Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-30/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli RPZ-A0011-05/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 224.676.33 manat, faizlərin məbləği 34.600,11 manat, dəbbə borcu 11.233,82 manat olmaqla ümumilikdə 270.510,2565 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 160.51 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank "xxxx" ASCnin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-A0001-08/19A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E, giriş -1, mənzil 23 ünvanlı əmlaka və Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçıyla bağlanmış 05 mart 2019-cu il tarixli, SMMG-00001-08/19A sayıl ipoteka müqaviləsi üzrə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Səbail rayonu, 32-ci Salyan yolu, 1-ciküçə, 5-ci döngə, 13 ünvanlı 0.04 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində 05 mart 2019-ci il tarixli SMN-00011- 08/19Asaylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 500000 (beş yüz min) manat məbləğində krediti 60 (altmış altı) ay müddətinə Cavabdeh3 MMC-nin mülkiyyətinə verə bilər, Cavabdeh3 MMC isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və əlavə müqavilələr bağlamaqla 05 mart 2024-cü il tarixinədək faizilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində xx.xx.2020-ci il tarixli, BKX- 00011-08/20A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250000 (iki yüz əlli min) manat məbləğində krediti 13 (on üç) ay müddətinə xx.xx.2021-ci il taxirədək Bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti cavabdehin mülkiyyətinə verir, cavabdeh isə həmin kreditdən Biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2021-cil il tarixədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250000 (iki yüz əlli min) manat məbləğində krediti illik 18 (on səkkiz) faizlə 31 (otuz bir) ay müddətinə cavabdehin öhdəsinə verir, cavabdeh isə xx.xx.2020-ci il tarxili BKX-00011-08/20A saylı Əlavə kredit müqaviləsi üzrə mövcud borcların tam ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 6 (altı) ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, 05 mart 2019-cu il tarixli, SMN-00011- 08/19Asaylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-00001-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanlı 0.04 ha torpaq sahəsi ipotekaya qoymuşlar. 05 mart 2019cu il tarixli, SMN-00011-08/19Asaylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-A0001-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E, giriş -1, mənzil 23 ünvanlı əmlak ipotekaya qoymuşlar. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıyla RPZZ- B0011-05/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən “Bank "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2019-cu il tarixli, SMN-00011-08/19A saylı “Əsas Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verə bilər.
10. Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borcalan) və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMMG-A0011-08/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoyur.
11. Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borcalan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMMG-00011-08/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edillməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanlı 0,04 ha torpaq sahəsini ipoteka saxlayana ipotekaya qoyur.
12. Daha sonra "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, SMN-00011-08/19A saylı “Əsas Kredit Müqaviləsi”nə 1 nömrəli Əlavə Saziş, eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli SMMG-A0011-08/19A və SMMG-00011-08/19A saylı ipoteka müqavilələrinə Əlavə sazişlər imzalanmışdır.
13. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixli, BKX- 00011-08/20A saylı “Əlavə Kredit Xətti Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 (on səkkiz) faizlə 13 (on üç) ay müddətinə xx.xx.2021-ci il tarixədək bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissəhissə krediti borcalanın mülkiyyətinə verir, borclan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyin və onu xx.xx.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.
14. Daha sonra Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı “Əlavə Kredit Müqaviləsi” müqaviləsinə əsasən borcverən 250000 (iki yüz əlli min) AZN məbləğində krediti illik 18 (on səkkiz) faizlə 31 (otuz bir) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2020-ci il tarixli Əlavə Kredit Xətti Müqaviləsi üzrə mövcud borcların tam ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 6 (altı) ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
15. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZZ-B0011-05/21A saylı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZZ-A0011-05/21A saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı “Əlavə Kredit Müqavilə”si üzrə borcalanın (Cavabdeh3 MMC) öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
16. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
20. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
22. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.
23. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC-nin banka əsas borc məbləği 224.676,33 manat, faiz borcu 34.600,11 manat, cərimə borcu 11.233,82 manat, cəmi 270.510,26 manat təşkil edir.
24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2854/2023 saylı qərardına əsasən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023cü il tarixli rəyə əsasən Cavabdeh3 MMC-nin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə olan əsas borcu 224.676,30 manat, faiz borcu isə 34.600,16 manat müəyyən olunmuşdur.
25. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.
26. Cavabdeh2 məhkəməyə ərizə göndərərək, iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZZ-B0011-05/21A nömrəli zaminlik müqaviləsinə xitam verilməsi əsası ilə ona qarşı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
27. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh2 cavabdeh kimi göstərmişdir.
28. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 224.676,30 manat, faiz borcu üzrə 34.600,11 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.
30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
31. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 34.600,11 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
32. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-107/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin bazar qiyməti 115.000, likvid qiyməti 100.000 manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E ünvanında yerləşən mənzilin bazar dəyəri 380.000, likvid dəyəri 340.000 manat dəyərində müəyyən edilmişdir.
34. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
35. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.
36. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənmişdir.
37. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
38. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,51 manat və bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da cavabdehlərdən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
39. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində pul da müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
40. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
41. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik olmaqla, cəmi 270.510 (iki yüz yetmiş min beş yüz on) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov