Məhkəmə qərarları › İş №e-2-2(113)-2947/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2947/2020

13.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2947/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının müsadirə edilməsi tələbi ilə bağlı kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 86,70 manat olan 33 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi X1Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********6307 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 15 ünvanda yerləşən, fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 86,70 manat olan 33 qutu tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********6307 nömrəli qərarın surətindən görünür ki, aksiz markası ilə markalanmalı olan malların aşkar edilməsi məsələsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək cavabdehə məxsus mağazada operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli aktın və siyahının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış 86,70 manat dəyərində olan 33 ədəd tütün məmulatları aşkar edilmişdir. “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli protokolun surətindən görünür ki, aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüşdür. “Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli protokolun surətindən görünür ki, götürülmüş tütün məmulatları X3 təhvil verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil edilməsi, həmçinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.13-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir: 89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********6307 nömrəli qərarla aksiz markası ilə markalanmalı olan malların satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi məsələsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək iddiaçı operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehə məxsus mağazada xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı obyektdə alış dəyəri 86,70 manat olan 33 qutu aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilərək “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli akt tərtib olunmuşdur. İddiaçı tərəfindən aşkar edilmiş tütün məmulatları cavabdehdən götürülmüş və bu barədə “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019-cu il tarixli VN № 000027 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 86,70 manat olan 33 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaqdövlət gəlirlərinə alınsın. Qətnamə təqdim olunan gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar