Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-297/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “X5” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “X5” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh “X5” MMC-yə (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3.054.277,97 (üç milyon əlli dörd min iki yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) manat borc olmaqla – 2.996.515,71 (iki milyon doqquz yüz doxsan altı min beş yüz on beş manat yetmiş bir qəpik) manat əsas və 57.762,26 (əlli yeddi min yeddi yüz altmış iki manat iyirmi altı qəpik) faiz borcu, iş üzrə ödənilmiş 2317 (iki min üç yüz on yeddi) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 255 (iki yüz əlli beş) manat rüsumun Cavabdeh MMC-dən tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsinə və 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəlməsi; - yuxarıdakı daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakların açıq hərracda satılması; - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMCarasında bağlanmış 12 fevral 2019-cu il tarixli, 452/M saylı Kredit müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 3.000.000 (üç milyon) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən kreditin qalıq və hesablanmış faiz borcu ABŞ dollarına (əsas: 1.764.705,88 USD, faiz: 49.380,35 USD) mübadilə edilmiş və illik faiz dərəcəsi 4% təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kreditin qalıq və hesablanmış faiz borcu AZN valyutasına (əsas: 3.000.00 AZN, faiz: 45.277,72 AZN) mübadilə edilmişdir. xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2024-cü il tarixinə artırılmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh MMCyə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli, 452/M nömrəli alıq-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh MMC-yə məxsus 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2019-cu il tarixli, 452/M-1 nömrəli ipoteka müqaviləsinə əsasən Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 7.1.4-cü bəndinə əsasən bu müqaviləyə uyğun olaraq kredit və faizlər vaxtında ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdalıq göndərməklə öhdəliyin vaxtından əvvə icrası olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 7.4.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq borcalana ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəmək borcalanın vəzifəsidir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********983 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 3.054.277,97 (üç milyon əlli dörd min iki yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) AZN təşkil edir. Bundan 2.996.515,71 (iki milyon doqquz yüz doxsan altı min beş yüz on beş manat yetmiş bir qəpik) AZN əsas və 57.762,26 (əlli yeddi min yeddi yüz altmış iki manat iyirmi altı qəpik) AZN faiz borcu təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahatverərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC (borc verən) ilə “X5” MMC (borc alan) arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən borc verən borc alana müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün məqsədi ilə İllik 6 % hesablanmaq şərti ilə, 24 ay müddətinə 3 000 000 manat məbləğində kredit xətti açır. 3.1-ci bəndinə əsasən Bu müqavııənn 1.2-cl bəndində aynknış kredit məbləği Borc alanın əsas vəsaitin "torpaq sahəsinin (üzərindəki tikililərlə) və maşın avadanlıqlarının alınması" məqsadlən uçiin nəzərdə tutulmuşdur. 6.5- ci bəndinə əsasən Müqavilə uzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecıkdrilrmş borc hesablarında əks etdirilir. Gecıkdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirümiş gün üçün icra edilməmiş öhdəliyin 0.15 % miqdarında dəbbə (penya) pulu ödəyir. 6.7-ci bəndinə əsasən Müqavilə üzrə nəzərdə tutulmuş krcdil və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədıkdə və ya lazımınca icra cdilmədıkdə Borc alan Borc verənə dəymiş zərərin əvəzini ödəməyə bordudur. 7.4.1-ci bəndə əsasən Bu müqaviləyə uyğun olaraq ona ayrılmış krediti və həmin məhləğə hesablanmış faiz ödənişlərim vaxtında ödəmək borc alanın vəzifəsidir. 9.1-ci bəndinə əsasən bu müqavilə 24 ay müddə&nə bağlanılır və göstərilən müddət bfcmə qədər borcun mətoəğı və ona hesablanmış faizlər Borc əlan tərəfindən Borc verənə qaytənlmabdır.. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Muğanbank” ASC (borc verən) ilə “X5” MMC (borc alan) arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit xətti müqaviləsinə 17 fevral 2021-ci ik tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana «torpaq sahəsinin (üzərindəki tikililərlə) və maşın avadanlıqlarının alınması» məqsədi ilə 24 ay müddətinə, illik 6 % hesablamaq şərti ilə verilmiş 3 000 000 AZN məbləğində olan kreditin (xx.xx.2020-ei il tarixli Əlavəyə əsasən kreditin məbləği ABŞ dolları vaıyutasıııa mübadilə edilərək 1 764 705.88 USD məbləğində təyin edilib və illik faiz dərəcəsi 4%-a endirilmişdir) əsas məbləğdən 1 762 656.30 ABŞ dolları məbləğində olan qalıq borcunun (faiz borcıı 24 481.33 ABŞ dolları ıııəbləğindədir) istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə. xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılır. 10.İddiaçı ASC (borc verən) ilə “X5” MMC (borc alan) arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit xətti müqaviləsinə 27 may 2021-ci il tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana «torpaq sahəsinin (üzərindəki tikililərlə) və maşın avadanlıqlarının alınması» məqsədi ilə 24 ay müddətinə, illik 6 % hesablamaq şərti ilə verilmiş 3 000 000 (üç milyon) azn məbləğində olan kreditin (xx.xx.2020-ei il tarixli Əlavəyə əsasən ABŞ dolları valyutasına mübadilə edilərək əsas məbləğdən qalıq borcu 1 764 705.88 l Sİ) məbləğində, fai/. borcu 26633.95 LSİ) məbləğində təyin edilib və illik faiz dərəcəsi 4%-ə endirilib) qıdıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (İ USİ)=1.70 AZN. 1764705.88 USD=3Q00 000 AZN asta borc. 26 633.95 USİ)=45 277.72 AZN faiz borc) AZN valyutasına mübadilə edilir.
11. İddiaçı ASC (borc verən) ilə “X5” MMC (borc alan) arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit xətti müqaviləsinə 17 fevral 2022-ci il tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana «torpaq sahəsinin (üzərindəki tikililərlə) və maşın avadanlıqlarının alınması» məqsədi ilə 24 ay müddətinə, illik 6 % hesablamaq şərti ib verilmiş 3 000 000 (üç ınilyoıı) AZN məbləğində kredit verilmişdir (xx.xx.2021 ci il tarixli kredit müqaviləsinin əlavəsinə əsasən kreditin qalıq məbləğinin istifadə müddəti 12 ay artırılıb və illik faiz dərəcəsi 4 % o endirilib). Kreditin qalıq borcunun (əsas məbləğdən 2 996 515.71 AZN, faiz borcu 40 622.17 AZN) istifadə müddəti bitinə tarixindən 24 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə qədər artırılır. 12.İddiaçı ASC (borc verən) ilə “X5” MMC (borc alan) arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit xətti müqaviləsinə 22 may 2020-ci il tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana «torpaq sahəsinin (üzərindəki tikililərlə) və maşın avadanlıqlarının alınması» məqsədi ilə 24 ay müddətinə, illik 6 % hesablamaq şərti ilə verilmiş 3 000 000 (üç milyon) AZN məbləğində olan kreditin əsas 3 000 000 (üç milyon) AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz boıeu Məıkə/i Bankın rəsmi məzənnəsinə uyğun (İ USD 1.70 AZ.N, 3 000 000 AZN 1764 705.88 USD əsas borc, 83 946.59 AZN-49 380.35 USD faiz borc) mübadilə edilir və illik faiz dərəcəsi endirilərək 4% təyin edilir. 13.İddiaçı ASC (ipoteka saxlayan) ilə “X5” MMC (ipoteka qoyan) arasında 13 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. 14.İddiaçı ASC (ipoteka saxlayan) ilə “X5” MMC (ipoteka qoyan) arasında 12 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən X5 Tikinti” MMC-yə məxsus 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2019-cu il tarixli, 452/M-1 nömrəli ipoteka müqaviləsinə əsasən Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 15.İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən müqavilə üzrə əsas borc 2 996 515.71 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 57 762 26 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 3 054 277.97 manat təşkil edir. 16.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu,M Ə Rəsulzadə qəsəbəsinin şimal hissəsində. Binəqədi şossesinin sağ tərəfində 0.413 ha torpaq sahəsi İddiaçı ASC –nin xeyrinə yüklü edilmişdir.
17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan “X5” MMC-yə və ipoteka qoyan X2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 9/391 saylı ekspert rəyinə əsasən “X5” MMC-nin İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) 2996515.71 manat,faiz borcu 165220.48 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. 19."xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli, MB-18/0856 saylı mütəxəssis rəyinə əsasən “X5” MMC (ipoteka qoyan) arasında 12 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən X5 Tikinti” MMC-yə məxsus 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bazar dəyəri 34000 manat,likvid dəyəri 28900 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 800 manat təşkil edir. 20."xxxx" MMC-nin 30 dekabr 2025-ci il tarixli, 0340 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsinin bazar dəyəri 1239000manat,likvid dəyəri ******* manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil edir. V. Tətbiq edilən hüquq:
21. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
1. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
2. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
3. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X5” MMC arasında 12 fevral 2019-cu il tarixli, 452/M saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh “X5” MMC-yə illik 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.000.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh “X5” MMC kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
24. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “X5” MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə “X5” MMC-nin xx.xx.2024-cü il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) 2996515.71 manat,faiz borcu 165220.48 manat manat müəyyən edilmişdir. 25.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
26. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır.
27. Belə olan halda əsas və faiz borcunun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh “X5” MMC-dən iddiaçının xeyrinə 2 996 515,71 manat məbləğində əsas borc, 57 762,26 manat məbləğində faiz borcu tutulmalıdır.
28. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. 29.Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 12 fevral 2019-cu il tarixli, 452/M saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə “X5” (ipoteka qoyan) arasında bağlanmış 12 fevral 2019 və 13 fevral 2019-cu il tarixli saylı ipoteka müqavilələrinə əsasən X5 Tikinti” MMC-yə məxsus 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. 30.İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh “X5” MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsi və 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh “X5” MMC-yə qaytarılmalı və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh “X5” MMC-dən ümumi qaydada tutulmalıdır. 31.İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. 32."xxxx" MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, LP-028/2024 saylı mütəxəssis rəyinə əsasən X5 Tikinti” MMC-yə məxsus 2011-ci il buraxılışlı, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bazar dəyəri 34000 manat,likvid dəyəri 28900 manat dəyərində müəyyən edilmişdir. 33."xxxx" MMC tərəfindən verilmiş 30 dekabr 2025-ci il tarixli, 0340 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsinin bazar dəyəri 1239000manat,likvid dəyəri ******* manat dəyərində müəyyən edilmişdir.
34. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsi 2 500 000 manat, “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin dəyəri 320 000 məbləğində dəyərləndirilmişdir. 35.MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Məhkəmə "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə razılaşmamaq üçün əsas olmadığını, həmin rəyin tərəflərin ipoteka müqaviləsində müəyyənləşdirdikləri ilkin satış qiymətinə daha yaxın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyərinin məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən müəyyənləşdirilməlidir. 37.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində 2317 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
38. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 568,34 manat təşkil edir. 39.Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2317 manat məbləğində pul vəsaiti cavabdeh “X5” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Digər məhkəmə xərci olaraq iddia ərizəsində qeyd ediləhn 255 manat məbləği hissəində sübut təqdim edilmədiy üçün həmin hissədə iddia rədd edilməlidir. 40.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh “X5” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 800 manat məbləğində pul vəsaitinin 700 manat hissəsi cavabdeh “X5” MMC-dən, 100 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə , 500 pul vəsaitinin 400 manat hissəsi cavabdeh “X5” MMC-dən, 100 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan VTB (Azərbaycan)sı Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "X5 Tikinti" MMC-dən 2 996 515,71 (iki milyon doqquz yüz doxsan altı min beş yüz on beş manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 57 762,26 (əlli yeddi min yeddi yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 2317 (iki min üç yüz on yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASCnin xeyrinə ödənilsin. Tələb üzrə tutma cavabdeh "X5 Tikinti" MMC-nin mülkiyyətində olan “HOWO ZZ5257GJBN3847W” yük markalı 99JS838, 99JS848, 99JS858 və 99JS868 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 0.413 ha torpaq sahəsinə yönəldilsin, həmin nəqliyyat vasitələri açıq hərracda satılsın, nəqliyyat vasitələrinin likvid qiyməti hər birinə ayrı-ayrılıqda olmaqla 28900 manat, torpaq sahəsinin likvid qiyməti isə ******* manat manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh "X5 Tikinti" MMC –yə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 800 manat pul vəsaitinin 700 manat hissəsi cavabdehdən, 100 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin bank hesabına (Kod 805562, VÖEN **********, Müxbir Hesab AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, "xxxx" MMC, VÖEN **********, hesab: AZ33İBAZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 manat pul vəsaitinin 400 manat hissəsi cavabdehdən, 100 manat hissəsi isə iddiaçıdan tutularaq tutularaq Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin bank hesabına (Kod 805562, VÖEN **********, Müxbir Hesab AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, "xxxx" MMC, VÖEN **********, hesab: AZ33İBAZ********************) ödənilsin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova