Məhkəmə qərarları › İş №e-2-2(113)-2978/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2978/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2978/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2022 il tarixli 32150***-*******01L №-li kredit müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2022 il tarixli kredit razılaşması üzrə 1180,87 manat əsas borc, 104,37 manat faiz borcu, 5,57 manat cərimə və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2022 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh1 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 12 ay müddətinə, xx.xx.2023 ilədək qaytarmaq və illik 23 % ödəmək şərti ilə aldığı 1500 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 1180.87 manat; b) faizlər üzrə 104,37 manat; c) cərimə üzrə 5.57 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Qanunla müəyyən edilmiş müddətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ. İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 32150722- 150865001L nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış əsas kredit limiti razılaşmasından görünür ki, bu əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC Cavabdeh1 100000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır ve kredit limiti ile müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/ və ya ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində "Borcalan" ona kredit verilməsi barada "Kreditverən"ə müraciət etmək hüququna malikdir xx.xx.2022-ci il tarixli 32150722- 150865001L nömrəli əsas kredit limiti razılaşmasın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh1 bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 12 ay müddətinə, xx.xx.2023 ilədək qaytarmaq və illik 23 % ödəmək şərti ilə aldığı 1500 manat krediti məbləğində kredit vermişdir. Razılaşmanın 5-ci bəndindən görünür ki, faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə İddiaçı ASC-yə qaytarılmadıqda Cavabdeh1 hər gecikdirilən gün üçün 0 manat məbləğində cərimə ödəyəcəkdir. xx.xx.2022-ci il tarixli 32FİZAM ********* nömrəli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 32150722- 150865001L nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən "xxxx" ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün Cavabdeh2 zamin kimi məsuliyyəti öz üzərinə götürməsidir. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 1180,87 manat əsas, 104,37 manat faiz, 5,57 manat cərimə borcu vardır. 12 may 2023-cü il tarixli MŞB/MT015/2023-00203/02 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının xx.xx.2022-ci il tarixli 32150722- 150865001L kredit razılaşması üzrə 1180,87 manat əsas borc, 104,37 manat faiz borcu tələbi, həmçinin 60 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı hesab edirəm ki, iddia tələbinin cərimə hissəsində rədd edilməlidir, belə ki, müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, cavabdehin faiz ödənişlərini gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün 0 manat məbləğində cərimə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1180,87 manat əsas, 104,37 manat faiz borcu, həmçinin 60 manat məbləğində mediasiya xərci cəmi 1345,24 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1180,87 manat əsas, 104,37 manat faiz borcu, həmçinin 60 manat məbləğində mediasiya xərci cəmi 1345,24 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar