Məhkəmə qərarları › İş №e-2-2(113)-3024/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3024/2024

25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3024/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X3rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlunun, Cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh X3rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh X3rşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKF-nin öhdəliyinin icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda ) 13 sentyabr 2022-ci il tarixdən hazırkı günədək hər ay 100.000 manat olmaqla, cəmi 2.500.000 manat pulun (25 ay x100.000 manat) və icra olunan günədək hər ay 100.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1790 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar İddiaçı MMC-yə məxsusdur. Qeyd olunan avadanlıqlarla bağlı Cavabdeh X6 ilə məhkəmə mübahisəsi olmuşdur. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İKF-nın qanunsuz sahibliyindən “KjAr 2-1” havaayrıcı qurğusunun və qurğunun tərkib hissəsi olan digər avadanlıqların alınıb İddiaçı MMC-yə qaytarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı MMC-nin iddiasının təmin olunan hissəsində dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh X4 və X7 birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)- 3208/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yekun məhkəmə qərarlarından sonra avadanlığın TEMP MMC-yə məxsus olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi, 13 sentyabr 2022-ci il tarixdən hazırkı günədək KjAr 2-1 havaayırıcı qurğusu TEMP MMC-yə təhvil verilməmişdir, eyni zamanda həmin avadanlıqdan istifadə edənCavabdeh X6 kifayət qədər böyük məbləğlərdə gəlir əldə etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

4. Məhkmə iclasında iştirak edən Cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə məhkəyə izahatında iddiaya etiraz etdiyini bildirərək iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

8. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı MMC-nin iddiasının təmin edilərək, Cavabdeh X1suz sahibliyindən “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların alınıb İddiaçı MMC-yə qaytarılmasının qət edildiyinə və son olaraq qeyd edilmiş işin Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı ilə yekunlaşmasına istinad edərək, qeyd edilmiş sonuncu tarixdən indiyədək qeyd edilmiş qurğunun qaytarılmama səbəbinə görə, müvafiq olaraq aylar üzrə əldən çıxmış faydanın tutulmasını xahiş edir.

9. İddiaçı tərəf KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların qaytarılmadığı səbəbinə görə aylıq əldən çıxmış fayda olaraq 100.000 manat tutulmasını tələb edir və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə istinad edir.

10. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022ci il tarixli, 2(102)-2408/2022 saylı qərarından görünür ki, həqiqətən də, bir neçə dəfə iş apellyasiya və kassasiya instansiya Məhkəmələrinin icratında olmuş və yekun olaraq iş “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların İddiaçı MMC-yə məxsus olmasının müəyyən edilməsi və qeyd edilmiş avadanlığın qurğuları ilə birgə Cavabdeh X2 alınaraq İddiaçı MMC-yə qaytarılması ilə nəticələnmişdir.

12. Məhkəmə tərəfindən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018ci il tarixli qətnaməsinin icrası ilə Bakı şəhəri Binəqədi və Sabunçu Rayon İcra Şöbələrindən icra işləri tələb edilmişdir.

13. Qeyd edilmiş icra işlərinin surətlərindən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və icra sənədi verilmiş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

14. Qeyd edilmiş materiallardan görünür ki, Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen- N”, "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qurğular sökülməyərək Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmışdır.

15. Bundan sonra Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen-N”, "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyətin şərtləri müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin 2.1-ci bəndinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı icra olunaraq, Kjar-2-1 hava ayırıcı qurğusunda istifadə edilə bilən hava ayırıcı blok sökülməyərək Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmaqla İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli təhvil-təslim barədə akt tərtib edilmişdir.

16. Bundan başqa işdən görünür ki, Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen-N”, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndindən görünür ki, tərəflər bir neçə Məhkəmə qərarlarını və Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarının icrasını barışıq yolu ilə həll etmə barədə razılığa gəlmişlər.

17. xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6, 7 və 8-ci bəndlərinin məzmunundan görünür ki, tərəflər “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən birgə fəaliyyət göstərmək üçünCavabdeh İKF-də saxlanması barədə razılığa gəlmişlər.

18. Göründüyü kimi, iddiaçı tərəf özü barışıq sazişi bağlamaqla “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən üçünCavabdeh İKFdə saxlanması ilə razı olmuşdur.

19. Hazırda isə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən icra edilmədiyini bildirməklə, əldən çıxmış fayda tələb edir.

20. Məhkəmə bu xüsusda qeyd edir ki, artıq tərəflər xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladığından məhz Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı, əldən çıxmış faydanın tələb edilməsi tələbi istisna edilir.

21. Belə ki, iddiaçının özünün bağlamış olduğu barışıq sazişi ilə qaytarılması qət edilmiş əmlak cavabdehdə qalmışdır.

22. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Temp” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu özü ərizə ilə icra şöbəsinə müraciət etmiş və icra sənədinin icra edilmədən Məhkəməyə qaytarılmasını xahiş etmişdir.

23. Məhkəmə həmçinin qeyd edir ki, bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinin kim tərəfindən əməl edilməməsi və bunun nəticəsində də, kimin maddi ziyana uğraması və gəlirdən məhrum olmasının müəyyən edilməsi isə, hazırkı mübahisənin predmeti deyildir.

24. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh X3rşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar