Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2942/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı X2 X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 saylı Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzili ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 1393784). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri FM Consulting tərəfindən xx.xx.2018-ci il tarixinə 70000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq iddiaçı Cavabdeh2 dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdeh2 poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2020ci il tarixinə kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3210 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13404.06 ABŞ dolları məbləğində borc yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianın dəbbə pulu hissəsinə etiraz edərək izahatında bildirdi ki, pandemiya ilə əlaqədar gecikmələr olmuş, borcu vaxtında ödəyə bilməmişdir. Bununla baglı iddiaçının məsul şəxslərinə müraciət edərək yeni cədvəl üzrə 2021-ci ilin yanvar ayından borcunu ödəməyə razı oldugunu bildirmiş, lakin aralarında heçbir razılaşma mümkün olmamışdır. Sonda cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə, illik 24% faiz olmaqla, 10000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən Borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləginin 0,1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “FM Consulting” tərəfindən xx.xx.2018-ci il tarixində likvid dəyəri 70000 manat məbləgində qiymətləndirilmişdir. xx xxxxxxx 2018-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı BOKT la İpoteka qoyan Cavabdeh1 arasında İpoteka müqaviləsi baglanmış, fiziki şəxs sahibkar, Cavabdeh2 oglunun borcuna görə Allahverdiyeva Mətanət Allahverdi qızına məxsus olan ünvan 2 giriş 4 ünvanında yerləşən 74.79 kv.metr,ümumi 41.21 kv.metr 3 otaqlı 67 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Allahverdiyeva Mətanət Allahverdi qızına məxsus olan ünvan 2 giriş 4 ünvanında yerləşən 74.79 kv.metr, 3 otaqlı 67 nömrəli mənzil 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68 9 saylı evin 67 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Borc haqqında arayışdan görünür ki, Cavabdeh2 oglunun xx.xx.2020-ci il tarixinə İstehlak kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixinə olan borcu, kreditə görə 8862,70 ABŞ dolları, faiz borcu 1331,36 ABŞ dolları, dəbbə pulu 3210 ABŞ dolları cəmi 13404,06 ABŞ dolları təşkil edir. xx xxxx 2020-ci il tarixli ***-**** saylı Bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, kredit müqaviləsinin ləğv edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 oglunun izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 saylı Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzili ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri FM Consulting tərəfindən xx.xx.2018-ci il tarixinə 70000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər aparılmamış, Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 13404,06 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq olunan sənədlərlə Cavabdeh2 xx xxxxxxx 2018-ci il tarixli, 2018/00396-01 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan 8862.70 ABŞ dolları məbləğində əsas borcu təsdiq olunduğundan həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018ci il tarixli, 2018/00396-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 1331.36 ABŞ dolları faiz borcu əsaslı olduğuna görə Cavabdeh2dan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh2 dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3210 ABŞ dolları dəbbə pulu məbləği yaranmış 8862.70 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 ABŞ dolları həddində müəyyən edilməklə Cavabdeh2dan tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli İpoteka Müqaviləsi ilə yüklü edilmiş ünvan 2 giriş 4 ünvanında yerləşən 74.79 kv.metr,ümumi 41.21 kv. Metr 3 otaqlı 67 nömrəli ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin likvid qiyməti tərəflərin razılıgı ilə müstəqil qiymətləndirici tərəfindən 70000 manat müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləgdə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 nömrəli Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulmalı, tələb ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 23,70 manat dövlət rüsumu "İddiaçı" X2 X1 Cəmiyyətinə ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (10594,06 ABŞ dolları) iddia tələbinin (13404.06 ABŞ dolları) 79,03 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 23,70 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,3 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cı il tariхli, 2018/00396-01 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh2 kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulsun. Ödənilmiş 30,40 manat dövlət rüsumunun 23,70 manat hissəsi Cavabdeh2 tutulsun, qalan 6,3 manat hissəsi "İddiaçı" X2 X1 Cəmiyyətinə aid edilsin. Tələb ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8862.70 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1331.36 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində dəbbə pulu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 23,70 manat dövlət rüsumu "İddiaçı" X2 X1 Cəmiyyətinə ödənilsin, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2942/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2942/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver