Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-298/2020 10.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı X4 X3 Cəmiyyətinin Cavabdeh X5 Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2008ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 33 faizlə 100000 manat və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300000 manat məbləğində kredit verilmişdir. xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Daha sonra isə xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi, həmin ipoteka müqaviləsinə xx.xx.2008-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) müqavilələri və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2013-cü il tarixli, 243/13/PBŞ saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019.20 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İpoteka müqaviləsində girov qoyulmuş cavabdehə məxsus olan əmlak 100000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi X1 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, 33 faizlə 100000 manat məbləğində və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. MH seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. MH seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixli 185/08/PB saylı ipoteka müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019.20 manat borcu vardır. xx xxxxxx 2019-cu il tarixli Maliyyə arayışından surətindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97941.54 manat borcu vardır. “Dominant Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli M230/20 saylı qiymətləndirmə hesabatından görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 320.000 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri bağlanmış, iddiaçı cavabdehə xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 33 faizlə 100000 manat məbləğində və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilələrdə göstərilən müddətlərdə və qaydalarda kredit və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə xx.xx.2008-ci il tarixli 185/08/PB saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri “Dominant Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 320.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin iddiaçıya xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 366019.20 manat, xx.xx.2008ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla cəmi 97941.54 manat borcu vardır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq olunan sənədlərlə cavabdehin iddiaçıya olan xx.xx.2008ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat və xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat məbləğlərində əsas borcları təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələrinə əsasən cavabdeh kredit məbləğlərinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğlərinə hesablanmış faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 9.2-ci bəndlərinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 185/08/PB saylı İpoteka Müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin likvid qiyməti müstəqil qiymətləndirici tərəfindən 320.000 manat müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Belə olan halda, qeyri-yaşayış sahəsi, dəyəri 100000 manat qiymətlə hərraca çıxarıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tələb, ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə Cavabdeh X5 cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 cəmiyyətindən İddiaçı X4 X3 Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Tələb, likvid qiyməti 320.000 manat müəyyən edilməklə Cavabdeh X5 cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-298/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-298/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver