Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-301/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı cavabdehdən cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxxxx 2017-ci il tarixli, S-78 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2005ci il tarixli 737 nömrəli, xx.xx.2006-cı il tarixli 1244 nömrəli, xx.xx.2007-ci il tarixli 1790 nömrəli və xx.xx.2008-ci il tarixli 3124 nömrəli kredit müqavilələrinə əsasən yaranmışdır. Həmin borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. xx xxxxxx 2019-cu il tarixə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, izahatında bildirdi ki, mövcud iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iddia tələbinin mahiyyətindən belə anlaşılır ki, iddiaçını Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli məlum Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli məlum sərancamı ilə əlaqədar olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ həmin təşkilata keçdiyindən cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli 737 nömrəli, xx.xx.2006-cı il tarixli 1244 nömrəli, xx.xx-2007-ci il tarixli 1790 nömrəli və 21.112008-ci il tarixli 3124 nömrəli kredit müqavilələrinə əsasən yaranmış faiz borcunu tələb edir. İddianın mahiyyətinə varmadan hesab edir ki, hər dörd müqavilə üzrə borc tələbinə dair 3 illik iddia müddəti ötürüldüyündən iddia əsassızdır. Beləliklə də hər 4 müqavilənin şərtlərindən görünür ki, borcalana verilən kredit vəsaitinin istifadə müddəti 12 aydır. Axırıncı bağlanmış müqavilə üzrə də xx xxxxxx 2009-cu il tarixdə kredit vəsaitindən istifadə müddəti bitmişdir. Hətta axırıncı müqavilə götürülsə belə xx xxxxxx 2012-ci il tarixinədək bank cavabdehdən kredit borcunun və yaxud da faiz borcunun qaytarılması barədə tələb irəli sürməli idi. Deməli axırıncı bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilə üzrə tələb irəli sürülməli olan müddətdən artıq 8 il keçmişdir. Qanunda göstərildiyi kimi müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. İddianın qanuni əsaslarına və mahiyyətinin fərqinə varmadan iddiaçı Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş müddətləri buraxdığından iddiaçı təşkilatın iddiası qanuni hesab olunaraq təmin edilə bilməz. Qeyd etdiyi Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi iddiaçı olmalı bank cavabdeh tərəfindən hüquqlarının pozulduğunu vaxtında bilmiş və qanunla müəyyən edilmiş ötən bu illər ərzində hazırki mübahisə ilə bağlı hər hansı bir mübahisə qaldırmamışdır. Lakin 8 il keçdikdən sonra əsassız dəlillərlə onun əvəzindən tələb hüququ yaranan bank olmayan Kredit Təşkilatı borc ilə bağlı iddia tələbi irəli sürmüşdürlər. Bu müddətin keçməsi iddiaçının pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququndan məhrum edir. Beləliklədə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzürsüz səbəblərdən buraxmışdır. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı xx xxxxxx 1992-ci il tarixdə qeydiyyata alınmış Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 14 aprel tarixli 65s saylı Sərəncamına əsasən adı dəyişdirilərək İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərir. “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun iddiaçıya güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, iddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X1 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu iddiaçıya güzəşt edir. xx xxxxxxx 2017-ci il tarixli S-78 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. Eyni zamanda həmin aktdan görünür ki, cavabdehin kredit müqavilələri üzrə təhviltəslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinə borcu cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) təşkil etmişdir. 4 ədəd Kredit müqavilələrinin surətlərindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə xx xxxxxx 2005-ci il tarixli 737 saylı kredit müqaviləsinə əsasən 558400 ABŞ dolları, xx xxxx 2006-cı il tarixli 1244 saylı kredit müqaviləsinə əsasən 500.000 ABŞ dolları, xx xxxxxx 2007-ci il tarixli 1790 saylı kredit müqaviləsinə əsasən 1.000.000 ABŞ dolları, xx xxxxxx 2008-ci il tarixli 3124 saylı kredit müqaviləsinə əsasən 100.000 manat kredit verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci iltarixli e-2-2(113)-301/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Tələb olunan faiz borcu hansı dövrləri əhatə etməsi, tələb olunan faiz borcunun miqdarının müqavilənin şərtlərində göstərilən faiz dərəcələrinə uyğun olaraq düzgün hesablanıb-hesablanmaması barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/1108 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan xx.xx.2017-ci il tarixli akta 1 saylı əlavə, memorial orderlər, hesabdan çıxarış, xx.xx.2017-ci il tarixli arayış məlumatları və xx.xx.2005-ci il tarixli 737 nömrəli kredit sazişinin şərtlərinə müvafiq olaraq cavabdehin iddiaçıya olan borcu əsas borc 0,00 USD, faiz borcu 72.329,20 USD, xx.xx.2006-cı il tarixli 1244 nömrəli kredit sazişinin şərtlərinə müvafiq olaraq cavabdehin iddiaçıya olan borcu əsas borc 0,00 USD, faiz borcu 107.446 USD, xx.xx.2007-ci il tarixli 1790 nömrəli kredit sazişinin şərtlərinə müvafiq olaraq iddiaçının cavabdehə olan borcu əsas borc 0,00 USD, faiz borcu 587.192,00 USD, xx.xx.2008-ci il tarixli 3124 nömrəli kredit sazişinin şərtlərinə müvafiq olaraq cavabdehin iddiaçıya olan borcu əsas borc 0,00 manat, faiz borcu 10.800,00 manat müəyyən olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarları).” Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə xx xxxxxx 2005-ci il tarixli 737 saylı kredit müqaviləsinə əsasən 558400 ABŞ dolları, xx xxxx 2006-cı il tarixli 1244 saylı kredit müqaviləsinə əsasən 500.000 ABŞ dolları, xx xxxxxx 2007-ci il tarixli 1790 saylı kredit müqaviləsinə əsasən 1.000.000 ABŞ dolları, xx xxxxxx 2008-ci il tarixli 3124 saylı kredit müqaviləsinə əsasən 100.000 manat kredit verilmişdir. Cavabdehin, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında 2005-2008-ci illər ərzində bağlanmış 4 ədəd kredit müqavilələrinə əsasən borcu cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) təşkil edir. İddiaçı tərəfindən həmin borc məbləği cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun iddiaçıya güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, iddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X1 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilərək bu barədə xx xxxxxxx 2017-ci il tarixli S-78 saylı akt tərtib edilmişdir. Məhkəmə mülki qanunvericiliyə və iş materiallarına əsasən hesab edir ki, qeyd edilən kredit müqavilələri üzrə cavabdeh tərəfindən ödənilməmiş cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğlərində borc iş materiallarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/1108 saylı rəyinə əsasən təsdiq olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, vəzifələrin icra edilməməsi və ya layiqincə yerinə yetirilməməsi müvafiq məsuliyyətə, o cümlədən əmlak məsuliyyətinə səbəb olur. İşin hallarından göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borcun məbləğinə tutma borclunun əmlakına yönəldilməklə həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqna xitam verilməli, iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Belə olan halda həmin əmlaka dair iddiaçının hüquqları da qeydiyyata alınmalıdır. Məhkəmə hazırki mübahisəylə baglı cavabdehin nümayəndəsi və vəkilinin verdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinə yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşaraq aşagıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması xx xxxxxxx 2017-ci ildən sonra baş vermişdir. Belə ki, problemli aktivlərin satın alınması ilə bağlı cavabdehə verilmiş kreditlərə dair sənədlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən iddiaçının idarəetməsinə xx xxxxxxx 2017-ci il tarixli S-78 saylı aktla təhvil verildikdən sonra ona məlum olmuşdur ki, bu halda iddiaçıya münasibətdə iddia müddətinin axımı xx xxxxxxx 2017-ci il tarixdən başlanır. İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə baglı cavabdehə göndərdiyi pretenziyalara cavabdeh tərəfindən heç bir münasibət bildirmədiyini gördükdən sonra xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu halda iddia müddəti keçməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Mcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən cəmi 766.967,40 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 766.967,40 ABŞ dolları) ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 10.800,00 manat (əsas borc 0,00 manat; faiz borcu 10.800,00 manat) məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə tutulsun. Borc tələbi Cavabdehnə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilsin, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilsin, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın və müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulsun. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-301/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-301/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver