Məhkəmə qərarları › İş №e-2-2(113)-3040/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3040/2023

19.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3040/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-ə qarşı abonent kodunun bərpa edilməsi və təbii qazın verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00000 abonent kodunun İddiaçı MMC-nin adına bərpa edilməsi, qaz sayğacının quraşdırılması və təbii qazın verilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa ilmiş və mülkiyyətində olan 14 ha istixananın bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanılsa da, "xxxx" MMC həmin ərazidə fəaliyyət göstərmir. Bundan başqa, Cəmiyyət xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən sözü gedən müqavilə mübahisələndirilməsinə dair tərəfimizdən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda qeyd edilən sözü gedən icarə müqaviləsi əsasında isə Cavabdeh İB ilə "xxxx" MMC arasında təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanılmış, bizə məxsus olan ərazidə yerləşən abonen kodu:**********00000 olan G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacı "xxxx" MC-in adına müvəqqəti olaraq istifadəsi üçün qeydiyyata alınmışdır. Hal-hazırda "xxxx" MMC icarə müqaviləsinin predmeti olan ərazidə fəaliyyət göstərmir, Azəriqaz İB ilə aralarında yaranmış külli miqdarda qazın sərfiyyatına dair borc üzrə Bakı Kommersiya Məhkəməsinin qiyabi qətnaməsi belə övcuddur. Qiyabi qətnamədə qeyd edildiyi kimi, Cavabdeh İB yaranmış qazın sərfiyyatı üzrə borcun məhz "xxxx" MMCyə məxsus olmasını etiraf edir, borc üzrə hazırda "xxxx" MMC tələbə dair cavab verən subyektdir. Lakin, bütün bunlara baxmayaraq Cavabdeh İB –yə qazın abonent kodunun bizə verilməsinə qaz sayğacının quraşdırılaraq qazın verilməsinə dair dəfələrlə müraciət etsək də, buna məhəl qoyulmamış və hüququmuz inzibati orqan tərəfindən kobud şəkildə pozulmuş və Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixanaya qazın verilməsi dayandırılmışdır. Qazın verilməsinin Cavabdeh İB tərəfindən dayandırılması nəticəsində bizə məxsus istixanada mövcud olan məhsullar tələf olmuş, bizə külli miqdarda ziyan dəymişdir. Dəfələrlə qazın verilməsininə dair Cavabdeh İB-yə rəsmi müraciət etdikdə İddiaçı MMC müəssisəsinin qeydiyyata alınmamasının, ********** VÖEN üzrə təbii qazın dəyəri üçün debitor borc və ya kreditor borcun olması barədə məlumat Birliyin abonent bazasında öz əksini tapmadığı bizə bildirilmiş, buna görədə, müraciətimiz müsbət həll edilməmişdir. Bundan sonra tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Fililalından xx.xx.2023-cü il ixli cavab məktubu ilə bildirilmişdir ki, məsələyə agentlikdə baxılmış və müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubundan bildirilir ki, Cavabdeh İB və İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli, 2988-10-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu ifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə (ünvan 1 ünvanında yerləşən istixanın təbii qazla təchiz edilməsi) bağlanılmışdır. Daha sonra, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanıldıqdan sonra həmin istixana "xxxx" MMC-yə icarə verilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh İB ilə "xxxx" MMC “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmış və "xxxx" MMC İddiaçı MMC-nin təbii qazdan istifadəyə görə 360107,12 manat debitor borc məbləğini qəbul edərək 3 ay müddətində ödənilməsini öhdəsinə götürmüş, Cavabdeh İB ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, AMX- 8026/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın “alqısatqısı” barədə müqavilə bağlanılmış və Cavabdeh İB-nin “AGİS” məlumat məlumat bazasında müvafiq düzəlişlər edilərək qeyri-əhali abonenti olaraq İddiaçı MMC-nin əvəzinə "xxxx" MMC qeydiyyata alınmışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən təbii qazın alqı-satqı müqaviləsinin, eləcə də xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində imzalanmış “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokollarının şərtləri icra edilmədiyindən xx.xx.2021-ci il tarixinə təbii qazdan istifadəyə görə borcu 1239268,24 manat təşkil mişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh İB tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-588/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək təbii qazdan istifadəyə görə yaranmış 1239268,24 manat məbləğində borcun "xxxx" MMCdən tutularaq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, kommersiya münasibətlərinə aid mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həll edilməsini təklif edilsə də, cavabdeh tərəfindən təklif cavablandırılmamışdır. Həmçinin, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/12/00324 saylı, xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixananın fəaliyyət göstərməsi üçün həmin ərazidə **********00000 abonent kodunun İddiaçı MC-nin adına bərpa edilməsi, qaz sayğacının quraşdırılması və təbii qazın verilməsinin təmin edilməsini qanunauyğun hesab edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq isə bildirmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydada həyata keçirilməsi əsası ilə işə xitam verilmiş, daha sonra isə biz pretenziya məktubu ilə icarə müaviləsi birtərəfli qaydada xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-588/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 1239268,24 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun, mediasiya xərclərinin əvəzi olaraq 400 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1009,63 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh İB-ə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin "xxxx" MMC-yə göndərdiyi pretenziya məktubundan görünür ki, icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada xitam verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Fililalının İddiaçı MMC-yə göndərdiyi cavab məktubundan görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubunda bildirilir ki, Cavabdeh İB və İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli, 2988-10-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu ifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə (ünvan 1 ünvanında yerləşən istixanın təbii qazla təchiz edilməsi) bağlanılmışdır. Daha sonra, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanıldıqdan sonra həmin istixana "xxxx" MMC-yə icarə verilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh İB ilə "xxxx" MMC “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmış və "xxxx" MMC İddiaçı MMC-nin təbii qazdan istifadəyə görə 360107,12 manat debitor borc məbləğini qəbul edərək 3 ay müddətində ödənilməsini öhdəsinə götürmüş, Cavabdeh İB ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, AMX-8026/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın “alqı-satqısı” barədə müqavilə bağlanılmış və Cavabdeh İB-nin “AGİS” məlumat məlumat bazasında müvafiq düzəlişlər edilərək qeyriəhali abonenti olaraq İddiaçı MMC-nin əvəzinə "xxxx" MMC qeydiyyata alınmışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən təbii qazın alqı-satqı müqaviləsinin, eləcə də xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində imzalanmış “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokollarının şərtləri icra edilmədiyindən xx.xx.2021-ci il tarixinə təbii qazdan istifadəyə görə borcu 1239268,24 manat təşkil etmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh İB tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-588/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək təbii qazdan istifadəyə görə yaranmış 1239268,24 manat məbləğində borcun "xxxx" MMC-dən tutularaq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2 və 567-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixində imzalanmış icarə müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 ha istixananın bütün avadanlıq, qurğuları və digər infrastrukturları "xxxx" MMC-yə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsi əsasında isə Cavabdeh İB ilə "xxxx" MMC arasında təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanılmış, həmin ərazidə yerləşən İddiaçı MMC-ə məxsus abonen kodu:**********00000 olan G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacı "xxxx" MMC-in adına müvəqqəti olaraq istifadəsi üçün qeydiyyata alınmışdır. Lakin "xxxx" MMC icarəyə götürdüyü sahədə fəaliyyət göstərdiyi dövrdə icarə haqları ödəməməklə yanaşı, qazın sərfiyyatına görə Cavabdeh İB-nə külli miqdarda borcu yaranmış və sonuncu həmin borcun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-588/2023 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 1239268,24 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun, mediasiya xərclərinin əvəzi olaraq 40 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1009,63 manat məbləğində pulun Cavabdeh İBnin xeyrinə tutulması qət edilmişdir. Bununla yanaşı Cavabdeh İB-i xx.xx.2022-ci il tarixdə G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacını növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə qaz xəttindən çıxarmış və **********00000 nömrəli abonent koduna qazın təchizatını dayandırmışdır. Eyni zamanda icarə haqları ödəmədiyinə görə İddiaçı MMC cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsini xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Göründüyü kimi, icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilsə də, həmçinin borc İddiaçı MMC-yə deyil, "xxxx" MMC-yə məxsus olsa da, Cavabdeh İB-i **********00000 nömrəli abonent kodunu İddiaçı MMC-nin adına bərpa etməmiş, sonuncuya məxsus sayğacı qaz xəttinə quraşdırmamış və qazın verilməsini təmin etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, **********00000 nömrəli abonent kodununun "xxxx" MMC-nin adına dəyişdirilməsinin səbəbi olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, **********00000 nömrəli abonent koduna məxsus "xxxx" MMC-nin fəaliyyəti dövründə yaranmış borc Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-588/2023 nömrəli qiyabi qətnaməsi ilə tutulmuşdur. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixananın **********00000 abonent kodu İddiaçı MMC-nin adına bərpa edilməli, G-1000 markalı 83040816 nömrəli qaz sayğacın quraşdırılmalı və təbii qazın verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixananın **********00000 nömrəli abonent kodu İddiaçı MMC-nin adına bərpa edilsin, G-1000 markalı 83040816 nömrəli qaz sayğacı istixananın ərazisində quraşdırılsın və təbii qazın verilməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar