Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3025/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan “xxxx” ASCnin Qərb RETSİ-nin tətbiq etdiyi əsassız borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini imzalamış Nümayəndə verilən etibarnamədə iddia ərizəsini imzalamaq deyil, iddia qaldırmağı, ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi, o cümlədən apelyasiya, kassasiya şikayətlərini imzalanması səlahiyyətləri verilmişdir. Göründüyü kimi Nümayəndə verilən etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir Azərbaycan Respublikası MPM-in: 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı X4 fərdi sahibkar statusu olmayan fiziki şəxs şəxsdir (işdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə və “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ərizəni “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərkən həmin ərizənin elektron formada tərtib edilməsi və sənədlərin elektron qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində müəyyən etdiyi istifadə qaydalarına riayət etməmişdir. Belə ki, elektron formada tərtib edilmiş iddia ərizəsinin mətn bölməsində iddiaçı və cavabdehin adı qeyd edilsə də, tərəflər bölməsində nə iddiaçının nədəki cavabdehin adı göstərilməmişdir (yalnız Nümayəndə qeyd edilmişdir). Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X3 izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən hazırki tələblə məhkəmə aidiyyəti üzrə iddia ərizəsi ilə kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3025/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3025/2021
09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver