Məhkəmə qərarları › İş №e-2-2(113)-3047/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3047/2025

14.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3047/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (Ləğv prosesindədir) X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı borcun azaldılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə İddiaçı MMC arasında 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nə hesablanmış 476.444,6 manat pul borcunun 200 000 manata qədər azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı MMC-yə, X4, "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 994882.57 (doqquz yüz doxsan dörd min səkkiz yüz səksən iki manat əlli yeddi qəpik) manat, bundan 489887.29 manat faiz, 504995.28 manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 884.88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən, "xxxx" şirkətindən və X2 tutularaq, ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin (hakim Aytən Əliyeva) e-2-2(113)-204/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Natural Production” MMC-dən, X2, “Qara-Çay” şirkətindən 453.757,6 manat faiz borcunun, 22.687 manat dəbbə pulunun, 400 manat mediasiya xərcinin, 884,88 manat dövlət rüsumunun LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-768/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-2(113)-204/2023 saylı qətnaməsi cavabdeh "xxxx" şirkətinə və təmin edilmiş faiz və cərimə məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-163/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-768/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə İddiaçı MMC arasında 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsi ilə 84 (səksən dörd) ay müddətinə 2.500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit verilmişdir. 03 aprel 2017-ci il tarixdə 022T04160012 saylı 29 aprel 2016-cı il tarixli, 157/0- AZN-SKMF saylı 03 noyabr 2015-ci il tarixli və KM-2449/15-2 saylı 30 oktyabr 2015-ci il tarixli Kredit müqavilələri üzrə Razılaşma əldə edilmiş və həmin Razılaşmaya əsasən qeyd edilən müqavilələr üzrə əlavə təminat kimi X3 və "xxxx" Şirkətinin zaminliyi əlavə edilmişdir. Eyni tarixdə, yəni xx.xx.2017-ci ildə "xxxx" ASC ilə İddiaçı MMC, "xxxx" Şirkəti və X6 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin kredit üzrə xx.xx.2021-ci il tarixdə X3 "xxxx" ASC-də depozit hesabında olan 2387523,7 manat pul vəsaiti kredit borcunun əsas borc hissəsi ilə əvəzləşdirilmiş və əsas borc tam bağlanmışdır. Lakin "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixədək 489887.29 manat faiz borcu hesablanmışdır. Qeyd edirik ki, əgər bu əvəzləşdirmə 2017-ci ildə aparılsa idi, faiz borcunun 2017-ci ildən 2021-ci il tarixədək hesablanmış hissəsi qədər borc azalacaqdır. Lakin "xxxx" ASC-nin bu əvəzləşdirməni 4 il sonra aparması, onun 4 il əlavə faiz hesablamasına və əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) X5 iddia ərizəsinə etiraz edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraza əlavə edilən sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-204/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçındən, X2, "xxxx" şirkətindən 453.757,6 manat faiz borcu, 22.687 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 884,88 manat dövlət rüsumunun LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, İddiaçındən, X2, "xxxx" şirkətindən müştərək qaydada 150 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-768/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-2(113)- 204/2023 saylı qətnaməsi cavabdeh "xxxx" şirkətinə və təmin edilmiş faiz və cərimə məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-163/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-768/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə tutulması qət edilən 476.444,60 manat məbləğində faiz borcunun 200.000 manata qədər azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-204/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 476.444,6 manat məbləğində faiz borcunun azaldılması tələbinə hazırkı icraat çərçivəsində baxıla bilməz. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin ayrıca məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı borcun azaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar