Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3001/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MTK-nin cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli aktların etibarsız hesab edilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDQ 017712 saylı və xx.xx.2023-cü il tarixli NDQ 018030 saylı aktların etibarsız hesab edilməsi, artıq hesablanmış enerji sərfiyyatının silinməsi və hər iki sayğacın işlək vəziyyətdə olmadıqları dövrə uyğun dövrə mütənasib enerji sərfiyyatının hesablanması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaclar quraşdırılmışdır. Həmin sayğaclar "xxxx" ASC-nin nəzarətində olan yarımstansiyada yerləşir. Həmin yarımstansiyanın qapısı bağlıdır və açarları yalnız "xxxx" ASC-nin əməkdaşlarındadır. İddiaçı tərəfindən həmin yarımstansiyaya daxil olmaq mümkün deyildir. Əməkdaşlar tərəfindən sayğaclara baxış keçirilmiş və iddiaçıya bildirilmişdir ki, 2 ədəd sayğac işlək vəziyyətdə deyil və dəyişdiriləcəkdir. Bu barədə xx.xx.2023-cü il tarixli AKT HDQ N 017712 akt tərtib edilmişdir. İşlək vəziyyətdə olmayan sayğaclardan biri binada yerləşən mənzillərin enerji sərfiyyatının hesablaşmasını aparan sayğacdır və bu barədə abonentlər özləri "xxxx" ASC ilə hesabat aparır. Həmin sayğacın İddiaçı MTK-ya aidiyyatı yoxdur və həmin sayğac barədə binanın sakinləri özləri məsuliyyət daşıyır. Hər iki sayğacın dəyişdirilməsi barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il tarixli AKT NDQ N 018030 akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, guya hər iki sayğac işlək vəziyyətdə olmadıqları dövrdə az enerji sərfiyyatı hesablanmışdır. Lakin əksinə daha çox enerji sərfiyyatı hesablanmışdır. Sayğacların işlək vəziyyətdə olmadıqları dövr ilə ötən ilin eyni dövrünü müqayisə etdikdə aydın məlum olur ki, işlək vəziyyətdə olmadıqları dövrdə nəinki az, hətta daha artıq enerji sərfiyyatı hesablanmışdır. Bu barədə iddiaçı tərəfindən "xxxx" ASC-yə pretenziya məktubu ünvanlanmışdır. Lakin heç bir nəticə verməmişdir. Daha sonra iddiaçı sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktların etibarsız hesab edilməsi, artıq hesablanmış enerji sərfiyyatına əsasən yaranmış 3524 manat və 4431,32 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaslı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDQ 017712 saylı və xx.xx.2023-cü il tarixli NDQ 018030 saylı aktların etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, cavabdeh "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDQ 017712 saylı və xx.xx.2023-cü il tarixli NDQ 018030 saylı aktlar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsız hesab edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə iddiaçı ona "xxxx" ASC tərəfindən hesablanmış borcun silinməsini istədiyi və bu tələblə iddia qaldırdığı halda həmin məqsədinə daha tez, daha münasib və daha sadə yolla, yəni borcun özünü mübahisələndirmək yolu ilə çatmaq imkanına malikdir ki, iddiaçı borcun silinməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nin cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli aktların etibarsız hesab edilməsi hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3001/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3001/2024
07.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver