Məhkəmə qərarları › İş №e-2-2(113)-30/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-30/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-30/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2708781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131- 95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə, Cavabdeh4 mülkiyyətindəki “X6 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 20 avqust 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə "xxxx" İKB ASC-də illik 10 faizlə 48 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 24 oktyabr 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) ******* ABŞ dolları Mərkəzi Bankın 24 oktyabr 2016-cı ilə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə ******* manat, həmin tarixə kredit üzrə qalıq faiz borcu 60897 manat təşkil etmişdir. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 13 iyun 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh1 ilə 20 avqust 2015-ci il tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğunu (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğunu (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ- 33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobilləri, Cavabdeh4 ilə 2015-ci il 20 avqust tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki “X6 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşın, elektrik və ya qeyri elektrik isitmə ilə peçlər, kameralar, məhsul qovuran çıhaz (siyahı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1№-li Əlavədə əks olunur) banka girov qoymuşdur. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 avqust 2015-ci il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% həsmində cərimə hesablanıb borcludan tələb edilir. 2020-ci il martın 16dək Cavabdeh3 MMC-nin 2015-ci il tarixli 20 avqust tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2656634,73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə və zaminlərə borcun ödənilməsi tələbi ilə bildiriş verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun bir qisminin əvəzinə yönəldilməlidir. Bundan başqa, 16 mart 2020-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin 20 avqsut 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2708781,88 manat borcu vardır. 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X3 məkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil iştirak etdiyi məkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, 20 avqust 2015-ci il tarixili 6-BİZ-2-0-105-5 saylı kredit müqaviləsi üzrə bank tərəfindən ayrılmış məbləğ Cavabdeh2 tərəfindən istifadə edilməmişdir. 13 iyun 2017-ci il tarixli zaminlik müqaviləsindən cavabdehin xəbəri olmamışdır. Eyni zamanda, avqust ayında bağlanmış kredit müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğin verilməsini təsdiq edən kassa məxaric orderinin aprel ayına təsadüf etməsi əsaslı şübhələr doğurur. Eyni zamanda tələb olunan məbləğlə təqdim edilən qəbzlərdə əks olunan məbləğlər arasında kəskin fərq mövcuddur. Cavabdeh4 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hazırki iddia ilə bağlı Yasamal rayon məhkəməsində 2019-cu ildə məhkəmə prosesləri olmuş, iş iddiaçı tərəfindən zəruri sənədlərin təqdim edə bilməməsi səbəbindən baxılmamış saxlanmışdır. Həmçinin, iddiaçı kassadan pulların götürülməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin sənədlər mövcud deyildir. Habelə, pul vəsaiti cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən götürülmüşdür. Cavabdeh1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Cavabdeh4 etirazı ilə eyni məzmunlu ərizə təqdim edərək, iddia tələbinin ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və girov müqavilələrinə münasibətdə əlavə olaraq bildirmişdir ki, avtomobillər mülkiyyət hüququ ilə ona məxsus olmamış, yalnız etibarnamə əsasında ona səlahiyyətlər verilmişdir. Avtomobillərə yönəldilmə hissəsi təmin oluna bilməz, belə ki, girov müqavilələri müvafiq qeydiyyat orqanında qeydiyyata alınmamış, notarial qaydada təsdiq edilməmışdir. Həmin müqavilələr ipoteka Haqqında Qanunun tələbinə əsasən müvafiq qeydiyyat orqanında qeydiyyata alınmalı, sonra bankın adına girov şəhadətnaməsi verilməli idi. Bu səbəbdən də həmin hissədə yəni avtomobillərə yönəldilməsi hissəsində bankın iddiası əsassızdır və təmin oluna bilməz. Kredit məbləği isə Cavabdeh3 MMC-yə verilmiş və onun təminatı kimi Cavabdeh2lə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh2 Cavabdeh3 MMC-nin direktoru olmuşdur. Cavabdeh1 isə 2014-cü ilin əvvəlindən direktor vəzifəsindən azad olunmuş, həmin vaxtdan 2019-cu ilin mart ayında qədər isə təsisçi Cavabdeh2 özü direktor olmuşdur. 06 mart 2019-cu il tarixdən MMC-nin direktoru X2muşdur. Hal-hazırda Cavabdeh1 Cavabdeh3 MMC və bankla heç bir əlaqəsi yoxdur. İş materiallarında olan: - Cavabdeh3 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 20 avqust 2015-ci il tarixili, 6-BİZ-2-0-105-5 saylı kredit müqaviləsinə əsasən, borcalana 48 ay müddətinə, illik 10% ödənilmək şərtilə ******* ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. - 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-5 G və 6-BİZ-2-0-105-5 G (A) saylı girov müqavilələrinə əsasən girov saxlayanla (bank) borclu (Cavabdeh3 MMC) arasında 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 №-li Kredit müqaviləsinə əsasən 48 ay müddətinə ayrılmış ******* ABŞ dolları məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. - 24 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə borc məbləği konvertasiya edilərək ******* manat, faiz borcu isə 60897 manat müəyyən edilmişdir. - 13 iyun 2017-ci il tarixli, 6-BİZ-2-0-105-15 saylı zaminlik müqaviləsinə əsasən 20 avqust 2015-ci il tarixili, 6-BİZ-2-0-105-5 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz öhdəsinə götürmüşdür. - 16 mart 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2708781,88 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh3 MMC kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0105-15 saylı kredit müqaviləsinin və 24 oktyabr 2016-cı il tarixli əlavə sazişin şərtlərinə müvafiq olaraq hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla müddətinin bitmə tarixinə əsas, faiz, cərimə borcunun məbləği və müqavilənin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertin 27 may 2021-ci il tarixli, 9/1097 saylı rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan cari hesab çıxarışında Cavabdeh3 MMC tərəfindən həmin hesab üzərindən müxtəlif təsərrüfat ödənişləri aparıldığından ödənişlərin hansı kreditə aid olduğunu müəyyənləşdirmək qeyri-mümkün olmuş, bu səbəbdən ekspertiza tədqiqatı ilə borcun hesablanmasını aparmaq mümkün olmamış və borcun məbləği maliyyə arayışı məlumatlarına əsasən əsas borcun məbləği 1822544,69 manat, faiz borcunun məbləği 566704,11 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6- BİZ-2-0105-15 saylı kredit müqaviləsi üzrə (24 oktyabr 2016-cı il tarixli əlavə sazişin şərtləri nəzərə alınmaqla) Cavabdeh3 MMC-nin kredit borcu üzrə əsas borc 1822544,69 manat, faiz borcu 566704,11 manat müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan əsas borc 1822544,69 manat, faiz borcu 566704,11 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 52147,15 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış əldən çıxmış fayda qismində pul vəsaiti 51429,96 manat məbləğində müəyyən edilməlidir. Belə ki, əsas borc məbləğinin (1822544,69 manat) 5%-i 91127,23 manat olduğundan, gecikdirilmiş bir gün 249,66 manat x 206 gün = 51429,96 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Borcun ödənilməsinin gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimənin tətbiq olunması tərəflər arasında bağlanmış müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuşdur. Lakin məhkəmə iddia tələbində qeyd olunan məbləğlərdə əsas və faiz borclara tənasübsüz olaraq göstərilən cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 267385,93 manat məbləğində cərimə məbləği azaldılaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 1822544,69 manat məbləğində əsas borc, 566704,11 manat məbləğində faiz borcu və 20000 manat cərimə, habelə, 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 51429,96 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə borcun məbləği 2460678,76 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış 6-BİZ-2-0-105-15 nömrəli, 13 iyun 2017-ci il tarixli zaminlik müqaviləsinin predmeti əsasən 6-BİZ-2-0-105-15 nömrəli, 20 avqust 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan (Cavabdeh3 MMC) tərəfindən kreditor ("xxxx" İKB ASC) qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürməsidir. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın əmlaklara yönəldilməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Cavabdeh1 ilə "xxxx" ASC ("xxxx" İKB) arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, girovla təmin edilmiş öhdəliyin mahiyyəti girov saxlayanla borc alan arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 №-li Kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasından ibarətdir. 4.2-ci bəndinə əsasən girovla təmin edilmiş öhdəliyin ölçüsü ******* ABŞ dolları məbləğində kredit və ona hesablanmış faizlərin məbləğindən ibarətdir. 4.3-cü bəndində göstərilmişdir ki, girovla təmin edilmiş öhdəlik 48 ay müddətində icra edilməlidir. 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsinin 2.2-ci bəndinə əsasən girovların predmeti Müqavilənin 1 nömrəli əlavəsində əks olunmuşdur. Həmin əmlaklar: “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobilləridir. Cavabdeh4 ilə "xxxx" ASC ("xxxx" İKB) arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G nömrəli girov müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, girovla təmin edilmiş öhdəliyin mahiyyəti girov saxlayanla borc alan arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 №-li Kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasından ibarətdir. 4.2-ci bəndinə əsasən girovla təmin edilmiş öhdəliyin ölçüsü ******* ABŞ dolları məbləğində kredit və ona hesablanmış faizlərin məbləğindən ibarətdir. 4.3-cü bəndində göstərilmişdir ki, girovla təmin edilmiş öhdəlik 48 ay müddətində icra edilməlidir. 20 avqust 2015-ci il tarixli, 6-BİZ-2-0-105-15 G nömrəli girov müqaviləsinin 2.2-ci bəndinə əsasən girovların predmeti Müqavilənin 1 nömrəli əlavəsində əks olunmuşdur. Həmin əmlaklar: LAND CROPS PROCESSİNG MACHİNE, ELEVATOR, LOADİNG BUNKER, ELEVATOR 5.5 MT, BLACHİNG MACHİNE, PLATFORM AND SİLO, CYCLON FAN, SELECT TABLE, Z ELEVATOR, SİLO, SCREW AİR COMPRESSOR, CHOPPİNG MACHİNE, CHOPPİNG SİEVE, REGULATOR, BAG, PALET TRANSPORTER, SCALES, VACUUM MACHİNE avadanlıqlardır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 1822544,69 manat məbləğində 48 ay müddətinə verilən kreditin və ona hesbalanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın girov ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin və avadanlıqların satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. Girov predmeti kimi Cavabdeh1 məxsus “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ- 33021”, 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərin) və Cavabdeh4 məxsus “X6 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ“ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran çıhaz yüklü edildiyindən girov predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma avadanlıqlar və nəqliyyat vasitələrinə yönəldilməli, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 2460678,76 manat məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə tutulmalı, məhkəmə– mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh2, 5 manat məbləğində hissəsi "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə iddiası qismən təmin edilsin. 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1822544,69 manat əsas, 566704,11 manat faiz və 20000 manat cərimə, habelə, 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 51429,96 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2460678,76 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3ndən və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma 20 avqust 2015-ci il tarixli girov müqavilələrinə əsasən girov qoyulmuş Cavabdeh1nf məxsus “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici gurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH- *** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 Arx dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə və Cavabdeh4nf məxsus “X6 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ“ tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran çıhaza yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 2460678,76 manat məbləğində borc ödənilsin. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh3ndən və Cavabdeh2 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh3ndən və Cavabdeh2, 5 manat məbləğində hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar