Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2952/2024 10.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, İddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MMCdən, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə xx.xx.2023-cü tarixinə 01 noyabr 2022-ci il tarixli, 1**-MF-*** №-li Bank Qarantiyası müqaviləsi üzrə əsas borc 60.000 ABŞ dolları, həmin tarixə faiz borcu 308,27 ABŞ dolları, Bank Qarantiyası müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmtlş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydaslnda — illik 5% olma la) 1050 ABŞ dolları, 1**-MF-*** №-li Bank Qarantiyası müqaviləsi üzrə xx.xx.2023-cü tarixinə əsas borc 40.000 ABŞ dolları, həmin tarixə faiz borcu 192,17 ABŞ dolları, Bank Qarantiyası müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmtlş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydaslnda — illik 5% olma la) 700 ABŞ dolları, ümumilikdə 102.250,44 ABŞ dolları 44 sent borcun və 464 manat dövlət rusumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə EMİS vasitəsi ilə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bank Qarantiya müqavilələri resturukturizasiya olunaraq kredit müqaviləsinə çevrilmişdir. Hazırkı işi baxılmamış saxlamaqla iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehlərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 464 manat məbləğində dövlət rüsumunu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2952/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2952/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver