Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3058/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 X11 13.374 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5.435,71 manat eləcə də dövlət rüsumu kimi ödənilmiş 146,43 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 Xidməti arasında 33/2016 nömrəli, 26 dekabr 2016-cı il tarixli Mallar (İşlərin və Xidmətlərin) üzrə Satınalma Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqaviləyə əsasən, X3 Xidmətinin İddiaçı MMC-yə 13.374 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki adı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yanında X3 Xidməti 11 oktyabr 2021-ci il tarixində qəbul edilmiş 1463 nömrəli “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ləğv edilərək Azərbaycan X2 Publik Hüquqi Şəxs yaradılmış və qurumun əmlakı Agentliyin balansına keçirilmişdir. Qeyd edilən Fərmana əsasən, X3 Xidmətinin əmlakına yəni ona məxsus bütün hüquq və səlahiyyətlərə sahiblik, həmçinin öhdəliklərinə görə cavabdeh şəxs kimi yeni yaradılmış Azərbaycan X2 Publik Hüquqi şəxsi hesab olunduğundan müqavilə üzrə pul tələbi Azərbaycan Yerüstü Nəqliyyat X1rşı irəli sürülməlidir. İddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və cavabdeh tərəf isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Sifarişə uyğun olaraq 28 dekabr 2016-ci tarixində tərtib edilmiş AAA 101413 və AAA 101414 nömrəli daxili qaimə-fakturalara əsasən, razılaşdırılmış mallar 28 dekabr 2016ci il tarixində Sifarişçiyə təhvil verilmiş, Sifarişçi isə təhvil almışdır. Təhvil verilən mallara dair ödənişlər müqavilədə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən X2 X10 İcraçı tərəfindən 15 dekabr 2023-cü il tarixində 049 nömrəli müraciət ünvanlanmışdır. Həmin müraciətə xx.xx.2024-cü il tarixində göndərilmiş cavab məktubunda X2 X9 X5 Xidmətinin hüquqi varisi olmadığından ödəniş ödənilməsindən imtina edilmişdir. Həmçinin, iddaçı qeyd edir ki, cavabdeh tərəf öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfin 13.374 manat əsas borc məbləğinin gecikdirilməsi ilə əlaqədar olaraq illk 5 % hesablanmaqla 5.435,71 manat məbləğində gecikdirmə faizi də olmaqla, ümumilikdə 18.809.71 manat dəyərində İddiaçı MMC-nin xeyrinə borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 məhkəməyə izahatında iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə X3 Xidməti arasında 33/2016 nömrəli, 26 dekabr 2016-cı il tarixli Mallar (İşlərin və Xidmətlərin) üzrə Satınalma Müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə 26 dekabr 2017-ci il tarixədək qüvvədədir.
10. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi mətbəə digər alışlar və sair xərclərin satın alınması üçün icraçının 13.374 manat məbləğində tender təklifini qəbul etmişdir.
11. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini üzərinə götürür.
12. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar və s.) əsasında, ən qısa müddət ərzində, lakin otuz bank günündən gec olmamaq şərti ilə aparılır.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək Cavabdeh X3 Xidmətinin hüquqi varisi olmadığını bildirmiş və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə qeyd edir ki, 11 oktyabr 2021-ci il tarixində qəbul edilmiş 1463 nömrəli “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3 Xidmətinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2 publik hüquqi şəxs yaradılmışdır.
16. Həmin Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir.
17. Qeyd olunanlara əsasən Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdehnə qarşı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilibedilməməsidir.
19. İş materiallarına əlavə edilmiş, AAA seriyalı, 101413 nömrəli, 28 dekabr 2016-cı il tarixli qaimə-fakturaya əsasən 8944 manat məbləğində, AAA seriyalı, 101414 nömrəli, 28 dekabr 2016-cı il tarixli qaimə-fakturaya əsasən 4430 manat olmaqla, cəmi 13.374 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.
20. Ona görə də, iddaçının cavabdehdən verdiyi malların dəyərini tələb etmək hüququ yaranmışdır.
21. Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməlidir.
22. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
23. İşdən də, göründüyü kimi, tərəflər arasında müqavilə 2016-cı ildə bağlanmış, müqavilənin qüvvədə olma müddəti xx.xx.2017-ci ilədək razılaşdırılmış, qaimə-fakturalar da 2016-cı il tarixdə göndərilmişdir.
24. İddiaçı isə hazırkı iddia ərizəsi ilə, xx.xx.2020-ci ilədək məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə Məhkəməyə müraciət etmişdir.
25. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 3 ildən də, çox ötürülmüşdür.
26. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
27. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov