Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2952/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin CavabdehMMC-yə qarşı “müqavilə üzrə yaranmış kredti borcunun ödənilməsi tələbinə dair” kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti CavabdehMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 AVRO əsas borc, 700.590 AVRO faiz borcu və 678.623 AVRO cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.259.141 (üç milyon iki yüz əlli doqquz min yüz qırx bir) avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 29 dekabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nə "xxxx" İKB ASC-dən illik 12%-lə 12 ay müddətinə 2.100.000 (iki milyon yüz min) AVRO məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il may 31-dək Cavabdeh MMC-nə banka 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 AVRO əsas borc, 700.590 AVRO faiz borcu və 678.623 AVRO cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.259.141 (üç milyon iki yüz əlli doqquz min yüz qırx bir) AVRO borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, Cavabdeh MMCdən İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 AVRO əsas borc, 700.590 AVRO faiz borcu, 678.623 AVRO cərimə borcu kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 817.542 AVRO məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4.076.683 (dörd milyon yetmiş altı min altı yüz səkksən üç) AVRO borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi və bankın müqavilə bağlanan zaman məsul şəxsləri saxtakarlığa yol verdiklərindən xüsusi qərar çıxarılaraq prokurora məlumat verilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh MMC-yə 12 faizlə 12 ay müddətinə 2.100000 AVRO məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. 13 yanvar 2019-cu il tarixli 6-BİZ-1-0-74-12 saylı zaminlik müqaviləsindən görünür ki, “Alpha and X3 Limited “ kreditor qarşısında 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün cavabdehliyi öhdəsinə götürmüşdür. 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin həmin tarixə banka 1.879.928 avro əsas borcu, 700.590 avro manat faiz borcu, 678.623 avro cərimə və əsas borca hesablanmış ilik 5 (beş) faizlə 817.542 avro borcunun olması İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 faizlə 12 ay müddətinə 2.100000 avro məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia tələbini tərəflər arasında imzlanmış kredit müqaviləsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı sübut qismində məhkəməyə təqdim edilmiş sənədlər iddiaçının müqavilə üzrə ödəliklərini tam olaraq yerinə yetirməsinə, cavabdehin kredit müqaviləsi üzrə borcunun yaranmasına kifayət etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2952/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2952/2022
04.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver