Məhkəmə qərarları › İş №e-2-2(113)-294/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-294/2024

28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-294/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30250 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin "xxxx" MMC-dən xeyrinə tutulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 04/22-YTP-027-X,04/22-YTP-İ, 08/22- YTP-027-İ-2 saylı 10 avqust 2022-ci ill tarixli Müqavilələr bağlanmışdır. Müqavilələrin qüvvədə olma müddəti 1 və 5 il göstərilmişdir. Müqavilə bağlandıqdan sonra İddiaçı MMC tərəfindən icarəyə götürülmüş avadanlıqların təmiri üçün tərəflər arasında akt tərtib edilmişdir. Həmin akta görə icarəyə verilmiş avadanlıqların təmiri üçün 30250 manat vəsait xərclənməli idi. Uzun müddət istifadəsiz qalmış və yararsız vəziyyətə düşmüş avadanlıqlar İddiaçı MMC tərəfindən tamamilə işlək vəziyyətə gətirillmiş və bu işlərin görülməsinə aktda göstərilən məbləğdə vəsait qədər, yəni 30250 manatlıq iş görülmüşdür. Məhz avadanlıqların işlədiyini gördükdən sonra "xxxx" MMC tərəfindən heç bir qanuna, heç bir məntiqə sığmayan addımlar atılmış və müqavilə şərtləri qəsdən, kobud surətdə pozulmuş və "xxxx" MMC-nin işçilərinin sahəyə buraxılmaması barədə göstəriş verilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış Müqavilələrə xitam verilməsi barədə iddia qaldırılmışdır. İcarəyə verilən ərazidəki avadanlıqlardan istifadə edilməməsi üçün “AMEA X2” MMC-nin rəhbərliyi tərəfindən heç bir məntiqə, sağlam düşüncəyə sığmayan bir addım atılmışdır. Dövlət vəsaiti hesabına alınan, uzun illər istifadəsiz qalan, yalnız icarəyə gütürüldükdən sonra İddiaçı MMC tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilən avadanlıqlar bərbad vəziyyətə salımmışdır. Bu hal "xxxx" MMC-nin rəhbərliyinin dövlətin deyil, yalnız öz cılız məqsədlərini güdməsinin bir nümunəsidir. Bundan sonra İddiaçı MMC tərəfindən avadanlıqların təmirinə çəkilən xərclərin ödənilməsi üçün cavabdehə mediasiya təklif və pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən qanunauyğun heç bir addım atılmamışdır. 6 saylı Mediasiya təşkilatında mediasiya sessiyası təşkil edilmiş, lakin "xxxx" MMC-nin nümayəndələri həmin sessiyada iştirak etməmişlər. bu barədə bizə 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/6- 0164 saylı arayış təqdim olunmuş, tərəfimizdən 200 manat mediasiya rüsumu ödənilmişdir. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd ediiən hallar daha əvvəl digər mülki işlərdə araşdmlmış və buna qiymət verilmişdir. Bununla bağlı, müvafıq məhkəmə qərarları vardır. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə icarə müqavilələrinin ləğv olunması barədə bildiriş xx.xx.2022-ci il tarixdə “Tronıq" MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin rezidentlik statusuna xitam verilməsi barədə Qərar qəbul edilmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən müqavilələrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar" və 10.08 2022-ci il tarixli 08/22- YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar" Müqavilələrin ləğv edilməsi, “Tronıq" MMC tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə “AMEA Yüksək Texnologiyalar Parkf Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar" bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaitinin “Tronıq" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən “Tronıq" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-486/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlmışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-486/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 888/2023 nömrəli qətnaməsi qismən - "xxxx" MMC ilə “Tronıq" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Belə ki, məhkəmə iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh “Tronıq’’ MMC-yə ünvanianan 01 dekabr 2022-ci i! tarixli YTP-76-17/55 saylı “Müqavilələrə xitam verilməsinə dair” bildirişlə müqavilələrə xitam verilməsinə dair təklifın irəli sürülməsini nəzərə alaraq hesab etmişdir ki, müqavilələr artıq ləğv edilib, ona görə də bu hissədə icraata xitam verilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəliənin 421.3-cü maddəsinə uyğun olaraq bırtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsınin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.’’) Həmin qərardaddan "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)- 495/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 486/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyışdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış müqavilələr ləğv edilmiş və məhkəmə instansiyaları tərəfındən bununla bağlı araşdırma aparılaraq öhdəliklərinin pozulmasına görə müqavilələrin ləğv edilməsi qanuni hesab edilmişdir. Məlumdur ki, AMEA Yüksək Texnologiyalar Parkı (Texnopark) Azərbaycan Respublıkası Prezident cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Texnopark yüksək texnologiyaların hazırianması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticəiərinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Texnoparkda rezidentlərin fəaliyyətin həyata keçiriiməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə" ilə tənzimlənir. Rezidentiərdən biri olan "xxxx" MMC-yə Texnoparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi uçün lazımı şərait və imtiyazlar verilmişdir. "xxxx" MMC-yə “Müxtəlif avadanlıqların, qurğu, cihaz və robototexnikaların istehsalı ilə birgə, onların süni intellekt vasitəsilə idarəedilməsi üçün proqram təminatlarmın yazılması, led lampaların və müxtəlif təyinatlı plataların istehsalı işlərinin təşkili" adlı investisiya layıhəsı əsasında 28 iyul 2022ci il tarixli **********2 Nq-İİ Qeydiyyat Şəhadətnaməsi təqdim edilərək rezidentlik statusu almışdır. "xxxx" MMC-yə investisiya layihəsi üzrə yuxarıda göstərilən işlərin həyata keçirilməsinədək fəaliyyətini dayandırmaması məqsədilə Texnoparkın ərazısində sahəsı 270 m2 olan tikili və daxilində olan texnoloji istehsalat avadanlıqları icarəyə verilmişdir. Lakin, "xxxx" MMC tərəfindən təqdim edilən layihəyə görə - istehsalat obyektinin tikintisi, istehsal avadanlıqlarının alınması və quraşdırılması, istehsalın başlanması və sair işlər 2022-ci ilin noyabr ayınadək həyata keçirilməli olduğu halda, layihə üzrə işlərin icrasına dair heç bır addım atılmamışdır. "xxxx" MMC ilə “Tronıq’’ MMC arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin ıcarəyə verilməsi ilə əlaqədar" bağlanmış müqavilənin şərtlərinə əsasən dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan tikili sahə "xxxx" MMC-yə 5 il müddətinə icarəyə verilmiş, aylıq icarə haqqı isə 1000 manat məbləğində müəyyən edilmişdir (ƏDV daxil isə 1180 manat təşkil edir). Eyni zamanda, “AMEA Yüksək Texnologiyalar Parkf’ MMC ilə “Tronıq" MMC arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığm icarəyə verilməsi ilə" əlaqədar bağlanmış müqavilənin şərtlərinə görə dövlət mülkiyyətində olan DMG MORO ecoMİİİ 50 markalı, DMG Mori ecoTurn 310 markalı və X3 TSP-WS260 markalı avadanlıqlar (dəzgahlar) "xxxx" MMC-yə 5 il müddətinə icarəyə verilmiş, icarə haqqı isə "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. Həmin müqavilələr ilə bağlı razılaşdırılmışdır ki, müəyyən edilən aylıq icarə haqqmın ödənişi "xxxx" MMC ilə “Tronıq" arasında bağlamlmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin qöstərilməsinə dair" müqavilədə nəzərdə tutulan xidmət haqqları ilə əvəzləşdirilsin. Həmin xərclər qeyd edilən müqaviləyə 1 nömrəli əlavəsində əks olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair’’ müqaviləsinin 1.3-cü bəndinə əsasən, “hazırki müqavilənin ayrılmaz hissəsi olan X1 göstərilən şərtlər icraçı tərəfindən sifarişçinin sifarişi verdiyi tarixindən maxsimum 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilənin 1.4cü bəndinə əsasən, “görülən işlər sifarişçi tərəfindən qəbul edıldikdən və buna dair ikitərəfli təhvil-təslim aktı imzalandıqdan sonra icraçı tərəfındən yerinə yetirilmiş hesab edir”. Lakin, müqavilələrin bağlanmasından artıq 5 ay müddətin keçməsinə baxmayaraq, “Xidmətlərin göstərilməsinə dair” müqavilədə göstərilən işlərin icrasına və müvafıq ödənişlərinə dair rəsmi sənədlər bu günə kimi təqdim edilməmiş, dəfələrlə işlərin icrası ilə bağlı təhvil-təslim aktının rəsmiləşdirilməsi tələb olunsa da, hər dəfə bir bəhanə edilərək işlərin təhvil verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən, icarə müqavilələri üzrə müəyyən edilən aylıq icarə haqqımn “Xidmətlərin göstərilməsinə dair’’ müqavilədə nəzərdə tutulan xıdmət haqqları ilə əvəzləşdirilməsi mümkün olmamışdır. Ona görə də, ‘Tronıq’’ MMC-dən mübahisələndirilən icarə müqavilələri üzrə müəyyən olunmuş icarə haqqların ödənilməsi tələb olunmuşdur. Lakin, "xxxx" MMC tərəfindən ödəniş etməkdən imtina edilmişdir, Müqavilələr üzrə ödənilməli olan icarə haqqı icarəçi tərəfindən ödənilmədiyindən müqavilələrə xitam verilməsi barədə "xxxx" MMC-yə bildiriş təqdim edilmişdir. Qeyd edilən məhkəmə araşdırılması zamanı da müəyyən edilmisdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haalarının ödənilməsi. xidmətlərindən qöstərilməsindən asılı olduqundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə iddiacıya xidmətlərin göstərilməsi, o cümlədən avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasına dair hər hansı bir sübut məhkəməvə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləiərində nəzərdə tutulan qaydada icarə haqqını ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Ona görə də, iddia tələbinin müqavilələrnin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə düzgün olaraq qeyd etmişdir ki, “cavabdeh bağlanmış icarə müqavilələri üzrə icarə haqlarım ödəməməklə müqavilələri əhəmiyyətli dərəcədə pozmuşdur” Bundan əlavə, məhkəmə tərəfindən müəyyən edilmışdır ki, icarə haqlarının ödənilməsi, cavabdeh tərəfindən göstərilməli xidmətlərin dəyəri ilə əvəzləşdirilməsindən asılı olduğundan və bu xidmətlər cavabdeh tərəfindən iddiaçıya göstərilmədiyindən, iddiaçı icarə haqlarının pul vəsaiti ilə ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X saylı “Xidmət Müqaviləsi" üzrə öhdəliklərin yerinə yetirilməsi təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçı “Tronıq’’ MMC cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi ilə də məhkəməyə müraciət etmiş və bağlanmış 04/22- YTP-027-X,04/22-YTP-i, 08/22-YTP-027-İ-2 saylı 10 avqust 2022-ci il tarixli Müqavilələrin şərtlərinə əməl olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin həmin iş yuxarıda qeyd edilən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-888/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Müqavilələrin ləğvi ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəyə minəndən sonra işin icraatı təzələnmişmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2{113)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “Tronıq" MMC-nin cavabdeh "xxxx" MMC- yə qarşı “müqavilə öhdəlikiərinin icrası” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, Vəkil tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək həmin iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, İddiaçı MMC isə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı MMC isə "xxxx" MMC-nin müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdəsinə götürür. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli tikili sahənin icarəyə verilməsi ilə əlaqədar və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli avadanlığın icarəyə verilməsi ilə əlaqədar müqavilələrin ləğv edilməsi, İddiaçı MMC tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə "xxxx" MMC-yə təhvil verilməsi, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli tikili sahənin icarəyə verilməsi ilə əlaqədar bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, xx.xx.2022ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli avadanlığın icarəyə verilməsi ilə əlaqədar bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin 10 avqust 2022-ci il tarixli 1 nömrəli razılaşdırma protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişi İddiaçı MMC ilə"xxxx" MMC arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli xidmət müqaviləsində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdiriləcək. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-486/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(113)- 888/2023 nömrəli qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında həm icarə müqavilələri, həm də xidmət müqaviləsi bağlanmış və tərəflər, aralarında bağladıqları xx.xx.2022-ci il tarixli 04/22-YTP- 027-X nömrəli xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqavilələri üzrə iddiaçıya ödənilməli olan icarə haqlarının ödənilməsini xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya göstəriləcək xidmətlərin dəyəri ilə əvəzləşdirməyi nəzərdə tutmuşlar. Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin 10 avqust 2022-ci il tarixli 1 nömrəli razılaşdırma protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişi “Tronıq"xxxx"xxxx" MMC arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli və 10 avqust 2022-ci il tarixli 04/22-YTP- 027-İ-2 nömrəli xidmət müqavilələrində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdiriləcək. İddiaçı, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə xidmətlərin göstərilmədiyini və müvafiq olaraq icarə haqlarının ödənilmədiyini iddia edir, cavabdeh isə avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılması səbəbindən icarə haqqının ödənilmədiyini bildirir. Məhkəmə kollegiyası iddia tələbinin tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən tikilinin və avadanlıqların icarə verilməsinə dair müqavilələr ləğv edildiyindən (məhkəmədən kənar qaydada) iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqlarının ödənilməsi, xidmətlərin göstərilməsindən asılı olduğundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə iddiaçıya xidmətlərin göstərilməsi, o cümlədən avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı (Sifarişçi) ilə cavabdeh (İcraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22- YTP-027-X saylı “Xidmət Müqaviləsi’’nin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının məbləği Müqaviləyə əlavə hesab olunan X1 qeyd edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən hazırkı müqavilənin ayrılmaz hissəsi olan X1 göstərilən şərtlər “İcraçı” tərəfindən “Sifarişçi"nin sifariş verdiyi tarixdən maksimum 30 (otuz) təqvim günü müddətində həyata keçirilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən görülən işlər “Sifarişçi” tərəfindən qəbul edildikdən və buna dair ikitərəfli təhvil-təslim aktı imzalandıqdan sonra “İcraçı” tərəfindən yerinə yetirilmiş hesab edilir. Müqailəyə əlavə olan 1 saylı, xx.xx.2022-ci il tarixli razılaşdırma protokolunda görülməli işlərin ümumi dəyəri 30250 manat dəyərində müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən onlara ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə onların texno parkın ərazisinə girişlərinə qadağa qoyulduğunu, xx.xx.2022-ci il tarixdə isə əməkdaşlarının əraziyə girmələrinə icazə verilmədiyini bildirmişdir. Həmin tarixdən sonra cavabdehin əməkdaşlarının texno parkın ərazisinə girişinə icazə verilmədiyini fərz etsək belə xx.xx.2022-ci il tarixə qədər artıq müqavilənin bağlanmasından 4 aya yaxın vaxt keçmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən isə sifariş verildiyi tarixdən maksimum 30 təqvim günü müddətində həyata keçirilməli idi. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı elektron kabinet vasitəsilə bir sıra sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin sənədləri birinci instansiya məhkəməsində təqdim etməmələrinin səbəbi kimi həmin sahəyə buraxılmamaları ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən sənədlər sübut kimi qəbul edilsə belə, həmin sənədlər cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X saylı “Xidmət Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini təsdiq etmir. Həmin sənədlər arasında yalnız "xxxx"xxxx"xxxx" MMC arasında imzalanan 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X Xidmət Müqaviləsinin 1 saylı Əlavəsində görülən işlər haqda 01.11,2022-ci il tarixli aktdır ki, həmin akt da birtərəfli qaydada cavabdeh tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 633/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli 2- 2(103)-486/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qərarda qeyd edilmişdir ki, tərəflər arasında 2022-ci ilin 10 avqust tarixli 04/22-YTP-027-X nömrəli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış 2022-ci il 10 avqust tarixli 04/22-YTP-027-X nömrəli xidmət müqaviləsinin 4.1ci bəndinə əsasən icarə müqavilələri üzrə iddiaçıya ödənilməli olan icarə haqlarının ödənilməsini xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya göstəriləcək xidmətlərin dəyəri ilə əvəzləşdirməyi nəzərdə tutmuşlar. İddiaçı, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə xidmətlərin göstərilmədiyini və müvafiq olaraq icarə haqlarının ödənilmədiyini iddia etmişdir, cavabdeh isə avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılması səbəbindən xidmətlərin göstərilmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqlarının ödənilməsi, xidmətlərindən göstərilməsindən asılı olduğundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə iddiaçıya xidmətlərin göstərilməsi, o cümlədən avadaniıqlarda (dəzgahlarda) təmirbərpa işlərinin aparılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasını nəzərə aldıqda belə, tərəflər arasında müqavilə 2022-ci il 10 avqust tarixində bağlanmış, sözügedən hal barədə məlumat isə (bax bu qərarın 11-ci bəndi) cavabdeh tərəfindən iddiaçıya 2022-ci il 28 noyabr tarixində verilmişdir. Həmin məlumata əsasən, təmir-bərpa işləri 2022-ci il 15 sentyabr tarixindən 2022-ci il 15 oktyabr tarixədək, yəni 1 ay müddətində aparılmışdır. Lakin tərəflər arasında müqavilələrin bağlanmasında 5 aydan artıq müddət keçmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir xidmət göstərilməsinə və ya icarə haqqının digər formada ödənilməsinə dair işin materiallarına sübut əlavə edilməmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə qeyd edir ki, "xxxx"xxxx"xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 04/22- YTP-027-İ nömrəli tikili sahənin icarəyə verilməsi, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli avadanlığın icarəyə verilməsi barədə xidmət müqavilələri bağlanmış, bununla birlikdə həmçinin tərəflər arasında 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli xidmət müqaviləsi bağlanmış, xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin 10 avqust 2022-ci il tarixli 1 nömrəli razılaşdırma protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişi İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 avqust 2022ci il tarixli 04/22-YTP-027-İ nömrəli və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli xidmət (icarə) müqaviləsində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər iki xidməti (icarə) müqaviləsi üzrə icarə haqqının İddiaçı MMCdən tutularaq AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə ödənilməsi qət edilmiş, qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmçinin məhkəmə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-486/2023 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-633/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqlarının ödənilməsi, xidmətlərin göstərilməsindən asılı olduğundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü İddiaçı MMC-nin üzərinə düşür. Lakin İddiaçı MMC tərəfindən xidmət müqaviləsi üzrə iddiaçıya xidmətlərin göstərilməsi, o cümlədən avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla birlikdə həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 486/2023 nömrəli qətnaməsində göstərilmişdir ki, 10 avqust 2022-ci il tarixli 04/22-YTP- 027-X Xidmət Müqaviləsinin 1 saylı Əlavəsində görülən işlər haqda xx.xx.2022-ci il tarixli akt tərtib edilsə də, həmin akt birtərəfli qaydada İddiaçı MMC tərəfindən tərtib edilmiş, yəni aktda AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin imzası və möhürü olmamışdır. Göründüyü kimi, xidmət müqaviləsinə əsasən göstərilən xidmətlərin icarə müqavilələri ilə əvəzləşdirilməsi nəzərdə tutulsa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarı ilə İddiaçı MMC tərəfindən avadanlıqlarda təmir bərpa işlərinin aparılmasına dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi qeyd edilmiş və İddiaçı MMC-dən icarə haqları tutulan zaman ümumi icarə haqqından göstərilməli olan xidmətlər üçün nəzərdə tutulmuş 30250 manat məbləğində pul çıxılmamış, bu isə o deməkdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-888/2023 saylı işi üzrə çıxarılmış qətnamələr və qərarda icarə haqqı tələbi ilə yanaşı 30250 manat məbləğində xidmət haqqı ilə bağlı borcun mövcud olmadığına hüquqi qiymət verilmiş və sözügedən hazırda tələb edilən vəsait yaranmış icarə haqqı ilə əvəzləşdirilməmişdir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən, hazırki tələbə məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Odur ki, qeyd olunanlara əsasən İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 30250 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin xeyrinə tutulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 30250 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin xeyrinə tutulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar