Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3046/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (bank) ilə Cavabdeh4 (kredit alan) arasında xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə "Kreditalan"ın mülkiyyətinə verir və kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "bank"a qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 15000 manat 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit Dövriyyə vəsaitinin artırılması üçün verilir. 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə kredit kredit alana bankın rəyinə əsasən və həmin kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları nəzərə alınmaqla kredit xətti çərçivəsində hısə-hissə verə bilər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, faizi, məqsədli təyinatı və banka qaytarılmasının müddəti tərəflərin yazılı surətdə tərtib etdikləri qarşılıqlı razılaşmalar ilə müəyyən olunur və həmin razılaşmalar bu müqavilənin ayrılmaz tərkib hissələridir. 2.4-cü bəndinə əsasən həmin razılaşmalarla verilən kredit hissələrinin faizləri ilə bağlı hesablaşma həmin faizin ilin aylarına (12ay) və ya günlərinə bölünməsi və həmin müvafiq faizlərin uyğun məbləğə vurulması yolu ilə müəyyən edilir. 2.5-ci bəndinə əsasən kredit kredit alanın bu müqavilənin 3.1.3-cü bəndində güstərilən hesablaşma hesabına köçürülməklə verilir. Kreditin alınma tarixi onun bu hesaba köçürüldüyü tarix hesab olunur. 3.2.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə (əgər kredit, kredit xətti çərçivəsində verilsə, bu zaman bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilmiş məbləğdə) krediti faizi ilə birlikdə banka qaytarmağı oz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə kredit alan tərəfindən banka illik 25% olmaqla faiz ödənlir. 6.9-cu bəndinə əsasən bu müqavilə bank tərəfindən kredit alana kreditin verildiyi gündən qüvvəyə minir və tərəflər yalnız bundan sonra bu müqavilənin müddəalarına istinad edə bilərlər. 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (bank) ilə Cavabdeh4 (borclu) və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən müqaviləyə görə zaminlər, borclunun bank qarşısında 10/0122/KBK 28 yanvar 2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. - 3-cü bəndinə əsasən zamin yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə «borclu»nun öhdəlikərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə ödəniş və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməsi halları da daxil olmaqla, bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminin məsuliyyətinin əsasları aşağıdakılardır: Müqavilədə göstərilən müddətdə kreditin qaytarılmaması; Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit üzrə faizlərin ödənilməməsi: Kreditdən təyinatı üzrə istifadə edilməməsi. 4-cü bəndinə görə müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Müqavilə bankın, borclunun və zaminlərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla) ödəyəcək əsas məbləğ 15000 manat, faizin məbləği 4215 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.
4. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli, **********233 saylı bildiriş (xəbərdarlıq məktubu) ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh4 sonuncu dəfə xx.xx.2020-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
6. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə əsas borcu 7.814,05 manat, faiz borcu 2.399,46 manat, cərimə borcu 0 manat, AR MM-nin 445.7-ci madddəsinə görə gecikdirilmiş vaxt (1099 gün) üçün hesablanan faiz məbləği 1.197,91 manat olmaqla cəmi borc 11.411,42 manat təşkil edir. İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11.411,42 manat borc olmaqla – 7.814,05 manat əsas, 2.399,46 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 1.197,91 manat faiz borcunun və iş üzrə ödənilmiş 124,24 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 10/0122/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkənbCavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 28 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********233 saylı, xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh4 kredit üzrə cəmi borcu 11.411,42 manat təşkil edir. Bundan 7.814,05 manat əsas, 2.399,46 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 1.197,91 manat borcu təşkil edir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 427, 442, 445, 448, 449, 470, 472, 474 və 739.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İddia müddətinin tətbiqi barədə ərizənin dəlilləri
11. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
12. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit 24 ay müddətinə verilmişdir. Qeyd etmək istəyirlər ki, Cavabdeh4 kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etmişdir. Lakin İddiaçı sübutları təhrif edərək, guya Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə online payment vasitəsilə 10 manat ödəniş edilməsi bildirilmişdir. Qeyd olunan hal onlara elektron sistem vasitəsi ilə məhkəməyə təqdim edilmiş hesabdan çıxarışı təhlil edərkən məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə (müvafiq dəyişiklikdən əvvəl) əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, iddia müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və bununla da iddia müddətini ötürmüşdür.
13. İddiaçı iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, aşağıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edirlər və həmin ərizə təmin edilməməlidir. Belə ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməklə xx.xx.2023-cü il ödəniş etməklə iddia müddətinin axımı kəsilmişdir. Göründüyü kimi, müddətin kəsilməsi tərəfin iradəvi xarakterli hərəkəti ilə bağlı olmuşdur. Bildirirlər ki, tərəflərindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müracət edilərkən iddia müddəti ötürülməmişdir.
14. Cavabdehlər X1 və Cavabdeh3 məhkəməyə ərizələr ünvanlayaraq kredit müqaviləsi üzrə keçən dövr ərzində tərəflərindən heç bir ödəniş edilmədiyini bildirmiş və iddia müddəti və zaminə aid hissədə kəsici müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişlər. d) İşdə iştirak edən şəxslər və onların izahatları
15. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində eləcə də iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qarşı verilmiş etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
16. Məhkəmə iclasında Cavabdeh4nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiqi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Vəkil təmsil etdiyi şəxs tərəfindən xx.xx.2023cü il tarixdə kredit müqaviləsi üzrə ödəniş edilmədiyini bildirdi.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2-ci, 377.3-cü, 375.2 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. - 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə ddia müddətinin axımı dayandırılır. - 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
20. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (bank) ilə Cavabdeh4 (kredit alan) arasında xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə heyvandarlığın inkişafı məqsədi üçün illik 25 % hesablanmaq şərti ilə, 24 ay müddətinə ümumi məbləği 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh4 kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
23. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 10/0122/KBK saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehlər mübahisəli mübahisəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinə zamin durmuşlar.
24. Hazırda iddiaçı LPO İddiaçı ASC mübahisəli kredit müqaviləsi üzrə 7.814,05 manat əsas, 2.399,46 manat faiz borcunun və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 1.197,91 manat faiz borcunun, cəmi 11.411,42 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
25. Məhkəmə ilk qeyd edir ki, Cavabdeh4 mübahisəli kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməməsi, nəticədə onun banka borcunun yaranması öz təsdiqini tapdığından kredit müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də müqavilə müddəti bitməsindən sonrakı müddət üçün faizin Cavabdeh4 tutulması hissəsində iddiaçı LPO İddiaçı ASC-nin iddiası əsaslıdır. İddianın zaminlərə qarşı olan hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi qanunverici müddətin keçməsi ilə bağlı zaminliyə xitam verilməsinin üç halını müəyyən etmişdir.
1. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.
2. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.
3. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda. Hazırkı halda mübahisəli müqavilədə zaminliyin verilmə müddəti göstərilmədiyindən və iddiaçı zaminliklətəmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən (xx.xx.2021—ci il) bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir.
26. Tələbin əsas borcluya yönəldilmiş hissəsinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı isə həmin ərizəyə etiraz edərək cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 10 manat məbləğində ödəniş edildiyini, bununla da iddia müddətinin axımının kəsildiyini əsas göstərərək iddia müddətinin buraxılmadığını bildirir.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına xx.xx.2023-cü il tarixdə mübahisəli kredit müqaviləsi üzrə 10 manat məbləğində ödənişin edilməsini təsdiq edən hesabdan çıxarış əlavə edilsə də, həmin ödəniş onlayn ödəmə sistemləri vasitəsilə edildiyindən ödənişin həqiqətən də borclu tərəfindən icra edilibedilməməsi müəyyən edilmir, eyni zamanda iddiaçı həmin ödəmənin borclu tərəfindən aparılmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə həmin ödənişin aparılmasının borclu tərəfindən edilmiş iddia müddətinin kəsilməsinə səbəb olan borcu etirafdici hərəkət kimi nəzərə alınması üçün əsas yoxdur.
28. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başladığından iddiaçı hazırkı iddianı xx.xx.2024-cü il tarixdə verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmışdır. Bundan əlavə əsas tələb üzrə iddia müddəti buraxıldığından Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən əlavə tələblər üzrə də iddia müddəti keçmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas, faiz borcunun və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh4 tutulması hissəsində iddia iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
30. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir .
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva