Məhkəmə qərarları › İş №e-2-2(113)-2980/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2980/2024

28.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2980/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMCyə və Cavabdeh2 MMC-yə qarşı “pul tələbi”nə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı və dəymiş ziyanın ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X7 katibliyi, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri X17 və X15 iştirakı ilə, İlkin iddia üzrə cavabdehlərin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “pul tələbi”nə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul və s.” tələbinə dair kommersiya mübahisələri üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün xərclənmiş 283.000 manatın, eləcə də, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin bağlanması üçün X8 tərəfindən ondan nəğd olaraq alınmış 20.000 manatın, həmçinin, həmin müqavilə əsasında 13 ay müddətində ondan, icarə haqqı adı ilə nəğd olaraq alınmış 52.000 manatın, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına, bunlarla yanaşı, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh3 MMC ilə, İddiaçı arasında bağlanmış 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında X5 ondan nəğd olaraq almış olduğu 5.000 manatın, eləcə də, bu müqavilə əsasında, İcarə haqqı adı ilə köçürmə və nəğd olaraq almış olduqları 60.000 manatın, həmçinin, “Razılaşma” adı ilə nəğd olaraq almış olduqları 215.315 manatın, eləcə də, kommunal xərcləri adı ilə almış olduqları 5.400 manatın, eyni zamanda, faiz adı ilə almış olduqları 2.000 manatın, o cümlədən, xx.xx.2023-cü il tarixli Bildirişlə hədə-qorxu gələrək almış olduqları 1500 manatın, bunlarla yanaşı məhkəmə rüsumu olaraq ödənilmiş 937 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaç uzun illərdir ki, “Elite” Ticarət Mərkəzində fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olmuşdur. Sonradan təsis etdiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyəti “Elite” Ticarət Mərkəzində olmuşdur. Belə ki, hüquqi şəxsi təsis edəndən sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, uzun illər ərzində, Bakı şəhəri Binəqədi rayonu Dərnəgül şossesi, Neft prospekti 3068-ci Məhəllə ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da məşğul olmaqdadır. Bu illər ərzində, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, Neft prospekti 3068-ci Məhəllə ünvanında, Qanuni X3maqla xx.xx.1998-ci il tarixində Dövlət Qeydiyyatına alınaraq fəaliyyət göstərən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi, həmçinin, Təsisçisi və Qanuni təmsilçi X27maqla xx.xx.2002-ci il tarixində Dövlət Qeydiyyatına alınmış Cavabdeh2 rəhbərliyi onu yaxından tanımış, bir yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, iş fəaliyyəti dövründə, aralarında yaxşı işgüzar münasibətlərlə yanaşı, həm də, inam, etibar yaranmışdır. Həmin vaxtlar, X8, xx.xx.2002-ci ildə Dövlət Qeydiyyatına alınmış Cavabdeh2 Təsisçisi və Qanuni təmsilçisi X28 uşaqlarını saxlamış, onların təmizlik işlərinə baxmışdır. 2020-ci ildə isə, X8, artıq Cavabdeh2 direktoru olmuşdur. Bu qadının o vaxt Cavabdeh2 direktoru olmasının onun üçün hər hansı bir əhəmiyyəti olmamışdır. O vaxt, Cavabdeh2, direktoru X5 şəxsində, onun rəhbərlik etdiyi İddiaçı ilə xx.xx.2020-ci il tarixli, D-3-136 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalayaraq, Ticarət binasının 3-cü mərtəbəsində yerləşən 136 saylı ticarət obyektini ona icarəyə vermişdir. Bundan sonra da, Cavabdeh2, direktoru X5 şəxsində, onun rəhbərlik etdiyi İddiaçı ilə xx.xx.2021-ci il tarixli, D-3-60 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalayaraq, Ticarət binasının 3-cü mərtəbəsində yerləşən 60 saylı ticarət obyektini ona icarəyə vermişdir. Beləliklə, iki cəmiyyət arasında, eləcə də aralarında yaranmış işgüzar münasibətlər yaranmışdır. Həmin vaxt, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın beşinci mərtəbəsi istifadəyə yararsız vəziyyətdə olması ilə bağlı, boş bir sahə olaraq qalmışdır. O vaxt qərara gəlmişdir ki, bu sahəni götürüb təmir etsin, “Əyləncə mərkəzi” kimi işlətsin. Bu barədə Cavabdeh2 direktoru kimi tanıdığı X6 bu barədə demiş, razılığa gəlmiş və bu sahəni götürüb təmir etmişdir. X8 onunla İcarə müqaviləsi bağlayacaq və bu sahəni “Əyləncə mərkəzi” kimi işlədəcəkdir. Beləliklə, Cavabdeh2 direktoru kimi tanınan X8, “Elite” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən, mahiyyətcə, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın beşinci mərtəbəsində, əsaslı təmir edib yaradacağı “Əyləncə mərkəzi”nin İcarə müqaviləsini onunla bağlayacağı vədi ilə, 2021-ci ilin axırlarından başlayaraq ona təmir etdirmişdir. Nəticədə, “Əyləncə mərkəzi”ni təmir etdirmiş, təmir və avadanlıqlar üçün 283000 manat civarında vəsait xərcləmişdir. Yəni, mahiyyət etibarı ilə, bu vəsait, yuxarıda da qeyd edildiyi kimi, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın 5-ci mərtəbəsində tikilərək, yaradılaraq əmələ gəlmiş “Əyləncə mərkəzi”nə xərclənmişdir. Təmirdən sonra, X8 bildirmişdir ki, X35 20.000 manat tələb edir, bu məbləğ tərəfindən X6 verilməlidir ki, X8, Cavabdeh2 direktoru kimi onun rəhbəri olduğu İddiaçı MMC ilə İcarə müqaviləsi bağlasınlar. Əks halda, Sehranə Abdullayeva onunla müqavilə bağlamayacaqları ilə hədələmişdir. İddiaçı qənaətə gəlmişdir ki, mahiyyətini, səbəbini bilmədiyi, onların 20.000 manatla bağlı tələbini yerinə yetirsin. Sehranə Abdullayeva bildirmişdir ki, 20.000 manata dair ona sənəd verəcəklər. Beləliklə, bütün bunlara, X29 İddiaçı MMC arasında vasitəçi olmağa, ondan 20.000 manatı almağa, üstəlik Cavabdeh2 Direktor olaraq təmsil etməyə, bu cəmiyyətin adından İcarə müqaviləsi bağlamağa, İcarə müqaviləsinə Cavabdeh2in möhürünü vurmağa, hər hansı bir hüququnun olub-olmadığını bilmədiyi halda, X8 20.000 manat pulu nağd olaraq almış, rəhbəri olduğu İddiaçı MMC ilə, “Əyləncə mərkəzi”nin 2000 kvadrat metrinin İddiaçı MMC-nin icarə olaraq istifadəsinə verilməsinə dair 01 fevral 2022-ci il tarixli H-5 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə imzalamışdır. Bu müqaviləni, Sehranə Abdullayeva, xx.xx.2022-ci il tarixində, ondan 20.000 manatı nəğd olaraq alıb, ona xx.xx.2022-ci il tarixli, 1926 və 1927 saylı, üzərinə “elektr-sair eldar nezirov queen vergi ve dsmf ödenişi” yazılmış xəzinə qəbzlərini verəndən sonra, arxa tarixlə, xx.xx.2022-ci il tarixi ilə imzalayaraq vermişdir. X2, 01 fevral 2022-ci il tarixli H-5 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” İcarə müqaviləsi əsasında da ondan, 2023-cü ilin mart ayına qədər, hər ay üçün 4000 manat pulu nəğd şəkildə almış, ona, üzərində, pulların guya müxtəlif təyinatlarına dair uydurmalar yazılmış kassa qəbzləri vermişdir. 2023-cü ilin mart ayı üçün də, yəni Cavabdeh3 MMC vasitəsilə, onun rəhbəri olduğu İddiaçı MMC ilə yeni, xx.xx.2023-cü il tarixli İcarə müqaviləsi bağlayana qədər, 4.000 manat, ümumikdə isə, artıq 52.000 manat pul almışdır. Bu pullar, yəni, 20.000 manat, 52.000 manat ondan, qanunun tələbi pozulmaqla alınmaları ilə yanaşı, həm də vergidən yayındırılmışlar. Bundan sonra, X8, 01 fevral 2022-ci il tarixli H-5 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilənin vaxtı bitdiyindən, 283.000 manat civarında vəsait xərcləyib təmir etdiyi “Əyləncə mərkəzi”nə dair onunla yeni İcarə müqaviləsi imzalamaq istəməmiş, bununla onu qorxu altında saxlamışdır. Çünki, əks halda, o “Əyləncə mərkəzi”ni təmir etdirməyiylə, avadanlıq almağıyla əlaqədar xərclədiyi 283.000 manatı itirmiş olacaqdı. Belə ki, indi, Cavabdeh2 deyil, artıq Cavabdeh3 MMC Qanuni təmsilçisi rolunu oynayan X8, yenə də, X30 adından bəyan etmişdir ki, rəhbəri olduğu İddiaçı MMC ilə, “əyləncə mərkəzi”nə dair yeni İcarə müqaviləsi bağlanmayacaqdır. Yəni, bu onların, yəni X30 və onun Qanuni təmsilçi təyin etdirdiyi Sehranə Abdullayevanın istədikləri nəticəni almaq üçün, ondan pullar almaları üçün növbəti hədələri-oyunları olmuşdur. Müəyyən söhbətlərdən, hədələrdən sonra, Sehranə Abdullayeva ondan nağd olaraq 5.000 manat tələb edib nəğd olaraq almışdır. Bundan sonra isə tələb etmişdir ki, hər ay 5.000 manat pulu rəhbəri olduğu İddiaçı MMC-nin adından rəsmi olaraq icarə haqqı olaraq Cavabdeh3 MMC-yə ödəməli, üstəlik, imzalayacağı “Razılaşma” əsasında isə hər ay 10.000 manat pulu da Sehranə Abdullayevanın mühasibatlığına nağd olaraq verməlidir. Bununla yanaşı, İddiaçı MMCnin adından rəsmi olaraq icarə haqqı olaraq Cavabdeh3 MMC-yə ödəniləcək 5.000 manat isə, İcarə müqaviləsində göstərilməyəcəkdir. Ancaq bu müqavilə ilə bağlı, ondan əlavə olaraq 5.000 manat da özü üçün verməyini tələb etmişdir. İddiaçı bu tələbin də əsasını bilməmiş, ancaq hazırkı vəziyyəti dərk edib, aldadıldığını bilib, onun 5.000 manatla bağlı tələbinə də razı olmuşdur. İddiaçı özbaşınalıq edən bu şəxslərin qanunazidd əməlləri qarşısında əlacsız qalıb, “Əyləncə mərkəzi”nə təmir və avadanlıqlar üçün xərclədiyi 283.000 manatı itirməmək üçün, X30 adından danışan, onun tapşırıqlarını yerinə yetirən X5 Qanuni təmsilçisi olduğu Cavabdeh3 MMC ilə, rəhbəri olduğu İddiaçı MMC arasında 2.500 kv.m sahənin 2 il müddətinə icarəyə verilməsinə dair 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsini, müqavilədən əvvəl isə, Sehranə Abdullayevanın tələbi ilə, “Razılaşma”nı imzalamışdır. Beləliklə, ondan hər ay alınan 10.000 manatın alınmasına dair sübutlar-xəzinədarın yazıb imza etdiyi, üzərinə isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurularaq ona verildiyi, üzərində, pulların guya müxtəlif təyinatlarına dair uydurmalar yazılmış kassa qəbzləri mövcuddur. Yəni, 01 mart 2023-cü il tarixindən bu günə qədər, ondan artıq olaraq, səbəbi, mahiyyəti, niyyəti məlum olmayan, külli miqdarda, 215.315 manatı nəğd olaraq alınmışdır. Yazılan məbləğ, ona verilmiş qəbzlər əsasında hesablanmış qəbzlərdir ki, bir çox ödnişlərin qəbzləri, müxtəlif bəhanlərlə verilməmişdir. Digər tərəfdən də, hər ay icarə haqqı olaraq ondan alınmış pullara, bu məbləğlərə hesablanacaq vergi məbləği, vergidən yayındırılmışdır, dövlət büdcəsinə ödənilməmişdir, bu şəxslər tərəfindən vergi cinayətləri törədilmişdir. Bununla da yanaşı, artıq 6 aydan çox bir müddətdir ki, bu qadın, X8, İcarə haqqını, 5.000 manatı, tələb edərək rəsmiyyətə salmadan, ondan nağd şəkildə almışdır, bu pullarla bağlı ona qaimə verilmədiyindən, iddiaçı bu pulları xərcləri olaraq vergi hesbatlarında göstərə bilməmişdir. Eyni zamanda, 01 mart 2023-cü il tarixli İcarə müqaviləsinə qədər bağlanmış müqavilələr üzrə kommunal xərclərin alınması nəzərdə tutulmadığı halda, 01 mart 2023-cü il tarixli İcarə müqaviləsində kommunal xərclərin də alınması yazılmışdır. Ancaq, bu ödənişlərin hansı hesabla, hansı sayğacın göstəricisinə uyğun ödənilməli olduğu yazılmadığından, bu BAŞ DİREKTOR, ağlına gələn rəqəmləri dilinə gətirməklə pulları nəğd olaraq almışdır. Bir çox ödənişlərə dair qəbzləri də verməmişlər. Yazdıqlarımın sübutları olaraq, BAŞ DİREKTOR X5 işçilərinin bizə VatSapp vasitəsilə səs göndərək pulları nəğd olaraq ödəməyi tələb etmələrinə dair səs yazıları mövcuddur. Bundan əlavə, keçmişdə “Elit” Ticarət Mərkəzi kimi tanınmış bu kompleksdə, xeyli icarədarlar vardır ki, onlardan icarə haqqları, nəğd pullar olaraq alınır, Cavabdeh3 hesabına mədaxil olunmur, nəticədə vergidən yayındırılır. Beləliklə, həm də, BAŞ DİREKTOR X8 tərəfindən, həmçinin onun qanunsuz tələbi nəticəsində icarədarlar tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur və pozulur. Bunlarla yanaşı, işçilərə verilən əmək haqqları, Əmək haqqı kartlarına ödənilməklə yanaşı, həm də, əmək haqqının bir hissəsi, onlara xəzinədən nəğd şəkildə ödənilir, bu məbləğlər də vergidən yayındırılır. Bunlar barədə, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə şikayət ərizələri yazılmışdıt. Dövlət Vergi Xidmətinin yerində olmayan əməkdaşlarının “qoruyucu əməllləri” nəticəsində hələ ki, vergi-haqq hesabı çəkilməyən X8, törətmiş olduğu vergi cinayətləri ilə bağlı, mütləq qanun qarşısında cavab verəcəkdir. Bunlarla yanaşı, hüquq-mühafizə orqanlarına müraciət edib, Beynəlxalq axtarışda olmaqla İNTERPOL tərəfindən axtarılan, Azərbaycan Respublikasının dövlət bankına, kommersiya banklarına milyon dollarla ödənilməmiş kredit borcları olan, İspaniya dövlətində sığınacaq tapmış Türkiyə Respublikasının vətəndaşı X30 havadarlıq etdiyi, Azərbaycan Respublikası ərazisində hüquqi şəxslər vasitəsilə hələ də qeyri-rəsmi gördürdüyü işlərdə istifadə etdiyi, əvvəllər də onun uşaqlarının təmizlik işlərinə baxmış, “Elite” Ticarət Mərkəzində yerləşən, X30 xx.xx.2022-ci il tarixində qeyrirəsmi təsis etdirdiyi Cavabdeh3nə direktor təyin etdirdiyi xx.xx.1984-cü il təvəllüdlü X5, cəmiyyətin iş fəaliyyətində, havadarı X23, onun ölkədə olan tör-töküntülərinə arxalanaraq, İddiaçı MMC-nin direktoru X19 qarşı, cinayət əməlləri törətməsi, o cümlədən, hədə-qorxu ilə, aldatma yolu ilə, aidiyyəti olmayan cəmiyyətin möhüründən istifadə etməklə saxtalaşdırdığı rəsmi kassa sənədləri əsasında məndən 200.000 manata qədər pullar alması, savadsız tərtib edilmiş “Bildiriş”lərlə hədə-qorxu ilə 1500 manat tələb edib alması, üstəlik, digər “Bildiriş”lə məndən 11.400 manatı hədə-qorxu ilə tələb etməsi barədə məlumat verilmişdir. Həmçinin dövlətə qarşı vergi cinayəti törətməklə yanaşı, ölkənin pulları ilə X32 maliyyələşdirməsi barədə bildirmişdir. O cümlədən, bu qadın, hər hansı bir səlahiyyəti, hüququ olmadan, özbaşınalıq edərək, xx.xx.2024-cü il tarixində, iddiaçının işlədiyi, 5-ci mərtəbəsində “Əyləncə mərkəzi” yerləşən “Ticarət obyektin giriş qapılarını bağlatdırmışdır, eləcə də, hər hansı bir səlahiyyəti, hüququ olmadan, özbaşınalıq edərək xx.xx.2024-cü il tarixindən, İcarə müqaviləsi əsasında işlətdiyi “Əyləncə mərkəzi”nin işıqlarını, suyunu, qazını kəsdirmişdir, həmin gündən fəaliyyət dayandırılmışdır. Həmçinin, hazırkı icarə sahələrinin sahibliyində olduğu Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin X20 X9 məktubu yazıb, nəzərin çatdırmaqla yanaşı xahiş edilmişdir ki, sahiblərinin əlinə möhür, özünə səlahiyyət verib qabağa buraxdığı, nələr etdiyini, nələr törətdiyini dərk etməyən bu qadının-X5 özbaşınalığına, qanunazidd əməllərinə son qoysunlar. Əks halda, mahiyyət etibarı ilə, X5 bu əməlləri, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin sahibliyində olan sahədə, rəsmi olaraq ona subicarəyə vermiş olduqları məkanda törətməsi, onların razılıqları ilə, onların məlumatları olmaqla törətməsi əsas götürülməklə, "xxxx" ASC-nin sahibliyində olan “Ticarət binası”nın “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqları üçün xərclədiyim 283.000 manat, 01 fevral 2022-ci il tarixli H-5 saylı, “Ticarət obyektinin icarəyə verilməsi haqqında” İcarə müqaviləsini onunla bağalayacağı üçün, öz dediyinə görə X30 tələbi ilə ondan nəğd olaraq almış olduğu 20.000 manat, X5 nəğd olaraq almış olduğu 5.000 manat, X1 İcarə müqaviləsi əsasında da 1 il ərzində, 2023-cü ilin mart ayı da daxil olmaqla, hər ay 4.000 manat olmaqla, ümumilikdə almış olduğu, cəmi 52.000 manat, o cümlədən, Cavabdeh3 MMC ilə, rəhbəri olduğum İddiaçı MMC arasında 2.500 kv.m sahənin 2 il müddətinə icarəyə verilməsinə dair 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi ilə bağlı, hər ay 5.000 manat olmaqla. şəxsən ondan icarə haqqı olaraq almış olduğu, ümumikdə 60.000 manat, 1 il ərzində, hər ay 10.000 manat olmaqla, qondarma “Razılaşma” əsasında almış olduğu pulların cəmi olaraq 150.000 manat, həmçinin, kommunal xərclər adı ilə tələb edib nəğd olaraq almış olduğu 5.000 manat, eləcə də, “Faiz” adı ilə tələb edib nəğd olaraq almış olduğu 2.000 (manat, ondan-X4, həmçinin onun əvvəllər rəhbərlik etdiyi Cavabdeh2ndən, eləcə də hazırda rəhbərlik etdiyi Cavabdeh3ndən, eləcə də, qeyr-rəsmi sahibi ölkədən kənarda olmaqla, Artyom Tixonovun rəhbərlik etdiyi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən məhkəmə yolu ilə tələb ediləcəkdir.

3. İlkin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, “Ticarət binası”nın 5-ci mərtəbəsinin üstündə qanunsuz olaraq tikilmiş, ticarət binasnın 6-cı mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün tərəfimdən xərclənmiş 299.600 manatın, İddiaçı xeyrinə tutulmasına dair, eləcə də, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanması nəzərdə tutulan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin bağlanması üçün X8 tərəfindən nəğd olaraq alınmış 20000 manatın, İddiaçı xeyrinə tutulmasına dair, həmçinin, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmiş xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi əsasında 13 ay müddətində X8 tərəfindən icarə haqqı adı ilə nəğd olaraq alınmış 52000 manatın, eyni zamanda, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh3 ilə, İddiaçı arasında bağlanması nəzərdə tuutlmuş 01 mart 2023-cü il tarixli H- 00005 №-li İcarə müqaviləsinin bağlanması üçün X5 nəğd olaraq almış olduğu 5.000 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən, 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında, icarə haqqı adı ilə köçürmə və nəğd olaraq almış olduqları 60000 manatın, o cümlədən, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən “Razılaşma” adı ilə nəğd olaraq almış olduqları 215.315 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən kommunal xərcləri adı ilə almış olduqları 5400 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən faiz adı ilə almış olduqları 2000 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli “Bildirişlə” hədə-qorxu gələrək almış olduqları 1500 manatın, digər tərəfdən də, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən məhkəmə rüsumu olaraq ödənilmiş 937 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbinə dair cavabdehlərin etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır və Məhkəmə tərəfindən təmin edilməməlidir. İlk öncə Cavabdeh2ndən və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün xərclənmiş 283.000 manat tələbinə gəldikdə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli H-5 nömrəli icarə müqaviləsinin 6.4.4cü maddəsinə əsasən icarəçi arxitektur bütünluyu pozmamaq sərtilə icarə obyektinin cari təmirini həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi «İcarəyə verən»in razılığı ilə və «İcarəçi»nin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqda isə «İcarəçi» heç bir tələb irəli sürə bilməz. “İcarə haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin 6-cı bəndinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Göründüyü kimi, "xxxx" MMC icarə obyektində hər hansı yaxılaşdırma işlərinə icarəyə verənin razılığını almamış, və bununla da müqavilə və qanunvericiliyin tələblərindən irəli gələrək təmir xərclərinin əvəzinin tələbi istisna edilir. Digər tərəfdən həmin təmirin aparılıb-aparılmamasına və ya hər hansı avadanlığın gətirilib gətirilməməsinə dair hər hansı bir sübüt mövcud deyil və iş materiallarına əlavə edilməmişdir, ona görə ki, sahə icarəçi tərəfindən təhvil alındığı vəziyyətdə istifadə edilib və orada hər hansı yaxşılaşdırma işləri icarəyə verən tərəfindən həyata keçirilməyib. İddiaçının digər tələbləri də tamamilə əsassız və absurddur. İddiaçı sahədən istifadə edib və istifadəyə görə razılaşdırılmış ödənişləri ödəyib. İddiaçıdan hər hansı ödənişlərin nağd qaydada alınmasına səbəb isə, sonuncunun cari hesabalarında müxtəlif vaxtlarda olan sərəncamlardır, yəni köçürmənin həyata keçirilməsi mümkün olmamışdır. Birincisi Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi ilə bağlı nağd olaraq alınmış 20.000 manatın, həmçinin, həmin müqavilə əsasında 13 ay müddətində icarə haqqı adı ilə nağd olaraq alınmış 52.000 manatın ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, Müqavilə 13 ay müddətində, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni yeni H 00005 saylı icarə müqaviləsi bağlananadək, qüvvədə idi. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən, hər kv.m üçün 2 manat olmaqla icarə haqqı ödənilir, Müqavilə üzrə ümumi sahə isə cəmi 2000 kv.m təşkil edir və bununla da hər ay icarə haqqı 4000 manat müəyyən edilirdi, həmin məbləği müqavilənin qüvvədə olduğu müddətə vuranda isə həmin 52 000 manat təşkil edir, yəni bu məbləğ məhz icarə haqqıdır. Eyni zmanda qeyd edilməlidir ki, kommunal xidmətlər, binanın ümumi sayğacının göstəricilərinə əsasən cavabdeh tərərfindən ödənilir, həmin beşinci mərtəbənin kommunal xidmətlərin sərfiyyatı isə ayda orta hesablamaya əsasən elektrik enerjisinin istifadəsinə görə 2500 manat təşkil edir, digər kommunal xərclər isə faktiki sərfiyyat üzrə hesablanırdı və bu məbləğlər iddiaçı tərəfindən cavabdehə kompensasiya olunmalı idi. Ümumilikdə 13 ay üçün icarə haqqı və elektrik enerjisinin istifadəsinə görə xərclər, cəmi 84 500 manat təşkil edirdi. İddiaçının Cavabdeh2 MMC üçün təqdim etdiyi qəbzlərə əsasən isə (həm işiq, həm icarə haqqı 1926, 1927, 060732, 060733, 060834, 060736, 2051, 2086, 2141, 2151, 2155 saylı qəbzlər) icarə müddəti ərzində yəni 13 ayda iddiaçı tərəfindən cəmi 75 461 manat ödəniş edilmişdir bu isə ödəniləcək məbləğdən 9039 manat azdır, buraya hələ dəyişən məbləğdə su və qazın istehlakına görə ödənilmiş məbləğlər əlavə edilməyib. İkincisi Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh3 MMC ilə, İddiaçı arasında bağlanmış 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında X5 nağd olaraq almış olduğu 5.000 manatın, eləcə də, bu müqavilə əsasında, İcarə haqqı adı ilə köçürmə və nağd olaraq almış olduqları 60.000 manatın, həmçinin, “Razılaşma” adı ilə nağd olaraq almış olduqları 215.315 manatın, eləcə də, kommunal xərcləri adı ilə almış olduqları 5.400 manatın, eyni zamanda, faiz adı ilə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat almış olduqları 2.000 manatın, o cümlədən, xx.xx.2023-cü il tarixli Bildirişlə hədə-qorxu gələrək almış olduqları 1500 manatın ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, qeyd edilən müqavilə üzrə sabit olaraq hər ay 15 900 manat ödənilməli idi, hansılarından 5900 manat icarə haqqı + ƏDV, 7500 manat əlavə razılaşma əsasında əlavə xərclərin əvəzi və 2500 elektrik enerjisindən istifadəyə görə, həmçinin dəyişən məbləğdə su və qazın istehlakından asılı olaraq ödənişlər edilməli idi. Müqavilə qüvvədə olduğu müddət ərzində yəni 12 ay üçün sabit məbləğdə ödənilməli olan məbləğ 190 800 manatdır, üstə gəl vurulmuş ziyana görə 1500 manat cəmi 192 300 manat məbləğ alınır. İddiaçının Cavabdeh3 MMC-dən tələbi cəmi 289 215 manat təşkil edir, sözüqedən müqavilə üçün məhkəməyə təqdim edilən qəbzlərin və bank köçürmələrin cəminə görə (cədvəl əlavə edilir) isə ödənilən məbləğ cəmi 188 765 manat təşkil edir, yəni 100 450 manatın ödənilməsi sübuta yetirilmir. Əksinə iddiaçının Cavabdeh3 MMC-yə 3 535 manat borcu yaranır (ödənilməli olan 192 300 – ödənilmiş 188 765 = 3535), həmçinin nəzərə alınmalıdır ki, dəyişən məbləğdə su və qazın istehlakına görə də ödənişlər həmin qəbzlərlə ödənilib, belə olan təqdirdə iddiaçının cavabdehə daha böyük məbləğdə borcu yaranır və bununla bağlı müvafiq tələblər qarşılıqlı iddia ərizəsində irəli sürülüb. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilən qəbzlərlə bağlı qeyd edilir ki, xx.xx.2023-cü il tarixində 2 750 manat məbləğində bir ödəniş üçün həm 105912 nömrəli kassa ödəmə qəbzi verilib həm də 2149 nömrəli sistemdən çıxarış verilib, lakin həmin məbləğ bir dəfə ödənilib və buna görə də, hesablamada bir dəfə nəzərə alınıb. xx.xx.2023-cü il tarixində 5 000 məbləğində ödəniş bank vasitəsilə həyata keçirilib lakin həmin ödəniş üçün 2308 nömrəli sistemdən çıxarış verilib və həmin çıxarışda da qeyd edilib ki, ödəniş hesaba köçürmə yolu ilə ödənilib və bununla da hesablamada bu məbləğdə bir dəfə nəzərə alınıb, xx.xx.2023-cü il tarixli 105918 saylı və xx.xx.2023-cü il tarixli 105950 saylı kassa ödəmə qəbzləri isə ümumiyyətlə sözügedən müqavilə üzrə verilməyib və müvafiq olaraq da həmin qəzlərlə nəzərdə tutluan məbləğlər də hesablamada nəzərə alınmayıb. Belə ki, "X31" MMC (icarəyə verən) və "xxxx" MMC (İcarəçi) arasında, Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəsinə dair, xx.xx.2023-cü il tarixli H 00005 saylı icarə müqaviləsinin 6.4.3-cü yarımbəndinə əsasən, Müqavilənin 2-ci bəndi ilə müəyən olunan qaydada, miqdarda və müddətdə icarə haqqını ödəməyi, 6.4.5-ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdə icarə obyektini təhvil aldığı vəziyyətdə icarəyə verənə təhvil verməyi və 6.4.13-cü yarımbəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya) ödəməyi İcarəçi öhdəsinə götürmüşdür.

5. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsi, 13 735 manat icarə haqqının, 9000 manat ƏDV-nin, 15000 manat binanın istismarı ilə bağlı xərcin, 4504 manat elektrik enerjisindən, 284 manat sudan və 922 manat qazdan istifadə üzrə borcun, cəmi 43.445 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "X31" MMCnin xeyrinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MMC tərəfindən boşaldılaraq iddiaçı Cavabdeh3 MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2ndən və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən “Əyləncə mərkəzi”nin təmiri və avadanlıqlarının alınması üçün xərclənmiş 283.000 manat tələbinə gəldikdə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli H-5 nömrəli icarə müqaviləsinin 6.4.4-cü maddəsinə əsasən icarəçi arxitektur bütünluyu pozmamaq sərtilə icarə obyektinin cari təmirini həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütünlüyünün qismən dəyişdirilməsi «İcarəyə verən»in razılıgı ilə və «İcarəçi»nin öz vəsaiti hesabına həyata keçirilə bilər. Mügavilə ləğv olunduqda isə «İcarəçi» heç bir tələb irəli sürə bilməz. “İcarə haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin 6-cı bəndinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Göründüyü kimi, "xxxx" MMC icarə obyektində hər hansı yaxılaşdırma işlərinə icarəyə verənin razılığını almamış, və bununla da müqavilə və qanunvericiliyin tələblərindən irəli gələrək təmir xərclərinin əvəzinin tələbi istisna edilir. Digər tərəfdən həmin təmirin aparılıb-aparılmamasına dair hər hansı bir sübüt mövcud deyil və iş materiallarına əlavə edilməmişdir, ona görə ki, sahə icarəçi tərəfindən təhvil alındığı vəziyyətdə istifadə edilib və orada hər hansı yaxşılaşdırma işləri icarəyə verən tərəfindən həyata keçirilməyib. İlk iddia üzrə iddiaçının digər tələbləri də tamamilə əsassız və absurddur. İddiaçı sahədən istifadə edib və istifadəyə görə razılaşdırılmış ödənişləri ödəyib. İddiaçıdan hər hansı ödənişlərin nağd qaydada alınmasına səbəb isə, sonuncunun cari hesabalarında olan sərəncamlardır, yəni köçürmənin həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə tərəflər yəni "X31" MMC (icarəyə verən) və "xxxx" MMC (İcarəçi) arasında, Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəsinə dair, xx.xx.2023-cü il tarixli H 00005 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin şərtlərinə görə qeyri-yaşayış sahəsi iki il müddətinə qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilmiş, icarə obyektindən istifadəyə görə hər ay bir kvadrat metr üçün 2 (iki) manat müəyyən olmaqla, cəmi 5 000 (beş) min manat ƏDV xaric icarə haqqı müəyyən edilmişdir. İcarəçi, müqavilənin 6.4.3-cü yarımbəndinə əsasən 2-ci bəndi ilə müəyən olunan qaydada, miqdarda və müddətdə icarə haqqını ödəmək, 6.4.5ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdə icarə obyektini təhvil aldığı vəziyyətdə icarəyə verənə təhvil vermək və 6.4.13-cü yarımbəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərcləri (su, qaz, elektrik enerjisi, kanalizasiya) ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər arasında, həmin icarə müqaviləsinə əlavə olaraq, binanın istismarı ilə bağlı xərclərin ödənilməsinə dair razılaşma imzalanmış və əsas iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə isə cavabdeh "xxxx" MMC tərəfindən binanın istismarı ilə bağlı hər ay 7500 manat məbləğində xərclərin ödənilməsini öhdəsinə götürülmüşdür. Lakin "xxxx" MMC, icarəyə verən tərəfindən elektron qaimələrin təqdim edilməsinə baxmayaraq (e-qaimələr iş materiallarına əlavə edilir), icarə müddətində müqavilənin ödəniş şərtlərini dəfələrlə pozmuş, müntəzəm şəkildə icarə haqqının ƏDV-ni ödəməmiş (ƏDV-nin depozit hesabından çıxarış iş materiallarına əlavə edilir), sahənin istismarına dair nöqsanlara yol verdiyinə görə, alt mərtəbələri su basmış və digər şəxslərə ziyan vurmuşdur. Bununla əlaqədar olaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə dəfələrlə yazılı xəbərdarlıq və bildirişlər verilmiş, "xxxx" MMC-nin direktoru X21 ziyanın ödənilməsini öhdəsinə götürmüş və müqavilənin pozulmamasını etiraf etmişdir (sənədlər iş materiallarına əlavə edilir) lakin, həmin pozuntular davam etdiyinə görə "X31" MMC, icarə müqaviləsinin 7.5ci bəndinə müvafiq olaraq ləğv edilməsinə dair yazılı bildiriş verərək, müqaviləyə xx.xx.2024-cü il tarixindən xitam verilməsini bildirmiş və "xxxx" MMC-dən xitam gününə ödənilməmiş icarə haqqının, ƏDV-nin və kommunal borcların ödənilməsi tələb etmişdir. Odur ki, "xxxx" MMC-nin sözü gedən müqavilə üzrə icarə haqqının ödənilməməsinə görə fevral ayı üçün 3 735 manat, mart və aprel ayları üçün cəmi 10 000 manat (5000+5000), ƏDV-nin 10 (on) ay ərzində (iyul 2023 - aprel 2024) ödənilməməsinə görə 9 000 manat (ƏDV 900*9), binanın istismarı ilə bağlı xərclərə görə mart və aprel ayları üçün 15 000 (7500+7500) manat, elektrik enerjisiinin istifadəsinə görə 4 504 manat, sudan istifadəyə görə 284 manat və qazdan istifadəyə görə isə 922 manat borcu yaranmışdır. Buna baxmayaraq və icarə müqaviləsinin şərtlərinə zidd olaraq icarəçi bu günədək, icarə obyektini ilk iddia üzrə iddiaçıya qaytarmamış, bildirişdə qeyd edilən ödənişləri vaxtında və lazımi qaydada həyata keçirməmiş və icarə obyektindən qanunsuz istifadə edərək, mart və aprel aylarının icarə haqqını ödəməmişdir, üstəlik də əsassız və absurd bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qalşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC qanunvericiliyin yuxarıda qeyd edilən normalarına, həmçinin müqavilənin şərtlərinə zidd olaraq, ödəniş öhdəliklərini vaxtında icra etməmiş, iki ay ərzində icarə obyektindən qanunsuz istiafdə müddəti üçün icarə haqqını ödəməmiş və borclu olduğu halda icarə obyektini ilk iddia üzrə iddiaçıya qaytarmamışdır.

7. Qarşılıqlı iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək ilkin iddianın təmin edilməməsi, 13735 manat icarə haqqının, 9 000 manat ƏDV-nin, 15000 manat binanın istismarı ilə bağlı xərcin, 4504 manat elektrik enerjisindən, 284 manat sudan və 922 manat qazdan istifadə üzrə borcun, cəmi 43445 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "X31" MMC-nin xeyrinə ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsini, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "X31" MMC-yə geri təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

8. Qarşılıqlı iddia ərizəsinə dair cavabdeh İddiaçı MMC-nin etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC xx.xx.2022-ci il tarixində Dövlət Qeydiyyatına alınmışdır. (VÖEN; ********* ) (Hüquqi ünvanı, ünvan 4xtarışında olan X25bağa verdiyi adam X18 olmuşdur. Cavabdeh3 MMC-nin təsis edilməsində məqsəd, icarəyə verilən “Ticarət binası”mn ticarət otaqlarından qazanılacaq pulların, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarından gizlədilməsi niyyətidir. Elə bunun nəticəsidir ki, bir əldən idarə olunan? Hüquqi şəxslərdən olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, buna hər hansı bir hüququ, səlahiyyəti olmadan, “Ticarət binası”na hər hansı bir hüququ olmadan, 1 mərtəbəsinin sahəsi 3.000 kv.m olmaqla, ümumi sahəsi 15.000 kv.m sahəsi olan 5 mərtəbədən ibarət “Ticarət binasının 11700 kv.m sahəsini, cəmi 5.000 manata, niyyətli şəkildə, xx.xx.2022ci ildə təsis edilmiş, Dövlət Qeydiyyatına alınmış Cavabdeh3 MMC-yə, ticarətlə məşğul olmaq üçün 1 il müddətinə icarəyə vermişdir. Halbuki Cavabdeh3 MMC, cəmi 5 mərtəbədən ibarət “Ticarət binası”nın üstündə, 6-cı mərtəbənin yerində, 2013-cü ildən başlayaraq 1 il ərzində dəmir konstruksiyalar quraşdırılmaqla, özbaşına tikili olaraq inşa edilmiş qeyri-yaşayş sahəsini, həmin sahəyə aidiyyəti, hüququ olmadan, hazırkı mübahisə predmetlərindən biri olan xx.xx.2023-cü il tarixli H-00005 saylı, 2.500 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin, dövlət mülkiyyətinin İddiaçı MMC-yə icarəyə verməsinə dair İcarə müqaviləsini 5.000 manata bağlamışdır. Yəni, 11700 kv.m sahəni cəmi 5.000 manata icarəyə götürən Cavabdeh3 MMC, bu sahənin 1/5 hissəsini artıq, aldatmaqla, təhdid etməklə, “məcburiyyət qarşısında qalma” vəziyyətdən istifadə etməklə, 5.000 manata icarəyə vermiş, beləliklə də, bu hesabla, qazanılacaq 25.000 manat, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarından gizlədilmişdir. Üstəlik, yoxalama aparılsa, məlum olar ki, İcarə müaviləsində 11700 kv.m sahə göstərilməsinə baxmayaraq, Sehranə Abdullayeva, bu ticarət binasının 5 mərtəbəsindən, o cümlədən 15.000 kv.m sahəsində istifadə edir, icarəyə verir, həmin pulları da vergidən yayındırır. Ən başlıcası isə, aldatmaqla təmir etdirilən, aldatmaqla, 5-ci mərtəbə adı ilə icarəyə verilən sahə isə, qeyd edildiyi kimi, dövlət mülkiyyəti olan, 5 mərtəbədən ibarət ticarət binasının üstündə, 6-cı mərtəbənin yerində, müvəqqəti, dəmir konstruksiyalar quraşdırılmaqla, özbaşına tikili olaraq, qanunsuz inşa edilmiş qeyri-yaşayş sahəsidir ki, bu sahənin də 5 mərtəbəli ticarət binasına aidiyəti yoxdur.Bununla da yanaşı, Cavabdeh3 MMC-nin, sözügedən, dövlət mülkiyyəti olan 5 mərtəbədən ibarət “Ticarət binası”nın üstündə, 6-cı mərtəbənin yerində, müvəqqəti, dəmir konstruksiyalar quraşdırılmaqla, özbaşına tikili olaraq, qanunsuz inşa edilmiş qeyri-yaşayş sahəsini, İddiaçı MMC-yə 2 illiyə icarəyə verməsinə hər hansı bir, səlahiyyəti, hüququ olmamışdır. Həmçinin də, fərz edilsə ki, "X31 ” MMC bu sahəni verməsi üçün əsas götürdüyü sənəd, onun və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış, xx.xx.2023-cü il tarixli N-01 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında ” qondarma müqavilədir, bu halda da: 1 mərtəbəsinin sahəsi 3.000 kv.m olmaqla, ümumi sahəsi 15.000 kv.m sahəsi olan 5 mərtəbədən ibarət "Ticarət binası"nın hansı hüquqla, hansı əsasla, hansı sənədlə “Star Park" ASC-yə aid olduğuna dair sənədlər, o cümlədən də, Cavabdeh3 MMC-yə aid olduğuna dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Yəni, hazırkı müqaviləni bağlamağa hər hansı bir hüququnun səlahiyyətinin olduğu məlum olmayan, mülkiyyətçi olmayan, icarəçi olmayan "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında, Bakı şəhəri, Binəqədi rayonu. Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən obyektin daxilində olan, ümumi sahəsi 11700 kv.m, istismara yararlı icarə obyektinin icarəyə verilməsinə dair, 23 fevral 2023-cü il tarixli, N-01 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin icarə obyektindən istifadə olunması və satışə şərtləri-nin 5.2-ci bəndinə görə, "İcarəçi" icarə obyektindən ancaq aşağıdakı mal(lar)ın satışını təşkil edir. Əyləncə, yəni, “İcarəçi”, icarə obyektində ancaq əyləncə mallarının satışını təşkil edir. 5.3.-cü bəndə görə, "İcarəçi" müqavilə imzalandıqdan sonra 5(beş) təqvim günü ərzində icarə obyektini 5.2. bəndi ilə müəyyən olunan mal(lar) la təchiz edir və satışa tam hazır vəziyyətə gətirir. Əks halda müqavilə "İcarəyə verən" tərəfindən ləğv olunur və ödənilən icarə haqqı "İcarəçi "yə geri qaytarılmır. V bölmənin 5.4.-cü bəndi isə, “İcarəçi "nin öz satış nümayəndəsini məlumatandırması barədədir, belə ki, -İcarə obyektininin saat 09:00-dan açılıb 20:00-da bağlanmasını təmin etmək; - Alıcılara yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək və.s. Bu müqavilədən, onun şərtlərindən görünür ki, hazırkı müqavilə, hər hansı hüquqa malik olmasa da belə, sözügedən "Ticarət binası" barədə hər hansı bir səlahiyyətə, hüquqa malik olmayan "STAR PARK” ASC tərəfindən, həmin binanın ticarət mağazaları təşkil edən 11700 kv.m sahəsini, Cavabdeh3 MMC-yə, ticarətlə, malların alışı və satışı ilə məşğul olmaq üçün verilmişdir. O cümlədən də, V bölmənin 5.1,-ci bəndinə əsasən, İcarə obyektindən istifadə olunması şərti 5.2. bəndi ilə müəyyənləşdirilir və həmin şərtlərin "İcarəçi" tərəfindən birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Buradan da görünür ki, “İcarəçi” "X31" MMC tərəfindən bu şərtlər pozulmuş, üstəlik, ‘‘X31” MMC tərəfindən, “Ticarət binası ” nın tərkib hissəsi olmayan, özbaşına tikili olaraq dəmir konstruksiyalardan 5-ci mərtəbənin üzərində, 6-cı mərtbənin yerində düzəldilmiş sahəni, bizi aldatmaqla təmir etdirərək, sonradan da İcarə müqavilə bağlamayacağı hədəsi ilə qorxudaraq külli miqdarda pullar alandan sonra, əsassız və qanunsuz, hər hansı bir əsası olmayan xx.xx.2023-cii il tarixli H-00005 saylı İcarə müqaviləsi bağlamışdır. Bununla yanaşı, səhmdar cəmiyyət olan Cavabdeh1 ASC-nin adından nə gəldi imzalayan, nəyə gəldi möhür vuran, əslində, X30 tapşırığı ilə X8 tərəfindən idarə olunan, X30 qohumu-qaynı X14 bu hüquqlara malik olmasına dair, İcarə müqaviləsini bağlamağa hüququnun səlahiyyətinin olmasına dair hər hansı bir sənəd də, qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən də, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 MMC ilə arasında bağlanmış, xx.xx.2023-cü il tarixli N-01 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilə, 1 il müddətinə bağlanmışdır. Belə olan halda, Cavabdeh3 MMC-nin sözügedən, dövlət mülkiyyəti olan 5 mərtəbədən ibarət “Ticarət binası”nın üstündə, 6-cı mərtəbənin yerində, müvəqqəti, dəmir konstruksiyalar quraşdırılmaqla, özbaşına tikili olaraq, qanunsuz inşa edilmiş qeyri-yaşayş sahəsini, İddiaçı MMC-yə 2 illiyə icarəyə verməsinə hər hansı bir, səlahiyyəti, hüququ olmamışdır. Digər tərəfdən, xx.xx.2023-cii il tarixli H-00005 saylı İcarə müqaviləsində, hansısa ticarət obyektlərindən danışılır, kommunal xərclərin ödənilməsindən bəhs edilir və.s Halbuki, hazırkı İcarə müqaviləsini bağlamağa hər hansı bir səlahiyyəti olmayan Cavabdeh1 ASC-nin Cavabdeh3 MMC ilə bağlamış olduğu xx.xx.2023- cü il tarixli N-01 saylı “Ticarət obyektinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, kommunal xərclər, Cavabdeh1 ASC tərəfindən ödənilir. Ancaq, Cavabdeh3 MMC özbaşınalıq edərək, hansı hesabla, hansı sayğacla, hansı göstərici ilə, hansı ölçü ilə müəyyən edildiyi məlum olmayan pulları, kommunal xərclər adı altında pulları almışdır, mənimsəmişdir, bu pullar vergidən yayındırılmışdır. Bu zaman da, Sehranə Abdullayeva, Cavabdeh3 MMC-yə deyil, nəğd almış olduğu külli miqdarda pullara dair vermiş olduğu qəbzlər kimi, kommunal xərclər üçün nəğd olaraq almış pullara görə də, Cavabdeh2nə məxsus olan möhürlə möhürlənmiş xəzinə qəbzləri vermişdir. Hazırda da, “İlkin iddianın təmin edilməməsi, 13735 manat icarə haqqının, 9.000 manat ƏDV-nin 15.000 manat binanın istismarı ilə bağlı xərcin, 4.504 manat elektrik enerjisindən, 284 manat sudan və 922 manat qazdan istifadə borcun, cəmi 43 445 manatın cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3MMC-nin xeyrinə ödənilməsi; barədə tələbində də, hər hansı bir sənəd, sübut əlavə etməmişdir. O cümlədən, məlum deyil ki, elektrik enerjisindən istifadəyə görə əmələ gəlmiş borc olan, hazırda tələb edilən 4.504 manat, nəyin, kimin, haranın göstəricisidir, sudan istifadəyə görə əmələ gəlmiş borc olan, hazırda tələb etdiyi 284 manat, nəyin, kimin, haranın göstəricisidir, qazdan istifadəyə görə əmələ gəlmiş borc olan, hazırda bizdən tələb etdiyi 922 manat, nəyin, kimin, haranın göstəricisidir?! Bundan da başqa, ümumiyyətlə, elektrik enerjisindən, sudan, qazdan istifadə üçün pulların məhs Cavabdeh3MMC tərəfindən ödənilməli olduğuna, bu günlərə qədər, elektrik enerjisindən, sudan, qazdan istifadə üçün pulların Cavabdeh3MMC tərəfindən ödənildiyinə dair sənədlər, sübutlar, məhkəməyə təqdim edilməmişdir, çünki belə sənədlər mövcud deyillər. Yəni, nəticə olaraq cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin “Elit Ticarət Mərkəzində” elektrik enerjisindən, sudan, qazdan istifadə üçün pullar, 2022-ci ildə təsis edilmiş Cavabdeh3 MMC tərəfindən ödənilməmişdir, hazırda da ödənilmir. Beləliklə, cavabdeh- qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin iddiasının kommunal xərclərlə bağlı hissəsi əsassızdır. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin 13735 manat icarə haqqının, 9.000 manat ƏDV-nin İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-nin xeyrinə ödənilməsi barədə tələbi sözügedən hissədə də əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin rəhbəri olduğu İddiaçı MMC ilə, xx.xx.2023-cü il tarixli H-00005 saylı İcarə müqaviləsi bağlamasına hər hansı bir səlahiyyəti, hüququ olmamışdır. Eyni zamanda, cavabdehin, icarə müqaviləsi bağlamasına hüququ olmadığı halda, həmin binanın istismarı ilə bağlı xərc olan 15.000 manatı bizdən tələb etməsi də əsassızdır. Cavbdehin hazırkı, hansısa binanın istismarı ilə bağlı xərc olan 15.000 manatı bizdən tələb etməsi, hədə ilə imzalatmış, özləri imzalamamış, ancaq olmayan, üzərində ancaq İddiaçı MMC-nin imzası və möhürü olan, cavabdehin fikrincə, müqavilə bağlamayacağı hədəsi ilə tələb edərək almış olduğu pullara qanun donu geyindirən “RAZİLAŞMA”nı, həqiqətən də hədə-qorxu nəticəsində, hədə altında imzalamağı bir daha sübut edir. Bununla belə, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMCnin cəmi 43 445 manatın cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3MMCnin xeyrinə ödənilməsi hissəsi də əsassızdır. Ən başlıcası, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin, Bakı şəhəri Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MMC tərəfindən boşaldılaraq ilk iddia üzrə iddiaçı? Cavabdeh3MMC-yə qaytarılması barədə” tələbi də əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin rəhbəri olduğu İddiaçı MMC ilə, 5 mərtəbəli qeyriyaşayış binasının 6-cı mərtəbəsində yerləşən, qanunsuz tikili olmaqla, ümumi sahəsi 2500 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli H-00005 saylı İcarə müqaviləsi bağlamasına hər hansı bir səlahiyyəti, hüququ olmamışdır.

II. Tərəflərin mövqeləri:

9. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qarşılıqlı iddia ərizəsinə verdikləri etiraza uyğun izahat verərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdilər.

10. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdehlərin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinə verdiyi etirazın məzmununa uyğun izahat verərək rədd edilməsini və qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası DƏK-nin texniki pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti, 30 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçi kimi Cavabdeh1 ATSC qeyd olunmuşdur.

15. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, H-5 saylı icarə müqaviləsinin:

16. Müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə görə İcarəyə verən 3-cü maddə ilə müəyyən olunan əmlakı müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür.

17. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi icarəyuə veərənə ƏDV daxil olamqla kv.m. üçün 2 manat həcmində manat ödəyir.

18. Müqavilənin 3-cü hissəsinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən, ticarət obyektidir. İcarə obeyktinin sahəsi, vəziyyti və ləvazımatına ümumi sahəsi 2000 kv.m., istismara yaralı olması qeyd olunmuşdur.

19. Müqavilənin 6.4.4-cü bəndinə əsasən arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütnlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqdua isə icarəçi heç bir tələb irəli sürə bilməz.

20. Müqavilənin 7.1-ci bəndinə əsasən bir il nəzərdə tutulmuş və müqavilənin 7.2ci bəndinə əsasən icarəçinin müqavilənin uzadılmasına dair ən azı 30 təqvim günü qalmış icarəyə verənə yazılı qayda da müraciəti nəzərdə tutulmuşdur.

21. Cavabdeh1 ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 saylı icarə müqaviləsinə əsasən:

22. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi icarəyə verənə hər ay üçün 5000 manat həcmində icarə haqqı ödəyir.

23. Müqavilənin 3-cü hissəsi olan icarə obeyktinin tərkibinə Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 11700 kv.m. olan obyektin daxil olduğu qeyd olunmuşdur.

24. Müqavilənin 6.4.11-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinə əsasən obyektini subicarəyə verə bilər.

25. Cavabdeh1 ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən müqavilənin 7.1-ci maddəsi dəyişdirilərək müqavilə müddəti 10 il müəyyən olunmuşdur.

26. İddiaçı MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, H-00005 saylı icarə müqaviləsinin:

27. Müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə görə İcarəyə verən 3-cü maddə ilə müəyyən olunan əmlakı müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür.

28. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu müqavilə üzrə icarəçi icarəyə verənə hər kv.m üçün 2 manat (ƏDV-siz) ödəyir.

29. Müqavilənin 3-cü hissəsinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən, ticarət obyektidir. İcarə obeyktinin sahəsi, vəziyyti və ləvazımatına ümumi sahəsi 2500 kv.m., istismara yaralı olması qeyd olunmuşdur.

30. Müqavilənin 6.4.4-cü bəndinə əsasən arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütnlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqdua isə icarəçi heç bir tələb irəli sürə bilməz.

31. Müqavilənin 6.4.13-cü bəndinə əsasən icarəçi İcarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su, qaz, elektrik enerji, kanalizasiya) ödənilməsini təmin edir.

32. Müqavilənin 7.1-ci bəndinə əsasən iki il nəzərdə tutulmuş və müqavilənin 7.2ci bəndinə əsasən icarəçinin müqavilənin uzadılmasına dair ən azı 30 təqvim günü qalmış icarəyə verənə yazılı qayda da müraciəti nəzərdə tutulmuşdur.

33. Müqavilənin 7.5-ci maddəsinə əsasən İcarəyə verən aşağıdakı hallarda müqaviləni birtərəfli qaydada ləğv edir:

34. – 2.1 bəndində qeyd olunan həcmdə icarə haqqı 2.2 bəndi ilə müəyyən olunan qaydada ödənilmədikdə;

35. – müqqavilənin 2.3, 5.2, 5.3, 5.4-cü bəndləri ilə müəyyən olunan müqavilə şərtlərinə icarəçi tərəfindən əməl edilmədikdə.

36. Müqavilənin 7.6-cı bəndinə əsasən 7.5 bəndi ilə müəyyən olunan əsaslarla müqavilə ləğv edildikdə ödənilmiş icarə haqqı İcarəçiyə geri qaytarılmır.

37. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında Razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli H00005 saylı müqavilə qüvvədə olduğu müddət ərzində fəaliyyəti ilə əlaqədar olaraq X21 yaranacaq digər xərclər üçün Cavabdeh3 MMC-yə 7500 manat məbləğində ödəniş edəcəyi nəzərdə tutulmuşdur.

38. İcarəyə verilmiş 5-ci mərtəbəyə məxsus elektrik sayğacının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi göstəriciləri iş materiallarına əlavə edilmişdir.

39. Cavabdeh2 MMC-nin və Cavabdeh3 MMC-nin kassa ödəmə qəbzlərindən görünür ki, Nəzirov Eldar tərəfindən müxtəlif ayların icarə haqqı təyinatı üzrə nağd ödənişlər edilmişdir.

40. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən icarə müqaviləsinin 2-ci maddəsinə əsasən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş qaydalarına əməl etmədiyi, xx.xx.2023-cü il tarixə qədər əlavə vaxt təyin edildiyi, növbəti aylarda eyni halın təkrarlanacağı halda icarə müqaviləsinin müvafiq maddəsinə uyğun olaraq icarə müqaviləsinə tərəflərindən xitam veriləcəyi qeyd olunmuşdur.

41. İddiaçı MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli izahatında tanış olub qəbul etdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəssisə qarşısında olan ödəniş öhdəliyini yerinə yetirmək üçün ona əlavə təyin olunmuş xx.xx.2023-cü il tarixdə ödəyəcəyinə söz vediyi halda, vaxtında yerinə yetirə bilmədiyi, buna səbəb xx.xx.2023-cü il tarixli 002 saylı müqaviləyə əsasən subicarəyə verdiyi icarə obyektinin icarə haqqı vaxtında yerinə yetirilmədiyindən ona əlavə 1 gün vaxt verilməsini xaiş etmişdir. Eyni zamanda gecikmə səbəbindən müəssisənin əlavə faiz ödənişi məbləği olan 382,60 manat ödəyəcəyini üzərinə götürmüşdür.

42. Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən 01 Mart 2023-cü il tarixli H-00005 No -li “İcarə Müqaviləsi”nin 2.1-2.5, 5.1-5.4 və.s maddələrinə zidd olaraq öhdəliyin zamanında cavabdeh tərəfindən yerinə yetirilməməsində müəssisəyə yaradılan problemlər və eyni zamanda icarə obyektində dəfələrlə yol verilən xətaların, məsuliyyətsizliyin nəticəsi olaraq ümumi kompleksin binasına və digər icarədarların mal-materialına dəymiş zərərlə əlaqədar, nəticədə isə müəssisənin mənafeyninə, işgüzar nüfuzuna xələl gətirən davranışlara yol verdiyi üçün cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıqlar edilmiş, bununla bağlı problemlərin aradan qaldırılması və daha məsuliyyətli yanaşması tapşırıq edilsə də, bu günə kimi həmin problemləri yaratmağa, müəssisənin əleyhinə hərəkətlər etməyə davam edir, növbəti dəfə məsuliyyətsiz yanaşma nəticəsində digər mərtəbələrdə problemlər yaranmışdır (sanitar qovşağı, mətbəx, su çəni, buz soyuducsunun düzgün istifadə edilməməsi nəticəsində fəaliyyət göstərdi mərtəbədən digər mərtəbələr su sızması). Baş vermiş problemlə əlaqədar dəymiş zərərin bir qisminin ödənilməsi və sanitar qovşağının təmiri üçün mütəxəssis tərəfindən təyin edilmiş məbləğin tərəfindən ödənilməsi tələb edilsə də yerinə yetirməkdən boyun qaçırdığı və bu kimi halların yenidən baş verməsinin qarşısını almaq üçün, eyni zamanda ona şifahi və eləcə də yazılı olaraq ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublara əsasən İcarə müqaviləsinə müvafiq maddəyə uyğun olaraq xitam verilməsi, bu icarə obyektində cavabdehin fəaliyyətinin dayandırılmasına qərar verilməsinə baxmayaraq, növbəti dəfə güzəşt edilərək, onun və sub icarədarın nümayəndələrinin müəssisə rəhbərliyinə etdiyi müraciətləri nəzərə almış və fəaliyyətinə müəyyən şərtlər daxilində davam edilməsinə qərar verilmişdir. Gələcəkdə icarə müqaviləsinin 2.1-2.5, 5.1-5.4 maddələrinə zidd olan bu kimi halların bir daha yol veriləcəyi təqdirdə, xx.xx.2023-cü il tarixə qədər təyin edilmiş 1500 manat məbləğin ödəniləcəyi halda 01 Mart 2024-cü il tarixə qədər davam edə biləyəci, əks halda fəaliyyətinin tam dayandırılaraq müəssisə tərəfindən yalnız daşınma üçün müəyyən müddət təyin ediləcəyi qeyd olunmuşdur.

43. xx.xx.2023-cü il tarixli akta əsasən icarəçi İddiaçı MMC H-00005 nömrəli icarə müqaviləsinin 2.1-2.5, 5.1-5.4 və s. maddələrinə dəfələrlə riayət etmədiyindən və nəticədə ticarət kompleksinin ümumi binasına dəymiş zərərlə əlaqədar təmir işlərinin aparılması zərurəti yarandığı üçün, icarəçi müəssisənin təsisçisi Eldar Nəsirovun zərərin bir qismini qarşılamaq məqsədi ilə 1500 manat məbləğin ödənilməsini üzərinə götürdüyü və imzası ilə aktı təsdiq etmişdir.

44. “X33” MMC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişinə əsasən bu günə qədər cavabdeh "xxxx" MMC-nin aldığı bildiriş və xəbərdarlıq məktublarında qeyd edildiyi kimi tərəfindən fəaliyyəti ilə bağlı və eyni zamanda icarə obyektində ciddi xətalara yol verməklə icarə müqaviləsinin əsas maddələrini dəfələrlə pozmuş, müəssisənin işgüzar nüfuzuna ciddi xələl gətirmiş, müəssisə ilə yanaşı həmçinin kompleksdə fəaliyyət göstərən digər icarədarların narazılıq və narahatçılığına səbəb olmaqla, maddi -mənəvi zərər vurulmuş, bu səbəbdən ən son 27 Noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edildiyi kimi, cavabdehin müraciəti nəzərə alınaraq bir daha bu hallara yol verməmək şərti ilə 2024-cü ilin Mart ayına qədər fəaliyyətinə icazə verilmiş, Mart 2024-cü il tarixdən etibarən H-00005 No-li icarə Müqaviləsinə xitam veriləcəyi öncədən bildirilmişdir. Lakin cavabdeh tərəfindən söz verilməsinə baxmayaraq bu hallara bu günə kimi dəfələrlə yol verilmiş, buna isə hər dəfə cavabdeh tərəfindən subicarədar olan “By Fateh” adlı məkanın qeyri-professional fəaliyyət göstərməsini, həmin icarədarın rəhbər və digər əməkdaşlarının məsuliyyətsizliyini və.s hərəkətlərini səbəb göstərsə də, cavabdeh MMC tərəfindən nə üçün indiyə qədər onlar haqqında tədbir görmədiyini sual edilsə də, əsaslı bir cavab almamış, o cümlədən İcarə müqaviləsinin Maddə7-7.8 bəndinə əsasən ümumi icarə obyektinin fəaliyyəti ilə bağlı müəssisə qarşısında cavabdeh MMC-nin tam məsuliyyət daşıdığıı bildirildiy, həmçinin növbəti məsuliyyətsizliyi nəticəsində 2024-cü il 15 Fevral, ofis və digər icarədarların qeyri-iş saatlarında işçi məsuliyyətsizliyi səbəbindən 5-ci mərtəbədən digər mərtəbələrə su sızması baş vermiş və baş ofislə yanaşı D3 mərtəbədə yerləşən İcarə obyektinə və həmin obyektdə fəaliyyət göstərən sahibkara növbəti dəfə maddi və mənəvi zərər dəymiş,həmin mağazada satış üçün nəzərdə tutulmuş məhsullarn, mağazanın mebel və kassa avadanlığı sıradan çıxartmaqla ciddi zərərə səbəb olmuş, bundan öncə həmin icarədar müəssisəyə qarşı etik normalara riayət etmək səbəbilə yalnız şifahi narazılığını bildirmiş, başqa tələbi olmasa da müraciət -şikayət elməsə də, cavabdeh tərəfindən bundan öncə dəymiş maddi-mənəvi zərər heç bir şəkildə qarşılanmamış, bundan əlavə 15 Fevral 2024-cü il tarixdə su sızması nəticəsində həmin sahibkara dəymiş zərərin dəyəri 11400 manat olduğu, belə ki, zərərçəkmiş sahibkarın yazılı müraciətinə əsasən sıradan çıxmış məhsullar- 1 ədəd FOS Terminal apparatı, mağazanın mebel avadanlığı, müxtəlif qiymətlərdə 15 ədəd kişi kostyum dəsti və 11 ədəd digər geyim çeşidlərindən ibarət olduğu, bu məhsullara müəssisənin və mağazanın əməkdaşları ilə bir yerdə yerində baxış keçirildiyi, məlum olmuşdur ki, tamamilə yarasız halda olduğu, dəymiş zərərin məbləğin (11400 manat) 19 Fevral 2024-cü il tarixə qədər ödəməyi cavabdeh İddiaçı MMC-dən tələb edilmiş və ödəniş olunmadığı təqdirdə haqqında tədbir görüləcəyi qeyd olunmuşdur.

45. İşdə olan xx.xx.2023-cü il tarixli H-00005 saylı icarə müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişdən göründüyü kimi Cavabdeh3 MMC ilə İddiaçı MMC arasında olan xx.xx.2023-cü il tarixli, H-00005 saylı icarə müqaviləsinə xitam verildiyi və 5 iş günü ərzində icarə obyektində mal-material, avadanlıq üzrə sayım aparıldıqdan, öhdəliklər üzrə borclar yerinə yetirildikdən sonra icarəçiyə icarə müqaviləsində qeyd edilən maddələrə uyğun olaraq ona aid olan avadanlıqların daşınmasına icazə veriləcəyi qeyd olunmuşdur. İcarə müqaviləsi və Razılaşmaya əsasən bu günə olan icarə haqqı və ƏDV üzrə öhdəlikləri, əlavə olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək komunal borcların ödənilməsi tələb edilmişdir.

46. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə icarə haqqının ödənişi üçün xx.xx.2023-cü il tarixli EBDC372828 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDD274409 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDE648286 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDG245996 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDG936849 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDL170923 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDN490193 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDP543494 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDE648286 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDR802488 saylı e-qaimə, xx.xx.2023-cü il tarixli EBDU162552 saylı e-qaimə,xx.xx.2024-cü il tarixli EBDW489389 saylı e-qaimə, xx.xx.2024-cü il tarixli EBDY124516 saylı e-qaimələr göndərilmişdir.

47. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixə 5000 manat, xx.xx.2023-cü il tarixə 5000 manat, xx.xx.2023-cü il tarixə 1750 manat, xx.xx.2023-cü il tarixə 1750 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə iki dəfə 5000 manat xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarə haqqı ödənişiləri edilmişdir.

48. 23.04.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 900 manat, xx.xx.2023-cü il tarixə 820 manat, xx.xx.2023-cü il tarixdə 820 manat, xx.xx.2023-cü il tarixdə 900 manat və 80 manat icarə haqqı ödənişiləri üzrə ƏDV ödənişləri edilmişdir.

49. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesab ödəniş vərəqinə əsasən ”X11” MMC-nin 11237, 88 manat borc qalığı qeyd olunmuşdur.

50. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 21 saylı hesab fakturasına əsasən ”X11” MMC-nin cəmi borc 226,50 manat qeyd olunmuşdur.

51. Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixli, 019 saylı mühasibat arayışına əsasən İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcu: İcarə haqqı- 13 735 manat, 2024 Fevral 3735 manat, 2024 Mart 5000 manat, 2024 Aprel 5000 manat, ƏDV öhdəliyi-8100 manat, 2023 Avqust -900 manat, 2023 Sentyabr -900 manat, 2023 Oktyabr -900 manat, 2023 Noyabr -900 manat, Dekabr -900 manat, Yanvar -900 manat, 2024 Fevral -900 manat, 2024 Mart -900 manat, 2024 Aprel-900 manat, Razılaşma üzrə -15 000 manat, 2024 Mart-7500 manat, 2024 Aprel-7500 manat, Azərışıq kommunal üzrə -4504 manat, 2024 Mart -2384 manat, (7139,207-6956,662) *120*0,11 2024 Aprel- 2120 manat (7299,835-7139,207)*120*0.11, Azərsu kommunal 284 manat, 2024 Mart - 84 manat, 2024 Aprel-200 manat, Azəriqaz kommunal 922.75 manat, 2024 Fevral - 390,5 manat, 2024 Mart-532,25 manat olmaqla cəmi borcu 42545,75 manat təşkil etmişdir.

52. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.

55. Məhkəmə ilk olaraq ilkin iddia tələbinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

56. Belə ki, ilkin iddiaçı 299.600 manatın İddiaçı xeyrinə tutulmasına dair, eləcə də, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanması nəzərdə tutulan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin bağlanması üçün X8 tərəfindən nəğd olaraq alınmış 20000 manatın, İddiaçı xeyrinə tutulmasına dair, həmçinin, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2ndən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmiş xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi əsasında 13 ay müddətində X8 tərəfindən icarə haqqı adı ilə nəğd olaraq alınmış 52000 manatın, eyni zamanda, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən, Cavabdeh3 ilə, İddiaçı arasında bağlanması nəzərdə tuutlmuş 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsinin bağlanması üçün X5 nəğd olaraq almış olduğu 5.000 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən, 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi əsasında, icarə haqqı adı ilə köçürmə və nəğd olaraq almış olduqları 60000 manatın, o cümlədən, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3ndən “Razılaşma” adı ilə nəğd olaraq almış olduqları 215.315 manatın, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən kommunal xərcləri adı ilə almış olduqları 5400 manatın, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair, Bununla yanaşı, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, “X13” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən faiz adı ilə almış olduqları 2000 manatın, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair, bunlarla birgə, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh2ndən, Cavabdeh3 Məhdud Məsuliyytəli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli “Bildirişlə” hədə-qorxu gələrək almış olduqları 1500 manatın alınaraq ona geri qaytarılmasını məhkəmədə mübahisələndirmişdir.

57. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

59. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

60. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

61. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

62. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;

63. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

64. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

65. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

66. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

67. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

68. Məhkəmə ilkin iddiaçının icarə obyektinin təmir və avadanlıqların alınmasına xərclənmiş cəmi 299600 manat tələbinə dair münasibətdə hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, ilkin iddiaçı icarə obyektində təmir işlərinin həqiqətən aparılmasını, təmirə çəkilmiş xərcləri, həmin məbləği hansı formada müəyyən edilməsinə və hansı avadanlıqlara və nə qədər xərc çəkilməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa avadanlıqların nədən ibarət olması və həmin avadanlıqların onun tərəfindən alınması, mülkiyyətində olması və mövcudluğu da məhkəmə prosesi zamanı sübuta yetirilməmişdir.

69. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

70. Bundan başqa tərəflər arasında bağlanmış hər iki icarə müqaviləsinin 6.4.4cü bəndinə əsasən arxitektur bütünlüyü pozmamaq şərti ilə icarə obektinin cari təmiri həyata keçirir və onu istismara tam yararlı vəziyyətdə saxlayır. Arxitektur bütnlüyünün qismən dəyişdirilməsi icarəyə verənin razılığı ilə və icarəçinin öz vəsaiti hesabına həyata keçirilə bilər. Müqavilə ləğv olunduqdua isə icarəçi heç bir tələb irəli sürə bilməz. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddiaçının təmir və avanlıqların alınmasına görə çəkilmiş xərclərin tələb edilməsinə dair tələbinin hüquqi əsası olmadığından təmin edilə bilməz.

71. Həmçinin məhkəmə ilkin iddianın 20.000 manat və 52.000 manat icarə haqqı adı ilə alınmış məbləğin tutulması (geri qaytarılması) hissəsində də iddianı əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi 13 ay müddətində, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni yeni H 00005 saylı icarə müqaviləsi bağlananadək, qüvvədə olmuşdur. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən, hər kv.m üçün 2 manat olmaqla icarə haqqı ödənilir, müqavilə üzrə ümumi sahə isə cəmi 2000 kv.m. təşkil etmiş və bununla da hər ay icarə haqqı 4000 manat müəyyən edilmişdir. Yəni aylıq 4000 manatdan olmaqla iddiaçıdan alınmış 13 aylıq məhz icarə haqqı olmuş və ilkin iddiaçı tərəfindən razılaşdırılaraq ödənilmişdir. Müqavilənin qüvvədə olduğu müddətdə də ödənilməsinə dair hər hansı etiraz bildirməmiş və belə etirazının olmasına dair də hər hansı sübut təqdim edilməmişdir.

72. Bundan başqa tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli H-00005 №-li İcarə müqaviləsi üzrə hər kv.m. 2 manat olmaqla 2500 kv.m. yəni aylıq icarə haqqı 5000 manat olmaqla ilkin iddiaçının icarəsinə verilmiş və buna dair ona e-qaimələrdə də göndərilmişdir.

73. Həmçinin xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli H00005 saylı müqavilə qüvvədə olduğu müddət ərzində fəaliyyəti ilə əlaqədar olaraq X21 yaranacaq digər xərclər üçün Cavabdeh3 MMC-yə 7500 manat məbləğində ödəniş edəcəyi nəzərdə tutulmuşdur. Buna dair ilkin cavabdeh tərəfindən də təsdiq edici sübutlar iş materiallarına əlavə olunmuşdur.

74. Kommunal xərclər üzrə alınmış məbləğin geri qaytarılması ilə bağlı də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.4.13-cü bəndinə əsasən icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su,qaz, elektrik enerjisi, kanalizasiya) ödənilməsini təmin edilməsi nəzərdə tutulmuş və həmin şərt də ilkin iddiaçı tərəfindən müqavilə qüvvədə olduğu müddətdə qəbul və icra edilmişdir.

75. Həmçinin məhkəmə ilkin iddiaçıdan alınmış 1500 manat xərcindən geri qayarılması tələbinə dair iddianı əsassız hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli akta əsasən icarəçi İddiaçı MMC H-00005 nömrəli icarə müqaviləsinin 2.1-2.5, 5.1-5.4 və s. maddələrinə dəfələrlə riayət etmədiyindən və nəticədə ticarət kompleksinin ümumi binasına dəymiş zərərlə əlaqədar təmir işlərinin aparılması zərurəti yarandığı üçün, icarəçi müəssisənin təsisçisi Eldar Nəsirovun zərərin bir qimsini qarşılamaq məqsədi ilə 1500 manat məbləğin ödənilməsini üzərinə götürdüyü və imzası ilə aktı təsdiq etmişdir.

76. Beləliklə, müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi – təmir və avadanlıqların xərci olaraq 299600 manatın ödənilməsi (bu hissəyə dair əvvəlki paraqraflarda məhkəmə tərəfindən giymət verilmiş) və ikincisi bütün müddət ərzində icarə haqqı və bağlanmış əlavə Razılaşmaya görə digər xərclər adı altında ödənilmiş pulların geri tələb edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli e-16(113)- 266/2024 saylı müvəqqəti təminat tədbiri barədə qərardadına gədər icarə obyektindən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən istifadə edilməsi işin mübahisə edilməyən halıdır. Belə olan halda, müqavilə şərtlərinin icarəçi (iddiaçı) tərəfindən pozulmasına görə müqavilədə müəyyən edilmiş qaydada icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsindən sonra bütün müddət üçün ödənilən icarə haqqının geri tələb edilməsi tamamilə qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, məhkəmə bir daha da qeyd edir ki, bütün müqavilə və əlavə Razılaşma şərtləri icarəçi tərəfindən bəyənilmiş, sərbəst iradə ifadəsinə uyğun olaraq imzalanmış və icra edilmişdir. Əksini təsdiq edəcək hər-hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.

77. Beləliklə, məhkəmə, ilkin iddia ərizəsinin tamamilə qanunsuz və əsassız olduğu üçün rədd edilməsi qənayətinə gəlir.

78. Məhkəmə qarşılıqlı iddia tələbinə dair aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

79. Qarşılıqlı iddianın ilk tələbi 13735 manat məbləğində icarə haqqının və 15000 manat binanın istismarı ilə bağlı xərcin tutulmasından ibarətdir. Və verilən maliyyə arayışından göründüyü kimi həmin məbləğ 2024-cü ilin fevral ayı üzrə kəsir qalmış 3735 manat icarə haqqı, 5000 manat – mart 2024-cü il və 5000 manat – aprel 2024-cü icarə haqqı və xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında Razılaşmaya əsasən 2024-cü ilin mart və aprel aylarının binanın digər xərcləri ilə bağlı borcdan formalaşmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin qanuni təmsilçisi X21 məhkəmə verdiyi izahatdında da bildirmişdir ki, həqiqətəndə sonuncu dəfə icarı haqqı və Razılaşmaya əsasən digər xərclər üzrə fevral ayında ödənişlər edilmişdir, ondan sonra heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da qarşılıqlı iddia üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtinə və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən 13735 manat icarə haqqı və binanın istismarı ilə bağlı digər xərclər üzrə 15000 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

80. Həmçinin qarşılıq iddia üzrə cavabdeh müqavilə üzrə kommunal xərclərin ödənilməsi öhdəliyini üzərinə götürsə də bugünə qədər həmin öhdəliklərini tam yerinə yetirməmiş və 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatına və 922 manat qazdan istifadəyə görə borcu qalmışdır.

81. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında işğuzar münasibət belə formalaşmışdır ki, icarəçinin istifadəsində olan H-5 bərtəbəsi üzrə yaranmış kommunal xərclərə dair sayğac göstəriciləri İcarəyəverən tərəfindən İcarəçiyə göndərilmiş və İcarəçi, tərəflər arasında bağlanmış müqavilənin 6.4.13-cü bəndinə əsasən hər ay üzrə komunal xərcləri ödəmişdir. Belə olan halda və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən tələb olunan 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatına və 922 manat qazdan istifadəyə görə borc məbləğlərini mübahisələndirmədikləri (həmin məbləğlərin ödənişinə dair hər-hansı sübut təqdim etmədikləri) üçün məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilərək 4504 manat məbləğində elektrik enerjisi, 284 manat su sərfiyatı və 922 manat qazdan istifadəyə görə borc məbləğləri cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.

82. Qarşılıqlı iddia ərizəsinin 9000 manat ƏDV borcunun tutulması tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, ƏDV-sub uçotundan çıxarış göstəricilərinə və Cavabdeh3 MMC-nin verdiyi maliyyə arayışına əsasən qarşılıqlı iddia üzrə cavabdehin cəmi 8100 manat ödənilməmiş ƏDV məbləği qalmışdır. Belə olan halada məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilərək 8100 manat ƏD məbləği İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilməlidir.

83. Qarşılıqlı iddia ərizəsinn sonuncu - Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "X31" MMC-yə geri təhvil verilməsi tələbini də məhkəmə əsaslı hesab edərək təmin edilməsi qənayətinə gəlir.

84. Belə ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 6.1.3-cü bəndinə əsasən müqavilə ləğv edildikdən sonra icarə obyektinin təhvil alındığı vəziyyətdə geri qaytarılmasının tələb edilməsi icarəyəverənin hüququ kimi müəyyən edilmişri. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə ləğv olunduqdan sonra icarə obyektinin icarəyə verənə təhvil verilməsi 4-cü maddə ilə müəyyən olunan qaydada həyata keçirilir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən isə müqavilə icarəçinin icarə obyektini icarəyə verənə 6.1.3-cü bəndi ilə müəyyən olunan vəziyyətdə təhvil verildiyi və icarə obyektinin icarəyə verən tərəfindən təhvil alındığı gündən ləğv edilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh onun icarəsinə verilmiş icarə obyektini də müqavilə şərtlərinə uyğun şəkildə icarəyəverənə təhvil verməlidir.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

87. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

88. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

91. Qeyd olunanlara əsasən ilkin iddia tələbi rədd edildiyinən ilkin iddia üzrə cavabdehlərdən tələb olunan 937 manat məbləğində dövlət rüsumu xərci də ilkin iddiaçının özünə aid edilməlidir.

92. Nəticə:

119. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

1. İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “pul tələbinə” dair ilkin iddia ərizəsi rədd edilsin.

2. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin: cavabdeh İddiaçı MMC-dən 13735 manat icarə haqqı, 8100 manat ƏDV məbləği, 15 000 manat binanın istismarı ilə bağlı xərc, elektrik enerjisindən istifadə borcuna görə 4504 manat, sudan istifadə borcuna görə 284 manat, qazdan istifadə borcuna görə 922 manat, ümumilikdə 42.545 (qırx iki min beş yüz qırx beş) manat tutularaq iddiaçı Cavabdeh3 MMC-yə ödənilsin və Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh İddiaçı MMC tərəfindən iddiaçı Cavabdeh3 MMCyə geri təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar