Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2941/2025 14.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2023cü il tarixli, 348436-CNS-46942 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 6018,14 manat (altı min on səkkiz manat on dörd qəpik) məbləğində əsas borc, 458,50 manat (dörd yüz əlli səkkiz manat əlli qəpik) məbləğində faiz borcu, 171,58 manat (bir yüz yetmiş bir manat əlli səkkiz) məbləğində cərimə, ümumilikdə isə 6648,22 manat (altı min altı yüz qırx səkkiz manat iyirmi iki qəpik) məbləğində pulun və 86,48 manat (səksən altı manat qırx səkkiz qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 21 iyul 2023-cü il tarixli, 348436-CNS-46942 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 8660 (səkkiz min altı yüz altmış) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə banka 6018,14 manat (altı min on səkkiz manat on dörd qəpik) məbləğində əsas borc, 458,50 manat (dörd yüz əlli səkkiz manat əlli qəpik) məbləğində faiz borcu, 171,58 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6648,22 manat məbləğində borcu qalmışdır. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 2.1-ci bəndinə əsasən aksept - müştərinin banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan bankın yazılı cavabıdır. Cavabdeh tərəfindən imzalanmış 21 iyul 2023-cü il tarixli, 348436-CNS-46942 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni kredit alanın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya kredit alan bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.26.3-cü bəndinə əsasən ... bu müqavilə üzrə gecikdirilmiş kreditə görə birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. 21 iyul 2023-cü il tarixli, 348436-CNS- 46942 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 21 iyul 2023-cü il tarixli, 348436-CNS46942 saylı kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edilir ki, bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 86,48 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin xx.xx.2023-cü il tarixli, 001 saylı bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilməsi nəzərdə tutulmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1, 743.1, 743.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçı ərizə ilə məhkəmə müraciət edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdeh məhkəmə iclasında izahat verərək qeyd etdi ki, borcu qəbul edir, lakin hazırda borcu ödəmək imkanı yoxdur. Pul məbləği sahibkarlıq məqsədi ilə götürülmüşdür.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” “ümumi müddəalar” başlığının 1-ci bəndinə əsasən müştəri İddiaçı ASC tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda bank xidmətlərinin göstərilməsinə dair müqavilənin ümumi şərtləri müştəri ilə bank arasında yaranan münasibətlərə tətbiq edilir. Başlığın 5-ci bəndinə əsasən müqavilənin bağlanması tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən ümumi şərtlərin, limit sazişinin, ərizə-razılaşmanın, tariflərin və valyuta məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2023-cü il tarixli, 348436-CNS-46942 nömrəli birdəfəlik kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına görə bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 21% olan 8660 manat məbləğində kredit verilməsi ilə bağlı razılıq əldə edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, 348436-CNS-46942 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən xx.xx.2026-cı ilədək ödənilməli olan məbləğ 8660 manat əsas borc, 3088,58 manat faiz borcu olmaqla, ümumilikdə 11748,58 manat təşkil edir. Ödəniş cədvəli tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bank hesabına 8660 manat kredit məbləği köçürülmüşdür.
11. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, 348436-CNS-46942 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan borcu 6018,14 manat əsas, 458,5 manat faiz, 171,58 manat cərimə borcu olmaqla, ümumilikdə 6648,22 manat təşkil edir.
12. İş materiallarına bank hesabından çıxarış əlavə edilmişdir.
13. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3188 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 348436-CNS-46942 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarix) 6003,94 manat əsas, 360,74 manat faiz borcu, xx.xx.2025-ci il tarixə (pretenziya məktubunda qeyd edilən tarix) 6003,94 manat əsas, 654,93 manat faiz borcu təşkil edir. Qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 348436-CNS-46942 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
19. İddia tələbinin bir hissəsini cavabdehdən 21 iyul 2023-cü il tarixli, 348436-CNS- 46942 saylı kredit müqaviləsi üzrə 6018,14 manat məbləğində əsas borc, 458,50 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3188 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və faiz borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 21 iyul 2023-cü il tarixli, 348436-CNS-46942 saylı kredit müqaviləsinə əsasən 6003,94 manat (altı min üç manat doxsan dörd qəpik) əsas borc, 360,74 manat (üç yüz altmış manat yetmiş dörd qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borc və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3188 nömrəli ekspert rəyinə əsasən Cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə olan xx.xx.2025-ci il tarixə 6003,94 manat əsas, 360,74 manat faiz borcunun olduğu qeyd edilmişdir.
21. İddia tələbinin digər hissəsini cavabdehdən müqavilə üzrə 171,58 manat cərimə borcunun tutulması təşkil edir.
22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, cavabdehdən 171,58 manat (yüz yetmiş bir manat əlli səkkiz qəpik) məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir.
24. Eləcə də, iddiaçı ödənilmiş 86,48 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 85,03 manat (səksən beş manat üç qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,30 manat (doxsan səkkiz manat otuz qəpik) hissəsi Cavabdeh, 1,70 manat (bir manat yetmiş qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qaydada 6003,94 manat (altı min üç manat doxsan dörd qəpik) əsas borc, 360,74 manat (üç yüz altmış manat yetmiş dörd qəpik) faiz borcu, 171,58 manat (yüz yetmiş bir manat əlli səkkiz qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,03 manat (səksən beş manat üç qəpik) olmaqla, ümumilikdə 6621,29 manat (altı min altı yüz iyirmi bir manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,30 manat (doxsan səkkiz manat otuz qəpik) hissəsi Cavabdeh, 1,70 manat (bir manat yetmiş qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova