Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3005/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X1, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" LLC-nin Cavabdeh ASC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" LLC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (indiki Cavabdeh ASC) 1.310.760 (Rus rublu) - yəni 28.113,71 manat, 500 manat zərər, yəni vəkilə xidmət haqqı olaraq 300 manat və iş üzrə ödənilmiş 200 manat mediasiya xərcinin ümumilikdə 28.613,71 manat alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kemex İnternational LLC” ilə "xxxx" MMC arasında bağlanmış 015/22 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən təchiz edilmiş 3240 ton kvars qumu barədə üzləşmə aktı tərtib edilmişdir. Beləliklə, ötən ilin dekabr ayında müəssisənin Kemex İnternational LLC şirkətinə 288 ton kvars qumu üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 1.310.760 (Rus rublu)-yəni 28.113,71 manat məbləğində borcu yaranmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq, borc bu günədək ödənilməyib. Məhkəmənin nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 fevral 2023 il tarixli 45 saylı sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh ASC "xxxx" MMC-nin tam hüquqi varisidir. Dəfələrlə cavabdehə 1.310.760 (Rus rublu)-yəni 28.113,71 manat borcunu ödəməsini bildirsələr də, cavabdeh bu günə qədər onlara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən tərəflərindən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2023-cü il saat 12:00 tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator X3 tərəfindən xx.xx.2023-cü il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1/2023-00137 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə tərəflərindən 200 (iki yüz) manat haqq ödənilmişdir. Hazırda cavabdeh "xxxx" MMC-dən 1.310.760 (Rus rublu)-yəni 28.113,71 manat pul məbləğini başqa qayda da ala bilmədiklərindən məhkəməyə müraciət edirlər. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaya qarşı etiraz verərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazında qeyd etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində maraqların və hüquqların müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” əməl edilməsinin zəruri olmasına istinad edilir. (Zvierzinski Polşaya qarşı iş üzrə19 iyun 2001 -ci il tarixli qərarın 71 -ci paraqrafı). Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə mülki hüquq subyektlərinin bərabərliyi və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipləri Mülki qanunvericiliyin əsas prinsiplərinə aiddir. MM-nin 425.1-ci maddəsinə görə isə tərəflərdən hər biri öhdəlikdən irəli gələn tələbləri tərəflər arasında şərtləndirilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə icra etməlidir. "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı “015/22 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair” iddia tələbini iddiaçı tərəfindən yuxarıda qeyd edilən “ədalətli tarazlığa”, vicdanlılığa və müqavilə ilə müəyyən edilmiş öhdəliklərə əməl edilməməsi, faktiki olaraq iddiaçıya əvvlcədən ödənilmiş 70.400 ABŞ dollarına görə cəmi 12.760 ABŞ dolları dəyərində mal təchiz etməsi, qalan məbləğdən 50.600 ABŞ dollarının əvəzində mal verməməsi və ya həmin məbləği indiyədək qaytarmaması, habelə aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər və ona görə də məhkəmədən sözügedən iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş edirlər: - iddiaçı iddia ərizəsində müqavilə üzrə bütün öhdəliklərini qüsursuz şəkildə yerinə yetirdiyini bildirir. Lakin, Tərəflər arasında 1 deyil, 2 müqavilə (xx.xx.2022-ci il tarixli 015/22 nömrəli və xx.xx.2022-ci il tarixli, 016-22 nömrəli müqavilə) bağlanmışdır və həmin müqavilələr xx.xx.2023cü il tarixinədək qüvvədədr. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən iddiaçı hər müqavilə üzrə 5850 ton kvars qumu, ümumilikdə 11700 ton Mal göndərməli olduğu halda iddia ərizəsində də qeyd edildiyi kimi cəmi 3240 ton Mal göndərib; - iddia ərizəsində göndərilmiş Malın ümumi miqdarı (3240 ton) göstərilsə də, tərəflər arasında bağlanmış müqavilələrə əsasən, göndərilən malın neçə tonunun rus rublu ilə, neçə tonunun isə ABŞ dolları ilə ödənilməli olması, bilərəkdən, göstərilməmişdir. Əslində iddiaçı tərəfindən, gömrük bəyannamələrinə əsasən, xx.xx.2022-ci ildən 24.01,2023-cü ilədək ümumi məbləği 13.982.300 rus rublu olan 3167 ton 500 kq rus rublu ilə ödənilməli kvars qumu göndərilmişdir. Cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarxinədək həmin mala görə 12.041.280 rus rublu ödənilmişdir. Yəni tərəflərindən ödənilən rus rublu göndərilən malın dəyərindən 1.941.020 (13.982.300-12.041.280=1.941.020) rus rublu məbləğində az olmuşdur. Lakin iddiaçı, cəmi bir dəfə, xx.xx.2022-ci il tarixində, dəyəri ABŞ dolları ilə ödənilməli olan 72 ton 500 kq miqdarında Mal göndərmişdir. Həmin Mala görə 12.760 ABŞ dolları ödənilməli olduğu halda cavabdeh tərəfindən əvvəlcədən, yəni 14,20,21 iyun və 07 iyul 2022-ci il tarixlərində iddiaçıya cəmi 70.400 ABŞ dolları ödənilmişdir. Həmin məbləğdən iddiaçı 05 dekabr 2022-ci ildə 7.040 ABŞ dollarını cavabdehə qaytarmışdır. Lakin iddiaçının müqavilələr üzrə verməli olduğu malı vermədiyinə görə, cavabdehə qaytarmalı olduğu məbləğ 50.600 (70.400-12.760-7.040=50.600) ABŞ dolları olmalı idi. Beləliklə, cavabdehin iddiaçıya 3167,5 ton miqdarında 13.982.300 rus rublu dəyərində Mala görə borcu 1.941.020 rus rublu məbləğində, iddiaçının isə cavabdehə borcu 50.600 ABŞ dolları məbləğindədir. Azərbaycan manatı ilə hesablanarsa cavabdehin borcu təqribən 41.635 manat, iddiaçının borcu isə 86.020 manatdır. Yəni, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. - tərəflər arasında alqı-satqı müqavilələrinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmasını nəzərə alaraq, tərəflərindən iddiaçıya dəfələrlə müqavilə əlaqələrinin davam etdirilməsi barədə təklif edilməsinə və konkret olaraq borcun dəqiq məbləğini müəyyən etmək üçün üzləşmə aktı layihəsi göndərilməsinə baxmayaraq iddiaçı bundan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hesab edirlər ki, iddiaçının xx.xx.2023-cü il tarixindən, yəni “ASK Şüşə“ MMC-nin Cavabdeh ASC-yə çevrilməsindən sonra, müqavilə əlaqələrini davam etdirməməsinin səbəbi tender yolu ilə bağlanmış və ilkin satış qiyməti hər tona görə 58,8 ABŞ dolları müəyyən edilmiş kvars qumunun qiymətinin sonradan nəyə görə hər tonunun 176 ABŞ dollarına qaldırılması, habelə hər tonu 4.520 rus rublu müəyyən edilmiş kvars qumunun sonradan (720 tona görə) 4.972 rus rubluna qaldırılması məsələləri ilə bağlıdır. Məhz bu suallara aydınlıq gətirilməsi tələb edildiyinə görə də iddiaçı cavabdehlə istənilən kontaktdan yayınır və mübahisəni Məhkəmə yolu ilə çözməyə üstünlük verir. - iddiaçının heç bir əsaslanma, hesablama və izah vermədən 500 manat zərərə (əldən çıxmış faydaya) görə irəli sürdüyü tələbin də hüquqi əsası yoxdur. Mülki qanunvericiliyin tələblərinə görə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməzdən əvvəl həmin zərərin və ya əldən çıxmış faydanın olması sübut edilməlidir. MM-nin 443.4cü maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutlmayıbsa (Tərəflər arşında bağlanmış Müqavilələrdə ayrı qayda nəzərdə tutulmayıb) borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qoyula bilər. İddiaçı öhdəlikdə nəzərdə tutufan müddətdə təchiz etməli olduğu 11700 ton əvəzinə həmin müddətdə cəmi 3240 ton Mal verdiyini təqdim edib və hesabında əvvəlcədən mala görə ödənilmiş məbləğ olmasına baxmayaraq, birtərəfli qaydada öhdəliklərin icrasından imtin edib. Mediasiya prosesində məsələnin həlli ilə əlaqədar borcların Üzləşmə aktının tərtib edilməsi barədə təklifləri iddiaçı tərəfindən qəbul edilmədi. İddiaçı göstərilən məbləğin dərhal ödənilməsi tələbində israrlı olduğunu bildirdi. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ASC-dən 1.310.760 (Rus rublu) - yəni 28.113,71 manat, 500 manat zərər, yəni vəkilə xidmət haqqı olaraq 300 manat və iş üzrə ödənilmiş 200 manat mediasiya xərcinin ümumilikdə 28.613,71 manat alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaya qarşı vermiş olduğu etiraza əlavə verərək, əlavədə qeyd etmişdir ki: - iddiaçı tərəfin cavabdehə ödəniş üçün təqdim etdiyi AZ020/22 saylı 14 iyun 2022- ci il tarixli invoysa əsasən cavabdeh 015/22 saylı müqavilə üzrə xx.xx.2022- ci il tarixində 17.600 ABŞ dolları; xx.xx.2022-ci il tarixli AZ022/22 saylı invoys üzrə xx.xx.2022-ci il tarixində 17.600 ABŞ dolları; xx.xx.2022-ci il tarixli AZ023/22 saylı İnvoys üzrə xx.xx.2022-ci il tarixində isə 17.600 ABŞ dolları-cəmi 015-22 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 52.800 ABŞ dolları ödəmişdir. Sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən “satılan mallar tərəflər arasında imzalanmış təhviltəslim aktı əsasında təhvil verilir.” Malın Respublikadan kənardan gətirildiyini nəzərə alaraq tərəflər müqavilə üzrə malın gətirilməsi üçün sübut kimi Gömrük bəyannamələrini qəbul etmişlər. Gömrük bəyannamələrinə əsasın iddiaçı 015-22 saylı müqavilə üzrə ödənilmiş 52.800 ABŞ dollarına görə cavabdehə 12.760 ABŞ dolları dəyərində (72 ton 500 kq) mal göndərmişdir. İddiaçı məhkəmənin gedişində xx.xx.2022-ci il tarixli 016-22 nömrəli müqavilə üzrə tərəflər arasında mal təchizatının həyata keçirilmədiyini bəyan etsə də fakt bu iddianın əksini sübut edir. Belə ki, iddiaçı 24 iyun 2022-ci il tarixində həmin müqavilə üzrə ödəniş edilməsi üçün cavabdehə AZ026/22 saylı 35.200 ABŞ dolları məbləğində invoys təqdim etmiş və bunun əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 17.600 ABŞ dolları ödənilmişdir. Lakin həmin ödənişə görə İddiaçı mal göndərməmiş və 05 dekabr 2022-ci il tarixində pulun bir hissəsini, yəni 7.040 dollarını geri qaytarmışdır. Beləliklə, ödəniş sənədləri və gömrük bəyannamələri ilə sübut edilir ki, iddiaçıya cavabdeh tərəfindən 015-22 saylı müqavilə üzrə ödənilmiş 52.800 ABŞ dollarının əvəzində iddiaçı cavabdehə cəmi 12.760 ABŞ dolları dəyərində mal göndərmişdir. Yəni, həmin müqavilə öhdəlikləri üzrə iddiaçının cavabdehə 40.040 ABŞ dolları, 016-22 nömrəli müqavilə üzrə isə 10.560 ABŞ dolları: ümumilikdə (hər iki müqavilə üzrə) 50.600 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı tərəf əlavə olaraq qeyd etmişlər ki, onlar qəbul edirlər ki, cavabdeh tərəfindən 70.400 ABŞ dolları ödəniş edilib. Onların cavabdehə borcları yoxdur. Cavabdeh artıq ödəniş etmişdi və onlar həmin borcu geri qaytardılar. Cavabdeh hər verilən mala görə ödəniş edirdi, lakin sonuncu malın ödənişi edilmədi. 15 saylı müqavilə üzrə ABŞ dolları ilə mal verilib və qarşı tərəf ödəniş edib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmçinin bildirmişdir ki, borc 1.301.760 Rus rublu məbləğindədir. İddia ərizəsində texniki səhvə yol verilmişdir. Məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, iddiaya qarşı vermiş olduqları etirazın və ona əlavənin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən təqdim edilən bəyannamələr etirazda qeyd etdikləri halların sübutudur. Rus rublu ilə olan müqavilə üzrə onların borcları var. 15 saylı müqaviləyə 1 nömrəli qoşmada Rus rublu ilə ödəniş edilməli olduğu göstərilib. 14 iyun 2022-ci il tarixdə ödəniş edilib. 016 saylı müqavilə isə xx.xx.2023-cü il tarixdə hələ bağlanmamışdır. Onlar qeyd edirlər ki, iddiaçının da onlara borcu var. Ödəniş sənədləri və gömrük bəyannamələri ilə sübut edilir ki, iddiaçıya cavabdeh tərəfindən 015-22 saylı müqavilə üzrə ödənilmiş 52.800 ABŞ dollarının əvəzində iddiaçı cavabdehə cəmi 12.760 ABŞ dolları dəyərində mal göndərmişdir. Yəni, həmin müqavilə öhdəlikləri üzrə iddiaçının cavabdehə 40.040 ABŞ dolları, 016-22 nömrəli müqavilə üzrə isə 10.560 ABŞ dolları: ümumilikdə 50.600 ABŞ dolları borcu vardır. Nümayəndə məhkəmə iclasında oa verilən sullara cavab olaraq bildirmişdir ki, Rus rublu ilə tələb ediləndən daha çox borcları var. Lakin əvəzləşdirəndə iddiaçının onlara borcu var. ABŞ dollar ilə bağlı olan müqaviləyə sonrada dəfələrlə əlavələr edilib. xx.xx.2022-ci il tarixli, 01522 saylı müqavilə birinci müqavilədir. 12.041.280 rus rublu məbləğində ödəniş edilib. Ödənişlər ilə bağlı mübahisə yoxdur. İddiaçının təqdim etdiyi üzləşmə aktında qaytarılan məbləğin həcmi düz göstərilib. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" LLC (icraçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı Ümumi həcmi QOST 22551 -77, BC-030-B markalı 5850 ton kvars qumunu Sifarişçiyə satır. 1.2-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən miqdarda kvars qumunun dəyərini icraçıya ödəyir. 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (adı, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır. 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. 2.3-cü bəndinə əsasən icraçı tələb olunan malları sifarişçinin yerləşdiyi ünvana öz hesabına çatdırır. 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəyir. 3.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. 3.3-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə ABŞ dollar ilə həyata keçirilir. 4.1-ci bəndinə əsasən mallar sifarişlərin verildiyi tarixdən sonrakı 21 (iyirmi bir) iş günü ərzində “İcraçı” tərəfindən Sifarişçiyə çatdırılır. Malın (Malların) İcraçı tərəfindən Sifarişçiyə çatdırılması müvafiq təhvil sənədi ilə rəsmiləşdirilir. 4.2-ci bəndinə əsasən mallara mülkiyyət hüququ və mallarla əlaqədar olan bütün risklər mallar sifarişçiyə çatdırıldıqdan sonra icraçıdan sifarişçiyə keçir. 4.3-cü bəndinə əsasən mallar bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində Sifarişçiyə çatdırılmadığı təqdirdə icraçı ilk 7 (yeddi) təqvim günü ərzində hər gecikdirilən gün üçün çatdırılmamış Malın dəyərinin 1 (bir) faizi məbləğində, sonrakı müddətdə isə hər gecikdirilən günə görə çatdırılmamış Malın dəyərinin 2(iki) faizi həcmində cərimə ödəyir. 4.4-cü bəndinə əsasən dəyəri əvvəlcədən ödənildikdən sonra 30 (otuz) təqvim günü müddətində mal göndərilməzsə (çatdırılmazsa) icraçı sifarişçinin maliyyə vəsaitindən (əvvəlcədən ödənilmiş məbləğdən) qanunsuz istifadə etməklə əlaqədar məsuliyyət daşıyır və həmin məbləğ qaytarılanadək hər təqvim günü üçün qanunsuz istifadə etdiyi məbləğin 50 (əlli) faizi qədərində cərimə ödəyir. 5.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər bu Müqaviləyə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 5.2-ci bəndinə əsasən tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə. Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir. 8.1-ci bəndinə görə hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-ci ilə qədər etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (1008 ton) və qiyməti (1 tonun qiyməti 58,80 ABŞ dolları olmaqla, ümumilikdə 59.270,40 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. qablaşdırma – 14 ədəd 72 tonluq hopper tipli vaqonlar
3. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
4. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
5. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (100 ton) və qiyməti (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla, ümumilikdə 17.600 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 2 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli AZ020/22 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malın (100 ton və 1 tonun qiyməti 176 ABŞ dolları olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ümumi dəyəri 17.600 ABŞ dolları təşkil edir (alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (200 ton) və qiyməti (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla, ümumilikdə 35.200 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 3 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli AZ022/22 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malın (100 ton və 1 tonun qiyməti 176 ABŞ dolları olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ümumi dəyəri 17.600 ABŞ dolları təşkil edir (alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli AZ023/22 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malın (100 ton və 1 tonun qiyməti 176 ABŞ dolları olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ümumi dəyəri 17.600 ABŞ dolları təşkil edir (alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). "xxxx" LLC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə dair 1 nömrəli qoşma olan xx.xx.2022-ci il tarixli əlavə razılaşma imzalanmışdır. Əlavə Razılaşmaya görə:
1. Tərəflər xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinin 3.3-cü bəndinin aşağıdakı redaksiyada qəbul olunmasına razılıq vermişlər: Hazırkı müqaviləyə əsasən bütün ödənişlər bank köçürməsi yolu ilə Rusiya Rublu ilə həyata keçirilir.
3. "xxxx" LLC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinin digər şərtləri dəyişilməz qalır. 1 nömrəli qoşma olan xx.xx.2022-ci il tarixli əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 4 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (360 ton) və qiyməti (1 tonun qiyməti 4.520 rus rublu olmaqla, ümumilikdə 1.627.200 rus rublu olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 4 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 5 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (720 ton) və qiyməti (1 tonun qiyməti 4.972 rus rublu olmaqla, ümumilikdə 3.579.840 rus rublu olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 5 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli AZ035/22 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malın (720 ton və 1 tonun qiyməti 4.972 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ümumi dəyəri 3.579.840 Rus rublu təşkil edir (alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 360 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 216 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 016-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 72 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2021-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022-ci il tarixli 015-22 saylı müavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 216 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022-ci il tarixli 015- 22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 72,5 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 06/0922 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (72,5 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 327.700 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 144 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 72 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 19/0922 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (72 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 325.440 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 6 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (4.200 ton) və qiyməti (1 tonun qiyməti 4.520 rus rublu olmaqla, ümumilikdə 18.984.000 rus rublu olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 6 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 216 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 28/0922 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (216 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 976.320 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 72 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 29/0922 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (72 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 325.440 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 288 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 12/1022 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (288 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 1.301.760 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 216 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 25/1022 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (216 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 976.320 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 216 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 27/1022 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (216 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 976.320 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 288 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 29/0922 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (288 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 1.301.760 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). "xxxx" LLC (icraçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2022-ci il tarixli 016-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı Ümumi həcmi QOST 22551 -77, BC-030-B markalı 5850 ton kvars qumunu Sifarişçiyə satır. 1.2-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən miqdarda kvars qumunun dəyərini icraçıya ödəyir. 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (adı, miqdarı və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır. 2.2-ci bəndinə əsasən satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. 2.3-cü bəndinə əsasən icraçı tələb olunan malları sifarişçinin yerləşdiyi ünvana öz hesabına çatdırır. 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəyir. 3.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. 3.3-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə ABŞ dollar ilə həyata keçirilir. 4.1-ci bəndinə əsasən mallar sifarişlərin verildiyi tarixdən sonrakı 21 (iyirmi bir) iş günü ərzində “İcraçı” tərəfindən Sifarişçiyə çatdırılır. Malın (Malların) İcraçı tərəfindən Sifarişçiyə çatdırılması müvafiq təhvil sənədi ilə rəsmiləşdirilir. 4.2-ci bəndinə əsasən mallara mülkiyyət hüququ və mallarla əlaqədar olan bütün risklər mallar sifarişçiyə çatdırıldıqdan sonra icraçıdan sifarişçiyə keçir. 4.3-cü bəndinə əsasən mallar bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində Sifarişçiyə çatdırılmadığı təqdirdə icraçı ilk 7 (yeddi) təqvim günü ərzində hər gecikdirilən gün üçün çatdırılmamış Malın dəyərinin 1 (bir) faizi məbləğində, sonrakı müddətdə isə hər gecikdirilən günə görə çatdırılmamış Malın dəyərinin 2(iki) faizi həcmində cərimə ödəyir. 4.4-cü bəndinə əsasən dəyəri əvvəlcədən ödənildikdən sonra 30 (otuz) təqvim günü müddətində mal göndərilməzsə (çatdırılmazsa) icraçı sifarişçinin maliyyə vəsaitindən (əvvəlcədən ödənilmiş məbləğdən) qanunsuz istifadə etməklə əlaqədar məsuliyyət daşıyır və həmin məbləğ qaytarılanadək hər təqvim günü üçün qanunsuz istifadə etdiyi məbləğin 50 (əlli) faizi qədərində cərimə ödəyir. 5.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər bu Müqaviləyə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 5.2-ci bəndinə əsasən tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə. Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir. 8.1-ci bəndinə görə hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-ci ilə qədər etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 016-22 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (100 ton) və qiyməti (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla, ümumilikdə 17.600 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – hər sifariş edilən partiya üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" LLC ilə (Elektron ünvan 1;) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (Elektron ünvan 2) arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, "xxxx" LLC-nin nümayəndəsi (Hikmət Məmmədov) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna (Cuneyt Cebeciyə) müraciət edərək bildirmişdir ki, bu gün daha 6 vaqon (432 ton) kvars qumu şirkətlərinin öz vəsaiti hesabına ASK Şüşə üçün sifariş edilmiş, bununla ASK Şüşənin ümumi borcu 2.278.080 Rus rublu (504 ton kvars qumu üçün) məbləğinə çatıb, təchizatın ardı kəsilməməsi üçün sözügedən borcun 15 dekabr 2022-ci il tarixədək tam ödənilməsi xahiş edilmiş, əks halda yeni sifarişlərin həyata keçirilməsi mümkünsüz olacaq, ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (Cuneyt Cebeci) müraciətə cavab olaraq bildirmişdir ki, məlumatlandırma və yardımları üçün Hikmət bəyə təşəkkür edir və borcu 15 dekabra qədər bağlayacaqlarını qeyd etmişdir. xx.xx.2022-ci il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 432 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 16/1222 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (432 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 1.952.640 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə 7 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (4.200 ton) və qiyməti (1 tonun qiyməti 4.520 rus rublu olmaqla, ümumilikdə 18.984.000 rus rublu olaraq) razılaşdırılmışdır. Həmin protokolun:
2. çatdırılma şərtləri – DAP Qaradağ rayonu (ASK Şüşə MMC)
3. ödəniş şərtləri – 2023-cü ilin yanvar aylarında çatdırılan mallar üçün ödəniş mal təhvil verildikdən sonra 3 iş günü ərzində, növbəti dövrdə çatdırılan mallar üçün 100% əvvəlcədən ödəniş.
4. bu əlavə müqavilə üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. 7 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 288 ton olan malların (QOST 22551-77, BC-030-B markalı) mənşə ölkəsi Rusiya Federasiyası, (göndərən – OOO Ташлинский ГОК (şirkəti)) yükün göndərilməsinə tapşırıq verən "xxxx" LLC (Gürcüstan), yük alan isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. xx.xx.2022-ci il tarixli 3652 nömrəli mal qaiməsindən (товарная накладная) və hesab-fakturadan görünür ki, satıcı OOO Ташлинский ГОК (şirkəti) tərəfindən təqdim edilmiş malların (288 ton və 1 tonun qiyməti 3.138 Rus rublu olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 903.744 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), yükalan və ödəyən - "xxxx" LLC-dir). xx.xx.2023-cü il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, xx.xx.2022-ci il tarixli 015-22 saylı müqavilə üzrə qablaşdırılmış (ümumi çəkisi 288 ton) olan (QOST 22551-77, BC-030-B markalı) kvars qumun (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçısı - "xxxx" LLC, idxalçısı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2023-cü il tarixli 11/0123 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, "xxxx" LLC tərəfindən təqdim edilmiş malların (288 ton və 1 tonun qiyməti 4.520 Rus rublu olan (QOST 22551- 77, BC-030-B markalı) kvars qumun) ümumi dəyəri 1.301.760 Rus rublu təşkil edir (göndərən – OOO Ташлинский ГОК (şirkəti), ixracatçı - "xxxx" LLC, idxalçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). xx.xx.2022-xx.xx.2023-cü il tarixli dövrləri əhatə edən gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, "xxxx"ın (Gürcüstan) tapşırığı ilə (göndərən – OOO Ташлинский ГОК (şirkəti)) müxtəlif çəkidə mallar (kvars qum) AR-in gömrük sərhədindən keçirilərək (dolayı təmsilçi "xxxx" MMC vasitəsilə (idxalatçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 3 nömrəli üzləşmə aktından görünür ki, "xxxx" LLC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1.301.760 Rus rublu dəyərində 288 ton kvatrs qumu (1 tonun qiyməti 4.520 Rus rublu) təhvil verilmişdir. Üzləşmə aktı "xxxx" LLC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 1 nömrəli üzləşmə aktından görünür ki, 2022-2023-cü illəri əhatə edən dövrdə "xxxx" LLC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş müxtəlif çəkidə kvats qumlarına görə müxtəlif vaxtlarda ödəniş edilmiş və xx.xx.2023-cü il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" LLC-yə olan borc məbləği 1.301.760 Rus rublu təşkil edir (ABŞ dolları üzrə borc yoxdur). Üzləşmə aktı "xxxx" LLC-nin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 fevral 2023 il tarixli 45 saylı sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MMC Cavabdeh ASC “ASCyə çevrilmişdir. Gürcüstan Ədliyyə Nazirliyi İctimai Reyestrin Milli Agentliyi İHHŞ tərəfindən verilmiş sahibkarlar və qeyri-sahibkarlar (qeyri-kommersiya) hüquqi şəxslər reyestrindən çxıarışa əsasən müəyyən edilir ki, "xxxx" LLC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı Gürcüstan Respublikasıdır, direktor Hikmət Məmmədovdur. "xxxx" LLC tərəfindən pretenziya məktubu ilə Cavabdeh ASC-yə müraciət edilərək, 1.310.760 Rus rublu məbləğində pul vəsaitinin xx.xx.2023-cü ilədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırıcı hissə:
Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə Gürcüstan Respublikasının hüquqi şəxsi "xxxx" LLC şirkəti ilə Cavabdeh ASC (çevrilmədən öncə "xxxx" MMC) arasında bağlanılmış alqı-satqı müqavilədən irəli gəlir. Həmin müqavilənin 5.2-ci bəndinə görə tərəflər müqavilənin icrası ilə bağlı bütün mübahisələrinAR-in müvafiq məhkəmələrində həll edilməsi barədə razılaşmışlar. Odur ki, məhkəmə tərəflər hazırkı mübahisəyə AR Məhkəmələrində baxılmalı olması barədə razılığa gəldiklərindən Bakı Kommersiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 450.1-ci maddəsinə əsasən hazırkı işə baxmaqda səlahiyyətlidir. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilədə (5.1-ci bənd) tərəflərin müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə AR qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşımaları müəyyən edilmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməsi olması barədə razılığa gəldiklərindən mübahisəyə AR qanunvericiliyi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı Kemex İnternational” LLC ilə Cavabdeh ASC (çevrilmədən öncə "xxxx" MMC) arasında xx.xx.2022-ci il tarixli 015/22 nömrəli və xx.xx.2022-ci il tarixli, 016-22 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 3240 ton kvarts qumu təqdim edilmiş, cavabdeh tərəfindən isə cəmi 12.041.280 rus rublu və 70.400 ABŞ dolları məbləğində pul ödənilmiş, ABŞ dolları ilə ödənilmiş pulun 7.040 hissəsi iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 015/22 nömrəli müqavilə üzrə təqdim edilmiş 288 ton malın dəyəri olan 1.301.760 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli 015/22 nömrəli müqavilə üzrə rus rublu ilə cavabdehə borcunun olması (hətta iddiaçının tələb etdiyi məbləğdən artıq məbləğdə) faktını təsdiq etsə də, ABŞ dolları ilə cavabdehin onlara borclarının olmasını, mübahisəli müqavilə üzrə 23 iyun 2022-ci il tarixdən sonra (müqaviləyə əlavə razılaşma bağlandıqdan sonra) müqavilə üzrə malların yalnız rus rublu ilə təqdim edilməli olduğu halda müqavilənin tələblərinə zidd olaraq malların bir hissəsinin ABŞ dolları ilə təqdim edildiyini iddia edir və iddianın rədd edilməsini xahiş edir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların miqdarı və cavabdeh tərəfindən ödənilmiş pul məbləğləri ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Mübahisəli hal isə malların qiyməti, yəni xx.xx.2022-ci il tarixli 015/22 nömrəli müqaviləyə 23 iyun 2022-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilə üzrə mallar üzrə ödənişlər rus rublu ilə aparılmalı olduğu halda iddiaçı tərəfindən malların bir hissəsinin qiymətinin ABŞ dolları ilə hesablanması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 15/022 saylı müqavilə üzrə cavabdehə ABŞ dolları ilə cəmi 288 ton mal təqdim edilmişdir ki, həmin mallar da xx.xx.2022-ci il tarixli 015- 22 saylı alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 2 saylı və xx.xx.2022-ci il tarixli 3 saylı əlavələrlə təsdiq edilmiş qiymətlərin razılaşması protokollarına əsasən, təqdim edilən mallardır, yəni həmin mallar xx.xx.2022-ci il tarixli əlavə razılaşma bağlanmamışdan əvvəl sifariş edilmiş və hətta dəyərləri də cavabdeh tərəfindən həmin tarixdən əvvəl ABŞ dolları ilə ödənilmişdir. Mülki Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Odur ki, xx.xx.2022-ci il tarixdə tərəflərin 15/022 saylı müqaviləyə əlavə razılaşma bağlayaraq müqavilə üzrə bütün ödənişlərin bank köçürməsi yolu ilə rus rublu ilə həyata keçiriləcəyi barədə razılığa gəlmələri barədə müddəa həmin tarixdən sonra tərəflər arasında yaranmış öhdəliklərə şamil edilməklə həmin müqavilə üzrə əvvəllər qiyməti ABŞ dolları ilə razılaşdırılmış, sifariş edilmiş və ödənilmiş malların ABŞ dolları ilə alıcıya təqdim edilməsini istisna etmir. İkincisi, cavabdehin 15/022 saylı müqavilə üzrə AŞB dolları ilə artıq ödəməsinin olması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 2 saylı və xx.xx.2022-ci il tarixli 3 saylı əlavələrə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 52.800 ABŞ dolları dəyərində 300 ton kvarts qumu (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla) təqdim edilməli idi. Həmin mallara görə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində cavabdeh tərəfindən 52.800 ABŞ dolları iddiaçıya ödənilmiş və bunun müqabilində iddiaçı tərəfindən 288 ton mal təqdim edilmişdir. Təqdim edilməmiş 12 ton malın dəyəri – 2112 (176 ABŞ dolları x12 ton) ABŞ dolları iddiaçıya qaytarılmışdır(İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı tərəfindən cavabdehə qaytarılmış 7040 ABŞ dollarının 2112 ABŞ dolları hissəsi 15/022 saylı mübahisəli müqaviləyə, 4928 ABŞ dolları hissəsi isə 16/022 saylı müqaviləyə aiddir. Belə ki, 15/022 saylı müqavilə üzrə təqdim edilməmiş malın miqdarı 12 ton, dəyəri isə 2112 ABŞ dolları olduğu halda, 16/022 saylı müqavilə üzrə 100 ton malın əvəzinə 72 ton mal təqdim edilmiş, yəni 28 ton mal (28x176 ABŞ dolları=4928 ABŞ dolları) təqdim edilməmişdir). Göründüyü kimi cavabdehin iddiaçıya 15/022 saylı müqavilə üzrə ABŞ dolları ilə artıq ödəməsinin olması da müəyyən edilmir. Rusl rublu ilə olan borca gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 15/022 saylı müqavilə üzrə bir tonu 4972 rus rublu olmaqla (müqaviləyə 5 saylı əlavə) 720 ton (720x4972=3.579.840 rus rublu) və bir tonun qiyməti 4520 rus rublu olmaqla 2160 ton (4520x2160=9.763.200 rus rublu), cəmi 13.343.040 rus rublu dəyərində 2880 ton mal təqdim edilmişdir. Bunun müqabilində isə 12.041.280 rus rublu pul ödənilmiş, yəni 1.301.760 rus rublu məbləğində borc ödənilməmiş qalmışdır. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların bir hissəsinin dəyərini – 1.301.760 rus rublu məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh ASC-dən 1.301.760 rus rublu məbləğində pul tutularaq "xxxx" LLC -yə ödənilməlidir. İddianın 1.301.760 rus rublu məbləğində borcun manatla - 28.113,71 manat məbləğində müəyyən edilərək tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 439.1-ci maddəsinə görə əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə qətnaməsi haqqında noyabr 2005-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarınının 10-cu bəndinə görə qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göründüyü kimi məhkəmə qətnaməsində xarici valyutada müəyyən edilmiş öhdəliyinin iddia ərizəsinin qaldırıldığı günün məzənnəsinə uyğun manatla müəyyən edilməsi Mülki Məcəllənin yuxarıda göstərilən normalarına, eləcə də Ali Məhkəmənin Plenumunun qərarında formalaşdırılmış mövqeyə ziddir. Bununla yanaşı iddiaçı iddia ərizəsində 500 manat məbləğində vurulmuş maddi zərərin ödənilməsi tələbini irəli sürsə də, həmin hissədə iddiasını əsaslandırmamış, o cümlədən cavabdehin öhdəliyini icra etməməsi nəticəsində ona hansı formada (real zərər və ya əldən çıxmış fayda) zərər vurulmasını konkretləşdirməmiş, eləcə də ziyanın vurulması faktını təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 174 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddianın qiymətinin 96%-i təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda iddiaçı vəkil xidmətlərinə görə 300 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, vəkil xidmətinə görə yalnız 150 manat məbləğində pulun ödənilməsi ilə bağlı qəbzi məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 1.301.760 rus rublu məbləğində borc, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və vəkil xidmətlərinin əvəzi olaraq 150 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" LLC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva