Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3044/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8712,59 manat məbləğində əsas kredit borcunun, 358,23 manat məbləğində faiz, 250,18 manat məbləğində cərimə borcunun, cəmi 9321 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 113,21 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1260***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə 1FİZAM104881202, 801FİZAM125646102, 1FİZAM13592780s 1 saylı zaminlik müqavilələri bağlanmış və onlar, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Bank Cavabdeh3 illik 21% ilə 24 ay müddətinə xx.xx.2025-ci il tarixinədək 30000 AZN məbləğdə kredit vermişdir. Cavabdeh3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcə də öhdəlik üzrə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 8712,59 manat məbləğində əsas kredit borcu, 358,23 manat faiz, 250,18 manat cərimə borcu olmaqla, cəmi 9321 manat məbləğində borcu qalmaqdadır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421.2, 443.1, 443.2, 472.1, 472.2, 472.3, 739.3 və 743.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Kreditverən” İddiaçı ASC və “Borcalan” Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1260***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh3 120 ay müddətinə, xx.xx.2031-ci il tarixindək, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 3.19-cü bəndinə əsasən, Bu Müqavilə üzrə kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti təmin etmək məqsədilə ‘‘Borcalan” “Kreditverən’in istənilən vaxtlarda ilkin tələbi əsasında ona verilmiş kreditdən təyinatına uyğun istifadə edilməsini təsdiq edən müvafiq sənədləri 30 (otuz) gün müddətində “Kreditverən”ə təqdim etməyə borcludur. 3.20-ci bəndinə əsasən “Borcalan” özündən asılı olmayan səbəblərə görə kreditdən məqsədli təyinatına uyğun istifadə edə biİmədikdə, bu barədə “Kreditverən”i dərhal xəbərdar edir və aldığı kredit hissəsini bu vaxta qədər hesablanmış faizi ödəməklə xəbərdarlığın edildiyi gündən başlayaraq 15 (on beş) təqvim günü müddətində “Kreditverən”ə qaytarır. 1260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli № 4 saylı Razılaşmaya əsasən həmin kredit limiti müqaviləsi çərçivəsində Kreditverən 30000 manat məbləğdə və illik faiz dərəcəsi 21% olmaqla, xx.xx.2025-ci il tarixədək, avadanlıq alınması və digər investisiya xərcləri məqsədi ilə kredit verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddəldə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Razılaşmanın 8-ci bəndinə əsasən, 1260***-*******01L saylı, xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21 (iyirmi bir) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverən”ə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı “Kreditverən” dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. xx.xx.2025-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh3 8712,59 manat əsas, 358,23 manat faiz, 250,18 manat cərimə, cəmi 9321 manat borcu vardır. Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 30000 manat, illik faiz dərəcəsi 21% olan kredit üzrə Cavabdeh3 03 mart 2023-cü il tarixdən 31 yanvar 2025-ci il tarixinə qədər hər ayın 3ü (31-i və ya 3-ü) 1543,64 manat, sonuncu ay 1543,78 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli X2 görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 10732 manat nağd pul verilmişdir. İddiaçı ASC-də olan Cavabdeh3 Hesab üzrə çıxarışından görünür ki, bank tərəfindən onun hesabına 30000 manat pul köçürülmüşdür. İddiaçı ASC və Cavabdeh4 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1FİZAM104881202 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə. Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 1FİZAM135927801 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə. Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli 801FİZAM125646102 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə. Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. xx.xx.2025-ci il tarixli **********47 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 113,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 1260***-*******01L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 4 saylı Razılaşmaya əsasən iddiaçı 30000 manat məbləğdə və illik faiz dərəcəsi 21% olmaqla, xx.xx.2025-ci il tarixədədək Cavabdeh3 kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, cavabdehlər kredit zə zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin borc məbləğii mübahisələndirmədiklərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının 8712,59 manat məbləğində əsas borc, 358,28 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən hesablanmış 250,18 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 250,18 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 113,21 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8712,59 manat məbləğində əsas borc, 358,23 manat məbləğində faiz borcu, 250,18 manat məbləğində cərimə borcu, ümumilikdə 9321 (doqquz min üç yüz iyirmi bir) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 113 (yüz on üç) manat 21 (iyirmi bir) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3044/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3044/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver