Məhkəmə qərarları › İş №e-2-2(113)-2951/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2951/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2951/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCdən 2005,24 ABŞ dolları Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 74/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxx 2015-cı il tarixli, 28-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinin təmin edilməsi məqsədilə xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi göstərilmiş X2 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak girovdan çıxarılmış, qalan hissədə iddia tələbi təmin edilməmiş, “xxxx” İKB ASC-nin qarşılıqlı iddia tələbləri təmin edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı iddiaçıya aid edilmiş, 20 manatı isə “xxxx” ASC-dən alınaraq “xxxx” MMC-yə ödənilmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üzrə ödənilmiş dövlət rüsumu “xxxx” ASC-nin özünə aid edilmiş, iş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 manat və təkrar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür (hakim- A.P.Oruczadə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-2(103)-261/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh “xxxx İKB” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-2(102)-426/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-2(103)-261/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin olunması qərara alınmışdır. Birinci və Apellyasiya instansiya Məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinə əsasən bankdan 12 ay müddətinə, illik 25% olmaqla 47000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi ipoteka saxlayan “xxxx” ASC, digər tərəf ipoteka qoyan X5 və borc alan “xxxx” MMC adından X6 arasında xx.xx.2015-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx xxxx 2015-ci il tarixli “İpoteka Müqaviləsinə” əsasən ipotekanın predmetini – ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 28.8 kv/m olan 2 otaqlı -mənzil təşkil etmiş, hazırki tələbində iddiaçı kredit öhdəliyini tam icra etdiyinə görə həmin öhdəlikdən irəli gələn halların aradan qalxmalı olduğunu, “xxxx”ASC isə “xxxx” MMC tərəfindən öhdəliklərin tam icra edilmədiyini iddia edir və həmin kredit öhdəliyi üzrə cərimə, faiz borclarını tələb edir, 13159 saylı, xx xxxx 2018-ci il tarixli ekspert rəyinə görə təqdim olunmuş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” İKB ASC-yə ödənilməli olan borc qalığı müəyyən olunmur, Borcalan tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmiş, Bank tərəfindən xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamış, həmçinin 22936 saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə görə cari hesabdan çıxarış məlumatları “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixə iddiaçı “xxxx” İKB ASC-nə 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən olunur (kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır), tərəflər arasında imzalanmış xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx xxxxxx 2017-ci il tarixə cavabdeh “xxxx” MMC-yə cərimə borcu hesablanmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə faiz borcunun olması ekspert rəyləri ilə öz təsdiqini tapmamış, eləcə də borcalan - iddiaçının artıq ödəməsinin olduğu müəyyən edilmiş, tərəflər arasında bağlanmış müqavilənin 1.14-cü bəndinə görə gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% həcmində banka dəbbə pulu ödəyir, “xxxx”ASC 5931,9 ABŞ dolları məbləğində cərimə borcunu tələb etsə də, həmin borcun yaranması əsasları, əsas borcun ödənilməsinin gecikdirildiyi günlər, həmin günlərə hesablanmış cərimə borcunun məbləği, ümumi cərimə məbləğinin hesablanması qaydası və s. barədə maliyyə arayışı, hesabdan çıxarış və s. sənədləri nə ekspertizaya, nə də məhkəmələrə təqdimetməmiş, kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcunun mövcudluğu iş üzrə öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz, tərəflər arasında mövcud olmuş kredit müqaviləsi üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalma zərurəti də aradan qalxmışdır. Bildirirlər ki, “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş aparılmağının səbəbi “xxxx”-nin əməkdaşlarının borcun bağlanması barədə məlumatı borcalandan gizlətmələri və qalıq borc barədə borcalana yalnış məlumat vermələri olmuşdur. xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş aparılmağını yuxarıda qeyd edilən məhkəmə işinin icraatı zamanı məlumatlı olmuşlar. Hesab edirlər ki, “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş əsassız varlanma halı olduğu üçün “xxxx” İKB ASC tərəfindən geri qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X7 iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Covid-19 virusu üçün verdiyi testin nəticəsi pozitiv çıxdığından məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-74/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 28-BİZ-1-0-15 nömrəli kredit sazişinə əsasən əsassız hesablanmış 5913 ABŞ dolları dəbbə pulu, 10458 ABŞ dolları faiz borcu, ümumilikdə 16372 ABŞ dolları borcun silinməsi, sözügedən müqavilə üzrə borcun tam şəkildə ödənilmiş hesab edilməsi, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə X2 məxsus olan ünvan 2 ünvanında yerləşən əmlakın girovdan çıxarılması, əmlakın girovdan çıxarılması ilə bağlı bütün işlərin görülməsi vəzifəsinin bankın üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda “xxxx” X3 ASC “xxxx” MMCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən “xxxx” İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10458,52 ABŞ dolları faiz, 5913,9 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 16.372,42 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə araşdırması zamanı “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” İKB ASC-yə qalıq borcun məbləğini müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 13159 nömrəli xx xxxx 2018-ci il tarixli ekspert rəyi ilə borcalan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə 2005,24 ABŞ dolları məbləğində artıq ödənişin edildiyi müəyyən edilmiş və məhkəmə ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin iddiasını qismən təmin edərək, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2015-cı il tarixli 28-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinin təmin edilməsi məqsədilə xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi göstərilmiş X2 məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak girovdan çıxarılmasını, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsini və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC-nin qarşılıqlı iddia tələblərinin təmin edilməməsini qət etmişdir. Sözügedən qətnamə apelyasiya və kassasiya qaydasında şikayətlər üzrə baxılaraq, dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. (Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-261/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-426/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı iş materiallarına əlavə olunub). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, 2015-ci ildə tərəflərin arasında kredit və ipoteka müqavilələri bağlanmış, daha sonra “xxxx” MMC “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cərimənin, faizlərin silinməsi, ipoteka predmetin girovdan çıxarılmasını xahiş etmiş, “xxxx” ASC isə “xxxx” MMC qarşı qarşılıqlı iddia ərizəsi ilə verərək faiz və cərimələrin tutulmasını xahiş etmişdir. Məhkəmə gedişatında qalıq borcun məbləğini müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 13159 nömrəli xx xxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən borcalan “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə 2005,24 ABŞ dolları məbləğində artıq ödənişin edildiyi müəyyən edilmişdir. Qeyd olunan hal qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-74/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnamədə əks etdirilməklə sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə 2005,24 ABŞ dolları məbləğində artıq ödənişin olunduğunu qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-74/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sübut olunduğunu nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh ASC-dən 2005,24 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 2005,24 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar