Məhkəmə qərarları › İş №e-2-2(113)-2957/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2957/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2957/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsinə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MMC-dən və X2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 127020.86 (bir yüz iyirmi yeddi min iyirmi manat 86 qəpik) manat əsas, borcu 12821.06 (on iki min səkkiz yüz iyirmi bir manat 06 qəpik) manat faiz, cəmi 139841.92(bir yüz otuz doqquz min səkkiz yüz qırx bir manat 92 qəpik) manat borcun, həmçinin ödənilmiş 429.84 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 21 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Məmmədzadə Elşad Fuad oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi üzrə 2- 2(113)-2957/2024 saylı işlə bağlı kommersiya mübahisəsinə dair iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Qeyd edilənlərə əsasən barışıq sazişinin təsqiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsinə əsasən borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. ÜMUMİ MÜDDƏALAR: 1.1. İddiaçı “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələinə dair kommersiya mübahisəsi üzrə iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır.

2. TƏRƏFLƏRİN KREDİT BORCUNUN ÖDƏNİLƏMƏSİ İLƏ BAĞLİ BARİŞİQ RAZİLAŞMASİ 2.1 Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. maddəsinin məzmumuna uyğun olaraq qəbul edirlər ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır. 2.2. Cavabdehlər Cavabdeh2 MMC (borcalaln) və Cavabdeh1 (zamin) İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001-KRX-474-2022 saylı kredit müqaviləsinə əsasən 134.100.00 (bir yüz otuz dörd min bir yüz) manat qalıq borcun qəbul edirlər və həmin borc məbləğini 18 (on səkkiz) ay müddətinə, hər ayın sonuncü iş günündən gec olmayaraq 7.450.00 (yeddi min dörd yüz əlli) manat ödənilməsini öhdəsinə götürürlər. 2.3. Bu Sazişin 2.2-ci bəndinə riayət edilmədikdə Bank cavabdehlərə qarşı məhkəməyə ərizə ilə müraciət edərək həmin vaxtadək aparılmış ödənişlər çıxılmaqla qalan əsas borcun və ona illik 5 (beş) faizlə hesablanmış bütün faizlərin tutulmasına dair icra vərəqəsi alacaqdır. 2.4. Barışıq Sazişini bütün tərəflər imza edirlər və məhkəməyə təqdim edirlər.

3. MƏSULİYYƏT 3.1 Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.2 Tərəflərin razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyi görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadığı bir tərəfin şərtlərin məcburi qaydadahəyata keçirilməsini məhkəmədən tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ vardır.

4. DİGƏR ŞƏRTLƏR 4.1 Müqavilə 4 (dörd) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəmədə, digərləri tərəflərdə saxlanılır; 4.2 Azərbaycan Respublikası MPM-nin 262.4 maddəsində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır və onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar