Məhkəmə qərarları › İş №e-2-2(113)-3003/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3003/2025

09.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3003/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 4023.80 kv.m-dən ibarət olan ofisin 10/92-326 abonentinə dair cavabdeh "xxxx" MMC tərəfindən hesablanmış 23155,52 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********02-10301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 oktyabr 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.m-dən ibarət fərdi yaşayış evi Qanuni nümayəndə mülkiyyətindədir. Bakı Şəhəri23 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-2277 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş, 05 noyabr 2021-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən ünvan 3 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.m-dən ibarət fərdi yaşayış evi) Qanuni nümayəndə tərəfindən İddiaçınə ofis kimi icarəyə verilmişdir. “İcarə müqaviləsi”nə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********9 nömrəli, 19 noyabr 2021-ci il tarixli Arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi,ofis 4K ünvanı cəmiyyətin ofis, anbar və istehsalat obyekti kimi **********-17004 kodu ilə uçota alınmışdır. Bundan sonra, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-stehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən 10/92-326 nömrəli abonet kodunun adını F/ş F.K.Ələkbərovdan İddiaçı adına dəyişdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, cəmiyyət ilə icarəyə verən şəxsarasında bağlanmış 05 noyabr 2021-ci il tarixli “İcarə müqaviləsi”nin 1.2-ci bəndinə əsasən cəmiyyət icarəyə götürmüş olduğu sahəni ofis, sex və digər xidmətlərin həyata keçirilməsi məqsədi ilə istifadə edəcəyini, həmin Müqavilənin 6.3.4-cü bəndinə uyğun olaraq isə cəmiyyət icarə müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində icarəyə götürmüş olduğu sahənin qorunub saxlanılmasını və kommunal xidmətlərin (elektrik enerjisi, su, kanalizasiya və s.) ödənilməsini öz üzərinə götürmüşdür. Belə ki, elektrik enerjisinin sərfiyyatının istifadəsində və hesablanmasında yaranmış yaranmış problemin aradan qaldırılması məqsədi ilə cəmiyyət 24 yanvar 2025-ci il tarixdə ərizə ilə cavabdeh təşkilatın qurumuna ərizə ilə müraciət etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən 28 yanvar 2025-ci il tarixdə elektrik sayğacına baxış zamanı 059568 saylı akt tərtib edilmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, icarəyə götürülmüş obyektin elektrik sayğacına baxış zamanı elektrik sayğacın daxili qüsuru səbəbindən yüksüz rejimdə belə elektrik enerjisinin hesabatını aparı, sayğacın proqram təminatını pozulmuş və yeni ilə əvəz olunması tələb olunmuşdur. Bundan sonra, elektrik sayğacı cavabdeh qurum tərəfindən labarotoriya şəraitində yoxlanılaraq, müəyyən olunmuşdur ki, sayğacın displey “Maga” yazısını işıqlandırır, sayğacın proqram əlavəsi oxuması zaman, sayğaca mütəmadi olaraq “neodim maqnit” vasitəsi ilə müdaxilə edildiyi mühaşidə olunduğu, bu səbəbdən sayğacın proqram təminatın pozulması və sayğacın qeyri-real göstəricilər və xəta faizləri işıqlandırılması qənahətinə gəlinmiş və iddiaçı tərəfindən istifadə edilməmiş elektrik sərfiyyatı üzrə borcunun 21254,20 manat təşkil etdiyi etməsi barədə xəbardar edilmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı MMC icarəyə götürdüyü obyektin elektrik enerjisinin istifadə etmiş olduğu sərfiyyatına görə ödənişləri hazırkı vaxta kimi vaxtında icra etmişdir. Cəmiyyətin istehsalat sahəsi üzrə fəaliyyəti olmuşdur. 2024-cü ilin əvvəllərində istehsalat fəaliyyəti üzrə işlərn dayandırmış və cəmiyyət başqa fəaliyyət növü ilə işinə davam etmişdir. Cəmiyyətin fəaliyyətinin istehsalat dövründə elektrik enerjisi sərfiyyatı ay ərzində təxminən 5415,26 manat civarında təşkil etmişdir. Cəmiyyətin istehsalat fəaliyyəti üzrə işləri dayadırıldıqdan sonra elektrik enerjisinin sərfiyyatının aylıq ödənişi təxminən 1002 manat məbləğinə qədər enmişdir. Bunlara baxmayaraq cəmiyyətin elektrik enerjisinin sərfiyyatı üzrə cavabdeh 2025-ci ilin yanvar və fevral ayları üzrə 21254,20 manat məbləğində sərfiyyat hesablanmışdır. Həmin elektrik enerjisinin sərfiyyatı üzrə cəmiyyətə hesablanmış məbləğ əsassızdır və realığı əks etdirmir. Bundan başqa icarəyə götürmüş ofisin elektrik sayğacı obyektdən kənarda yerləşir bu səbəbdən həmin elektrik sayğacında baş verən qüsura görə iddiaçının müdaxilə etmək imkanı mümükün deyildir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, sayğacın qüsurlu olması yanvar ayında müəyyən edilib və akt tərtib edilmiş, hesablama aparılmışdır. 6 yanvar 2025-ci il tarixə kimi heç bir etirazları olmamışdır. Onlar dekabr və yanvar ayları üzrə xx.xx.2025-xx.xx.2025-ci il tarixli qaimələr üzrə məbləği mübahisələndirirlər. Sayğac iddiaçı tərəfdən 28 yanvar tarixində götürülmüşdür. Onlarda sual doğuran məqam budur ki, faktiki yazılmış borc məbləği müvəqqəti sayğacın sərfiyyat göstəricilərinə uyğun hesablanıb yoxsa istinad olunan orta aylıq sərfiyyata uyğun hesablanmışdır. Hazırda Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli göndərilmiş xəbərdarlığa əsasən iddia tələblərində 21254 manat məbləğin silinməsini tələb ediblər. Özləri də həmin dövrdə müəyyən sərfiyyat olduğunu və xəbərdarlıq məktubunda qeyd edilən borc kimi göstərilən məbləğin bir hissə ilə razıdırlar. İddia tələbinin hansı hissədə təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. İddia tələbinin artırılması barədə xx.xx.2025-ci il tarixli ərizəni onunla əsaslandırılmışdır ki, hazırkı işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış və tələb olunan əsassız məbləğ 21254,20 manat deyil, 23155,52 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus sayğaca xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı aşkar olunmuşdu ki, obyektə məxsus elektrik sayğacı daxili qüsur səbəbindən yüksüz rejimdə elektrik enerjinin hesabatını aparır. Sayğacın proqram təminatı pozulmuşdur. Elektrik sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” X7 tabeliyindəki "xxxx" MMC tərəfindən tərtib edilmiş “Elektrik sayğacının yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli, DY Q/M 025/18 nömrəli Protokola əsasən müəyyən edilmişdir ki, sayğac displeyi “MAGA” yazısını işıqlandırır. Sayğacın proqram əlavəsi oxunan zaman sayğaca mütəmadi olaraq “neodim maqnit” vasitəsilə müdaxilə edildiyi müşahidə olundu. Bu səbəbdən sayğacın proqram təminatı pozulub və sayğac qeyri-real göstəricilər və xəta faizləri işıqlandırır. İddiaçının iddia tələbində qeyd etdiyi məbləğ baxış zamanı akt əsasında hesablanıb yazılmamışdır. Həmin məbləğ elektrik enerjisinin sərf olunmasına görə hesablanmışdır. Abunə haqqında məlumat vərəqindən və Hesab ödəniş vərəqələrindən göründüyü kimi xx.xx.2025-ci il tarixdə 11494,75 manat, xx.xx.2025-ci il tarixdə isə 11620,77 manat məbləğində sərfiyyat hesablanmışdır. Laborator yoxlamadan göründüyü kimi sayğaca müdaxilə edilmişdir. Bu müdaxiləni texniki vasitə olmadan vizual olaraq görmək və ya müəyyən etmək qeyrimümkündür. Odur ki, İddiaçı MMC tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********02-10301 reyestr nömrəli,********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı reyestrrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən,0,3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023,80 kv.m.-dən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlak Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. Qanuni nümayəndə (icarəyə verən) ilə İddiaçı MMC (icarəyə götürən) arasında imzalanmış 05 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən özünə məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 4023,80 kv.m. qeyri-yaşayış sahəsi icarəyə verməyi, icarəyə götürən isə qanunvericiliyə və müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi, həmin sahəsən sex və ofis xidmətlərin həyata keçirilməsi məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 8.1-ci bəndindən görünür ki, tərəflərdən hər biri bu müqaviləyə ancaq digər tərəf bu Müqaviləyə müvafiq olaraq hər hansı öhdəliklərini icra etmədiyi halda və bundan-başqa, müqaviləni pozmuş Tərəfin digərindən öhdəliklərin yerinə yetirllməməsl, haqqında yazılı bildiriş aldığı andan 1 (bir) ay ərzində hərəkətlərindən irəli, gələn pozuntuları aradan qaldırmadığı halda xitam verə bilər. Əgər İcarəyə verən bu Müqaviləyə xitam vermək üçün yuxarıdakı hüququndan istifadə edərsə, o, icarəyə bu Müqavilənin xitamı haqqında pozuntu İcarə haqqının ödənilməsi İlə bağlıdırsa İcarəçi tərəfindən pozuntu aradan qaldırılmadığı tarixdən dərhal, digər hallarda isə üç (3) ay əvvəl yazılı bildiriş verməlidir. Əgər İcarəçi bu Müqaviləyə xitam vermək üçün yuxarıdakı hüququndan istifadə edirsə, o, İcarəyə verənə bu Müqavilənin xitamı haqqında İcarəyə verən tərəfindən pozuntu aradan qaldırılmadığı tarixdən etibarən 3 (üç) ay əvvəl yazılı bildiriş verməlidir. Səbail rayon ESİ tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müəsisə tərəfindən istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 27 fevral 2025 il tarixdə olan borc 21254,20 manat təşkil edir və 05 mart 2025 il tarixə qədər borc tam ödənilməsə müəssisənin elektrik enerji təchizatı 12:00 dayandırılacaqdır. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin Müqaviləsinə əsasən 10/92-326 nömrəli abonet kodunun adını F/ş F.K.Ələkbərovdan İddiaçı adına dəyişdirilməsi nəzərdə tutulmuşdur. 28 yanvar 2025-ci il tarixli, 059568 saylı akta əsasən icarəyə götürülmüş obyektin elektrik sayğacına baxış zamanı elektrik sayğacın daxili qüsuru səbəbindən yüksüz rejimdə belə elektrik enerjisinin hesabatını apardığı, sayğacın proqram təminatını pozulduğu üçün yeni ilə əvəz olunması tələb edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” X7 tabeliyindəki "xxxx" MMC tərəfindən tərtib edilmiş “Elektrik sayğacının yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli, DY Q/M 025/18 nömrəli Protokola əsasən müəyyən edilmişdir ki, sayğac displeyi “MAGA” yazısını işıqlandırır. Sayğacın proqram əlavəsi oxunan zaman sayğaca mütəmadi olaraq “neodim maqnit” vasitəsilə müdaxilə edildiyi müşahidə olundu. Bu səbəbdən sayğacın proqram təminatı pozulub və sayğac qeyri-real göstəricilər və xəta faizləri işıqlandırır. "xxxx" ASC tərəfindən tərtib olunmuş abunə haqqında məlumatdan görünür ki, hüquqi şəxs İddiaçı MMC-yə məxsus sayğacın göstəricilərinə əsasən sərfiyyat 3.005,00 manat hesablanmış, aktlar üzrə 6036,655 manat, ödəmələr üzrə 168145,77 manat, qalıq məbləğ 24193,32 manat qeyd olunmuşdur. MT2410 seriyalı, 11170456 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 10753 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 1182,83 manat, MT2412 seriyalı, 11407600 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 21012kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 2311,32 manat, MT2501 seriyalı, 10224711 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 36956 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 4065,1599 manat, MT2501 seriyalı, 11373499 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 91958 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 11494,7499 manat, MT2502 seriyalı, 11099411 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 92966,12 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 11620,765 manat, MT2503 seriyalı, 10801888 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 12546,08 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 1568,26 manat hesablanmaqla, "xxxx" ASC tərəfindən İddiaçı MMC -yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" İstehsalat Birliyinə xx.xx.2025-ci il tarixli borcun silinməsi tələbi barədə pretenziya məktubu ünvanlanaraq 10/92-326 Ns-li abonent koduna hesablanmış 21254,20 (iyirmi bir min iki yüz əlli dörd manat 20 qəpik) manat olan borcun iki gün ərzində silinməsi barədə göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********17 saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 154 manat, xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, 6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş YŞahid2 bildirmişdir ki, sayğac onlara xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. Sayğaca baxış keçirilən zaman displeydə Maqa yazısı əks olunmuşdur. Maqa yazısı da olduqda sayğaca maqnit təsirinin olması qənaətinə gəlmək olur. Sayğaca maqnitlə təsir mütəmadi olaraq olduğu üçün sayğacın proqram təminatı pozulmuşdur. Sayğacın proqram təminatı pozulduğu üçün onun göstəricisi qeyri-real sayılmışdır. Tərəfin mübahisələndirdiyi 6 yanvardan sonra olan göstəricilər real göstərici deyildir. Bu maqnit adi maqnitlərdən daha güclüdür, məhz sayğaclar üçündür. Onu sayğaca yapışdırdıqdan sonra uzun müddət qaldıqda sayğacın beyni pozulur. Maqnit yapışdırılan zaman göstəricilər bəzən daha çox aşağı düşür bəzənsə yuxarı qalxır. Bu sayğacda artım olmuşdur. Hər sayğacda müxtəlif formada özünü büruzə verir. Maqnit çox güman ki, sərfiyyatı dayandırmaq, sərfiyyatın yazılmaması məqsədi ilə sayğaca quraşdırılıb. Bəzən maqnit qoyulması sayğaca mənfi təsir etməyə bilər. Sayğaca maqnit yapışdırdıqda bu sayğacda kənar müdaxilə kimi görünmür. Çünki o görünən vizual hissəyə qoyulduğu üçün sadəcə möhürə müdaxilə olur. Onlar sayğacın yaddaşını oxuduqda ona 48 dəfə maqnit təsiri olduğunu görüblər, sadəcə sayğacın yaddaşı 10 dəfə olan müdaxiləni göstərib. xx.xx.2025-ci il tarixdə ilk müdaxilə olunmuşdur. Sayğacın beyni 2024-cü ilə aid tarixləri göstərmədiyi üçün həmin tarixdə müdaxilə olunubolunmadığını aşkar edə bilməyiblər. Protokolda bütün tarixlər və hansı dəqiqələr arasında müdaxilə olunduğu qeyd edilib. "xxxx" ASC sayğac yenisi ilə dəyişdirilərkən tərəfə bu barədə şifahi məlumat verilir və abonent də istədiyi zaman yoxlama keçiriləndə həmin prosesdə iştirak edə bilər. Maqniti hər dəfə sayğacın üzərinə qoyduqda göstərici dayanır, götürdükdən sonra isə sayğac sərfiyyatı qeydə alır.Sayğacın beyninin pozulması məhz maqnitə görə olmuşdur. Maqnitin kənardan sayğaca qoyulması onun proqram yaddaşını sıradan çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Azər oğlu bildirmişdir ki, laboratoriya yoxlamasında birbaşa iştirak etməmiş, sadəcə yoxlama proseduru barədə məlumatlıdır. Yoxlama aparılan zaman adətən sektor müdürü və mütəxəssislər iştirak edirlər. Sayğaclar "xxxx" ASC tərəfindən onlara torbada möhürlü formada təqdim edilir. Onlar həmin sayğacları kamera görüntüləri altında açır və bütün proseslər video-yazı vasitəsi ilə qeydə alınır. Həmin sayğaclar xüsusi program təminatı vasitəsi ilə yoxlanılır. Mübahisə gedən sayğacın yoxlama proseduru zamanı sayğacın displeyində Maqa yazısı əks olunmuşdu. Bu o deməkdir ki, sayğaca maqnitlə müdaxilə olunub. Laboratoriya müdiri olaraq onlar nəyi müəyyənləşdirmişdisə rəydə onu yazmış və rəy də "xxxx" ASC-nin nümayəndələrinə təhvil verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.6-cı bəndinə əsasən istehlakçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”inə əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidləri dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddiaçı onun icarəsində olan obyektə qoşulmuş sayğacın düzgün işləmədiyini cavabdehə bildirmiş və cavabdeh tərəfindən qanunvericiliyə uyğun sayğaca baxış keçirilən zaman elektrik sayğacın daxili qüsuru səbəbindən yüksüz rejimdə belə elektrik enerjisinin hesabatını apardığı aşkar edilərək sayğacın proqram təminatını pozulduğu üçün yenisi ilə əvəz olunması tələb edilmiş və yeni sayğacla əvəz edilmişdir. Bundan sonra elektrik sayğacı laboratoriyada yoxlanılarkən sayğac displeyinin “MAGA” yazısını işıqlandırdığı, sayğacın proqram əlavəsi oxunan zaman sayğaca mütəmadi olaraq “neodim maqnit” vasitəsilə müdaxilə edildiyi müşahidə olunmuş, bu səbəbdən sayğacın proqram təminatı pozulmuş və sayğac qeyri-real göstəricilər və xəta faizləri işıqlandırdığı müəyyən edilmişdir. Məhkəmə iclasında laboratoriyada yoxlamanı aparmış YŞahid2 dindirilərkən sayğaca neodim maqnit vasitəsi ilə 48 dəfə müdaxilə edildiyini, həmin müdaxilənin sayğacın göstəricisinin real göstəricidən az göstərməsi məqsədi ilə edildiyini, uzun müddət neodim maqnit ilə müdaxilə nəticəsində əks effekt verərək sayğac göstəricisini artıq göstərdiyini, cədvəldə yalnız son 10 dəfə müdaxilənin vaxtlarının qeyd edildiyini, həmin vaxtlarında düzgün qeyd edilməmək ehtimalı olduğunu, 2024-ci il üzrə edilmiş müdaxilələrinin vaxtlarının qeyd olunmadığını bildirmişdir. YŞahid2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş cədvəldə sayğaca xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi son 10 dəfə maqnitlə edilmiş müdaxilələr qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının icarəsində olan əmlakdakı sayğacının göstəricisinin düzgün olmamasının səbəbi həmin sayğaca neodim maqnitlə uzun müddət müdaxilə edilməsi olmuşdur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.7-ci bəndinə əsasən həmin sayğacın qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik iddiaçının üzərinə düşür. Həmçinin mütəxəssisin dediklərindən də aydın olur ki, sayğaca məhz neodim maqnitlə müdaxilə edilməsinin məqsədi onun real enerji sərfiyyatına görə olan göstəricidən daha aşağı göstərici qeyd etməsi olmuşdur ki, bu da başqa şəxsin deyil, iddiaçının maraqlarına xidmət edir və müdaxilənin iddiaçı tərəfindən edilməsi istisna olunmur. Sadəcə uzun müddət müdaxilə nəticəsində proqram təminatı pozulduğu üçün əksinə, daha artıq göstərici qeydə almışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğ cavabdeh tərəfindən yoxlama keçirilməsi nəticəsində akta əsasən yazılmamış, sayğacın göstəricisinə əsasən qeyd edilmiş və həmin məbləğin yüksək olmasının təqsirkarı iddiaçının özü olmuşdur. Belə olan halda, “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən cavabdeh qanunvericiliyin tələblərinə əməl etməklə sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü, iddiaçının işləmə saatı nəzərə alınmaqla yenidən hesablamalı idi. Lakin sayağaca 48 dəfə müdaxilə edildiyi və son 10 dəfə müdaxilədən əvvəlki müdaxilələrin vaxtlarının bilinmədiyi, hətta 10 dəfə müdaxilənin tarixlərinin də dəqiq olmadığı halda sonuncu dəfə düzgün göstəricinin hansı vaxtda olmasını, ona uyğun hesablama aparmasını müəyyən etmək qeyri-mümkündür və belə olan halda məhkəmə hesab edir ki, sayğacın qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik iddiaçının üzərində olduğu halda elektrik enerjisinin talanması məqsədilə sayğaca müdaxilənin nəticələrinə və yenidən hesablama aparılmasının qeyri-mümkünlüyünə görə məsuliyyət də iddiaçının üzərinə düşür. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar