Məhkəmə qərarları › İş №e-2-2(113)-2991/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2991/2021

26.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2991/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X7 Fərzalı oglunun katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X9 oglunun, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 oglunun, Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X6, Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları X4 “AHİTA”-nın direktoru X12 oglunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Azərbaycan Həmkarlar X1rşı cavabdehlərdən Azərbaycan Həmkarlar İttifaqları X4 AHİTA İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar şəhər stadionunun iddiaçının balansına verilməsinə dair 30 yanvar 2007-ci il tarixli Qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən Azərbaycan Həmkarlar İttifaqları X4 AHİTA İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar şəhər stadionunun iddiaçının balansına verilməsinə dair 30 yanvar 2007-ci il tarixli Qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında idmanın və fiziki hazırlığın inkişaf etdirilməsi məqsədilə İddiaçı təsis edilmiş, klub 11.01.2000-ci tarixdə dövlət qeydiyyatına alınmış, kluba 4/112 saylı dövlət qeydiyyatı haqqında şahadətnamə verilmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları X4 AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarına əsasən Ş.Orduxanov adına Qusar şəhər stadionu İddiaçına verilmişdir. Stadion verildiyi vaxtdan hal-hazıradək klubun balansında və istifadəsindər. AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarı dəfələrlə cavabdehlərdən tələb olunsa da, qərarın təqdim olunması naməlum səbəblərdən təmin edilməmişdir. Cavabddehlər əsaslı tələbi təmin etməyərək qərarı vermədilkəri səbəbindən həmin qərar məhkəmə qaydasında cavabdehlərdən alınaraq kluba təqdim edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının qanuni təmsilçisi X9 oglu məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlərə o cümlədən Qusar rayon İcra hakimiyyəti onun rəsmi müraciətləriinə hər dəfə verilən cavablarda bildirmişdirlər ki, Azərbaycan Respublikası Həmkarlar İttifaqları X4 AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarına əsasən Ş.Orduxanov adına Qusar şəhər stadionu rəhbəri oldugu İddiaçına verilmişdir. Buna baxmayaraq həmin sənədi heccür əldə edə bilməmişdir. Sonda iddiaçının qanuni təmsilçisi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə təmsil etdiyi şəxs arasında hər hani bir müqavilə baglanmamışdır, müqavilə Şahdag məhdud məsuliyyətli cəmiyyəti ilə baglanmışdır. İddiaçının mübahisələndirdiyi qərar onlarda yoxdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları X4 “AHİTA”-nın direktoru X12 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi 30 yanvar 2007-ci il tarixli qərar onun barəsində verilməmişdir. Həmin qərar İddiaçı peşəkar futbol klubunun müraciəti əsasında qəbul edilmişdir. Sonda cavabdehin direktoru iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclsında üçüncü şəxs “X11” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X13 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi qərar onun təmsil etdiyi şəxslə Azərbaycan Həmkarlar İttifaqları X4 AHİTA arasında olan hüquqi münasibətləri tənzimləyir. İddiaçı ilə təmil etdiyi şəxsin adları eynidir, lakin iddiaçının mübahisələndirdiyi qərarın iddiaçıya heçbir aidiyyatı yoxdur. Həmin qərarın iddiaçıya verilməməsi onun heç bir maragına toxunmur. Sonda üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Nizamnamənin surətindən görünür ki, Şahdag Futbol klubu 11 yanvar 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Həmkarlar İttifaqları X4 İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli qərarının surətindən görünür ki, “Şahdag” peşəkar futbol klubunun müraciəti qəbul edilmiş, Qusar rayonunda yerləşən stadion balans dəyəri 17200 manat olan Şahdag futbol klubunun balansına verilməsi məqsədəuygun hesab edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Həmkarlar İttifaqları X4 İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli qərarı ilə, “Şahdag” peşəkar futbol klubunun müraciəti qəbul edilmiş, Qusar rayonunda yerləşən stadion balans dəyəri 17200 manat olan Şahdag futbol klubunun balansına verilməsi məqsədəuygun hesab edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi qərarın ona heçbir aidiyyatı yoxdur. Həmin qərar iddiaçı ilə adları eynilik təşkil edən başqa bir hüquqi şəxs barəsində qəbul edilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Azərbaycan Həmkarlar X1rşı cavabdehlərdən Azərbaycan Həmkarlar İttifaqları X4 AHİTA İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar şəhər stadionunun iddiaçının balansına verilməsinə dair 30 yanvar 2007-ci il tarixli Qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar