Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-301/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “X10" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6066,66 manat icarə haqqı borcu, ona hesablanmış 5460 manat cərimə borcunun və ödənilmiş 200 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “3410” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla aylıq 200 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019cu il tarixli, 238 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 3411 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “3411” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla aylıq 200 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Lakin İcarəçi ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da: 1. xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə ödənilməmiş 4400 manat icarə haqqı borcu və ona hesablanmış 3960 manat cərimə borcu; 2. xx.xx.2018-ci il tarixli, 3411 saylı icarə müqaviləsinə görə 2020-ci ilin mart, iyun və 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə ödənilməmiş 1666,66 manat icarə haqqı borcu və ona hesablanmış 1500 manat cərimə borcu; ümumilikdə iki icarə müqaviləsinə görə - 6066,66 manat icarə haqqı borcu və ona hesablanmış 5460 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar tərəfimizdən cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də tərəfimizdən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Cavabdeh “X10" MMC sistemə etiraz ərizəsi yükləmiş və etirazında bildirmişdir ki, "X10" MMC 10 ilə yaxın bir müddətdir X1 Ticarət Mərkəzində ticarət obyektini icarəyə götürmüşdür, icarə müqaviləsi əvvəlcə "xxxx" MMC ilə sonradan isə Ticarət Mərkəzinin əmlakı "xxxx" MMC balansına (istifadəsinə) keçdikdən sonra sonuncu ilə 2018-ci ildə bağlanmışdır. Ticarət Mərkəzində fəaliyyət göstərdiyimiz müddətdə icarəyə verənlə heç bir anlaşılmamazlıq və ya hər hansı digər problem yaranmamışdır. Fəaliyyətimizi Azərbaycan Respublikası qanunlarına və Vergi Məcəlləsinə uygün quraraq icarəyəverənlə 2018-ci ildən etibarən (siyahı əlavə olunur) hər ay müvafiq dövr üçün elektron qaimə faktura təqdim etmiş, biz isə öz növbəmizdə icarə haqqlarını vaxtlı vaxtında yalnız və yalnız bank hesabından köçürmə ilə ödəniş aparmışıq. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanuna görə (maddə 3) bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məcburidir. (2.1.10). Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. (2.1.11.) ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların bas verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiaedici sənədlərdir, iddia ərizəsində göstərilən icarə haqqının hesablanması cədvəli adi EXSEL kompyuter proqramında tərtib olunmuşdur və heç bir ilkin mühasibat üçot sənədini əks etdirmir. Sonuncu iki elektron qaimə fakturadan biri 2020-ci ilin mart ayı üçün təqdim edilmişdir (1/03/2020-ci il tarixindəəlavə olunur), lakin Azərbaycanda COVİD-19-la mübarizəyə artıq 2020-ci ilin fevralında başlanmışdır, mart ayının 4 tarixindən etibarən əvvəlcə İran, 14 tarixindən Türkiyə ilə sərhədlər bağlandı və sonra Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı qərarı ilə Martın 23-dən etibarən ölkədə bütün “Mallar" və iri ticarət mərkəzləri bağlanması səbəbindən bizim fəaliyyətimiz tam məhdudlaşdı. Martın 31-də Azərbaycanda karantin elan etildi. insanlara şəxsi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində 20 aprelə qədər qalmaq tələb olunur, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılır. Beləliklə, hər iki müqavilənin 6.1-ci bəndində göstərilən fors major halları qüvvəyə mindi. 29 may tarixində verilən qərara görə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixədək uzadıldı. Eyni zamanda, 31 may 2020-ci il tarixdən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir: o cümlədən ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall'arın fəaliyyəti bərpa olunur, iyun ayında "xxxx" MMC xx.xx.2020-ci il tarixində yalnız iyun ayı üçün növbəti elektron qaimə faktura təqdim edir (əlavə olunur). Lakin beynlxalq və şəhərlərarası sərnişin daşımaların dayandırılması Ticarət Mərkəzinin fəaliyyətini iflic etdiyindən fəaliyət göstərmək mümkün olmur. İddia ərizəsindən görünüyü kimi 2020-ci il mart ayından (güya hər iki müqavilə 30 dekabr 2021-ci il tarixində ləğv edilmişdir, yəni muqavilər ləgv olunandan 7 ay sonra) 2022-ci il 25 iyul tarixədək iddiaçı hər hansı borcun olması barədə bizə məlumat verməyib, heç bir ilkin mühasibat sənədi yəni elektron qaimə faktura təqdim etməyib, hansı ki. elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarına uyğun olaraq şəxslər istisna olmaqla, yalnız vergi ödəvicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir: (1.4.1.) bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; (1.4.2.) dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; (1.4.3.) notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. (3.7.) Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: (3.7.3.) işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində. İcarəverəndən fərqli olaraq xx.xx.20201-ci il tarixində iri ticarət mərkəzlərinin açılması qərara alındığı gün, baxmayarq ki, qərar verilmişdir ölkənin quru sərhədləri hələ də bağlı olduğu üçün (bu günədək bağlıdır) 238 saylı müqavilənin 6.4. bəndinə (əgər fors major halları və şəraiti 3 ay davamlı olaraq davam edirsə və onun bitməsi əlamətləri görünmürsə, bu Müqavilə bir Tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam oluna bilər) istinad edərək müqavilənin ləğv olunması üçün icarəverənə rəsmi müraciət etdik, ticarət obyektini dərhal boşaldaraq açarları 3-cü mərtəbənin kuratoru Emil adlı əmkdaşa təhvil verdik. Müraciətə heç bir reaksiya verməyən icarəverən müqaviənin borcunu süni surətdə 2021-ci ilin son günü 30 dekabr tarixində geri tarixlə rəsmləşdirilməsi bizim üçün aydın deyil və hesab edirik ki, məqsəd kağız üzərində borcun süni surətdə artırılması məqsədi daşıyır. 3411 saylı müqaviləyə gəldikdə, 2021-ci il iyun ayinda Beynəlxalq Avtovağzalın Ticarət Mərkəzinin açılmasına qərar verilməsinə baxmayarq mərkəz texniki cəhətdən fəaliyyətə tam hazır deyildir, başqa sözlə mərkəzin havalandırma, soyutma və qızdırlma sistemi bu günədək işləmir, yəni fəaliyyət üçün əmək şəraiti yaradılmamışdır və bu günədək yaradılmayıb, yayda havasız obyektdə temperatur 45 dərəcəyə qədər qalxır, qışda bayırdakı temperaturda 1-2 dərəcə fərqli olur. Əmək şəraitinin pandemiya qaydalarına uyğun olmadığı üçün fəaliyətimizi bərba edə bilməyəcəyimiz və bunun ödənişə təsir edəcəyini icarəverənin diqqətinə xx.xx.2021-ci tarixində çatdırmışdıq və heç bir reaksiya almamışıq. Bundan əlavə xx.xx.2021-ci il tarixində X4 Xidmətinə rəsmi müraciət ünvanlamışq, məktub və ona verilən cavab ərizəyə əlavə olunur. Bundan əlavə Ticarət Mərkəzində olan özübaşnahq və qanunsuzluqlar haqqında xx.xx.2021-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Aləbiyevə rəsmi məktubla müraciət etmişik, müraciət və ona verilən cavab ərizəyə əlavə olunur, bundan əlavə xx.xx.2021-ci il tarixində Ticarət Mərkəzinin vəzifəli şəxsləri vəzifələrindən sui istifadə edərək onlarla icarəgötürənlərin ticarət obyektini blomblamaqla sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə etməklə onlardan EQF təqdim etmədən icarə haqqı adı altında nağd olaraq ödəniş tələb edilməsi barədə Binəqədi rayon Prokurorluğuna müraciət etmişik. Bütün bunları nəzərə alaraq və eyni zamanda "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi QaydalarT’na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin " Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılmasını qərarını, yerüstü sərhədlərin bugünədk açılmaması (qeyd edim ki, Beynəlxalq Avtovağzalın göstərdiyi xidmətin 80-85% beynəlxalq sərnişin daşımalarından əldə edir, hazırda şəhərlərarası sərnişindaşımalar xidmətin 15-20% əhatə edir) nəzərə alaraq Avtovağzal ticarət obyektində fəaliyyətimizi bu günədək davam edə bilməmişik, bunu iddia ərizəsinə əlavə olunan sənədlər də sübut edir-“obyekt bağlı olduğundan sayğaca baxmaq mümkün deyil". Eyni zamanda bildirirəm ki, icarə verən Sahibkarlıq fəaliyyəti haqqında qanunu pozaraq heç bir əsas gətirmədən, məhkəmənin qərardadı olmadan 5-6 ay bundan əvvəl icarə götürdüyümüz 3411 sayı ticarət obyektinin qapısına dəmir tros vuraraq qanunsuz olaraq obyektə daxil olmağımızı məhdudlaşdırıb və bu gün də obyektin qapısından dəmir tros açılmamışdır. Bir məsələni də xüsusi ilə bildirmək istəyirəm ki, iddaçı öz təşkilatında olan saysız hesabsız qanunsuzluq əməllərini ört basır etmək, məhkəmədə bizim haqqımızda əvvəlcədən mənfi rəy yaratmaq məqsədi ilə güya biz mediator vəkilinin çağırışlarına məhəl qoymamışıq və ilkin mediasıya sessiyasında iştirak etməmişik və ümümiyətlə üzərimizə götürdüyümüz öhdəliklərin icrasından boyun qaçırırıq. Doğru məlumatı Bakı 16 saylı Mediasıya təşkilatının arayışından əldə edə bilərsiniz. Bildirirəm ki, xx.xx.2022 ci il tarixində ilkin medisiya sessiyasında iştirak etmişik, mediator vəkilinə izah etmişik ki, əks tərəf Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəraralarını pozaraq pandemiya dövründə qanunsuz fəaliyyət göstərmiş, EQF təqdim etmədən icarə haqqlarını nağd qaydada yığılması və bu kimi sair məsələrin məhkəməyə çıxarılması Ticarət Mərkəzində arzuedilməz nəticələrə gətirib çıxara bilər. Mesajımız ünvanına çatmış, satış və kommersiya şöbəsinin müdiri Rövşən müəllim xx.xx.2022-ci il tarixində məni idarəyə dəvət edərək, bizim şirkətlə əməkdaşlığı davam etdirmək arzusunda olduğunu bildirmiş və biz 3411 saylı və 1647 saylı ticarət obyektinin yeni şərtlərlə endirimli qiymətlərlə icarəyə verilməsi üçün razılıq əldə etmişik. Bu görüşdən bir neçə gün sonra məlum olduki Nazirlik "xxxx" MMC direktor və bir neçə sıravi əməkdaşını istisna olamaqla bütün işçilərini işdən azad etmiş və qanunsuz əməllərin, vergidən yayındırılmış vəsaitləri araşdlrılması məqsədi ilə komissiya göndərmişdir. Hazırda araşdlrma gedir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsi üzrə icarəyə götürülən qeyri-yaşayış sahəsi anbar kimi fəaliyyət göstərmiş, həmin anbarda baytarlıq xidmətləri aparılmış və baytarlıq preparatlarının satışı həyata keçirilmişdir, pandemiya dövründə Nazirlər Kabinetinin “COVİD-19 infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında dəyişiklik edilməsi barədə 4 aprel 2020-ci il tarixli qərarı ilə sözügedən xidmətlərin həyata keçirilməsinə icazə verilmişdir. Həmçinin nümayəndə izahatında 3411 nömrəli müqavilə üzrə mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsindən istifadəyə görə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı nəzərə alınaraq 2020ci ilin aprel, may, həmçinin 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayının 09 kimi icarə haqqı hesablanmamış, yalnız 2020-ci ilin iyun ayı üçün mağazanın fəaliyyət göstərdiyi günlər üçün 133 manat icarə haqqı hesablanmışdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, hər iki müqavilə üzrə qeyri-yaşayış sahələri mağaza kimi fəaliyyət göstərmiş, qeyri-yaşayış sahələri Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində fəaliyyət göstərmiş və iri ticarət mərkəzləri kimi ticarət mərkəzin fəaliyyəti 31 mart 2020-ci ildən dayandırılmış, yalnız 2021-ci ilin iyun ayının 10da fəaliyyət qismən bərpa edilmiş (kommunal xidmətlər tam bərpa edilməmişdir) və buna görə xx.xx.2019-cu il tarixli, 238 saylı icarə müqaviləsi üzrə icarə haqqı tələb olunan dövrdə pandemiyaya görə həmin sahələrdən istifadə edə bilmədiklərini, hətta həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya elektron qaydada icarə müqaviləsinin xitam edilməsi barədə müraciət etdiklərini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 238 nömrəli İddiaçı ilə cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı icarə obyektini “X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verməyi, “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti isə "xxxx" MMC-yə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, 34 m2 olan “3410” nömrəli qeyri-yaşayış sahəsidir. Müqavilənin 4.3-cü maddəsinə əsasən “X10" MMC icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda "xxxx" MMC-nin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. “X10" MMC bu müqavilənin şərtini hər pozduğu hal üçün "xxxx" MMC-yə onun tələbi ilə 100 manat cərimə ödəməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, hər iki tərəfin digər tərəfi 1 ay əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. xx.xx.2018-ci il tarixli, 3411 nömrəli İddiaçı ilə cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsindən görünür ki, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq "xxxx" MMC müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı “X10" MMC-yə icarəyə verməyi, “X10" MMC isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində “X10" MMC-yə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.3-cü maddəsinə əsasən “X10" MMC icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda "xxxx" MMC-nin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğində 1 faizi həcmində cərimə ödəməlidir. 10 iyun 2021-ci il tarixli “X10" MMC tərəfindən İddiaçı sisteminə yerləşdirilən məktubdan görünür ki, cavabdeh iddiaçıya elektron qaydada müraciət edərək xx.xx.2019cu il tarixli 238 nömrəli icarə müqaviləsinə xitam verilməsini bildirmişdir. Operativ Qərargahın müvafiq məlumatına əsasən 31 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixə kimi iri ticarət mərkəzlərinin fəaliyyəti dayanmışdır. 27 aprel 2020-ci il tarixli Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatına əsasən ticarət mərkəzləri və “Mall”ların nəzdində fəaliyyət göstərən qeyriyaşayış sahələrinin üzərinə qoyulan məhdudiyyət qüvvədə qalmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 2020-ci ilin iyul ayından etibarən ölkə ərazisində bütün ticarət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında görünür ki, 2021-ci il 31 may saat 06:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir. xx.xx.2018-ci il tarixli, 3411 nömrəli obyektin əməliyyat tarixçəsindən görünür ki, 2020-ci ilin iyun ayı üçün, həmçinin 2021-ci ilin iyun ayı üçün pandemiyaya görə hesablanmış aylıq borc məbləği 133,33 manatdır. xx.xx.2022-ci il tarixli MŞB/16-090 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 700.1 və 700.2-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 3411 nömrəli İddiaçı ilə cavabdeh “X10" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə götürülən qeyri-yaşayış sahəsi üzrə tələb olunan icarə haqqı məbləği pandemiya nəzərə alınaraq hesablanmış, 2020-ci ilin aprel, may ayları, həmçinin 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayının 09-a kimi olan dövr üçün icarə haqqı hesablanmamışdır, yalnız 2020-ci ilin iyun ayı üçün 133 manat icarə haqqı hesablanmışdır. xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 2020-ci ilin aprel ayından 2021ci ilin dekabr ayına kimi bütün ayların icarə haqqı hesablanmış, səbəb olaraq isə iddiaçının istinad etdiyi kimi sözügedən icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin təyinatının anbar olması və anbarda baytarlıq xidməti və baytarlıq preparatlarının satışı həyata keçirilməsi olmuşdur. Məhkəmə xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə tələb olunan 4400 manat məbləğində icarə haqqı tələbi ilə bağlı bildirir ki, iddiaçının nümayəndəsi izahatında qeyriyaşayış sahəsinin təyinatının anbar olduğunu bildirsə də, həmin obyektin məhz anbar kimi fəaliyyət göstərilməsi ilə bağlı sübut təqdim etməmiş, müqavilənin özündə isə həmin sahənin anbar olması ilə bağlı müddəaların olmaması ilə yanaşı, hər iki yanbayan olan qeyri-yaşayış sahələrin Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşdiyi və həmin kompleksin 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayın bir necə günü istisna olmaqla) fəaliyyət göstərmədiyi müəyyən edilmiş, hətta qeyd olunanlar iddiaçı tərəfindən 3411 nömrəli müqavilə üzrə icarə haqqı hesablanarkən nəzərə alınmışdır. Göründüyü kimi cavabdeh Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yanbayan yerləşən iki ədəd qeyriyaşayış sahəsini icarəyə götürmüş, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzi 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayının 09-dək (2020-ci ilin iyun ayının bir neçə günü istisna olmaqla) fəaliyyət göstərmədiyinə görə iddiaçı tərəfindən 3411 nömrəli müqavilə üzrə mağaza kimi fəaliyyət göstərən sahə üzrə 2020-ci ilin aprel ayından 2021-ci ilin iyun ayın 09-dək (istisna-2020-ci ilin iyun ayın bir necə günü üçün 133 manat) icarə haqqı hesablanmamış, digər 238 nömrəli müqavilə üzrə iddiaçının istinad etdiyi kimi anbar kimi fəaliyyət göstərən sahə üzrə bütün aylar üzrə icarə haqqı hesablanmış, halbuki iddiaçı həmin sahənin anbar olması ilə bağlı mötəbər sübutlar təqdim etməmiş, müqavilədə də, anbarla bağlı heç bir müddəalar qeyd edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 238 nömrəli müqavilə üzrə icarə haqları da, xx.xx.2018-ci il tarixli, 3411 nömrəli müqavilə üzrə hesablanmış qaydaya uyğun olaraq aşağıdakı qaydada hesablanmalıdır, belə ki, 2020-ci ilin iyun ayı üzrə üzrə 133,33 manat, bununla yanaşı müqavilənin 7.2-ci maddəsinə əsasən cavabdehin iddiaçıya 10 iyun 2021-ci il tarixdə müqaviləyə xitam verilməsi barədə məktubunu nəzərə alaraq hesab edir ki, 10 iyun 2021-ci ildən 10 iyul 2021-ci ilədək (1 ay xəbərdarlıq müddəti) 200 manat, həmçinin cavabdehin ödəmədiyi 2020-ci ilin mart ayı üçün 200 manat ümumilikdə xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə 533,33 manat məbləğində pul cavabdeh “X10" MMC-dən alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi ilə bağlı 1666,66 manat məbləğində icarə haqqı tələbi ilə bağlı isə bildirir ki, həmin tələb tam təmin edilməlidir, belə ki, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən hesablanan icarə haqqı pandemiya dövrü nəzərə alınaraq hesablanmış, həmçinin sözügedən müqavilənin vaxtından əvvəl ləğv edilməsi müəyyən edilməmişdir. Məhkəmə 5460 manat məbləğində cərimə tələbi ilə bağlı qeyd edir ki, sözügedən cərimə 6066,66 manat icarə haqqı borcu münasibətdə hesablanmış, halbuki məhkəmə tərəfindən tələb 2199,99 manat məbləğində təmin edilmiş və təmin edilmiş icarə haqqı münasibətdə bu məbləğdə cərimə hesablana bilməz, həmçinin cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 10,01 manat məbləğində müəyyən edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X10" MMC-dən xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat, xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 533,33 manat məbləğində icarə haqqları və 10,01 manat cərimə cəmi 2210 manat, həmçinin 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X10" MMC-dən xx.xx.2018-ci il tarixli, 3411 nömrəli icarə müqaviləsi üzrə 1666,66 manat, xx.xx.2019-cu il tarixli 238 nömrəli müqavilə üzrə isə 533,33 manat məbləğində icarə haqqları və 10,01 manat cərimə cəmi 2210 manat, həmçinin 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-301/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-301/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver