Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-294/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı (MMC) “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6500 manat pulun “X1” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 39 saylı müqavilə imzalanmış və müqavilə imzalanan anda cavabdehə aktla 6500 manat müqavilə dəyəri nəğd şəkildə ödənmişdir. Həmin müqavilənin müddəti xx xxxx 2019-cu il tarixinə qədər göstərilmişdir. Cavabdehlə aralarında möcud olan müqavilə mahiyyəti ondan ibarətdir ki, cavabdeh iddiaçının Azərbaycan ərazisində satdığı məhsulun satışını təşkil edəcəkdir. Cavabdeh sözügedən müqaviləni imzalaması və ödənişini dərhal almasına baxmayaraq müqavilə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə son icra günü xx xxxx 2019-cu il tarixi qeyd olunsa da müqavilə cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmiş və məhsul satışı təşkil edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən sözü gedən müqavilənin icra edilməməsi haqda akt tərtib edilərək imzalanıb möhürlənmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddianın tam həcmd təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: -xx.xx.2018-ci il tarixli, 039 saylı müqavilə ilə “xxxx” MMC İddiaçı MMC-nin sifarişinə və araşdırmaların göstərmiş olduğu nəticələrinə əsasən Biznesin İnkişafı üzrə Satış, Müştəri Xidmətləri, Müştəri Məmnuniyyəti və lazımı tədbirləri həyata keçirilməsini, sifarişçi kimi İddiaçı MMC isə təşkilatçıya 3 aylıq reklamın səsləndirilməsi məqsədi ilə 6000 manat (aylıq 2500) ödəyir. - xx.xx.2018-ci il tarixli akta əsasən 21.12 2018-ci il tarixində “xxxx” MMC iə bağlanmış müqaviləyə əsasən nəğd şəkildə bu aktla 6500 manat İddiaçı MMC tərəfindən ödənildiyi qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli akta əsasən xx.xx.2018-ci il tarixində “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC müqavilə öhdəliyini icra etmədiyi qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq görülmüş reklam xidmətləri qarşısında 6000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iddianın təmin olunması üçün sübut olaraq məhkəməyə 6000 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sənədin təqdim olunması əsas şərtdir. Lakin iddiaçı tərəfindən məhkəməyə pul vəsaitinin ödənilməsini təsdiq edən sənəd kimi xx xxxxxx 2018-ci il tarixli akt təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Həmin aktda İddiaçı tərəfindən 6500 manat məbləğində pulun “X1” MMC-yə nağd şəkildə ödənildiyi qeyd olunsa da, həmin akt yalnız İddiaçı-yə aid şəxslər tərəfindən imzalanmış və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur, yəni, həmin pul vəsitinin “X1” MMC tərəfindən alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə işin faktiki hallarını qeyd olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindəy ödənişin həyata keçirilməsi sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-294/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-294/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver