Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-30/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8a qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka predmetinə tutmanın yönəldilməsi, dəbbə pulunun azaldılması, qanuni faiz, qeyri-yaşayış sahəsinin boşaldılması və ipoteka qoyanın istifadə hüququna xitam verilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 Gənclərin X2 nümayəndəsi Nümayəndə3, vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8a qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8a qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək: 1.1. cavabdehlər Cavabdeh2 Gənclərin X1 və Cavabdeh3 iddiaçının xeyrinə 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə əsasən 3.000.000 manat əsas, 490.000 manat faiz, gecikdirilmiş vaxt üçün 472.500 manat faiz (5%) və 2.851.333,33 manat cərimə borcu olmaqla, cəmi 6.813.833,33 manat borcun tutulması: – tutmanın ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 442.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 445.4 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, XXXX 27, 29, binanın zirzəmisində yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 2911.84 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi və Cavabdeh4 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 Gənclərin X1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi; 1.2. cavabdehlər Cavabdeh2 Gənclərin X1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 1.200.000 manat əsas, 55.533,33 manat faiz, gecikdirilmiş vaxt üçün 239.166,67 manat faiz (5%) və 1.256.266,67 manat cərimə borcu olmaqla, cəmi 2.750.966,67 manatın, 2-ci kredit tranşı üzrə 300.000,00 manat əsas, 13.883,33 manat faiz, gecikdirilmiş vaxt üçün 59.791,67 manat faiz (5%) və 314.066,67 manat cərimə borcu olmaqla, cəmi 687.741,67 manat borcun tutulması: – tutmanın Cavabdeh5 məxsus XXXX ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29 / mənzil 71, 88.1 kv.m ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29 / mənzil 72, 89.88 kv.m ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29, giriş 2, mənzil 73, 139.5 kv.m ümumi sahədən ibarət mənzilə, ünvan 3, 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 748.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 4, 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 45.4 kv.m ümumi sahədən ibarət qaraja yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh5 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – tutmanın Cavabdeh6 məxsus XXXX 29/ mənzil 45, 142 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh6 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – tutmanın Cavabdeh7 məxsus XXXX 106. / Mənzil 18, giriş-1 Yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6, 127 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh7 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – tutmanın Cavabdeh1 məxsus XXXX 106. / Mənzil 87, giriş-1 Yeni qaydalarla: AZ1032, XXXX 106, M16, m3, 80.7 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh1 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – tutmanın Cavabdeh8a məxsus XXXX 106. / Mənzil 88, giriş-1 (80.7 kv.m) kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh8ın həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; – ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 Gənclərin X1, Cavabdeh5 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi; 1.3. iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4597,58 manat dövlət rüsumunun, iddia tələbinin həcminin artırılmasına dair ödənilmiş 918,69 manat dövlət rüsumunun, 8,28 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 1056,50 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 Gənclərin X4 arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 Gənclərin X3 XXXXnin inşa edilməsi üzrə bağlanmış müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılması məqsədilə 12 ay müddətinə illik 14 faizlə 3.000.000 manat bərpa olunmayan kredit xətti açılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq sonuncuya həmin vəsait verilmişdir. 2.2. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı Cavabdeh3 arasında 01 dekabr 2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın iddiaçı qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2.3. Kredit öhdəliyinin digər təminatı olaraq Cavabdeh4 ilə iddiaçı arasında bağlanılmış 01 dekabr 2018-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 442.1 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi, 01 dekabr 2018-ci il tarixli 02 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 2 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 445.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi, 01 dekabr 2018-ci il tarixli 03 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX 27, 29, binanın zirzəmisində yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 2911.84 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. 2.4. İddiaçı ilə Cavabdeh2 Gənclərin X4 arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 01 saylı əlavə saziş bağlanaraq müqavilənin müddəti 24 ay (xx.xx.2020-ci il tarixədək) müəyyən edilmiş, sazişə uyğun olaraq zamin və ipoteka qoyanla da əlavə sazişlər imzalanmışdır. 2.5. Bundan başqa iddiaçı ilə Cavabdeh2 Gənclərin X4 arasında bağlanmış 30 yanvar 2019-cu il tarixli 102 saylı əsas kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən sonuncuya 12 ay müddətinə (xx.xx.2020-ci il tarixədək) 1.500.000 manat ekvivalenti məbləğində bərpa olunmayan kredit limiti açılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh2 Gənclərin X4 həmin vəsait iki tranş üzrə verilmişdir. Qeyd olunan kredit xətti müqaviləsinə əsasən 1-ci tranş üzrə xx.xx.2019-cu il tarixdə 1.200.000 manat məbləğində vəsait, 2-ci tranş üzrə xx.xx.2019-cu il tarixdə 300.000 manat məbləğində vəsait verilmişdir. 2.6. 30 yanvar 2019-cu il tarixli 102 saylı əsas kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında 30 yanvar 2019-cu il tarixli 02 saylı və Cavabdeh5 arasında 30 yanvar 2019-cu il tarixli 03 saylı zaminlik müqavilələri imzalanmış, zaminlər borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2.7. Həmçinin adıçəkilən əsas kredit müqaviləsinin təminatı olaraq: – 30 yanvar 2019-cu il tarixli 04 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX küçəsi 29, giriş 2, mənzil 70 (127.1 kv.m), 05 saylı ipoteka müqaviləsinə əsasən (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX küçəsi 29 / mənzil 71 (88.1 kv.m), 06 saylı ipoteka müqaviləsinə əsasən (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX küçəsi 29 / mənzil 72 (89.88 kv.m), 07 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX küçəsi 29, giriş 2, mənzil 73 (139.5 kv.m), 08 saylı ipoteka müqaviləsinə əsasən (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 3 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 748.74 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi, 09 saylı ipoteka müqaviləsinə əsasən (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 4 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 45.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi; – 19 mart 2019-cu il tarixli 10 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX 29/ mənzil 45 (142 kv.m); – 13 may 2020-ci il tarixli RQ-083/İP-001 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh7 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX 106. / Mənzil 18, giriş-1 yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6 (127 kv.m); – 13 may 2020-ci il tarixli RQ-083/İP-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX 106 / mənzil 87, giriş-1 yeni qaydalarla: AZ1032, XXXX 106, M16, m3 (80.7 kv.m); – 13 may 2020-ci il tarixli RQ-083/İP-003 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh8a məxsus (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) XXXX 106 / mənzil 88, giriş-1 (80.7 kv.m) ipoteka ilə yüklü edilmişdir. 2.8. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehlər kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən, mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən, tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 aprel 2021-ci il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına köçürülmüşdür. 2.9. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydiyyata alınması üçün ümumilikdə 1056,50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 317, 442, 448-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 39-cu maddələri göstərilmişdir.
4. Cavabdeh2 Gənclərin X2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki: 5.1. mediasiya prosesinə riayət olunmamışdır. Belə ki, mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/4-00960 nömrəli protokoldan göründüyü kimi, Cavabdeh2 Gənclərin X4 tərəfdən təsisçi Cavabdeh3 iştirak etmişdir. Halbuki təsisçi Cavabdehin qanuni təmsilçisi funksiyasına malik deyildir, cavabdehin qanuni təmsilçisi funksiyasına yalnız X10 malikdir; 5.2. İddiaçı tərəfindən kredit pulunun verilməsi (o cümlədən məxaric edilməsi) sübut edilməmişdir. Belə ki, iddiaçı 2 kredit xətti müqaviləsi üzrə cavabdehin bankdan 4 500 00 manat məbləğində kredit götürməsini iddia etsə də, həmin pulun cavabdeh tərəfindən götürülməsini sübut etməmişdir. Yəni iş materiallarından görünmür ki, kredit məbləği, həqiqətən, cavabdeh tərəfindən götürülmüşdürmü və götürülmüşdürsə, hansı tarixdə götürülmüşdür, konkret olaraq hansı tarixdən sonra gecikmə baş vermişdir. Bu isə iddia tələbində göstərilən əsas borc və faiz borcunun ödənilməsi barədə tələbin qanunsuz və əsassızlığına işarə edir; 5.3. İddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbindən irəli gələrək tələb etdiyi 5 faiz gecikmə faizlərinin tələb olunması qanunsuz və əsassızdır. Çünki həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hər 2 müqavilənin 6.2-ci bəndindən göründüyü kimi, iddiaçı 5 faizdən daha böyük məbləği (gecikdirilmiş əsas borc məbləğinin gecikdirmənin hər günü üçün illik 14 faiz dərəcəsinin 2 misli (28 faiz) miqdarında penya) tələb etmək imkanına malikdir və vəziyyət isə onun həmin gecikmə faizini tələb etmək hüququnu istisna edir; 5.4. İddia tələbində göstərilən cərimə məbləği həddən artıq yüksəkdir. Belə ki, müqavilələrin 6.2-ci bəndinə əsasən cərimə illik 14 faizin 2 misli, yəni 28 faiz olduğu halda, həmin məbləğdən qat-qat artıq məbləğdə cərimə tələb edilmişdir. 1-ci kredit müqaviləsi üzrə faiz gəliri 70 000 manat olduğu halda, cərimə həmin məbləğdən təxminən 3 dəfə artıq, yəni 2 181 666,67 manat, 2-ci kredit müqaviləsinin 1-ci kredit tranşı üzrə faiz gəliri 55 533,33 manat olduğu halda, cərimə həmin məbləğdən təxminən 14 dəfə artıq, yəni 817 600manat, 2-ci kredit tranşı üzrə faiz gəliri 13 883,33 manat olduğu halda, cərimə həmin məbləğdən təxminən 14 dəfə artıq, yəni 204 400 manat göstərilmişdir. Bu isə dəbbə pulunun növü kimi cərimənin tənasübsüz surətdə yüksək həddə olduğuna birbaşa işarə edir; 5.5. Tutmanın ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi iddia tələbini təşkil etsə də, həmin tələbin iddianın qiymətini aşmadığı iş materialları ilə müəyyən edilmir. Halbuki iddia tələbi iddia qiymətini aşmamalıdır. Belə ki, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Odur ki, iddianın qiymətini aşan qaydada tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb qanuni hesab edilə bilməz.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-30/2024 nömrəli qərardadı ilə iddia tələbinin “ipoteka predmeti olan Cavabdeh5 məxsus olan XXXX küçəsi 29, giriş 2, 127.1 kv.m. ümumi sahədən ibarət 70 saylı mənzilin, XXXX küçəsi 29 / 88.1 kv.m. ümumi sahədən ibarət 71 saylı mənzilin, XXXX küçəsi 29 / 89.88 kv.m ümumi sahədən ibarət 72 saylı mənzilin, XXXX küçəsi 29, giriş 2, 139.5 kv.m ümumi sahədən ibarət 73 saylı mənzilin, Cavabdeh6 məxsus olan XXXX 29/ 142 kv.m ümumi sahədən ibarət 45 saylı mənzilin, Cavabdeh7 məxsus olan XXXX 106. / giriş-1, 127 kv.m ümumi sahədən ibarət 18 saylı mənzilin (yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6), Cavabdeh1 məxsus olan XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 87 saylı mənzilin (yeni qaydalarla: AZ1032, XXXX 106, M16, m3), Cavabdeh8a məxsus olan XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 88 saylı mənzilin boşaldılaraq təhvil verilməsi və mülkiyyətçilərin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, 14 iyun 2023-cü il tarixli 10/534-9/568 nömrəli və 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5336- 9/5528 nömrəli məhkəmə tikinti-texniki və 12 oktyabr 2022-ci il tarixli 9/6860 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinə etiraz etmirlər.
10. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 Gənclərin X2 nümayəndəsi Nümayəndə3, vəkili Vəkil məhkəməyə təqdim edilən iddiaya etirazın məzmunundan fərqli olaraq, tələb edilən əsas və faiz borcuna etiraz etmədilər, lakin dəbbə pulunun həddən artıq yüksək olduğunu, borcun ödənilməsindəki çətinliyin birbaşa dövlət sifarişi ilə görülən işlərin dəyərinin büdcədən ödənilməməsi ilə əlaqədar yarandığını bildirdilər.
11. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 Gənclərin X2 nümayəndəsi, vəkili 14 iyun 2023-cü il tarixli 10/534-9/568 nömrəli və 14 dekabr 2023-cü il tarixli 3-16- 16/2-10/5336-9/5528 nömrəli məhkəmə tikinti-texniki və 12 oktyabr 2022-ci il tarixli 9/6860 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz etmədiklərini qeyd etdilər.
12. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8a məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqavilələri üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Borc verən qismində) ilə Cavabdeh2 Gənclərin X4 (Borc alan qismində) arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 10207 nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, Borc verən Borc alana 12 (on iki) ay müddətində (01 dekabr 2019-cu il tarixədək) 3.000.000,00 (üç milyon) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 14 (on dörd)% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (1.1). Kredit xəttinin təyinatı: Cavabdeh2 Gənclərin X4 ilə Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi Tibb Xidməti arasında xx.xx.2012-ci il tarixində ünvan 5 ünvanında yerləşən XXXXnin inşa edilməsi üzrə bağlanmış müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılması (1.2). Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində və xx.xx.2018-ci il tarixli 01 saylı, 02 saylı və 03 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlaklar və xx.xx.2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsi çıxış edir (1.3). Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 14 (on dörd) faiz təşkil edir (1.4). Kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə Borc alan Borc verənə kreditin məbləğinin 0.5%/15.000,00 (on beş min) manat məbləğində komissiya ödəyir. Müvafiq komissiya Borc alanın Borc verəndəki bank hesablarından Borc verən tərəfindən akseptsiz qaydada tutulur (1.5).
17. Həmin müqaviləyə 29 yanvar 2020-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərinə əsasən, bu sazişin predmetini Müqaviləyə əsasən açılmış kredit xəttinin qüvvədə olma müddətinin uzadılması ilə bağlı Müqaviləyə dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (2-ci bənd): müqavilənin 1.1-ci bəndi aşağıdakı yeni redaksiyada verilsin: “Bu Müqaviləyə əsasən Borc verən Borc alana 24 (iyirmi dörd) ay müddətində (xx.xx.2020-ci il tarixədək) 3.000.000,00 (üç milyon) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 14 (on dörd) % ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür”.
18. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh2 Gənclərin X4 ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği - 3.000.000,00 (üç milyon) manat; kreditin müddəti - 12 (on iki) ay; kredit üzrə illik faiz dərəcəsi – 14 (on dörd) % (1.3.3); kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Banka kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi hüququ verən Borc alan tərəfindən Kredit müqaviləsi üzrə digər öhdəliklərin icra edilməməsi. Zamin Bankın tələbinə qarşı Borc alanın irəli sürə biləcəyi etirazları irəli sürə bilməz (1.5). Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
19. Həmin müqaviləyə 29 yanvar 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən, Bu Sazişin predmetini Müqavilənin və Müqavilə ilə təmin edilən öhdəliyin müddətlərinin uzadılması ilə bağlı Müqaviləyə dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (2-ci bənd): Müqavilənin 1.3.2-ci yarımbəndində “12 (on iki) ay” sözləri “24 (iyirmi dörd) ay” sözləri ilə əvəz edilsin. Müqavilənin 6.1-ci yarımbəndinə “xx.xx.2022-ci il tarixədək” sözləri “xx.xx.2023-cü il tarixədək” sözləri ilə əvəz edilsin.
20. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Borc verən qismində) ilə Cavabdeh2 Gənclərin X4 (Borc alan qismində) arasında bağlanmış 30 yanvar 2019-cu il tarixli 102 nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən Borc verən Borc alana 12 (on iki) ay müddətində (30 yanvar 2020-ci il tarixədək) 1.500.000,00 (bir milyon beş yüz min) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 14 (on dörd) % ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (1.1). Kredit xəttinin təyinatı: Cavabdeh2 Gənclərin X4 ilə Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi Tibb Xidməti arasında xx.xx.2012-ci il tarixində ünvan 5 ünvanında yerləşən XXXXnin inşa edilməsi üzrə bağlanmış müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılması (1.2). Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2019-cu il tarixli 04 saylı, 05 saylı, 06 saylı, 07 saylı, 08 saylı, 09 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri və xx.xx.2019-cu il tarixli 02 saylı və 03 saylı zaminlik müqavilələri çıxış edir (1.3). Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 14 (on dörd) faiz təşkil edir (1.4). Kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə Borc alan Borc verənə kreditin məbləğinin 0.5%/7.500,00 (yeddi min beş yüz) manat məbləğində komissiya ödəyir. Müvafiq komissiya Borc alanın Borc verəndəki bank hesablarından Borc verən tərəfindən akseptsiz qaydada tutulur (1.5). Bu Müqavilə ilə nəzərdə tutulan öhdəliklərin təminatı qismində qəbul edilən ipoteka predmeti olan əmlak obyektlərinin ümumi dəyəri kredit xəttinin istifadə olunan hissəsinə nisbəti 200%-dən az olmamalıdır (1.6).
21. Həmin müqaviləyə 13 may 2020-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərinə əsasən, bu sazişin predmetini Müqavilə üzrə Borc alanın öhdəliklərinin təminatı qismində çıxış edən yeni əmlak obyektlərinin əlavə edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (2-ci bənd): Müqavilənin 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin: “1.3. Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2019-cu il tarixli, 04 saylı, xx.xx.2019-cu il tarixli, 05 saylı, xx.xx.2019-cu il tarixli, 06 saylı, xx.xx.2019-cu il tarixli, 07 saylı, xx.xx.2019-cu il tarixli, 08 saylı, xx.xx.2019-cu il tarixli, 09 saylı, xx.xx.2019-cu il tarixli, 10 saylı, xx.xx.2019-cu il tarixli, 11 saylı və RQ-083/İP-001, RQ-083/İP-002, RQ-083/İP-003 ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri və xx.xx.2019-cu il tarixli, 02 saylı və xx.xx.2019cu il tarixli 03 saylı Zaminlik müqavilələri çıxış edir”.
22. İş materiallarında olan iddiaçı (Bank qismində) ilə Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış 30 yanvar 2019-cu il tarixli 02 nömrəli və iddiaçı (Bank qismində) ilə Cavabdeh5 (Zamin qismində) arasında bağlanmış 30 yanvar 2019-cu il tarixli 03 nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.2). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh2 Gənclərin X4 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 102 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği - 1.500.000,00 (bir milyon beş yüz min) manat; kreditin müddəti - 12 (on iki) ay; kredit üzrə illik faiz dərəcəsi - 14 (on dörd) % (1.3.3); kredit üzrə penya gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Banka kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi hüququ verən Borc alan tərəfindən Kredit müqaviləsi üzrə digər öhdəliklərin icra edilməməsi. Zamin Bankın tələbinə qarşı Borc alanın irəli sürə biləcəyi etirazları irəli sürə bilməz (1.5). Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6). Bu müqavilə tərəflərin onu imzakadığı tarixdə qüvvəyə minir və xx.xx.2023-cü il tarixədək qüvvədədir (6.1).
23. Məhkəməyə təqdim edilən Cavabdeh2 Gənclərin X3 məxsus ******************** nömrəli bank hesabından xx.xx.2018 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 3.000.000,00 manat, xx.xx.2019-cu il tarixdə 1.200.000,00 manat və xx.xx.2019-cu il tarixdə 300.000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh2 Gənclərin X3 kredit üzrə köçürülmüşdür.
24. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, 01 dekabr 2018-ci il tarixli 10207 nömrəli kredit xətti müqaviləsi və 30 yanvar 2019-cu il tarixli 102 nömrəli kredit xətti müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-ci il tarixdə edilmişdir.
25. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki: – iddiaçı ilə Cavabdeh2 Gənclərin X4 arasında 01 dekabr 2018-ci il tarixli 10207 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 12 (on iki) ay müddətində (01 dekabr 2019-cu il tarixədək) 3.000.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 14% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. 29 yanvar 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlə kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. 01 dekabr 2018-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsi və zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə saziş əsasında Cavabdeh3 borcalanın kredit xətti üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün xx.xx.2023-cü il tarixədək birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 Gənclərin X4 kredit məbləğini təşkil edən 3.000.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləği iddiaçıya tam qaytarılmamışdır. – iddiaçı ilə Cavabdeh2 Gənclərin X4 arasında 30 yanvar 2019-cu il tarixli 102 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 12 ay müddətində (30 yanvar 2020-ci il tarixədək) 1.500.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 14% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. 30 yanvar 2019-cu il tarixli 02 nömrəli və 03 nömrəli zaminlik müqavilələri əsasında cavabdehlər Cavabdeh5 və Cavabdeh3 borcalanın kredit xətti üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün xx.xx.2023-cü il tarixədək birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh2 Gənclərin X4 kredit məbləğini təşkil edən 1.500.000 manat məbləğdən birinci tranş üzrə 1.200.000 manat, 2-ci tranş üzrə 300.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarılmamışdır.
26. İddiaçı 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə əsasən 3.000.000 manat əsas, 490.000 manat faiz borcunun cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 1.200.000 manat əsas, 55.533,33 manat faiz, 2-ci kredit tranşı üzrə 300.000 manat əsas, 13.883,33 manat faiz borcunun cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş edir. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz etmir.
27. Cavabdeh2 Gənclərin X4 əsas və faiz borca münasibətdə məhkəməmühasibatlıq rəyinə etiraz etmədiklərini bildirir.
28. Digər cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
29. Məhkəmə həmin cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
31. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
32. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
33. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
34. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
37. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
38. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli 9/6860 nömrəli ekspert rəyinə əsasən, 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə əsasən müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə əsas borc 3.000.000 manat, faiz borcu 488.833,33 manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci tarixə 1-ci kredit tranşı üzrə (1.200.000 manat) əsas borc 1.200.000 manat, faiz borcu 55.066,66 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) əsas borc 300.000 manat, faiz borcu 13.883,33 manat təşkil etmişdir.
40. Cavabdeh2 Gənclərin X3 məxsus ******************** nömrəli bank hesabından xx.xx.2018 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan 12 oktyabr 2022-ci il tarixli 9/6860 nömrəli ekspert rəyinin verilmə tarixindən sonra hər hansı ödəniş olmadığı görünür.
41. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən çıxmamaq şərtilə məhkəmə bu qənaətə gəlir ki, 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 488.833,33 manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə (1.200.000 manat) əsas borc 1.200.000 manat, faiz borcu 55.066,66 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) əsas borc 300.000 manat, faiz borcu 13.883,33 manat təşkil edir.
42. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
44. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
45. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
46. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə əsas borc 3.000.000 manat, faiz borcu 488.833,33 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə (1.200.000 manat) əsas borc 1.200.000 manat, faiz borcu 55.066,66 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) əsas borc 300.000 manat, faiz borcu 13.883,33 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
b) Kredit müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı
48. İddiaçı 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə 2.851.333,33 manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 1.256.266,67 manat, 2-ci kredit tranşı üzrə 314.066,67 manat cərimə məbləğlərinin cavabdehlərdən tutulmasını xahiş edir.
49. 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi və 30 yanvar 2019cu il tarixli 102 saylı kredit xətti müqaviləsinin 6.2-ci bəndlərinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə penya ödəyir. Penya Borc verənin Borc alana penyanın ödənilməsi barədə yazılı tələbi təqdim etdiyi günün ertəsi günü Borc alan tərəfindən Borc verənə nağd və ya köçürmə yolu ilə ödənilir.
50. 01 dekabr 2018-ci il tarixli 01 nömrəli, 30 yanvar 2019-cu il tarixli 02 nömrəli və 30 yanvar 2019-cu il tarixli 03 nömrəli zaminlik müqavilələrinin 1.3-cü bəndləri ilə zaminlər təsdiq etmişlər ki, kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Həmin müqavilələrin 1.4-cü bəndləri ilə zaminlərin iddiaçı qarşısında məsuliyyətinin əsaslarını o cümlədən faizlərin, penyanın və digər maliyyə sanksiyalarının kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi üzrə borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir.
51. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
52. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
53. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
54. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə və 2-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
55. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə 150.000 manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə (1.200.000 manat) 60.000 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) 15.000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
56. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə 150.000 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə (1.200.000 manat) 60.000 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) 15.000 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
c) Kredit müqavilələri üzrə əsas borca illik 5 faizin tutulması tələbi ilə bağlı
57. İddiaçı 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 472.500 manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə illik 5 faizlə hesablanmış 239.166,67 manat, 2-ci kredit tranşı üzrə illik 5 faizlə hesablanmış 59.791,67 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.
58. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası).
59. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
60. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2020-ci il, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinin hər iki tranşı üzrə xx.xx.2020-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ iddia tələbinin sonuncu dəfə dəqiqləşdirildiyi xx.xx.2024-cü il tarixədək tutulmalıdır.
61. Həmçinin məhkəmə bildirir ki, illik 5 faizin tutulması əsas borca hesablanan məbləğdir və hazırkı iş üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmiş, əsas borc məbləği kredit müqaviləsinin müddəti bitdiyi tarixdən dəyişmədən qalmışdır. Belə olan halda əsas borca illik 5% məbləğin xüsusi bilik tələb etmədən adi riyazi hesablama əsasında hesablanmaqla müəyyənləşdirilməsi mümkündür.
62. Belə ki, 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə gecikdirilən 3.000.000 manat məbləğində pul üçün xx.xx.2020 – xx.xx.2024-cü il tarixə olan 1150 gün gecikdirmə müddəti üçün illik 5 faizlə hesablanmış məbləğ 472.602,74 (3.000.000*5/100/365*1150) manat, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə gecikdirilən 1.200.000 manat məbləğində pul üçün xx.xx.2020 – xx.xx.2024-cü il tarixə olan 1456 gün gecikdirmə müddəti üçün illik 5 faizlə hesablanmış məbləğ 239.342,47 (1.200.000*5/100/365*1456) manat, 2-ci tranşı üzrə gecikdirilən 300.000 manat məbləğində pul üçün xx.xx.2020 – xx.xx.2024-cü il tarixə olan 1456 gün gecikdirmə müddəti üçün illik 5 faizlə hesablanmış məbləğ 59.835,62 (300.000*5/100/365*1456) manat təşkil edir.
63. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
64. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə 472.500 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3, 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə (1.200.000 manat) 239.166,67 manat, 2-ci kredit tranşı üzrə (300.000 manat) 59.791,67 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
d) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
65. İddiaçı eyni zamanda: – 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsi üzrə tutmanın ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 442.1 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, ünvan 2 ünvanda yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 445.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, XXXX 27, 29, binanın zirzəmisində yerləşən 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 2911.84 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılmasını, əldə olunan vəsait hesabına borcun ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh4 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait 01 dekabr 2018-ci il tarixli 10207 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 Gənclərin X1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi; – 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsi üzrə tutmanın Cavabdeh5 məxsus XXXX ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29 / mənzil 71, 88.1 kv.m ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29 / mənzil 72, 89.88 kv.m ümumi sahədən ibarət mənzilə, XXXX küçəsi 29, giriş 2, mənzil 73, 139.5 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh5 məxsus ünvan 3, 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 748.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 4, 0.0702 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 45.4 kv.m ümumi sahədən ibarət qaraja yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh5 həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh6 məxsus XXXX 29/ mənzil 45, 142 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, tutmanın Cavabdeh7 məxsus XXXX 106. / Mənzil 18, giriş-1 Yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6, 127 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsi, tutmanın Cavabdeh1 məxsus XXXX 106. / Mənzil 87, giriş-1 Yeni qaydalarla: AZ1032, XXXX 106, M16, m3, 80.7 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, tutmanın Cavabdeh8a məxsus XXXX 106. / Mənzil 88, giriş-1 (80.7 kv.m) kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əldə olunan vəsaitin borca ödənilməsini, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 Gənclərin X1, Cavabdeh5 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi tələbini də irəli sürmüşdür.
66. Məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
67. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
68. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
69. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
70. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
71. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
72. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
73. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh2 Gənclərin X4 (Borc alan qismində) və Cavabdeh4 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində 29 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 442.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 01 dekabr 2018-ci il tarixli 01 nömrəli, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində 27 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 445.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 02 nömrəli və ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində 27, 29 nömrəli, 13 mərtəbəli binanın zirzəmi hissəsində yerləşən, 2911.84 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 03 nömrəli müqavilənin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10207 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 3.000.000,00 (üç milyon) manat; kreditin xəttinin müddəti - 12 (on iki) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 14 (on dörd) % (2.1.3); kredit xətti üzrə penya gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə mövcud olan əsas borc 2.1.2-ci yarımbənddə göstərilən tarixdən gec olmayaraq Borc alan tərəfindən tam olaraq Borc verənə qaytarılır. Kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə faizlər, kredit üzrə borcun yarandığı aydan başlamaqla, hər ayın sonuncu iş günü Borc alan tərəfindən Borc verənə ödənilir (2.1.5). Kredit xəttinin təyinatı - Cavabdeh2 Gənclərin X4 ilə Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi Tibb Xidməti arasında xx.xx.2012-ci il tarixində ünvan 6 ünvanında yerləşən XXXXnin inşa edilməsi üzrə bağlanmış müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılması (2.1.6).
74. Həmin müqavilələrə 29 yanvar 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, müqavilələrin 2.1.2-ci bəndində “12 (on iki) ay” sözləri “24 (iyirmi dörd) ay” sözləri ilə əvəz edilmişdir.
75. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və ona xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 24 ay müddətinə Cavabdeh4 mülkiyyətində olan XXXX küçəsində 29 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 442.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, XXXX küçəsində 27 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 445.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və XXXX küçəsində 27, 29 nömrəli, 13 mərtəbəli binanın zirzəmi hissəsində yerləşən, 2911.84 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına (əlavə dövlət qeydiyyatına) alınmışdır.
76. 30 yanvar 2019-cu il tarixli 102 saylı kredit xətti müqaviləsinin təminatı olaraq iddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh2 Gənclərin X4 (Borc alan qismində) və ipoteka qoyanlar arasında bağlanan ipoteka müqavilələrindən görünür ki: – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 04 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 127.1 kv.m ümumi, 66.8 kv.m yaşayış, 60.3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 70 nömrəli mənzildir; – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 05 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 88.1 kv.m ümumi, 42.8 kv.m yaşayış, 45.3 kv.m. yardımçı sahədən ibarət, 2 otaqlı 71 nömrəli mənzildir; – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 06 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 89.88 kv.m. ümumi, 43.19 kv.m. yaşayış, 46.69 kv.m. yardımçı sahədən ibarət, 2 otaqlı 72 nömrəli mənzildir; – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 07 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 139.5 kv.m. ümumi, 79 kv.m. yaşayış, 60.5 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 73 nömrəli mənzildir; – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 08 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində 27, 29 nömrəli ev, 13 mərtəbəli binanın zirzəmisində yerləşən 748.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir; – Cavabdeh5 (İpoteka qoyan qismində) ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli 09 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində 29 nömrəli ev, 13 mərtəbəli binanın zirzəminin 1-ci səviyyəsində yerləşən (19 saylı qaraj), 45.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir; – Cavabdeh6 (İpoteka qoyan qismində) ilə bağlanmış 19 mart 2019-cu il tarixli 10 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX ******* seriya və nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli 13 mərtəbəli binanın, 5-ci mərtəbəsində yerləşən 142 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 58.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 45 nömrəli mənzildir; – Cavabdeh7 (İpoteka qoyan qismində) ilə bağlanmış 13 may 2020-ci il tarixli RQ- 083/İP-001 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 127.0 kv.m. ümumi, 81.3 kv.m. yaşayış sahədən ibarət 4 otaqlı 18 nömrəli mənzildir (yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6); – Cavabdeh1 (İpoteka qoyan qismində) ilə bağlanmış 13 may 2020-ci il tarixli RQ- 083/İP-002 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən 80.70 kv.m ümumi, 40.0 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 87 nömrəli mənzildir. (yeni qaydalarla: AZ1032, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M16, m3); – Cavabdeh8 (İpoteka qoyan qismində) ilə bağlanmış 14 may 2020-ci il tarixli RQ- 083/İP-003 nömrəli ipoteka müqaviləsinin predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən 80.70 kv.m. ümumi, 40.0 kv.m. yaşayış sahədən ibarət 2 otaqlı 88 nömrəli mənzildir.
77. Həmin müqavilələrin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış 30 yanvar 2019-cu il tarixli 102 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, xidmət haqları (komissiyalar), İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti 1.500.000,00 (bir milyon beş yüz min) manat; kreditin xəttinin müddəti - 12 (on iki) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 14 (on dörd) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə mövcud olan əsas borc 2.1.2-ci yarımbənddə göstərilən tarixdən gec olmayaraq Borc alan tərəfindən tam olaraq Borc verənə qaytarılır. Kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə faizlər, kredit üzrə borcun yarandığı aydan başlamaqla, hər ayın sonuncu iş günü Borc alan tərəfindən Borc verənə ödənilir (2.1.5). Kredit xəttinin təyinatı - "Xəzər” Gənclərin X4 ilə Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi Tibb Xidməti arasında xx.xx.2012-ci il tarixində, ünvan 7 ünvanında yerləşən XXXXnin inşa edilməsi üzrə bağlanmış müqavilədə nəzərdə tutulan işlərin başa çatdırılması (2.1.6).
78. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və ona xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 24 ay müddətinə yuxarıda adları çəkilən əmlakların iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına (əlavə dövlət qeydiyyatına) alınmışdır.
79. Məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan və sonuncu tərəfindən iddiaçıya ünvanlanan məktublardan yuxarıda qeyd edilən 13 ipoteka predmetinə münasibətdə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatın alındığı təsdiqlənir.
80. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
81. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
82. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir
83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
84. Məhkəmə ipoteka müqavilələrin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4293/2022 nömrəli qərardadı yuxarıda qeyd edilən 13 əmlakın likvid dəyərinin müəyyən edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Sonuncu tərəfindən aparılmış qiymətləndirmə ilə məhkəmə əsassızlığına görə razılaşmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-111/2023 nömrəli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası haqqında qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 iyun 2023-cü il tarixli 10/534-9/568 nömrəli və 14 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/5336-9/5528 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki: – Cavabdeh4 məxsus XXXX küçəsində 29 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 442.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri təqribən 1.307.730 manat, likvid dəyəri isə təqribən 1.177.000 manat; – Cavabdeh4 məxsus XXXX küçəsində 27 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 445.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri təqribən 1.317.500 manat, likvid dəyəri isə təqribən 1.185.800 manat; – Cavabdeh4 məxsus XXXX küçəsində 27, 29 nömrəli, 13 mərtəbəli binanın zirzəmi hissəsində yerləşən, 2911.84 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri təqribən 2.862.300 manat, likvid dəyəri isə təqribən 2.576.100 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 127.1 kv.m ümumi, 66.8 kv.m yaşayış, 60.3 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 70 nömrəli mənzilin bazar dəyəri təqribən 286.000 manat, likvid dəyəri isə təqribən 257.400 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 88.1 kv.m ümumi, 42.8 kv.m yaşayış, 45.3 kv.m. yardımçı sahədən ibarət, 2 otaqlı 71 nömrəli mənzilin bazar dəyəri təqribən 198.200 manat, likvid dəyəri isə təqribən 178.400 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 89.88 kv.m. ümumi, 43.19 kv.m. yaşayış, 46.69 kv.m. yardımçı sahədən ibarət, 2 otaqlı 72 nömrəli mənzilin bazar dəyəri təqribən 202.200 manat, likvid dəyəri isə təqribən 182.000 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 13 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində yerləşən 139.5 kv.m. ümumi, 79 kv.m. yaşayış, 60.5 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 73 nömrəli mənzilin bazar dəyəri təqribən 313.900 manat, likvid dəyəri isə təqribən 282.500 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində 27, 29 nömrəli ev, 13 mərtəbəli binanın zirzəmisində yerləşən 748.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri təqribən 2.321.300 manat, likvid dəyəri isə təqribən 2.090.000 manat; – Cavabdeh5 məxsus XXXX küçəsində 29 nömrəli ev, 13 mərtəbəli binanın zirzəminin 1-ci səviyyəsində yerləşən (19 saylı qaraj), 45.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri təqribən 44.600 manat, likvid dəyəri isə təqribən 40.100 manat; – Cavabdeh6 məxsus XXXX küçəsində istifadəsində olan 0.0702 ha torpaq sahəsində yerləşən 29 nömrəli 13 mərtəbəli binanın, 5-ci mərtəbəsində yerləşən 142 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 58.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 45 nömrəli mənzilin bazar dəyəri təqribən 319.500 manat, likvid dəyəri isə təqribən 287.600 manat; – Cavabdeh7 məxsus XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 127.0 kv.m. ümumi, 81.3 kv.m. yaşayış sahədən ibarət 4 otaqlı 18 nömrəli mənzilin bazar dəyəri təqribən 259.080 manat, likvid dəyəri isə təqribən 233.000 manat; – Cavabdeh1 məxsus XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 16cı mərtəbəsində yerləşən 80.70 kv.m ümumi, 40.0 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 87 nömrəli mənzilin bazar dəyəri təqribən 164.630 manat, likvid dəyəri isə təqribən 148.000 manat; – Cavabdeh8a məxsus XXXXndə 106 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 16cı mərtəbəsində yerləşən 80.70 kv.m. ümumi, 40.0 kv.m. yaşayış sahədən ibarət 2 otaqlı 88 nömrəli mənzilin bazar dəyəri təqribən 164.630 manat, likvid dəyəri isə təqribən 148.000 manat təşkil edir.
85. Məhkəmə ekspertiza rəyini və tərəflərin həmin rəyə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, adıçəkilən ipoteka predmetlərinin 14 iyun 2023-cü il tarixli 10/534- 9/568 nömrəli və 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5336-9/5528 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
86. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
87. Göstərilənlərə əsasən məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliklərin lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki: – xx.xx.2018-cü il tarixli 10207 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 1.177.000 manat müəyyən edilməklə XXXX küçəsi 29, qapı 1, 2-ci mərtəbədə 0.0702 ha torpaq sahəsində yerləşən 442.1 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 1.185.800 manat müəyyən edilməklə ünvan 9 ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 445.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 2.576.100 manat müəyyən edilməklə XXXX 27, 29, binanın zirzəmisində 0.0702 ha torpaq sahəsində yerləşən 2911.84 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait xx.xx.2018-cü il tarixdə bağlanmış 10207 saylı kredit müqaviləsi üzrə 4.111.333,33 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 410,94 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1972 manat və 400 manat mediasiya xərcinin ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir; – xx.xx.2019-cu il tarixdə bağlanmış 102 saylı kredit xətti müqaviləsi üzrə tutma Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 257.400 manat müəyyən edilməklə XXXX küçəsi 29, giriş 2, 127.1 kv.m ümumi sahədən ibarət 70 saylı mənzilə, ilkin satış qiyməti 178.400 manat müəyyən edilməklə XXXX küçəsi 29 / 88.1 kv.m. ümumi sahədən ibarət 71 saylı mənzilə, ilkin satış qiyməti 182.000 manat müəyyən edilməklə XXXX küçəsi 29 / 89.88 kv.m ümumi sahədən ibarət 72 saylı mənzilə, ilkin satış qiyməti 282.500 manat müəyyən edilməklə XXXX küçəsi 29, giriş 2, 139.5 kv.m ümumi sahədən ibarət 73 saylı mənzilə, ilkin satış qiyməti 2.090.000 manat müəyyən edilməklə ünvan 3 ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 748.74 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 40.100 manat müəyyən edilməklə XXXX 29/ ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 45.4 kv.m. ümumi sahədən ibarət 19 saylı qaraja, Cavabdeh6 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 287.600 manat müəyyən edilməklə XXXX 29/ 142 kv.m ümumi sahədən ibarət 45 saylı mənzilə, Cavabdeh7 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 233.000 manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 127 kv.m ümumi sahədən ibarət 18 saylı mənzilə, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 87 saylı mənzilə, Cavabdeh8a mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 88 saylı mənzilə yönəldilərək əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait xx.xx.2019-cu il tarixdə bağlanmış 102 saylı kredit xətti müqaviləsi üzrə 1.942.908,33 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 645,56 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1123 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
88. Məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi və ipoteka qoyanların həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
89. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir.
90. “İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinə və mənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsi və ipoteka qoyanların ipoteka predmetindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülən ipoteka müqavilələrinin predmeti qeyri-yaşayış sahələri olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlaklar deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.
91. Məhz bu səbəbdən “İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır.
92. Digər tərəfdən, iddiaçının istifadə hüququna xitam verilməsini tələb etdiyi şəxslər ipoteka predmetlərinin mülkiyyətçiləridir və ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi yekunlunlaşdıqda mülkiyyətçinin istifadə və digər əşya hüquqları hər hansı qərara ehtiyac olmadan xətm edilir. Nəzərə alınmalıdır ki, ipoteka qoyanın ipoteka predmetinə münasibətdə istifadə hüququnun rejimi, yaşayış evi və mənzildən fərqli olaraq məhz mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüququ ilə eynilik təşkil edir. Eyni zamanda Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması əsası kimi çıxış edir və həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
93. Bu səbəbdən ipoteka qoyanın mülkiyyət hüququna tutmanın yönəldildiyi əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyindən, mülkiyyət hüququ, o cümlədən istifadə hüququna tutmanın yönəldilməsi barədə məhkəmə qərarının olması müvafiq halda ipoteka qoyanının həmin əmlakdan istifadə hüququna xitamını şərtləndirir.
94. Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından və göstərilən səbəblərdən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi və ipoteka qoyanların həmin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi rədd edilməlidir.
e) Məhkəmə xərcləri ilə bağlı
95. İddiaçı eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4597,58 manat dövlət rüsumunun, iddia tələbinin həcminin artırılmasına dair ödənilmiş 918,69 manat dövlət rüsumunun, 8,28 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 1056,50 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir.
96. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və mədaxil qəbzinə əsasən məhkəmə müəyyən edir ki, ********* nömrəli mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün 4597,58 manat məbləğində dövlət rüsumu və 6,9 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
97. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia tələbinin həcminin artırılması üçün 918,69 manat məbləğində dövlət rüsumu, 1,38 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
98. İddia ərizəsinə əlavə edilmiş 27 aprel 2022-ci il tarixli MŞB/4-00960 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş və 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
99. İş materiallarında olan ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə təsdiqetmə bildirişlərindən və hesabdan çıxarışdan görünür ki, ümumilikdə 1056,5 manat məbləğində xidmət haqqı və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
100. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4293/2022 nömrəli qərardadı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmənin 10 noyabr 2022-ci il tarixli 205 nömrəli hesab-fakturasından görünür ki, 8 ədəd mənzil üçün hər bir vahidinin qiyməti 250 manat, 5 ədəd qeyri-yaşayış sahəsi üçün hər birinin qiyməti 400 manat olmaqla qiymətləndirmənin ümumi dəyəri 4000 manat təşkil edir.
101. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2022-ci il tarixli 9/6860 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 300 manat, 14 iyun 2023-cü il tarixli 10/534- 9/568 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat, 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5336-9/5528 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
102. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
103. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
104. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
105. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
106. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
107. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və hər bir kredit müqaviləsinin qiyməti və onların təminatı kimi çıxış edən ipoteka predmetlərinin qiymətləndirilməsi xərclərini ayrı-ayrılıqda nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1972 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1123 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 500 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 2157 manat, iddiaçı "xxxx" ASC-dən 1843 məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
V. Nəticə:
108. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2018-cü il tarixdə bağlanmış 10207 saylı kredit müqaviləsi üzrə 3.000.000 (üç milyon) manat əsas borc, 488.833 (dörd yüz səksən səkkiz min səkkiz yüz otuz üç) manat 33 (otuz üç) qəpik faiz borcu, 150.000 (yüz əlli min) cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 472.500 manat olmaqla ümumilikdə 4.111.333 (dörd milyon yüz on bir min üç yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1972 (bir min doqquz yüz yetmiş iki) manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 1.177.000 (bir milyon yüz yetmiş yeddi min) manat müəyyən edilməklə XXXX küçəsi 29, qapı 1, 2-ci mərtəbədə 0.0702 ha torpaq sahəsində yerləşən 442.1 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 1.185.800 (bir milyon yüz səksən beş min səkkiz yüz) manat müəyyən edilməklə ünvan 9 ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 445.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 2.576.100 (iki milyon beş yüz yetmiş altı min yüz) manat müəyyən edilməklə XXXX 27, 29, binanın zirzəmisində 0.0702 ha torpaq sahəsində yerləşən 2911.84 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2018-cü il tarixdə bağlanmış 10207 saylı kredit müqaviləsi üzrə 4.111.333 (dörd milyon yüz on bir min üç yüz otuz üç) manat 33 (otuz üç) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 410 (dörd yüz on) manat 94 (doxsan dörd) qəpik, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 1972 (bir min doqquz yüz yetmiş iki) manat və 400 (dörd yüz) manat mediasiya xərcinin ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2018-cü il tarixdə bağlanmış 10207 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 Gənclərin X4 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 102 saylı kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 1.200.000 (bir milyon iki yüz min) manat əsas borc, 55.066 (əlli beş min altmış altı) manat 66 (altmış altı) qəpik faiz borcu, 60.000 (altmış min) cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 239.166 ( iki yüz otuz doqquz min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik, 2-ci tranş üzrə 300.000 (üç yüz min) manat əsas borc, 13.883 ( on üç min səkkiz yüz səksən üç) manat 33 (otuz üç) qəpik faiz borcu, 15.000 (on beş min) manat cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 59.791 (əlli doqquz min yeddi yüz doxsan bir) manat 67 (altmış yeddi) qəpik olmaqla ümumilikdə 1.942.908 (bir milyon doqquz yüz qırx iki min doqquz yüz səkkiz) manat 33 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1123 (bir min yüz iyirmi üç) manat məbləğində pul cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 257.400 (iki yüz əlli yeddi min dörd yüz) manat müəyyən edilməklə XXXX küçəsi 29, giriş 2, 127.1 kv.m. ümumi sahədən ibarət 70 saylı mənzilə, ilkin satış qiyməti 178.400 (bir yüz yetmiş səkkiz min dörd yüz) manat müəyyən edilməklə XXXX küçəsi 29 / 88.1 kv.m. ümumi sahədən ibarət 71 saylı mənzilə, ilkin satış qiyməti 182.000 (bir yüz səksən iki min) manat müəyyən edilməklə XXXX küçəsi 29 / 89.88 kv.m. ümumi sahədən ibarət 72 saylı mənzilə, ilkin satış qiyməti 282.500 ( iki yüz səksən iki min beş yüz) manat müəyyən edilməklə XXXX küçəsi 29, giriş 2, 139.5 kv.m. ümumi sahədən ibarət 73 saylı mənzilə, ilkin satış qiyməti 2.090.000 (iki milyon doxsan min) manat müəyyən edilməklə ünvan 3 ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 748.74 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 40.100 (qırx min yüz) manat müəyyən edilməklə XXXX 29/ ünvanda 0.0702 ha torpaq sahəsində yerləşən 45.4 kv.m. ümumi sahədən ibarət 19 saylı qaraja, Cavabdeh6 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 287.600 ( iki yüz səksən yeddi min altı yüz) manat müəyyən edilməklə XXXX 29/ 142 kv.m ümumi sahədən ibarət 45 saylı mənzilə, Cavabdeh7 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 233.000 (iki yüz otuz üç min) manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 127 kv.m ümumi sahədən ibarət 18 saylı mənzilə (Yeni qaydalarla: AZ1032, XXXX 106, M4, m6), Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 87 saylı mənzilə (Yeni qaydalarla: AZ1032, XXXX 106, M16, m3), Cavabdeh8a mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə XXXX 106. / giriş-1, 80.7 kv.m ümumi sahədən ibarət 88 saylı mənzilə yönəldilərək əmlaklar açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 102 saylı kredit xətti müqaviləsi üzrə 1.942.908 (bir milyon doqquz yüz qırx iki min doqquz yüz səkkiz) manat 33 (otuz üç) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 645 (altı yüz qırx beş) manat 56 (əlli altı) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1123 (bir min yüz iyirmi üç) manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gənclərin X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 102 saylı kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 500 (beş yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh2 Gənclərin X4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 2157 (iki min yüz əlli yeddi) manat, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1843 məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN – **********, "xxxx" ASC Abşeron filialı, VÖEN – **********, M/h: AZ03NABZ013501**********2944, kodu: 805539, SWİFT BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Əhmədova