyasında iştirak etməmiş, iddiaçı və digər cavabdeh Əhmədov Akif ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş Əhmədova Sevda Müzəffər qızı və Cavabdeh2 Məlikəjdər qızından müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 005R********** saylı kredit razılaşmasına dair əsas borc üzrə 2.685,5 manat, faiz məbləği üzrə 345,95 manat, 140 manat cərimə borcu olmaqla cəmi 3.171,45 manat, xx.xx.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşmasına dair əsas borc üzrə 12.139,31 manat, faiz məbləği üzrə 1.832,14 manat, 650 manat cərimə borcu olmaqla cəmi 14.621,45 manat, ümumilikdə 17.792 (on yeddi min yeddi yüz doxsan iki), 90 (doxsan) qəpik məbləğində pul Əhmədova Sevda Müzəffər qızından, Cavabdeh2 Məlikəjdər qızından və X6 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Əhmədova Sevda Müzəffər qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 005R********** saylı və xx.xx.2019-cu il tarixli 005R********** saylı krеdit razılaşmaları, xx.xx.2019-cu il tarixli 005R********** saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlər ləğv edilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Əhmədova Sevda Müzəffər qızı və Cavabdeh2 Məlikəjdər qızından müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2926/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2926/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver