Məhkəmə qərarları › İş №e-2-2(113)-3029/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3029/2025

14.03.2025 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3029/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi MMC-nin Maraqlı şəxs MMC ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, Ərizəçi MMC-nin, Maraqlı şəxs MMC ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ******* nömrəli barışıq sazişinin 10,490,89 (ƏDV daxil) manat borcun birdəfəlik ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs MMC-dən tutularaq onun xeyrinə ödənilməsi dair öhdəliyin məcburi icra edilməsi üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında olan şifahi alqı-satqı müqaviləsi əsasında 25 iyun 2022-ci il tarixdə 6844 (5800 manat, ƏDV 1044 manat) manat dəyərində 40 kub beton B-30, 30 iyun 2022-ci il tarixdə 4478,10 (3795 manat, ƏDV 683,10 manat) manat dəyərində 24 kub beton M-500, 04 iyul 2022-ci il tarixdə 5133 (4350 manat, ƏDV 783 manat) manat dəyərində 30 kub beton B30, 05 iyul 2022-ci il tarixdə 2566,50 (2175 manat, ƏDV 391,50 manat) manat dəyərində 15 kub beton B-30, 13 iyul 2022-ci il tarixdə 368,75 (312,50 manat, ƏDV 56,25 manat) manat dəyərində 2.5 kub beton B-22.5, 177 manat dəyərində (150 manat, ƏDV 27 manat) manat dəyərində daşınma xidməti, 28 fevral 2023-cü il tarixdə 5900,59 (5000,50 manat, ƏDV 900,09 manat) manat dəyərində 36,5 kub beton B-15, 11859 (10050 manat, ƏDV 1809 manat) manat dəyərində 67 kub beton B-25, 13 mart 2023-cü il tarixdə 2301 (1950 manat, ƏDV 351 manat) manat dəyərində 13 kub beton B-25, 7947,30 (6735 manat, ƏDV 1212,30 manat) manat dəyərində 29 kub beton M-500, 27 mart 2023-cü il tarixdə 4425 (3750 manat, ƏDV 675 manat) manat dəyərində 25 kub beton B-25, 30 may 2023-cü il tarixdə 33276 (28200 manat, ƏDV 5076 manat) manat dəyərində 188 kub beton B-25, 09 iyun 2023-cü il tarixdə 11770,50 (9975 manat, ƏDV 1795,50 manat) manat dəyərində 66,5 kub beton M-400, 31 may 2023-cü il tarixdə 25812,50 (21875 manat, ƏDV 3937,50 manat) manat dəyərində 175 ton sement M-30, cəmi 120,558,24 manat dəyərində beton, sement və xidmət göstərilmişdir. 09 iyun 2023-cü il tarixdə sonuncu dəfə 60 000 manat ödəniş edilmişdir. X3 MMC tərəfində müxtəlif vaxtlarda 108,067,35 manat pul ödənilmiş, 12,490,89 (ƏDV daxil) borc qalmışdır. xx.xx.2024-cü il tarixdə tərəflərin könüllü təşəbüsü ilə tam mediasiya sessiyası keçirilmiş və nəticədə Qranit-Beton MMC və FlexGroup MMC arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən FlexGroup MMC, Qranit- Beton MMC-yə 12,490,89 (ƏDVdaxil) manat borcu olduğunu qəbul etmişdir. Razılığa əsasən Flex Group MMC 10 dekabr 2024-cü il tarixdən başlayaraq hər ayın son iş gününə qədər hər ay 2000 (iki min) manat olmaqla, sonuncu ödəniş 2490,89 (iki min dörd yüz doxsan manat səksən doqquz) manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin razılaşdırılmış 3-cü şərtinə əsasən FlexGroup MMC hissə-hissə ödəməni hər ayın son iş gününə qədər ödəmədikdə və bu növbəti ayın 5 iş günü davametdikdə, Barışıq sazişi üzrə ödənilmiş borc çıxılaraq qalan borc məbləğinin birdəfəlik ödənilməsi üçün Qranit-Beton MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət ediləcəyi bəyan edilmişdir. Flex Group MMC 25 dekabr 2024-cü il tarixdə 1694,92 manat və ƏDV məbləği 305,08 manatıQranit-Beton MMC-nın hesabına ödəmişdir. Növbəti ödəmə yanvar ayının sonunda, fevral ayının ilk beş iş günü, yəni (iş günləri 3-7 fevral) 07 fevral 2025-cil tarixdək icra edilməli idi. Lakin, hazıradək ödəniş edilməmişdir. Beləliklə barışıq sazişi icra olunmamış, Flex Group MMC-yə öhdəliyini icra etməsi üçün xəbərdarlıq müsbət nəticə əldə edilməmişdir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə istinad olunmuşdur. Ərizəçinin nümayəndəsi ərizə ilə məkhəməyə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, ərizə müdafiə etdiyini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs tərəfindən ərizəyə etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində, Bakı 2 saylı Mediasiya Təşkilatında mediator X1 vasitəsi ilə bağlanmış MŞB/2-01099/2024 saylı Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə barışığa gəlmişlər:

1. İkinci tərəf: Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) birinci tərəf Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borcunun olduğunu etiraf edir.

2. İkinci tərəf: Maraqlı şəxs MMC-nin Ərizəçinə olan 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borc pul məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın son iş gününə 2000 (iki min) manat olmaq şərti ilə, 6 (altı) ay ərzində, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 2490,89 (iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat ödəniş etməklə, ödəməyi öhdəsinə götürür.

3. Birinci tərəf: Maraqlı şəxs MMC 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borc pul məbləğini hər ayın son iş gününə qədər ödəmədikdə və bu növbəti 5 (beş) iş günündən artıq davam etdikdə, Barışıq sazişi üzrə ödənilmiş borc çıxılaraq yerdə qalan borcun birdəfəlik ödənilməsi üçün Məhkəmə qaydasında Barişiq Sazişinin icra ediimesi üçün 1-ci tərəf Ərizəçi MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Ödəniş tapşırığı və sub-uçot hesabından görünür ki, 25 dekabr 2024-cü il tarixdə 1694,92 manat və ƏDV məbləği 305,08 manatı Maraqlı şəxs MMC Ərizəçi MMC-nın hesabına ödəmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı Ərizəçi MMC tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış barışıq sazişi həmin sazişdə nəzərdə tutulmuş müddətdə könüllü qaydada icra edilməmişdir. Həmçinin barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Eləcə də, barışıq sazişi və ya onun bir hissəsinin qanunazidd olması, barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesi nəticəsində bağlanılması halları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Eləcə də, ərizəçi ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ərizənin təmin edildiyini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində, Bakı 2 saylı Mediasiya Təşkilatında mediator X1 vasitəsi ilə aşağıdakı şərtlərlə bağlanmış MŞB/2-01099/2024 saylı barışıq sazişi təsdiq edilsin:

1. İkinci tərəf: Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) birinci tərəf Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borcunun olduğunu etiraf edir.

2. İkinci tərəf: Maraqlı şəxs MMC-nin Ərizəçinə olan 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borc pul məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın son iş gününə 2000 (iki min) manat olmaq şərti ilə, 6 (altı) ay ərzində, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 2490,89 (iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat ödəniş etməklə, ödəməyi öhdəsinə götürür.

3. Birinci tərəf: Maraqlı şəxs MMC 12490,89 (on iki min dörd yüz doxsan manat səksən doqquz qəpik) manat borc pul məbləğini hər ayın son iş gününə qədər ödəmədikdə və bu növbəti 5 (beş) iş günündən artıq davam etdikdə, Barışıq sazişi üzrə ödənilmiş borc çıxılaraq yerdə qalan borcun birdəfəlik ödənilməsi üçün Məhkəmə qaydasında Barişiq Sazişinin icra ediimesi üçün 1-ci tərəf Ərizəçi MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəkdir. Maraqlı şəxs MMC-dən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar