Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3028/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-dən və "xxxx" MMCdən birgə qaydada 29.884,63 manat əsas borcun, 4.950 manat illik 5 faizin, cəmi 34.834,63 (otuz dörd min səkkiz otuz dörd) manatın alınıb İddiaçı MTK-ya ödənilməsi, dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh1 QSC armatur yayması məmulatlarının alqı-satqısı ilə bağlı razılıq əldə olunub. Cavabdeh1 QSC armatur yayması məmulatlarının alqı-satqısı ilə bağlı digər cavabdeh "xxxx" MMC ilə müqavilə bağlanmasını və malların zavodun ərazisindən götürülməsini bildirmişdir. Buna görə də İddiaçı MTK ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 05 Yanvar 2020-ci il tarixli 01 saylı və 15 Yanvar 2021-ci il tarixli 49 saylı alqı-satqı müqavilələrinə əsasən armatur yayması məmulatlarının iddiaçıya verilməsinə görə iddiaçı tərəfindən cavabdehlərə 926 749,47 (doqquz yüz iyirmi altı min yeddi yüz qırx doqquz) manat pul ödənilib və iddiaçı armatur yayması məmulatlarını Cavabdeh1 QSC-nin zavodunun ərazisindən götürüb. Cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş 926 749,47 manat pulun müqabilində cəmi 896 864,84 mçanat dəyərində armatur yayması məmulatları verilib. Qalan 29 884,63 (iyirmi doqquz min səkkiz yüz səksən dörd) manat dəyərində armatur yayması məmulatları isə iddiaçıya verilməyib.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 və nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında 15 yanvar 2020-ci il tarixli və 05 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri imzalanmışdır.
11. Müqavilələrin 1.1-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq alıcı satıcıdan armatur yayması almağı öz öhdəsinə götürür.
12. Müqavilələr hər iki hüquqi şəxsin möhürü, alıcının imzası ilə təsdiq olunmuşdur.
13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş, məhkəmənin sualına cavab olaraq malları "xxxx" MMC-nin istehsal etmədiyini, Cavabdeh1 QSC-dən alıb digər şəxslərə satdığını bildirmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nin hesabına 926.749,47 manat məbləğində pul köçürülmüşdür.
16. İşdə olan elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya cəmi, 896.864,84 manat dəyərində mal təqdim edilmişdir.
17. Hazırda isə iddiaçı 29.884,63 manat dəyərində malın verilmədiyini bildirərək, pulun tutulmasını xahiş edir.
18. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsalar da məhkəmədə nümayəndələrinin iştiraklarını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmişlər.
19. Məhkəmə qeyd edir ki, sadə riyazi hesablama ilə görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş olan pula görə, "xxxx" MMC tərəfindən 29.884.63 (926.749,47- 896.864,84) manat dəyərində mallar verilməmişdr.
20. Ona görə də, ödənilmiş, ancaq verilməyən malların dəyəri olan 29.884,63 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
21. Həmçinin məhkəmə qeyd edir ki, iddia Cavabdeh1 QSC-yə münasibətdə təmin edilə bilməz.
22. Belə ki, 15 yanvar 2020-ci il tarixli və 05 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinin tərəfi Cavabdeh1 QSC deyil, "xxxx" MMC-dir. Bundan başqa da, iddiaçı tərəfindən pul Cavabdeh1 QSC-yə deyil, "xxxx" MMC-yə ödənilmiş və mallar da, sonuncu tərəfindən verilmişdir.
23. Yəni, iddiaçı ilə Cavabdeh1 QSC arasında hər hansı bir müqavilə münasibəti yaranmamışdır və hazırda Cavabdeh1 QSC iddiaya cavab verməli olan şəxs deyildir.
24. Ona görə də, məhkəmə hesab edir ki, 29.884,63 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı MTK-ya verilməlidir.
25. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4.950 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 11 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
27. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 45 (29.884,63x5/100=1.494,23(1 il üçün), 1.494,23/365=4,09378(1 gün üçün), 4,09378x11=45 (11 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 179,79 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İş materiallarında olan iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 193,60 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
30. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun əvəzi olaraq 193,60 manat ödəsə də, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 179,79 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 29.884 (iyirmi doqquz min səkkiz yüz səksən dörd) manat, 63 (altmış üç) qəpik məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 45 (qırx beş) manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179 (bir yüz yetmiş doqquz) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov