Məhkəmə qərarları › İş №e-2-2(113)-2966/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2966/2024

23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2966/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(115)-576/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1479/2024 saylı işə birləşdirilərək bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. e-2-2(115)-576/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində daxil olmuş, məhkəmənin dəftərxanası tərəfindən həmin mülki iş iş materialları ilə birlikdə hakim Günay Namazovanın icraatında olan e-2-2(113)-1479/2024 saylı işə birləşdirilməsi üçün təqdim edilməli olduğu halda, xx.xx.2024 tarixdə təsadüfi paylanaraq hakim Zaur Pirverdiyevin icraatına verilmişdir. Daha sonra isə iş Zaur Pirverdiyevin icraatından götürülərək xx.xx.2024 tarixində təsadüfi paylanaraq hakim Ülkər Həsənovanın icraatına verilmişdir. İş xx.xx.2024 tarixində yalnış hakimə paylandığı səbəbindən dəftərxanaya geri qaytarılmışdır. Elektron məhkəmə informasiya sisteminin texniki dəstək qrupu tərəfindən Məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən yanlış olaraq nömrə verilmiş işin icraatını ləğv etmək üçün e-2-2(113)-2966/2024 saylı iş üzrə “işlərin bir icraatda birləşdirilməsi ilə bağlı xitam verildi” qərardadı vurulmalı olduğu qeyd edilmişdir. Daha sonra xx.xx.2024 tarixində Günay Namazova işə baxan hakim kimi təyin edilmişdir. Beləliklə, müəyyən olunur ki, iş məhkəməyə (birləşdirmə qərardadı ilə birgə) daxil olduğu zaman həmin işə əlavə olaraq yeni nömrə verilməsi yalnış olmuşdur. Göstərilənləri nəzərə alaraq və texniki yalnışlığın aradan qaldırılması məqsədi ilə məhkəmə, QƏRARA ALDİ: e-2-2(113)-2966/2024 saylı nörmə üzrə iş mövcud olmadığından xitam verilsin. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar