Məhkəmə qərarları › İş №e-2-2(113)-2930/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2930/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2930/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 aprel 2022-ci il tarixli icarə müqaviləsi üzrə 167 595,26 manat məbləğində pulun və ödənilmiş 468 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması və 9931,3 manat dəyərində olan dirək (5,7 m, 38 ədəd, bir ədədinin qiyməti 35 manat, cəmi qiyməti 1330 manat), “doka” kilidi (H- 20, 9 ədəd, bir ədədinin qiyməti 6,5 manat, cəmi qiyməti 58,5 manat), H20 (1,8 m, 2 ədəd,1,9 m, 34 ədəd, 2,90 m, 74 ədəd, 2 m, 60 ədəd, 3,1 m, 10 ədəd 3,3 m, 8 ədəd, 3,90 m, 40 ədəd, 4,2 m, 24 ədəd, tirlər cəmi 717 metr, bir ədədinin qiyməti 8 manat, cəmi qiyməti 5736 manat), “kama” xəncər (nazik, 44 ədəd, bir ədədinin qiyməti 5,5 manat, cəmi qiyməti 242 manat), “payanda” (1 m, 1 ədəd, bir ədədinin qiyməti 35 manat, cəmi qiyməti 35 manat), “payanda” başlığı (“dəvəboynu” 14 ədəd, bir ədədinin qiyməti 12,5 manat, cəmi qiyməti 175 manat, “payanda” dabanı (8 ədəd, bir ədədinin qiyməti 8,6 manat, cəmi qiyməti 68,8 manat), “payanda” pimi (13 ədəd, bir ədədinin qiyməti 3 manat, cəmi qiyməti 39 manat), “salyanqoz” kolon ucu (12 ədəd, bir ədədinin qiyməti 4 manat, cəmi qiyməti 48 manat), çarpaz qol (2,1 m, 10 ədəd, bir ədədinin qiyməti 14,5 manat, cəmi 145 manat), üst ayar mili (48-lik, 1,2 m, 24 ədəd, bir ədədinin qiyməti 25 manat, cəmi qiyməti 600 manat), “iskələ” (1,8*1,5, “urtim”, 29 ədəd, bir ədədinin qiyməti 46 manat, cəmi qiyməti 1334 manat), “iskələ” (1,5*1,5 m, “urtim” (çərçivə), 3 ədəd, bir ədədinin qiyməti 40 manat, cəmi qiyməti 120 manat) kimi avadanlıqların cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndə və vəkilləri barışıq sazişinin müdafiə edərək təsdiq olunmasını xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh etiraf və bəyan edir ki, xx.xx.2024-cü il tarixinə iddiaçıya 167584,16 AZN borcu var.

2. İddiaçı etiraf edir ki, aşağıdakı cədvələ uyğun olaraq ona cavabdeh tərəfindən ödənişlər edilmişdir. xx.xx.2024 5000 AZN

xx.xx.2024 10000 AZN

xx.xx.2024 5100 AZN

Qalan borc 147484,16 AZN

3. Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 razılığa gəldilər ki, iddiaçı tərəfindən cavabdehə razılaşmanın 2-ci bəndində göstərilən ümumi (147484,16 manat) məbləğdən 20000 AZN güzəşt olunur, beləliklə borc məbləği 127484,16 AZN müəyyən edilir.

4. Həmçinin iddiaçı və cavabdeh razılığa gəlirlər ki, cavabdehə məxsus olan 88800 AZN (4800 m2 x 18,5) dəyərində metal ayaqaltıların kreditora satılmağından əldə olunan məbləğ ümumi borcdan (127484,16 AZN) çıxılsın. Çıxılmaları nəzərə alaraq yerdə qalan borc 38684,16 AZN (127484,16-88800=38684,16 AZN (otuz səkkiz min altı yüz səksən dörd manat on altı qəpik)) müəyyən edilir.

5. İddia tələbində qeyd olunan 9931,30 manat dəyərində olan əmlakların əvəzində iddiaçı cavabdehə 1931,30 manat güzəşt edərək həmin məbləği 8000 (səkkiz min) manat müəyyən edir.

6. Hazırda tərəflərin razılaşması ilə 01 aprel 2022-ci il tarixli, RP220401CECC saylı icarə müqaviləsi əsasında yaranmış 167595,26 manat borcdan 38684,16 manat pulun, 9931,3 manat dəyərində olan əmlakların əvəzində 8000 manat pulun və 768 manat məhkəmə xərclənin cəmi 47452,10 (qırx yeddi min dörd yüz əlli iki min manat, 10 qəpik) manat borcun aşağıdakı cədvələ uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tərəflər arasında razılaşdırıldı: xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

7. Cavabdeh tərəfindən ödənişlərin hər hansı birinin bu sazişin 6-cı bəndində göstərilən qrafıkdə həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, iddiaçı “Profomf’MMC-nin cavabdehdən saziş üzrə müəyyən olunan 47452,10 manat pulun ödənilməsini təmin etmək üçün qanunvericilik ilə müəyyən edilmiş məcburi icra tədbirlərini tələb etsin.

8. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

9. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

10. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

11. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə təsdiqlədikdən sonra qanuni qüvvəyə minir.

Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X2 tərəfindən imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində (6-cı bənd) iddiaçının ödədiyi 468 manat məbləğində dövlət rüsumunun və 300 manat hüquqi yardım xərcinin cavabdeh tərəfdən ödənilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh etiraf və bəyan edir ki, xx.xx.2024-cü il tarixinə iddiaçıya 167584,16 AZN borcu var.

2. İddiaçı etiraf edir ki, aşağıdakı cədvələ uyğun olaraq ona cavabdeh tərəfindən ödənişlər edilmişdir. xx.xx.2024 5000 AZN

xx.xx.2024 10000 AZN

xx.xx.2024 5100 AZN

Qalan borc 147484,16 AZN

3. Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 razılığa gəldilər ki, iddiaçı tərəfindən cavabdehə razılaşmanın 2-ci bəndində göstərilən ümumi (147484,16 manat) məbləğdən 20000 AZN güzəşt olunur, beləliklə borc məbləği 127484,16 AZN müəyyən edilir.

4. Həmçinin iddiaçı və cavabdeh razılığa gəlirlər ki, cavabdehə məxsus olan 88800 AZN (4800 m2 x 18,5) dəyərində metal ayaqaltıların kreditora satılmağından əldə olunan məbləğ ümumi borcdan (127484,16 AZN) çıxılsın. Çıxılmaları nəzərə alaraq yerdə qalan borc 38684,16 AZN (127484,16-88800=38684,16 AZN (otuz səkkiz min altı yüz səksən dörd manat on altı qəpik)) müəyyən edilir.

5. İddia tələbində qeyd olunan 9931,30 manat dəyərində olan əmlakların əvəzində iddiaçı cavabdehə 1931,30 manat güzəşt edərək həmin məbləği 8000 (səkkiz min) manat müəyyən edir.

6. Hazırda tərəflərin razılaşması ilə 01 aprel 2022-ci il tarixli, RP220401CECC saylı icarə müqaviləsi əsasında yaranmış 167595,26 manat borcdan 38684,16 manat pulun, 9931,3 manat dəyərində olan əmlakların əvəzində 8000 manat pulun və 768 manat məhkəmə xərclənin cəmi 47452,10 (qırx yeddi min dörd yüz əlli iki min manat, 10 qəpik) manat borcun aşağıdakı cədvələ uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tərəflər arasında razılaşdırıldı: xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

xx.xx.2024 11863,00 AZN

7. Cavabdeh tərəfindən ödənişlərin hər hansı birinin bu sazişin 6-cı bəndində göstərilən qrafıkdə həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, iddiaçı “Profomf’MMC-nin cavabdehdən saziş üzrə müəyyən olunan 47452,10 manat pulun ödənilməsini təmin etmək üçün qanunvericilik ilə müəyyən edilmiş məcburi icra tədbirlərini tələb etsin.

8. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

9. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

10. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

11. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə təsdiqlədikdən sonra qanuni qüvvəyə minir.

İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar