Məhkəmə qərarları › İş №e-2-2(113)-304/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-304/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-304/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 357726- CNS- 41556saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 2031,55 manat məbləğində əsas borc, 185,83 manat məbləğində faiz borcu, 53,38 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2270,76 manat pul məbləğinin və 42,71 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 357726- CNS-41556 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 24 faiz hesablanması şərti ilə xx.xx.2025-ci il tarixədək, 36 ay müddətinə, 2738 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Daha sonra yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 357726-1-2385 №-li Zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 Cavabdeh2 İddiaçı ASC qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh2 Banka ümumilikdə 2270,76 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını,iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 357726- CNS- 41556 saylı əsas kredit müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin - 1.1-ci Müqaviləyə əsasən Bank Kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası 2738 manatdır. - 2.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 27 dekabr 2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. - 2.4-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 23% olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. - 4.5-ci bəndinə əsasən faizlərin hesablanması zamanı bir ay 30 təqvim günü, bir il isə 360 gün sayına əsaslanaraq həyata keçirilir. - 5.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəmək kredit alanın vəzifəsidir. - 6.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və/və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə bank kredit alandan kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir. - 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan ləğv edilir. - 8.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan), Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli 357726-1-2385 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2.-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. - 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqavilə; pul tələblərinə bərabərdir (bundan sonra - zəmanət ilə təmin edilmiş öhdəliklər) o cümlədən: 2,738 manat məbləğində və müddətə xx.xx.2025-ci il (daxil olmaqla) verilmiş kredit; Kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 24 faiz % məbləğində kreditdən istifadəyə görə faiz; Kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. - 2.5.1-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca təmin edilmiş öhdəliyi 5 təqvim günü ərzində tam icra etmək zaminin vəzifəsidir. Müqavilə tərəflərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir

10. xx.xx.2022-ci il tarixli 357726-CNS-41556 saylı müqaviləyə 01 saylı əlavə olan ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək ümumilkdə 3868.14 manat, o cümlədən əsas borc üzrə 2738 manat, faiz borcu üzrə 1130.14 manat müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ASC tərəfindən verilmiş (maliyyə) arayışa əsasən Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 2031.55 manat məbləğində əsas, 185.83 manat faiz ,53.38 manat məbləğində cərimə olmaqla, cəmi 2270.76 manat məbləğində kredit borcu vardır.

12. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh1 pretenziya məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

13. Azərbaycan VTB (Azərbaycan)sı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü il tarixli, 3-16-16/2-9/8072/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh2 Qabil oğlunun İddiaçı ASC -yə olan borcu İddiaçı ASC saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 1841.48 manat, faiz borcu 276.22 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan VTB (Azərbaycan)sının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2022-ci il tarixli 357726- CNS-41556 kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixinədək illik 24 %-lə 2738 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

19. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 357726- CNS-41556 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcu 1841.48 manat təşkil etməsi müəyyən edilmişdir.

20. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

21. Odur ki, məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcun tutulması hissəsində iddia tam təmin edilməli, xx.xx.2022-ci il tarixli 357726- CNS-41556 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərilən tarixə) 1841.48 manat əsas kredit borcu, 185.83 manat faiz borcu Cavabdeh2 bankın xeyrinə tutulmalıdır.

22. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 53.38 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

23. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. 24.

25. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi ilə xx.xx.2022ci il tarixli 357726- CNS-41556 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

26. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 42.71 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Odur ki, hazırkı qətnamə ilə iddiaqismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan VTB (Azərbaycan)sı Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı ASC -nin xeyrinə xx.xx.2022-ci il tarixli 357726- CNS-41556 saylı kredit müqaviləsi üzrə 1841.48 manat (bir min səkkiz yüz qırx bir manat qırx səkkiz qəpik ) əsas borc, 185.83 manat (bir yüz səksən beş manat səksən üç qəpik) faiz borcu və 53.38 manat cərimə borcu və dövlət rüsumunun əvəz olaraq 40 manat tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar