Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-305/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı pul, tələblərin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qalıq pulun tutulması, tələblərin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli sm6363 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 6000,17 manat, faiz borcuna görə 1412,85 manat, cərimə borcuna görə 1049,44 manat olmaqla cəmi 8462,46 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 105 manat məbləğində iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması; Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməsi; Tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2023-cü il tarixli, sm6363 saylı Kredit müqaviləsi üzrə cəmi 8462,46 manat borcun və ödənilmiş cəmi 156 manat məbləğində rüsumların İddiaçı ASCyə ödənilməsi; İpoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh həmçinin ipoteka predmetində qanunsuz yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, sm6363 saylı Kredit üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sm6363 saylı Kredit müqaviləsinə əsasən illik 21 (iyirmi bir) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 8000 (səkkiz) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli sm6363 saylı Kredit müqaviləsinin 6.4-cü maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli sm6363 saylı Zaminlik müqavilələri bağlanılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli sm6363 saylı Baş Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimiCavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla: AZ 1070, ünvan 2 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, sm6376 saylı Baş Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, sm6363 saylı Kredit müqaviləsinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1. 427.3, 442, 445.1, 445.2.1,472-ci maddələrinə, “İpoteka haqqında” AR Qanununun 34.1.1,36, 39.1, 59.3, 37.2-ci maddələrinə istinad olunmuşdur. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-305/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqailəsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” tələbi barədə iş üzrə icraata - “İpoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh həmçinin ipoteka predmetində qanunsuz yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi”hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qismən, əsas borc və faiz hissəsində qəbul etdiyini bildirdi, cərimə borcunun azaldılmasını, habelə tələbin ipoteka predmetinə yönəldilməməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin aparılması məqsədilə 8000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə görə kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 8000 manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə əsasən kreditə görə illik 21% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 22% təşkil edir. 2.7-ci bəndinə görə borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (kreditin ödəniş cədvəlinə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qat həcmində, yəni (42%) faiz, borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. 2.13-cü bəndinə görə borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: 2.13.1. Hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.13.2 Hesablanmış faizlər silinir; 2.13.3. Əsas məbləğ silinir. 2.14.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 2.14.2. Müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); 4.3.5-ci bəndinə əsasən borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər.6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın ödhəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 6.2-ci bəndinə görə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. 6.4-cü bəndinə əsasən təminat qoyulmuş əmlak aşağdakılardan ibarətdir: 1-Cavabdeh2 zaminliyi. xx.xx.2025-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş sonuncu arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 6000,17 manat məbləğində əsas, 1412,85 manat məbləğində faiz və 1049,44 manat məbləğində cərimə, cəmi 8462,46 manat borcu vardır. Cavabdeh1 ilə bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 8000 manat olan illik faiz dərəcəsi 21% olan kredit üzrə Cavabdeh1 202 iyun 2023-cü il tarixdən 02 may 2025-ci il tarixinə qədər hər ayın 02-i olmaqla 411,09 manat, sonuncu ay 411,83 manat ödəməlidir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 01 may 2023-cü il tarixli, sm6363 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan ilə borcverən arasında bağlanmış 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 1.2ci bəndinə əsasən zamin müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit müqaviləsində yuxarıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır. 2.1-ci bəndinə görə zamin borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və onlar tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan-borc alan) arasında xx.xx.2023-cü il tarixli SM6363 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak ipoteka ilə yüklü edilir. 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi ********** qeydiyyat nömrəli, **********83-05301-093150 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla AZ 1070, ünvan 3 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka predmetidir. 3.1-ci bəndinə görə bu müqavilə ilə İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında Sumqayıt şəhərində bağlanmış 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21 faiz olmaqla 24 ay müddətinə verilən 8000 manat məbləğində kredit borcu üzrə yaranmış öhdəliklər təmin edilir. 4.1-ci bəndinə görə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu;vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla AZ 1070, ünvan 3 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2023-cü il tarixli, sm6363 saylı müqaviləyə istinad edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görür ki, İddiaçı ASC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə Cavabdeh1 xəbərdar etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1096 mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra olunması üçün pretenziya göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 9/68xx-xx/6558 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 24B, 1096 saylı təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 177956,92 manat (90,3 kv.m x1970,73man), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 160161,23 manat (177956,92-10%) məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 90 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh1 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsinə əsasən 8000 manat məbləğində illik 21 % faiz dərəcəsi ilə xx.xx.2025-ci il müddətinədək kredit vermişdir. Daha sonra Cavabdeh2 bağlanmış 01 may 2023-cü il tarixli, sm6363 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsi ilə bağlı Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli SM6363 saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1096 - Yeni qaydalarla AZ 1070, ünvan 3 ünvanında yerləşən 90.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu, Cavabdeh1 əsas və faiz borcunu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsinə əsasən 6000,17 manat məbləğində əsas borc, 1412,85 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehlərdən 01 may 2023-cü il tarixli, sm6363 saylı kredit müqaviləsi üzrə 1049,44 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə və eyni zamanda zaminlik müqaviləsinə ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 300 manat müəyyən edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/68xx-xx/6558 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 24B, 1096 saylı təmirli mənzilin likvid dəyəri təqribən 160161,23 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 24B, 1096 saylı təmirli mənzilin ilkin satış qiyməti 160161,23 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borc cavabdehlərdən tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat dövlət rüsumunun 97,13 manatının, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 50 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli sm6363 saylı kredit müqaviləsinə əsasən 6000,17 manat əsas borc, 1412,85 manat faiz borcu, 300 manat cərimə məbləği olmaqla cəmi 7713 (yeddi min yeddi yüz on üç) manat 02 (iki) qəpik borc, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının, habelə iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 97 (doxsan yeddi) manat 13 (on üç) qəpiyinin əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 24B, 1096 saylı təmirli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 160161 (yüz altmış min yüz altmış bir) manat 23 (iyirmi üç) qəpik müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin, əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-305/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-305/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver