Məhkəmə qərarları › İş №e-2-2(113)-3031/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3031/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3031/2021 04.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi İdidaçının nümayəndəsi X1 Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı “müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 850586.28 ABŞ Dolları krеdit bоrcu, 330107.73 ABŞ Dolları faiz bоrcu və 1003030.69 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə ******* (iki milyon yüz səksən üç min yeddi yüz iyirmi dörd) ABŞ Dolları 70 sent məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus- Bakı şəhəri Yasamal rayonu mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilinə, -Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilinə-Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilinə, -Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ******* (iki milyon yüz səksən üç min yeddi yüz iyirmi dörd) ABŞ Dolları 70 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 49 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 50 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 51 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 04.11.2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 14.11.2014-cü il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə ******* (bir milyon yetmiş min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 14.04.2015-ci il tarixli 009R**********S saylı, 17.06.2016-cı il tarixli 009R**********SB saylı, 28.02.2017-ci il tarixli 009R**********SC saylı, 31.05.2017-ci il tarixli 009R**********SD saylı, 27.07.2017-ci il tarixli 009R**********SE saylı, 12.09.2017-ci il tarixli 009R**********SF saylı, 31.10.2017-ci il tarixli 009R**********SG saylı, 28.02.2018-ci il tarixli 009R**********SH, 03.04.2018-ci il tarixli 009R**********SJ saylı, 29.06.2018-ci il tarixli 009R**********SK saylı, 03.08.2018-ci il tarixli 009R**********SL saylı, 31.08.2018-ci il tarixli 009R**********SM saylı, 03.10.2018-ci il tarixli 009R**********SN saylı, 28.12.2018-ci il tarixli 009R**********SO saylı və 28.08.2020ci il tarixli 009R**********SQ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 27.11.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 219413.72 ABŞ Dolları ödəmiş, onun 850586.28 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.05.2021-ci il tarixə 175 gün üçün hesablanmış faiz borcu 330107.73 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 21.05.2021-ci il tarixə 175 gün üçün hеsablanmış cərimə 1003030.69 ABŞ Dolları təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh "xxxx" MMC zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13.11.2014-cü il tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1049 №-li reyestr kitabının 94560 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 21.04.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 29.04.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 49 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13.11.2014-cü il tarixli 009M**********02 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 4 №-li reyestr kitabının 447 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 21.04.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 29.04.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13.11.2014-cü il tarixli 009M**********03 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1055 №-li reyestr kitabının 95043 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 21.04.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 29.04.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bak şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 51 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13.11.2014-cü il tarixli 009M**********04 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1055 №-li reyestr kitabının 95045 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 21.04.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 29.04.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 50 saylı mənzili “AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, tərəflər arasında ödənişlərlə bağlı hazırda şifahi razılaşma olmuş, iddia tələbində qeyd olunan dəbbə pulunun məhkəmə tərəfindən azaldılacağı halda şikayət verilməyəcəkdir. Bununla belə iddiaçı iddia ərizəsində qeyd olunan məbləği tam olaraq müdafiə etdiklərini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında iddia tələbini qismən etiraf edərək, qeyd etmişdir ki, iş üzrə əmlakın qiymətləndirilməsi aparılarkən ipoteka predmeti olan əmlakların qiymətləri dəyərindən daha aşağı hesablanmışdır, bununla belə tərəflər arasında şifahi razılaşma mövcuddur. Həmin razılaşma üzrə əsas borcun ödəniləcəyi halda hesablanmış cərimə və faiz məbləğinə güzəştlər olacaqdır, bununla belə hər bir halda məhkəmə qətnaməsi çıxarılarkən 5.000 civarında dəbbə pulunun ödənilməsinə razıdırlar. Kredit müqaviləsi bir neçə dəfə restrukturizasiya edilmiş, həm məzənnədə baş vermiş dəyişiliklər, həm də pandemiya ilə bağlı olaraq kreditin ödənilməsində çətinliklər yaranmışdır. Əlavə olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddia tələbi mənzillərin boşaldılması hissəsində rədd edilməlidir. Belə ki, mənzillərin boşaldılması ayrıca iddia tərkibi hesab olunur və ipoteka predmetləri açıq hərracdan satılarkən kimin tərəfindən alınması bilinmir. Bununla bağlı olaraq məhkəmə təcrübsəi də mövcuddur ki, ipoteka predmeti olan əmlakların boşaldılması həmin əmlakın bankın balansına qaytarıldığı halda qeyd olunur. Qeyd olunanlara əsasən sonda cavabehin nümayəndəsi və vəkili iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Bank” İddiaçı QSC Azadlıq Filialı “kredit alan” Cavabdeh2 olmaqla imzalanmış 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən keditlər üçün kredit alana 10.000.000 (on milyon) ABŞ Dolları məbləğində uzun müddətli kredit xəttini açır. 04 noyabr 2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı krеdit razılaşması əsasında bank məbləği ******* (bir milyon yetmiş min) ABŞ Dolları olan krediti aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, 60 ay müddətinə kredit alana verir. 14.04.2015-ci il tarixli 009R**********S saylı, 17.06.2016-cı il tarixli 009R**********SB saylı, 28.02.2017-ci il tarixli 009R**********SC saylı, 31.05.2017-ci il tarixli 009R**********SD saylı, 27.07.2017-ci il tarixli 009R**********SE saylı, 12.09.2017-ci il tarixli 009R**********SF saylı, 31.10.2017-ci il tarixli 009R**********SG saylı, 28.02.2018ci il tarixli 009R**********SH, 03.04.2018-ci il tarixli 009R**********SJ saylı, 29.06.2018-ci il tarixli 009R**********SK saylı, 03.08.2018-ci il tarixli 009R**********SL saylı, 31.08.2018-ci il tarixli 009R**********SM saylı, 03.10.2018-ci il tarixli 009R**********SN saylı, 28.12.2018-ci il tarixli 009R**********SO saylı və 28.08.2020-ci il tarixli 009R**********SQ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “Zamin” Cavabdeh3 MMC, borclu” Cavabdeh2 olmaqla imzalanmış 009S**********05 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 13.11.2014-cü il tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK-nin Elektron Xidmətlər Portalından çıxarışa əsasən 29.04.2021-ci il tarixdə ********** saylı ərizə üzrə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. 13.11.2014-cü il tarixli 009M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu X4 küçəsində 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi 121/ nömrəli qeyri yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK-nin Elektron Xidmətlər Portalından çıxarışa əsasən 29.04.2021-ci il tarixdə ********** saylı ərizə üzrə 10 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. 13.11.2014-cü il tarixli 009M**********03 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 2141 ünvanda yerləşən ev 35A-da 18ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 4 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK-nin Elektron Xidmətlər Portalından çıxarışa əsasən 29.04.2021-ci il tarixdə ********** saylı ərizə üzrə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. 13.11.2014-cü il tarixli 009M**********04 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən ev 35A-da 18ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK-nin Elektron Xidmətlər Portalından çıxarışa əsasən 29.04.2021-ci il tarixdə ********** saylı ərizə üzrə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İş üzrə keçirilmiş ƏEM/S 73-924/21 saylı 28 sentyabr 2021-ci il tarixli əmlakların qiymətləndirilməsi rəyində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin bazar dəyəri 201.500 manat, likvid dəyəri 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin bazar dəyəri 190.000 manat, likvid dəyəri 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin bazar dəyəri 171.500 manat, likvid dəyəri 135.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyriyaşayış sahəsinin 28 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 475.000 manat, likvid dəyəri 350.000 manat olaraq qeyd olunmuşdur. İş üzrə keçirilmiş 21 sentyabr 9/5773 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında 04.11,2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit xətti çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 009R********** saylı kredit razılaşmasının və həmin razılaşmalar üzrə imzalanmış 14.04.2015-ci il tarixli 009R**********S saylı, 17.06.2016-cı il tarixli 009R143185619İSB saylı, 28.02.2017-ci fl tarixli 009R**********SC saylı, 31.05.2017-ci il tarixli 009R**********SD saylı, 27.07.2017-ci il tarixli 009R143185619İSE saylı 12.09.2017ci il tarixli 009R**********SF saylı, 31.10.2017-ci il tarixli 009R**********SG saylı, 28.02.2018-ci il tarixli 009R**********SH, 03.04.2018-ci il tarixli 009R**********SJ saylı, 29.06.2018-ci il tarixli 009R**********SK saylı, 03.08.2018-ci il tarixli 009R**********SL 31.08.2018-ci tarixli 009R**********SM saylı, 03.10.2018-ci il tarixli 009R**********SN saylı, 28.12.2018-ci il tarixli 009R**********SO saylı və 28.08.2020-ci il tarixli 009R**********SQ saylı sazişlərin şərtləri nəzərə alınmaqla ekspertiza qarşısında qoyulmuş sual üzrə 21.05.2021-ci il tarixinə Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcu cəmi 1180694,01 ABŞ dolları məbləğində müəyyən edilir o cümlədən, əsas borc üzrə 850.856,28 ABŞ dolları, faiz borcu üzrə 330.107,73 ABŞ dolları. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC Azadlıq Filialı ilə Cavabdeh2 arasında kredit müqavilələri imzalanmış, Cavabdeh3 MMC zamin olmuşdur. İddiaçı tərəf müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə cavabdehlərin iddiaçıya olan borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddia ərizəsi üzrə tələb edilən dəbbə pulunun 42529 ABŞ dolları məbləğində azaldılmasını ədalətli hesab edir. Belə olan halda məhkəmə Cavabdeh2 və Cavabdeh3 MMC-nin kredit müqaviləsi və ona əlavələr üzrə "xxxx" QSC Azadlıq Filialının borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və hesablanmış cərimə borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçı "xxxx" QSC Azadlıq Filialının iddiası qismən əsaslı olmaqla təmin edilməli, Cavabdeh2 və Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə 850.586,28 ABŞ dolları əsas borc, 330.107,73 ABŞ dolları faiz borcu, 42.529 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahələri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin likvid dəyəri 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin likvid dəyəri 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin likvid dəyəri 135.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqı, Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq, iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş 21 sentyabr 2021-ci il tarixli 9/5773 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat və əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 500 manat Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Məməd oğlundan və "xxxx" MMC-dən müştərək qaydada 850.586,28 (səkkiz yüz əlli min beş yüz səksən altı dollar, iyirmi səkkiz sent) ABŞ dolları əsas borc, 330.107,73 (üç yüz otuz min yüz yeddi dollar, yetmiş üç sent) ABŞ dolları faiz borcu, 42529 (qırx iki min beş yüz iyirmi doqquz dollar) ABŞ dolları dəbbə pulu, iddia qaldırlması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat və 80 (səksən) manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə 100 manat və əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-nin xeyrinə 500 manat tutulsun. Tutma Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahələrinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin likvid dəyəri 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin likvid dəyəri 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin likvid dəyəri 135.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar