Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2944/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Məhəllə 1288 ünvanında fəaliyyət göstərən iddiaçıya məxsus uçot kompleksi barəsində cavabdeh tərəfindən tərtib edilmiş tamamilə qanunsuz və əsassız NDQ 007653 saylı, xx xxxx 2020ci il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Məhəllə 1288 ünvanında fəaliyyət göstərən iddiaçıya məxsus uçot kompleksi barəsində cavabdeh tərəfindən tərtib edilmiş tamamilə qanunsuz və əsassız NDQ 007653 saylı, xx xxxx 2020-ci il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Ərizədən müəyyən olunur ki, tələb cavabdeh tərəfindən tərtib edilmiş NDQ 007653 saylı, xx xxxx 2020-ci il tarixli akt əsasında hesablanmış borcun silinməsi ilə bağlıdır. Göründüyü kimi iddianın qiyməti qeyri-müəyyən olmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun iddia olmadığından iddiaya kiçik iddia kimi sadələşdirilmiş qaydada baxıla bilməz. Bundan əlavə, iddiaçı ərizəsində NDQ 007653 saylı, xx xxxx 2020-ci il tarixli akt əsasında hesablanmış borcun silinməsi tələb edilmişdir ki, bu halda tərəflər arasında mübahisənin mövcud olması istisna olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Məhəllə 1288 ünvanında fəaliyyət göstərən iddiaçıya məxsus uçot kompleksi barəsində cavabdeh tərəfindən tərtib edilmiş tamamilə qanunsuz və əsassız NDQ 007653 saylı, xx xxxx 2020ci il tarixli akt əsasında hesablanmış borcun silinməsi barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2944/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2944/2020
13.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver