Məhkəmə qərarları › İş №e-2-2(113)-306/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-306/2021

03.02.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-306/2021 03.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılması və Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklərin edilməsi, İddiaçı, Cavabdeh nizamnamə kapitalındakı ikidə bir hissədə payı Cavabdeh təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək bölünməsi və İddiaçınə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılması və Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklərin edilməsi, İddiaçı, Cavabdeh nizamnamə kapitalındakı ikidə bir hissədə payı Cavabdeh təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək bölünməsi və İddiaçınə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılması və Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklərin edilməsi, İddiaçı, Cavabdeh nizamnamə kapitalındakı ikidə bir hissədə payı Cavabdeh təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək bölünməsi və İddiaçınə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən qeydiyat nömrəsi ********** ilə xx xxxx 2008-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh MMC-nin təsisçiləri İddiaçı MMC və “Bağhlan Group” FZCO-dur. Cavabdeh MMC-nin nizamnaməsinin 2.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 5 manat olmaqla 4 paydan ibarətdir. Nizamnamənin 2.2-ci bəndinə əsasən cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları İddiaçı MMC-50%, 10 manat, 2 pay, pul şəklində “Baghlan Group”FZCO-50%, 10 manat, 2 pay, pul şəklində kimi müəyyən edilmişdir. İddiaçı MMC-nin cəmiyyətin iştirakçılığından çıxmaq zərurəti yarandığından Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxma, cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi və balansının müəyyənləşdirilməsinə dair xx xxxxxx 2018-ci il tarixdə rəsmi məktubla müraciət olunaraq İddiaçı MMC-yə rəsmi məlumat verilməsi və nizamnamənin 2.23-cü bəndinə və mülki qanunvericiliyə uyğun hərəkətlərin aparılması xahiş olunmuşdur. Qeyd olunan məktuba cavab olaraq Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 01/18 nömrəli məktubunda məhkəmə qətnamələrinin olmasını və həmin qətnamələrin İddiaçı MMC tərəfindən icra edilməməsi səbəbi ilə əmlaklar və balans barədə məlumat verilməsinin mümkün olmaması göstərmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı “balansın müəyyənləşdirilməsi, balansın nizamnamə kapitalının paylar üzrə iştirakçılar arasında bölünməsi və cəmiyyətin iştirakçısına düşən pay üzrə əmlakların dəyərinin ödənilməsi və ya əmlakın naturada verilməsi ilə əvəz edilməsi tələbinə dair” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-387/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “balansın müəyyənləşdirilməsi, balansının nizamnamə kapitalının paylar üzrə iştirakçılar arasında bölünməsi və cəmiyyətin iştirakçısına düşən pay üzrə əmlakların dəyərinin ödənilməsi və ya əmlakın naturada verilməsi ilə əvəzedilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-387/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-125/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh MMC-nin nizamnaməsinin 2.14-cü bəndinə əsasən Cəmiyyətin nizamnamə kapitalının azadılması bütün iştirakçılarının mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün içtirakçılarının mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması Cəmiyyətin Ümumi Yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında Cəmiyyətin Ümumi Yığıncağının qərarı qəbul edildikdən sonra Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə Cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərilməlidir. Məlumat alındığı gündən bir ay müddətində kreditorların Cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsi və ya xitamı, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.” Cavabdeh MMC-nin nizamnanəsinin 2.22-ci bəndinə əsasən cəmiyyətin iştirakçısı onun diğər iştirakçılarının razılığından aslı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Nizamnamənin 2.22-ci bəndinə əsasən cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. İddiaçı MMC Cavabdeh MMC-nin iştirakçılığından çıxmaq məqsədi ilə nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini təmin edilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilməsi mümkün olmadığından bu barədə dəfələrlə Cavabdeh MMC-yə müraciət etmişdir. Belə ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixli 015 nömrəli “Pretenziya Məktubu” ilə Cavabdeh MMC-yə müraciət edərək Cavabdeh MMC-nin iştirakçılığından çıxmaq barədə qərar qəbul etdiyini, nizamnaməyə uyğun olaraq Cavabdeh MMC-nin balansının müəyyənləşdirilməsi bağlı yazılı müraciət etmişdir. Bundan başqa İddiaçı MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli 152 saylı məktubla Cavabdeh MMC-yə müraciət olunmuş və 50% paya sahib təsisçisi olaraq Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 91.1-3-cü maddəsini və Cavabdeh MMC-nin Nizamnaməsinin 4.1.9-cu maddəsini rəhbər tutaraq Növbədənkənar Ümumi Yığıncağının cari təqvim ayı ərzində çağırılmasını və vaxtı barədə İddiaçı MMC-yə ən azı 10 gün qabaqcadan məlumatlandırılması xahiş olunmuşdur. Həmçinin təyin olunacaq Növbədənkənar Ümumi Yığıncağda Cavabdeh” MMC-nin xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarına baxılıb müzakirə olunması, Cavabdeh MMC-nin törəmə şirkətləri barədə məlumatların və onların yaranma tarixindən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarına, İddiaçı MMC-nin Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxması, İddiaçı” MMC-nin Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxması ilə əlaqədar Cavabdeh MMC-nin balansının müəyyən edilməsi, İddiaçı MMC-nin Cavabdeh MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin müəyyən edilməsi məsələlərin gündəliyə qoyulması xahiş olunmuşdur. Cavabdeh MMC xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı MMC-yə Növbədənkənar Ümumi Yığıncağın çağırılması haqqında bildiriş göndərərək, iclasın vaxtını xx xxxxxxx 2019-cu il tarixə təyin etmişdir. Müəyyən səbəblərdən qeyd olunan yığıncaq təsisçilərin razılığı əsasında növbəti gün, yəni xx xxxxxxx 2019-cu il tarixə təxirə salınmışdır. xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı MMC-nin inzibati binasında keçirilmiş Növbədənkənar Ümumi Yığıncağında müzakirə edilən məsələlərin həlli ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, törəmə şirkətləri barədə məlumatların və onların yaranma tarixindən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, İddiaçı MMC-nin Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxması ilə əlaqədar Cavabdeh MMC-nin balansının müəyyən edilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı Növbədənkənar Ümumi Yığıncağ təxirə salınmışdır. Lakin xx xxxxxx 2019-cu il tarixədək Cavabdeh MMC tərəfindən təxirə salınmış yığıncağın keçirilməsi ilə bağlı heç bir məlumat, təqdim olunmalı sənədləri və hesabatları İddiaçı MMC-yə verilməmişdir. Bununla bağlı İddiaçı MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli 271 saylı məktub göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Göründüyü kimi İddiaçı MMC Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxma barədə təklifinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığından, iştirakçının cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Cavabdeh Nizamnaməsinin surətindən görünür ki, cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları İddiaçı MMC-50%, 10 manat, 2 pay, pul şəklində “Baghlan Group”FZCO-50%, 10 manat, 2 pay, pul şəklində müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 152 saylı məktubun surətindən görünür ki, iddiaçı, Cavabdeh iştirakçılığından çıxmaqla bağlı cəmiyyətin ümumi yığıncağının çağrılması məqsədilə cavabdehə müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixli “Növbədənkənar ümumi yığıncağın çağrılması haqqında” bildirişin surətindən görünür ki, iddiaçının Cavabdeh iştirakçılığından çıxmaqla bağlı cəmiyyətin ümumi yığıncağı xx.xx.2019-cu il tarixə çağrılmışdır. xx xxxxxx 2019-cu il tarixli 271 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin 50% paya sahib təsisçisi olaraq Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 91.1-3-cü maddəsini və Cavabdeh MMC-nin Nizamnaməsinin 4.1.9-cu maddəsini rəhbər tutaraq Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi ilə əlaqədar xahişləri nəzərə alınaraq xx.xx.2019-cu il tarixə Cavabdeh MMC-nin Növbədənkənar Ümumi Yığıncağ təyin olunmuşdur. Müəyyən səbəblərdən qeyd olunan yığıncaq növbəti gün, təsisçilərin razılığı əsasında yəni xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin inzibati binasında keçirilmiş və Növbədənkənar Ümumi Yığıncağında müzakirə edilən məsələlərin həlli ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, törəmə şirkətləri barədə məlumatların və onların yaranma tarixindən .xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, İddiaçı MMC-nin Cavabdeh MMCnin iştirakçısı kimi cəmiyyətdən çıxması ilə əlaqədar Cavabdeh MMC-nin balansının müəyyən edilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Növbədənkənar Ümumi Yığıncağ təxirə salınmışdır. Lakin bu günə qədər Cavabdeh MMC tərəfindən təxirə salınmış yığıncağın keçirilməsi ilə bağlı heç bir məlumat, təqdim olunmalı sənədlər və hesabatlar İddiaçı MMC-yə verilməmişdir. Odur ki, yuxarıda göstərilən məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlərin verilməsi və rəsmi qaydada 10 gün müddətində İddiaçı MMC-yə məlumat verilməsi Cavabdeh MMC-dən tələb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-2(81)- 1118/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, borc tələbi İddiaçınə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilmiş, əmlaklar üzərində İddiaçı mülkiyyət hüququna xitam verilmiş və “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti X3 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1.-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və yacavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 47.1.-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasındafəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh iştirakçılarının nizamnamə kapitalındakı payları İddiaçı MMC-50%, 10 manat, 2 pay, pul şəklində “Baghlan Group”FZCO-50%, 10 manat, 2 pay, pul şəklində müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixli 152 saylı məktubla Cavabdeh iştirakçılığından çıxmaqla bağlı cəmiyyətin ümumi yığıncağının çağrılması məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçının Cavabdeh iştirakçılığından çıxmaqla bağlı cəmiyyətin ümumi yığıncağı xx.xx.2019-cu il tarixə çağrılmışdır. Müəyyən səbəblərdən qeyd olunan yığıncaq növbəti gün, təsisçilərin razılığı əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin inzibati binasında keçirilmiş və Növbədənkənar Ümumi Yığıncağında müzakirə edilən məsələlərin həlli ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, törəmə şirkətləri barədə məlumatların və onların yaranma tarixindən .xx.xx.2018-ci il tarixədək illik maliyyə hesabatlarının, İddiaçı MMC-nin Cavabdeh MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxması ilə əlaqədar Cavabdeh MMC-nin balansının müəyyən edilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Növbədənkənar Ümumi Yığıncağ təxirə salınmışdır. Lakin Cavabdeh MMC tərəfindən təxirə salınmış yığıncağın keçirilməsi ilə bağlı heç bir məlumat, təqdim olunmalı sənədlər və hesabatlar İddiaçı MMC-yə verilməmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-2(81)-1118/2017 saylı qətnaməsi ilə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti X3 Təşkilatının İddiaçınə olan borc tələbi İddiaçınə məxsus daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilmiş, əmlaklar üzərində İddiaçı mülkiyyət hüququna xitam verilmiş və “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti X3 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınmışdır. İddia tələbinin İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən İddiaçı hüququ olduğundan iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklərin edilməsi hissəsinə münasibətdə hesab edir ki, İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarıldıqda Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklərin edilməsi zəruri olduğundan iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddiaçının, Cavabdeh nizamnamə kapitalındakı ikidə bir hissədə payı Cavabdeh təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyən edilərək bölünməsi və İddiaçınə verilməsi barədə tələbini iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-2(81)-1118/2017 saylı qətnaməsinə əsasən əsassız hesab edir. Belə ki, həmin qətnamə ilə iddiaçıya məxsus daşınar və daşınmaz əmlakları üzərində mülkiyyət hüququna xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılmalı və Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklər edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh təsisçiliyindən çıxarılsın və Cavabdeh təsis sənədlərində müvafıq dəyişikliklər edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 15 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar