Məhkəmə qərarları › İş №e-2-2(113)-3049/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3049/2024

14.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3049/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı və cavabdehin iştirakı olmadan, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən ödənilməmiş icarə haqqında görə 29500 manat məbləğində pulun, ödənişin geçikdirilməsinə 3864 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu 190.1 manat məbləğində pulun, cəmi 33.554,1 manat məbləğin pulun, tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə təyin edilmişdir. Təyin edilmiş dörd hazırlıq iclaslarından cəmi birində (xx.xx.2024-cü il tarixli) iddiaçını nümayəndəsi iştirak etmişdir. Hər hazırlıq iclasından əvvəl iddiaçının nümayəndəsi məhkəməyə müxtəlif səbəbli (ölkədə olmayacağı, səhətində yaranmış problem, tıxac və sair) ərizələr ilə məhkəməyə müraciət edərək iclasların təxirə salınmasını xahiş etmişdir. Heç bir ərizəyə göstərilən səbəbləri təsdiq edən hər-hansı sübutlar əlavə edilməmişdir. Yeganə iştirak etdiyi xx.xx.2024-cü il tarixli hazırlıq iclasında növbəti iclasın tarixi və saatı iddiaçının nümayəndəsi Nümayəndə ilə razılaşdırılsa da (xx.xx.2024-cü il tarixi saat 09:30 ona uyğun olduğu bildirilmiş) yenə də məhkəmə hazırlıq iclasına gəlməyib və ərizəsində göstərilən səbəbin məhkəmə tərəfindən üzürlü hesab edilməsi üçün hər-hansı sübut təqdim edilməyib. Məhkəmə, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin dəfələrlə məhkəmə iclaslarında iştirak etməməsi, təxirə salınması ilə bağlı səbəblərə dair sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 191 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar